![]() |
|
Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.
Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.
ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.
“Türkiyənin dünyada fərqli mövqeyi var. Və Aİ-yə üzv ölkələrin öz mövqeləri var. Rusiya Federasiyası mənim ən yaxın qonşularımdan biridir. Və bizim ümumi tariximiz var. İndiki proses isə tam eyni şəkildə davam edir. Biz “taxıl dəhlizi”ni işə saldıq. Ümumilikdə Qara dəniz vasitəsilə dünyanın digər ölkələrinə 33 milyon ton taxıl ixrac edilib. Biz bunu təkcə Aİ-nin bizdən tələb etdiyi üçün etmədik. Bu, qəbul etdiyimiz humanitar öhdəlik idi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin “PBS” telekanalına müsahibəsində deyib.
“Qərb nə qədər etibarlıdırsa, Rusiya Federasiyası da o qədər etibarlıdır. Son 50 ildir ki, biz Aİ-nin astanasında gözləyirik və hazırda mən Qərb qədər Rusiya Federasiyasına da güvənirəm... Tədarük etdiyimiz təbii qazın yarısı Rusiya Federasiyasından gəlir. Qarşılıqlı addımlar atırıq, müdafiə sənayesi sahəsində də əməkdaşlıq edirik”, - Ərdoğan əlavə edib.
Ermənistan baş naziri Nikol Paşinyan İrəvandakı seçkilərin uğursuzluğuna görə məsuliyyət daşıyanları cəzalandırmaq istəyir.
Bu barədə erməni nəşri “Joxovurd” yazır və "Vətəndaş müqaviləsi”nin İdarə Heyətinin dünənki iclasının qızğın keçdiyini qeyd edir.
Bildirilir ki, partiya üzvləri uğursuzluğa görə bir-birlərini günahlandırıblar:
“Paşinyan hesab edir ki, uğursuzluğa səbəb silahdaşlarının hərəkətsizliyi olub. Partiya səhv kadr siyasətinin aparıldığına qərar verib. Beləliklə, yaxın gələcəkdə bir sıra istefalar gözlənilir. Bu arada hakimiyyət öz namizədinə mer postunu təmin etmək üçün “Respublika” partiyası ilə koalisiya yaratmaq imkanını müzakirə edir”, – qəzet yazır.
“Ukrayna süqut etsə, nə baş verəcək? Sadəcə, bu barədə düşün. Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya müharibəsi?”
“Bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS-ə müsahibəsində deyib.
O hesab edir ki, ABŞ təkcə Ukraynanı dəstəkləmir: “Bilirlər ki, Ukrayna süquta uğrayarsa, Putin sözsüz ki, yoluna davam edəcək. Putin Baltikyanı ölkələrə çatanda ABŞ nə edəcək? Polşa sərhədinə nə vaxt çatacaq? Ukrayna daha nə etməlidir ki, hamı bizim böyük minnətdarlığımızı dəyərləndirə bilsin? Biz bu müharibədə məhv oluruq.
Bütün dünya qərar verməlidir ki, biz Putini dayandırmaq istəyirik, yoxsa dünya müharibəsinə başlamaq istəyirik”.
“Yaxşılıq pisliyə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başlayıb. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla, Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb”.
Bunu Rusiyalı siyasi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O vurğulayıb ki, indi “blokada”, “kütləvi aclıq”, “soyqırımı” yoxdur: “Əslində, bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır”.
ABŞ Ermənistan silahlı qüvvələrinə xarici düşmənlə döyüşmək üçün deyil, etirazları yatırmaq üçün təlim keçir.
Bu barədə İran mənbələri iddia irəli sürür.
İddiaya görə, Paşinyan əmindir ki, tezliklə devriləcək, ABŞ isə onun bu zəifliyindən istifadə edərək Ermənistan hökumətinə böyük ölçüdə nəzarət edə bildi:
“ABŞ Ermənistanda Azərbaycana qarşı onlara kömək etmək üçün deyil, onlar bu fürsətdən istifadə edərək Ermənistana tam hakim olmaq istəyirlər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri çərçivəsində Nyu-York şəhərindəki Türkevidə “SpaceX”in qurucusu və baş direktoru İlon Maskı azyaşlı oğlu ilə birgə qəbul edib.
Görüş zamanı Ərdoğan Maskı Türkiyədə “Tesla”nın yeddinci fabrikini qurmağa çağırıb.
