Naxçıvanın Türkiyə üçün strateji önəmi var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin İclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, əldə olunan razılaşmalara əsasən Naxçıvan Türkiyə ərazisini tam olaraq qaz ilə təmin ediləcək.

Rusiya hər ay 20 min nəfəri orduya çağırır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov deyib.

“Yeni dalğa daha çox sayda ailəni əhatə edir, lakin bəzi narahatlıqlara görə Rusiya rəhbərliyi səfərbərlik elan etmək qərarını təxirə salıb. Gizli səfərbərlik həbsxanalar da daxil olmaqla, hər zaman baş verir. Payızda yeni dalğa başlaya bilər”, - Yusov bildirib.

Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın oğlu Levon bir ay müddətinə həbs edilib.

Bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.

O, dörd polis əməkdaşını döyməkdə ittiham edilirdi.

Köçəryan ittihamları rədd edib.

 

Paşinyan ardıcıl olaraq Rusiyanın Ermənistandakı təsirini azaltmaq siyasəti yürüdür.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Paşinyan gələcəkdə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasında israr edəcək:

“Onun davam etdirdiyi və inkişaf etdirdiyi bütün xətt budur, bu gün Qarabağda konkret insanların Rusiya sülhməramlı kontingenti tərəfindən xilas edilməsinə əhəmiyyət vermir. Amma o, həmyerlilərini çoxdan tərk edib və onları sözlə də olsa, müdafiə etmək fikrində deyil”.

Səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Əvvəlcə etirazçılar Saryana və Tumanyana küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.

Aksiya başlayandan polis onalrı müşaiyət edib.

Yeritasardaka polis etirazçıları metroya girməyə məcbur edib.

Qeyd edək ki, paytaxtın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ölkə Az (@olke.az)

Bütün bunlara səbəb Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır

“Biz danışmaq əvəzinə, silahların danışmağa başlamasına şərait yaratdıq. Çox maraqlıdır ki, nəyə görə bir çox problemlərin aylar əvvəl, Yevlaxdakı görüşdən əvvəl həll oluna biləcəyi halda baş tutdu?”

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin sədri Andranik Köçəryan deyib.

“Demək istədiyim odur ki, Araik Arutyunyanın istefasının səbəbi qeyri-müəyyən olaraq qalır. Bu kimin diktəsi ilə edilib”, - o vurğulayıb.

Köçəryan əlavə edib ki, bu hadisələrdən əvvəl Qarabağda böyük bir palıd ağacının altında Ruben Vardanyan kimi bir fiqur peyda oldu, sonra yox oldu: “Niyə gəldi, niyə “dövlət naziri” oldu, hansı səbəbdən getdi, heç bir rolu olmayan müəmmalı proseslərdə niyə iştirak etdi. Və sonda Yevlax görüşünə şahidlik etdik”, -Köçəryan bildirib.

Onun sözlərinə görə, bundan bir neçə ay əvvəl Bakı ilə dialoqa başlamaq proqramı da var idi. “İştirak edənlərin hamısı imtina etdi. Danışığa getmək üçün mütləq silahlar danışmalı idi? Ola bilsin ki, bununla onlar düşdükləri prosesə haqq qazandırırlar. Samvel Babayan danışıqlar üçün proqram təklif etdi. Oradakı 15 bənddın 13-nə Azərbaycan tərəfi razılıq vermişdi. Bildiyim qədər Babayn indi həmin təklifləri dərc etməyə hazırlaşır.

Son hadisələrə səbəb danışmaq əvəzinə silahların danışmağa başlamasına şərait yaratmağımız oldu. Bütün bunlara səbəbinin kökündə isə Araik Arutyunyanın getməsi və Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır”, - Köçəryan deyib.

“İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa getdikcə daha çox yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş olar”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

O, çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, digər ərəb ölkələrinə münasibətlərin normallaşdırılması təklifi ilə müraciət etmək qərarına sadiqliyini bir daha bəyan edib. Netyanyahu xatırladıb ki, 2020-ci ildə ölkəsi ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla eyni anda barışa bilib.

“İbrahim sazişləri” adı alan bu sazişlər, şübhəsiz ki, yeni sülh dövrünün müjdəçisi idi. Amma əminəm ki, biz daha böyük irəliləyişin - İsrail və Səudiyyə Ərəbistanı arasında tarixi sülhün astanasındayıq. Belə sülh ərəb-İsrail münaqişəsinin sona çatmasına böyük töhfə verəcək, digər ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa təşviq edəcək, fələstinlilərlə sülh perspektivlərini gücləndirəcək, yəhudilik və İslam, Qüds və Məkkə arasında geniş barışığa kömək edəcək” - Netanyahu bildirib.

İki gün ərzində İrəvanda keçirilən etiraz aksiyaları zamanı 500-ə yaxın vətəndaş polis idarəsinə gətirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrəvanda Respublika meydanında keçirilən mitinqdə Milli Komitənin üzvü və Ermənistan Milli Assambleyasının deputatı İşxan Saqatelyan bildirib.

Saqatelyan polisə müraciət edərək qeyd edib ki, dünəndən polis etirazçılara qarşı qanunsuz və amansız güc tətbiq edir.

Deputat qeyd edib ki, polisin hərəkətləri göstərir ki, onlar artıq Ermənistan Respublikasına deyil, Baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir.

Onun sözlərinə görə, hakimiyyət komendant saatının tətbiqi məsələsini müzakirə edir.

“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların tarixi ilə bağlı bir irəliləyiş yoxdur”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bir irəliləyiş yoxdur. Dəqiq tarix, qrafik belə yoxdur. Bilirsiniz ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə dəqiqə ərzində razılaşdırılır, ona görə burada heç bir problem yoxdur”, - Peskov bildirib. (Axar.az)

Biz Qarabağdakılarla daimi təmasdayıq və bu gün səhər aparılan müzakirələr nəticəsində deyə bilərik ki, vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümidlər var.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

“Bu, bizim Qarabağdakı tərəfdaşlarımızın yaranmış vəziyyətə verdiyi qiymətbir və biz da bunu bölüşürük”, - o qeyd edib.

Paşinyan onu da qeyd edib ki, Qarabağ sakinləri öz evlərinə qayıtmaq üçün real şans əldə edə bilərlər.

Xəbər lenti