![]() |
|
Ermənistanın paytaxtı İrəvanda aksiyalar davam edir.
İrəvan polisi aksiyalar zamanı Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanı saxlayıb.
Yayılan videoda polisin L.Köçəryana güc tətbiq edərək onu zorla polis maşınına apardığı görünür.
Krasnodarda və ya Soçidə “Artsax” yaratmağa çalışmasınlar
“Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin Rusiyaya köçürülməsi ilə bağlı çağırışlar səslənir. Qəti şəkildə buna qarşıyam”.
Bunu rusliaylı hərbi ekspert İqor Korotçenko öz Facebook səhifəsində yazıb.
“Əgər onlar Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, o zaman onları ABŞ və ya Fransaya təxliyə edin.
İndi əsas odur ki, onlar Krasnodar və ya Soçidə hardasa “Artsax” yaratmağa çalışmasınlar. Marsel və ya San Fransiskoda isə problem yoxdur!”
“Sentyabrın19-da Qarabağda antiterror tədbirləri başlayan gün mən baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, soydaşlarımızı necə, harada və nə ilə dəstəkləyəcəyimizi hökumət həmkarları ilə müzakirə etsin. Ermənistana mümkün axın olacağı təqdirdə 40 mindən çox yer hazırlanıb, söhbət yaşayış yerlərindən, eləcə də səhiyyə və qidadan gedir”.
“Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“ Bu, Qarabağdakı tərəfdaşları ilə razılaşdırılmış mövqedir. Bizim A planımız erməniləri Qarabağdan çıxarmaq deyil, biz öz hərəkətlərimizdə hər şeyi etməliyik ki, soydaşlarımız öz evlərində qorxmadan yaşamaq imkanı əldə etsinlər”, - Paşinyan qeyd edib.
Paşinyan eyni zamanda əlavə edib ki, ermənilərin təxliyəsi ilə bağlı “A” planı ilə yanaşı, “B”, “C” planı olmalıdır.
Rusiyalı ekspert Korotçenko Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının Qarabağdakı peşəkar terrorçuların zərərsizləşdirilməsi istiqamərində birgə əməliyyat tədbirlər həyata keçirilməsini təklif edir.
O, hər iki dövlətin Qarabağdakı peşəkar terrorçuların Rusiya Federasiyasına daxil olmasının qarşısının alınması istiqamətində birgə əməliyyat tədbirləri həyata keçirməsinin faydalı ola biləcəyini söyləyib:
"Bakının Qarabağ üzərində nəzarəti bərqərar etdikdən sonra bu kateqoriyadan olan şəxsləri axtarmaq və saxlamaq istəyi, həm də digər məsələlərlə yanaşı, Rusiyanın milli təhlükəsizliyini narahat edən məsələdir”.
Ermənistan Baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.
Bu barədə yerli “Hraparak“ nəşri yazıb.
Nəşr qeyd edib ki, dünən İrəvanın Respublika meydanında toplaşan nümayişçilərin hökumət əleyhinə etiraz aksiyası fonunda Paşinyan ailə üzvlərini paytaxtdan çıxarıb və bunun ardınca bir qrup tərəfdarı ilə görüşüb.
Paşinyan komandasına açıq şəkildə bildirib ki, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalacaq və istefa verməyəcək.//apa
“Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən konfliktlə bağlı baş verənləri yaxından izləyirik və məsələnin sülh yolu ilə həllinin olduğuna inanırıq. Banqladeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində yeganə sülh yolu danışıqlardan keçir”.
Bunu “Report”un ABŞ bürosuna Banqladeşin xarici işlər naziri Abul Kalam Abdul Moamen deyib.
