qerbin-cagirislari-taktiki-hiyledir

“Təəssüf ki, hazırda Rusiya ilə Qərb arasında danışıqlarda perspektivlər nəzərə çarpmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Mejdunarodnaya jizn” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin bu məsələ ilə bağlı bütün çağırışları Ukrayna qoşunlarına yenidən qruplaşmaq imkanı vermək üçün taktiki hiylədir: “Lakin bu, dinc nizamlanma deyil, müharibə yoludur”.

qazaxistanda-agir-yol-qezasi-9-nefer-oldu

Qazaxıstanın Karaqanda vilayətində minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində doqquz nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib. 

Niderlandın müsəlmanlara qarşı “Pegida” hərəkatının lideri Edvin Vaqensveld Türkiyənin Haaqadakı səfirliyi qarşısında aksiya keçirib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

O, yaxınlıqda toplaşan müsəlmanların çağırışlarına baxmayaraq “Quran”dan bir neçə vərəq qoparıb.

Aksiya yerinin yaxınlığında toplaşan yüzə yaxın müsəlman Edvin Vaqensveldın hərəkətini pisləyib. Daha sonra nümayişçilərlə polis arasında toqquşma baş verib, lakin xüsusi təyinatlılar vəziyyəti tez bir zamanda nəzarətə götürüblər.

Urmiya gölünün İran hökuməti tərəfindən tamamilə məhv edilməsinin görüntüləri yayıldı.

Görüntüləri “Azad İran” “Telegram” kanalı paylaşıb.

Xatırladaq ki, molla rejimi tərəfindən qəsdən qurudulan Urmiya gölünün insanların həyatı və ekosistem üçün çox böyük təhlükəsi var.

Belə ki, gölün quruması nəticəsində xərçəng, dəri və tənəffüs sistemi ilə bağlı bir sıra xəstəliklərin yaranacağı qeyd olunur. Bununla yanaşı, əhalinin məcburi köçünün başlayacağı da proqnozlaşdırılır. 

Uşaqlar, mən Azərbaycanda heç vaxt olmamışam və orada işlərin necə getdiyini də bilmirəm. Amma konkret olaraq Ermənistan-Azərbaycan məsələsində hesab edirəm ki, Azərbaycan doğru tərəfdədir. Bağışlayın ki, Ağdamı dağıdanlardan çox, Ağdamı tikənləri qiymətləndirirəm.

Axar.az xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan deyib.

“Məndən soruşurlar ki, sən ermənisən, necə belə edə bilərsən? Bəli, mən erməniyəm, amma mən bunu bacarmaram. Azərbaycanlılarla ermənilər sülh və harmoniya içində yaşayacaqlar. Kim razı deyil, müzakirəyə hər zaman açığıq”, - Verdyan bildirib.

“Minsk Rusiyaya qarşı təcavüz olacağı təqdirdə ona verdiyi taktiki nüvə silahından istifadə edə bilər”.

"Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə müsahibəsi zamanı deyib.

"Bu halda biz tərəddüd etməyəcəyik, bütün silah arsenalını çəkindirmək üçün istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.
Lukaşenko vurğulayıb ki, Belarus Ukrayna Silahlı Qüvvələri bu ölkənin sərhədini keçməyincə onunla qaynar münaqişəyə qoşulmayacaq.

Rusiya Silahlı Qüvvələrinin (SQ) ayrı-ayrı bölmələri müharibənin əvvəlində Belarus ərazisindən Ukrayna sərhədini keçib.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bəli, Belarus ərazisindən müəyyən bölmələr Ukrayna sərhədini keçib. Niyə Rusiya qoşunları Çernobıl bölgəsində Belarus - Ukrayna sərhədini keçdilər? Bunu Zelenskidən soruşun!”, - deyə jurnalistə bildirib.

ABŞ biolaboratoriyaları bütün dünyaya yayır. Süni infeksiya ocaqlarını formalaşdırmaq üçün Rusiyanın sərhədlərinin də perimetrini cızır.

Bu haqda Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Xəstəliklərin monitorinqi adı altında Vaşinqton həyasızcasına dünyanın hər yerinə qanunsuz laboratoriyalar yerləşdirir. Rusiya sərhədlərinin perimetri də bu cür qurumlarla sıx şəkildə qurulub. Pentaqonun Ukraynadakı fəaliyyəti isə xüsusi narahatlıq doğurur. ABŞ öz layihələrinə ölkənin onlarla dövlət qurumunu və özəl şirkətlərini cəlb edib”, - məlumatda qeyd edilib.

Bildirilir ki, ABŞ bunu bioloji böhranlar yaratmaq, süni infeksiya ocaqlarını formalaşdırmaq və epidemiyaları idarə etmək məqsədilə edir.

Paşinyan Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Sünik (Zəngəzur) bölgəsinə səfərə hazırlaşır.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Onun bu rayona sonuncu səfəri 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra yerli sakinlər tərəfindən təhqir olunduğu vaxt olub.

Nəşr qeyd edir ki, bunun ardınca “bir daha təhqir olunmaması üçün” cinayət işləri başlanıb. Bundan sonra Paşinyan bu bölgədə görünməkdən yayınıb.

Bildirilir ki, Ermənistan baş nazirinin təhlükəsizlik xidməti dünəndən Sünik bölgəsindədir və onun səfərinə hazırlaşır: “İğtişaşların qarşısını almaq üçün dəqiq tarix gizli saxlanılır”.

Ermənistan Müdafiə Nazirliyində islahatlar fonunda həyata keçirilən sertifikatlaşdırma prosesi orduda qeyri-sağlam ab-hava yaradıb ki, bu da kadrların böyük axınına səbəb ola bilər.

Bu barədə Ermənistanın gündəlik “Hraparak” nəşri yazır.

“Attestasiya kifayət qədər yüksək standartlara malikdir, burada nə hərbçinin döyüş yolu, nə ləyaqəti, nə yaşı, nə də peşəkar hərbçiyə mənsubiyyət faktı rol oynamır. Sertifikatlaşdırma iki hissədən ibarətdir: nəzəri, peşəkar sınaqlar və praktiki tapşırıqlar - hər kəsin keçə bilmədiyi döyüş hazırlığı, kimsə yaşa görə, kimsə döyüş yaralarına görə.

Nəticədə onlar attestasiyadan kəsilir, real əmək haqqı isə aşağı qalır ki, bu da inflyasiya şəraitində yaşamağı mümkünsüz edir. Məlum oldu ki, bu qeyri-bərabər və qeyri-sağlam mühitdə bəziləri artıq xidmətdən təqaüdə çıxıb, kimsə getmək barədə düşünür, bu da ordu üçün ağır nəticələrə səbəb ola bilər”, - qəzet yazır.

Xəbər lenti