![]() |
|
"Gözlərininizi ovun, müstəmləkəçilik dövrü çoxdan bitdi".
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edib.
“Biz yeni dünya qurmaq vəzifəsi qarşısındayıq. Rusiya yeni dünya düzəninə böyük töhfə verməyə qadirdir, lakin bəziləri bizim hazırlığımızı təslim olmaq kimi səhv başa düşdülər. Heç kim Rusiyaya qulaq asmaq fikrində deyildi. Qərbin təkəbbürü, sadəcə, olaraq qrafiklərdən kənar idi", - o bildirib.
Rusiya liderinin sözlərinə görə, bəşəriyyətin qlobal problemləri kollektiv həll yolları tələb edir, eqoizm və təkəbbür isə dalana dirənir:
"Qərbin çiçəklənməsi əsasən bütün planetin talan edilməsi və sonsuz ekspansiya hesabına əldə edilib. Rusiya Ukraynada müharibəyə başlamadı, amma onu bitirməyə çalışır. Qərb üçün müstəqil davranan hər kəs aradan götürülməli olan birinə çevrilir”.
“Son 3 ildə Ermənistan “Dağlıq Qarabağ”a 1 milyard dollardan çox vəsait ayırıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışı zamanı deyib.
Qondarma rejimə siyasi dəstək də verdiyini açıqlayan Paşinyan, separatçıların özünümüdafiə imkanlarında heç bir çatışmazlıq olmadığını bəyan edib.
Paşinyan “Bəli, mən bildirdim ki, Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur” deməklə həm də Azərbaycanın lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalini və obyektləri hədəf almadığını etiraf etmiş olub.
İran şərti Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır.
Bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.
“Cənubi Qafqaz regionunda gərginliyin azaldılması təkcə Ermənistan və Azərbaycanın deyil, həm də regionun digər ölkələrinin maraqlarına cavab verir. Bu baxımdan İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”, - deyə Baqeri deyib.
Qarabağdan çıxarılan erməni dəstə üzvləri ilə yanaşı, müxtəlif ölkələrdən, xüsusilə Livan, Suriya, İran, ABŞ və Fransadan yüzlərlə terrorçu Zəngəzura gətirilib.
Belə bir ciddi faktla bağlı “Türkiye” qəzeti məqalə dərc edib.
Nəşrin “Terrorun yeni yuvası Zengezur koridoru” adlı məqalsində qeyd olunub ki, Azərbaycan Qarabağda işğala son verdikdən sonra Zəngəzur yeni gərginlik mərkəzinə çevrilməkdədir.
“Qarabağda işğal bitdikdən sonra yeni gərginlik nöqtəsi Zəngəzurdur. Qarabağdan çıxarılan erməni dəstə üzvləri ilə yanaşı, müxtəlif ölkələrdən, xüsusilə Livan, Suriya, İran, ABŞ və Fransadan olan yüzlərlə terrorçu Zəngəzurda çəkdikləri təlim fəaliyyətlərinin videogörüntüləri ilə Azərbaycana müharibə elan ediblər. Bölgədə 17 yeni terror düşərgəsinin tikildiyi müəyyən edilib. Bu düşərgələrdə 10-17 yaş arası uşaqlarla yanaşı, kişi və qadın terrorçuların da təlim keçdiyi müşahidə edilib. İrandan 28 xüsusi mütəxəssisin, habelə Britaniya, Serb, Rusiya, Fransa, Danimarka və Amerika təqaüdçü hərbçilərin təlim fəaliyyəti üçün Zəngəzura gəldiyi müəyyən edilib. Digər tərəfdən, bölgəni terror bazasına çevirən ölkələr Qafanda konsulluq açmağa hazırlaşır”, - məqalədə deyilir.
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Bununla Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası İrəvan üçün məcburi olub.
Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Artıq Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.
Biz “Qarabağ klanı”nın yenidən güclənib hakimiyyətə gəlməsinə imkan verməməliyik, bu, Ermənistanın sonu demək olacaq.
Bunu “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan İrəvan meriyasına yenidən seçkilərin keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
“Mən bunu qəbul etmirəm və etmərəm də. Təhdid var, ən böyük təhlükə Robertoserjevski klanının (Robert Köçərkyan və Serj Sarqsyanı, həmçinin Ermənistandakı Qarabağ klanı nəzərdə tutulur) öz mövqelərini gücləndirmə ehtimalının olmasıdır. Mən bir müxalifət olaraq onların güclənməsini istəmirəm. Onlar Avinyandan daha təhlükəlidirlər”, - Qukasyan qeyd edib.
O əlavə edib ki, Avinyana fəaliyyətsizliyinə görə, qanunla ona bir ildən sonra etimadsızlıq göstərib vəzifəsindən uzaqlaşdırmaq olar, lakin Robertoserjevski klanı güclənərsə, bu, Ermənistanın tamamilə sonu olacaq: “Ermənistan Sünik (Zəngəzur) quberniyaya çevriləcək. O baxımdan da indi məni mer seçkiləri maraqlandırmır, 10-a qədər nə baş verəcəyi maraqlandırır”.
Ukrayna Xarici İşlər Nazirliyi NATO-ya üzvlük müqabilində ərazi güzəştlərini istisna edib.
Bunu xarici işlər nazirinin müavini Yevgeni Perebeynis deyib.
Nazir müavininin sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından və NATO-dan Şimali Atlantika Alyansına qoşulmaq müqabilində öz ərazilərini verməklə bağlı heç bir təklif almayıb.
“Ukrayna öz ərazilərini heç bir şey müqabilində alqı-satqı predmeti etməyəcək”, - diplomat vurğulayıb.
Bura Azərbaycan ərazisidir, məsələ Bakı ilə müzakirə olunacaq.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının uzadılması imkanları haqqında danışarkən deyib.
“Araik Arutyunyana Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX –rus.“FSB”) 5-ci xidməti zəng edib və ona deyiblər: “Bəsdir, sən artıq hakimiyyəti idarə edə bilməzsən, çünki bizim digər casuslara yalan danışırsan...”
Moderator.az xəbər verir ki, bunu artıq Azərbaycan sərhədindən naməlum şəraitdə keçərək Ermənistana getmiş keçmiş qondarma “müdafiə naziri”(1994-2000) və “təhlükəsizlik şurası”nın sabiq rəhbəri Samvel Babayan tanınmış erməni jurnalisti Petros Qazaryana müsahibəsində söyləyib.
O guya “FSB”-dən Araikə gələn zəngdə “digər casuslar” deyilənlərin Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”ləri, yəni Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyan olduğunu bildirib.
“Keçmiş prezidentlər “FSB”-yə bildiriblər ki, Araiık bütün həqiqətləri demir, sizi aldadır. Odur ki, Arayık çıxarılıb və yenisi gətirilib”, - deyə Samvel Babayan əlavə edib.
Keçmiş "prezident"lərin bu məsələdə rolunun nə olduğunu soruşduqda S.Babayan belə cavab verib: “Üçü birləşib və Arayık onlarla birgə qərar verib...”
Xatırladaq ki, sentyabrın 9-da Xankəndindəki qanunsuz "parlament"də sonuncu qondarma "prezident" kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş Samvel Şahramanyan "seçilib" və Araik Arutyunyan vəzifəsindən kənarlaşdırılıb...