Nazir Azərbaycanın yaxın gələcəkdə bölgədə sülhə nail olacağına əminliyini dilə gətirib:
“Bizim də regionumuzda bənzər konflikt yaşandı. Banqladeş Hindistanla olan konfliktin həllinə dialoq və müzakirələrlə nail oldu və bu sahədə təcrübəsi ilə dünyada liderlik edir. Baxın, bizim Hindistan kimi böyük qonşumuzla münasibətləri tənzimləməmiz göstərdi ki, bu, mümkündür. Biz bütün kritik məsələlərimizi dialoq və müzakirə yolu ilə həll etmişik. İndi Hindistan və Banqladeş arasında çox yaxşı münasibətlər var və Hindistanın baş naziri bu dövrü “qızıl fəsil” adlandırır.
Biz çox şadıq ki, regionumuzda sülh və sabitliyi bərpa edə bilmişik. Regiona sülhün gəlməsi ölkələrimizin iqtisadiyyatını gücləndirdi və bütün sahələrdə bir-birimizdən qarşılıqlı faydalanmağımıza şərait yaratdı. Digər qonşularımızla da yaşadığımız bütün anlaşılmazlıqlarda da yalnız dialoq və müzakirə yolunu seçirik. İnanırıq ki, sülh və sabitlik insanların rifahı üçün olduqca vacibdir. Mən Azərbaycanın Ermənistanla dialoq və müzakirə yolu ilə bölgədə sülhə nail olacağına əminəm. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan buna nail olacaq”.
XİN başçısı Banqladeşlə Azərbaycan arasında ticarət və investisiya əlaqələri sahəsində iş birliyinin zəruriliyini vurğulayıb:
“G 77 və Qoşulmama Hərəkatının sədri qismində biz Azərbaycanla müxtəlif sahələrdə birgə işlədik və bu işbirliyimiz davam edir. Bundan başqa, Azərbaycan və Banqladeş arasında uzun illərdir davam edən son illərdə möhkəmlənən dostluq əlaqələrimiz var. Təbii ki, bu əlaqələrin daha da möhkəmlənməsinə ehtiyac var. Xüsusilə, iki ölkə arasında ticarət və investisiya əlaqələri sahəsində ünsiyyəti artırmalıyıq və bu sahələrdə daha da güclənməliyik”.
Amerikalı reper Snup Doqun 23 sentyabrda Ermənistanda planlaşdırdığı konserti təxirə düşüb.
Konsertin Ermənistandakı təşkilatçısı olan “Doping Space” agentliyi konsertin vaxtının dəyişdirildiyini açıqlayıb.
“Təəssüflə nəzərinizə çatdırırıq ki, Ermənistan hökuməti Snup Doqun sentyabrın 23-nə planlaşdırılan konsertinin başqa vaxta keçirilməsi barədə qərarını rəsmi şəkildə bildirib”, - açıqlamada deyilir.
Konsertin nə vaxtadək təxirə salınmadığı açıqlanmasa da, dəyişikliyin Azərbaycan Odusunun Qarabağda keçirdiyi lokal hərbi əməliyyatlarla bağlı olduğu bildirilib.
Qeyd edək ki, daha əvvəl amerikalı reper Snup Doq instaqram səhifəsində konsertlə bağlı paylaşımında qondarma respublikada “check in” edib və “artsax”ı ayrı bir respublika kimi qeyd etmişdi. Daha sonra isə onun “artsax” kimi işarələdiyi yerin İrəvandakı Puşkin küçəsində yerləşən obyekt olduğu məlum olmuşdu.
Bir müddət sonra isə Snup Doqun sözügedən paylaşımı onun səhifəsindən silinmişdi.
Rusiyalı siyasi şərhçi Aleksey Naumovun Azərbaycanın Qarabağ bölgəsindəki son hadisələrlə bağlı məqalə yazıb.
O, "Münaqişədən sonrakı dövr və Rusiyanın rolu..." başlığında məqalə yazıb.
Ekspert bildirib:
1. Rusiya sülhməramlıları indi Qarabağı tərk etmək istəyən dinc əhalinin Bakı ilə razılaşdırılmış çərçivədə mütəşəkkil təxliyəsini təmin edəcəklər. Üç il əvvəl tərk edilməli olan silahlı dəstələrin qalıqları da gedəcək.