Prezident Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılacaq addımlarda “SpaceX”lə əməkdaşlıq imkanlarının ola biləcəyini ifadə edərək, Maskı İzmirdəki Teknofest sərgisinə də dəvət edib.
Ərdoğan Maska özünün yazdığı “Daha Ədalətli Dünya Mümkün” kitabının ingiliscə versiyasını və Prezidentliyin Kommunikasiyalar Müdirliyi tərəfindən hazırlanan “BMT İslahatı: Beynəlxalq Əməkdaşlığa Yeni Bir yanaşma” kitabını Maskın oğluna futbol topu hədiyyə edib.
Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin məlumat yayıb.
Məlumata görə, hazırda ölənlərin sayı 3 252 nəfər təşkil edir.
Bundan əvvəl BMT-nin Liviyadakı ofisi məlumat yayıb ki, təbii fəlakət nəticəsində 11 mindən çox insan ölüb. Həmçinin Dernada 10 min nəfərdən çox adam itkin düşüb. Dernadan kənarda Liviyanın şimal-şərqində daşqınlar nəticəsində 170 nəfər həlak olub.
Nikol Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqosferi Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb.
Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, bu gün efirdə Rusiyanın yüksək vəzifəli şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirən, hər hansı sivil cəmiyyətdə tamamilə alçaldıcı və qəbuledilməz olan paşinyanpərəst bloqçu Roman Baqdasaryan olub:
"Baqdasaryanın çıxışının tezisləri Ermənistanın baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam uyğundur. Üstəlik, Simonyanın tezislərini kopyalayan və “yaradıcı şəkildə inkişaf etdirən” Bağdasaryan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi spikerinə qarşı təhqiramiz ifadələr işlədib".
Eskpertin sözlərinə görə, rəsmi İrəvanın bütün bu "iyrənc və rüsvayçı informasiya kampaniyası" "Qartal tərəfdaşı 2023" adlı erməni-amerikan hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının fəal anti-Rusiya təxribat işi fonunda baş verməsi olduqca diqqət çəkir.
"Eyni zamanda, erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələrinin silahlıları vəziyyəti gərginləşdirmək üçün demək olar ki, hər gün silahlı təxribatlar təşkil edirlər.
Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına, zirehli texnikasına və RSK-nin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətlərə yol verilir", - o bildirib.
Korotçenko istisna etmir ki, Moskva və İrəvan arasında dərinləşən siyasi böhran fonunda separatçılar tərəfindən sülhməramlılara qarşı genişmiqyaslı silahlı təxribat Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi ilə baş verə bilər: "Bununla AB-nin “mavi dəbilqəlilər”in (silahlı kontingentinin) regiona beynəlxalq (oxu - Qərb) mandatının daxil edilməsi tələb edilə bilər.
Xüsusilə vurğulanmalıdır ki, Kremlin bütün səyləri xüsusi hərbi əməliyyat problemlərinin həllinə və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib".
ABŞ-dən qalxan F-35-lər Danimarkaya enib və oradan da Ukraynaya uçacaq
Danimarkanın 2,2 milyard dollara sifariş etdiyi 27 F-35 döyüş təyyarəsindən 4-ü ölkəyə gəlib.
Xarici media xəbər verir ki, ölkənin Jutland yarımadasındakı Skrydstrup aviabazasına eniş edən 4 ədəd F-35-in rəsmi çatdırılması oktyabrın 1-də həyata keçiriləcək.
İmzalanmış müqaviləyə əsasən ABŞ Danimarkaya 2025-ci ilin sonunadək 27 F-35 təyyarəsi verəcək. Bununla da Danimarkanın 40 ildən artıqdır istifadə etdiyi 30 F-16 döyüş təyyarəsi parkı əvəz ediləcək.
Danimarka Ukraynaya ümumilikdə 19 ədəd F-16 qırıcısı verəcək. Onlardan 6 ədədini ilin sonunadək, 8 ədədi gələn il, qalan 5 ədədi isə 2025-ci ildə tədarük etməyi planlaşdırır.
Avqustun 17-də ABŞ Hollandiya və Danimarkaya öz F-16 döyüş təyyarələrini Ukraynaya göndərməyə icazə verib.
Avqust ayında Danimarka 8 ukraynalı pilota F-16-ların istifadəsi üzrə təlim keçirməyə başlayıb.
Bundan başqa Norveç də F-16-ları Ukraynaya verəcəyini açıqlayıb. Lakin təyyarələrin sayı və çatdırılma müddəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.