![]() |
|
Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi məhkəmənin icraatına verilib.
Apa xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Satayşi deyib.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Satayşi, hələ ki məhkəmənin keçirilmədiyini və hökmün çıxarılmadığını qeyd edib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
Fələstin-İsrail müharibəsinin yenidən alovlanması, ABŞ prezidenti Co Bayden administrasiyasının İrana məxsus 6 milyard dollarlıq aktivinə qoyulan qadağanı aradan qaldırmasının nəticəsidir.
“Belə bir bəyanatla ABŞ-nin keçmiş prezidenti Donald Tramp çıxış edib.
“Bu müharibə ABŞ-nin 6 milyard dolları dondurulmuş aktivdən istifadəyə icazə verilməsidir”, - Tramp Ayovadakı tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Ağ Evin keçmiş sahibinin fikrincə, indiki şəraitdə ABŞ və İsrailin “xüsusilə sıx əməkdaşlığa və liderliyə” ehtiyacı var.
Tramp belə bir missiyanı yerinə yetirməyə hazır olduğunu bəyan edib: “Güclü liderlərin olmadığı halda, nə qədər tankınızın olmasının əhəmiyyəti yoxdur”.
O həmçinin əminliklə bəyan edib ki, varisi Baydenin İsrailə xəyanət etdiyindən belə bir müharibəyə imkan yaradıb.
Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.
“Görünür, bizim bədbəxtliklərimizə görə hamını günahlandırmaq, mürəkkəb geosiyasi situasiyalara istinad edərək müxtəlif ölkələrin şərikliyini qeyd etmək bizim üçün acınacaqlı bir ənənə halını alıb. Lakin təəssüflər olsun ki, bütün obyektiv iddiaların və zərurətin əksinə olaraq, müsibətlərin səbəblərinin bizə aid olan hissəsini, nöqsanlarımızı, səhvlərimizi, günahlarımızı araşdırıb və onu aydın şəkildə göstərəndə özümüzə çətin gəlirik”.
Bunu Eçmiədzinin diplomatı arxiyepiskop Arşak Xaçatryan erməni mediasına müsahibəsində deyib.
“Təəssüf ki, biz vahid cəmiyyət, kimlik ətrafında birləşən insanlar formalaşdıra bilmirik. Bu gün də o uğursuz və bədnam əməl davam edir. Bir tərəfdən Rusiyanı, digər tərəfdən isə beynəlxalq ictimaiyyəti heç bir əsas olmadan günahlandırırıq. Amma, əslində, günahın böyük və əsas payı bizə aiddir. Heç kim əlimizdən tutmayıb ki, biz qüdrətli ölkə quraq. Bunu bizə heç kim qadağan etməyib. Ona görə də dərindən əminəm ki, biz özümüz bu faciələrin səbəbini öz içimizdə axtarmalıyıq”, - o qeyd edib.
Son dövrlərdəki erməni cəmiyyətində vüsət alan anti-Rusiya meyillərini şərh edən Xaçatryan deyib ki, bu isteriyanı anlaşılmaz hesab edir: “Rusu yetərincə erməni olmamaqda ittiham etmək yersizdir. Rusiya böyük fövqəldövlətdir, onun öz geosiyasi maraqları var. Əlbəttə, mən özümü politoloq kimi göstərmirəm, amma mənə elə gəlir ki, bütün bunları başa düşmək üçün ezoterik biliklərə ehtiyac yoxdur. Biz öz maraqlarımızı üstün tutmağı, öz maraqlarımızı qeyd etməyi, dövlətçiliyimizin qorunub saxlanmasını təmin edə biləcək güclərlə müqayisə etməyi bacarmalıyıq”.
Bakıda həbsdə olan terrorçuların azad olunması istiqamətində İrəvanın hansısa ciddi addım ata biləcəyinə gəldikdə o deyib: “Heç bir gözə çarpan cəhd görmürəm. Olsa belə, indiki iqtidarların belə bir problemə müdaxilə etmək üçün o qədər qabiliyyəti, təsiri, çəkisi varmı? Deməkdə çətinlik çəkirəm. Təəssüflər olsun biz xalq olaraq elə bir vəziyyətə düşmüşük ki, bizim iştirakımız olmadan gələcək həyatımızın, gələcəyimizin ssenariləri hazırlanır. İndi bu şərtlər daxilində onların təsir etmək şansı varmı? Bizim hakimiyyət orqanlarının bu cür problemləri həll etməyə qadir olduğuna qəti şübhəm var”.