2. Bu rolu yerinə yetirdikdən sonra Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk edəcək. Qanuni son tarix 2025-dir, amma güman edirəm ki, hər şey daha tez yerinə yetiriləcək.
3. Rusiyanın Cənubi Qafqazdakı siyasətini dəyişikliklər gözləyir: son iki il ərzində Ermənistanla müttəfiqlik münasibətlərinin rolu azalıb, Azərbaycanla müttəfiqlik münasibətlərinin rolu (2022-ci ildə elan edilib) artıb.
Siyasət iqtisadiyyata uyğunlaşacaq: Azərbaycanla əməkdaşlıq iqtisadi və siyasi cəhətdən daha sərfəli və əsaslandırılmışdır. Həll olunmamış münaqişə şəklində ağrı nöqtəsinin olmaması yalnız bu prosesi sürətləndirəcəkdir.
4. Ermənistanla münasibətlər soyuma gözlənilir. Öz uğursuzluqlarına görə məsuliyyət Rusiyanın üzərinə atılacaq. Rusiyasız və Azərbaycanın razılığı olmadan bu üç il ərzində Qarabağ ermənilərinin sakit gedişi və inteqrasiyası mümkün olmazdı. Rusiyaya, xüsusən Prezident Əliyevə minnətdarlıq üçün tarixi zaman lazımdır.
Lakin tarixi perspektivdə münaqişənin həlli Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi və siyasi əməkdaşlığının qaçılmaz fəallaşmasına kömək edəcək ki, bu da bütün regiona müsbət təsir göstərəcək. Qarabağ böhranının həlli qaçılmaz idi və yaxşı idi ki, bunun üçün cəmi bir gün lazım idi.
2024-cü ildə Kiyevin 42 milyard dollar Qərb dəstəyinə ehtiyacı var ki, bu da gələn il üçün büdcə layihəsindəki kəsirə uyğundur.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bu vəsait Avropa İttifaqının “Ukraine Facility” proqramları, Beynəlxalq Valyuta Fondu, həmçinin Birləşmiş Ştatlar və Ukraynanın digər dostları tərəfindən ödənilə bilər.
Ukrayna hökuməti növbəti il üçün büdcə layihəsini 1,55 trilyon qrivna (42 milyard dollar) kəsirlə təsdiqləyib. Kəsir büdcə xərclərinin demək olar yarısını təşkil edir. Bununla yanaşı, büdcəsinin yarıdan çoxu -1,685 trilyon qrivna (46 milyard dollar) hərbi ehtiyaclara yönəldilib ki, bu da cari ildə həmin məqsədlər üçün ayrılan vəsaitdən 113 milyard qrivna (3 milyard dollar) çoxdur.
Ukrayna hökuməti artıq 2023-cü ildə rekord həcmdə kəsirin olduğu büdcəni təsdiqləmişdi. Kiyev bildirmişdi ki, yalnız hərbi xərcləri qarşılıya bilər, digər sahələr isə qərbli müttəfiqlərin yardımı hesabına maliyyələşməlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından dünya ölkələrini Şimali Kipr Türk Respublikasını tanımağa və onunla diplomatik əlaqələr qurmağa çağırıb.
Dövlət başçısı bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarında çıxışı zamanı deyib.
“Kipr türklərinin səmimi səylərinə baxmayaraq, adada federal həllin əldə oluna bilməyəcəyi fakt olaraq qalır. Biz beynəlxalq ictimaiyyəti bunu qəbul etməyə, ŞKTR-nin müstəqilliyini tanımağa və onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırırıq”, - deyə Türkiyə lideri bəyan edib.
Ərdoğan həmçinin bildirib ki, o, BMT-nin Kiprdəki sülhməramlı qüvvələrindən qorumağa borclu olduqları qərəzsizlik prinsipinə hörmət gözləyir.