Erməni cəmiyyətinin üzləşdiyi böhrandan çıxmaqda kilsədən olan gözləntilərinə gəldikdə isə Xaçartyan deyib ki, bu, çox şişirdilir: “Əslində, kilsənin belə bir vəziyyətdə siyasi fəaliyyət göstərmək praktikası yoxdur. Hesab edirəm ki, kilsənin bu cür proseslərdə birbaşa iştirakı son dərəcə mürəkkəb və yeni problemlər yarada bilər. Hər şey o qədər də birmənalı deyil. Belə bir hərəkətə və təşəbbüsə başlamazdan əvvəl son dərəcə diqqətli olmaq və çox incə davranmaq lazımdır”.
İsrail-HƏMAS müharibəsində ölənlərin sayı artıb.
HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində 900-dən çox insanın öldüyü, 2600-dən çox şəxsin yaralandığı bildirilir.
Məlumata görə, 100-dən çox israillinin HƏMAS tərəfindən əsir götürülüb.
Fələstin Səhiyyə Nazirliyi isə Qəzza zolağında 687 fələstinlinin öldüyünü, 2271 nəfər yaralandığını açıqlayıb.
Hər iki tərəfdən ölü sayının artacağı istisna edilmir.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.
“Mən müsəlman ölkələrinin liderlərinə müraciət edirəm - koalisiya yaradın və dost adlandırdığınız şəxsləri, Avropanı və bütün Qərbi çağırın ki, yaraqlıları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar".
Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Fələstini dəstəkləyirik. Biz digər münaqişələrdən fərqli olaraq daha çox şeyə çevrilə bilən bu müharibənin əleyhinəyik", - o bildirib.
Kadırovun sözlərinə görə, İsraildə olduqları zaman dinc nümayəndə heyətlərinə qarşı açıq-aşkar təxribat cəhdləri ilə üzləşiblər: "Ona görə də mən həm müharibəni dayandırmağa, həm də vəziyyətin hər hansı formada gərginləşməməsinə çağırıram. Ehtiyac yaranarsa, bölmələrimiz asayişi bərpa etmək və istənilən fitnəkarlara qarşı durmaq üçün sülhməramlı qüvvələr kimi fəaliyyət göstərməyə hazırdır”.
Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir.
APA-nın yerli bürosunum xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.
Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə ( Zəngəzur dəhlizinin açılması -red.) birlikdə hərəkət etməyə” çağırıb.
Mən Putindən xahiş edirəm ki, bu fürsətdən faydalanıb qonşularımızla münasibətlərimizə daha az müdaxilə edib düşmən münasibət yaratmasın.
Bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.
“Təbii ki, o, ermənilərin maraqlarını bizdən çox düşünə bilməz. Ona görə də mən bir vətəndaş kimi ondan (Putindən) xahiş edirəm ki, bu və ya digər tarixi dövrdə yaranmış mühitdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimizin arasına daha az qarışsın və düşmənçilik atmosferi yaratmasın.
Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq”, - Ağazaryan bildirib.
Hədəflər qırıcılar, helikopterlər və artilleriya vasitəsilə sıradaq çıxarılıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
“Fələstin-İsrail eskalasiyası yaxın həftələrdə sona çatacaq”.
“Gloobal Times xəbər verir ki, Şanxay Şaobyao Beynəlxalq Tədqiqatlar Universitetinin eksperti Çin nəşri ilə söhbətində belə qənaətə gəlib.
Onun fikrincə, gərginliyin tez bir zamanda azaldılmasına digər ölkələrin vəziyyətə müdaxiləsi təsir göstərəcək. Söhbət beynəlxalq oyunçu kimi ABŞ-dən, həmçinin regional oyunçu olan Misirdən gedir.