![]() |
|
Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib.
“Report” xəbər verir ki, o bu barədə müvafiq fərman imzalayıb.
İndiyədək həmin vəzifəni Mixail Boçarnikov icra edirdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana rəsmi səfəri zamanı verdiyi açıqlamalardan biri sosial mediada gündəm olub. Belə ki, qardaş ölkənin başçısı Azərbaycanda əhalinin artımı üçün hər ailədə 5 uşağın doğulmasını düzgün hesab edib.
Bu açıqlamanın ardından iqtisadçı ekspert Samir Əliyev Azərbaycan və Türkiyədə demoqrafik vəziyyətlə bağlı araşdırma edib.
Ekspert bildirir ki, 2022-ci ildə Türkiyədə uşaqların (0-17 yaş) ümumi əhalidə payı 26,5% olub: “Halbuki 1970-ci ildə bu göstərici 48,5%, 1990-cı ildə 41,8% olub. Proqnozlar ürəkaçan deyil. Çünki proqnoza görə, 2030-cu ildə əhalinin 25,6%-i, 2040-cı ildə 23,3%-i, 2080-ci ildə 19%-i uşaqlardan ibarət olacaq”.
S. Əliyevin sözlərinə görə, Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5%-ni, 2021-ci ildə 23,9%-ni təşkil edib: “Proqnozlar özünü doğrultsa, Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq”.
Fertillik əmsalına (ümumi nəsilvermə əmsalı) gəlincə ekspert bildirib ki, Azərbaycanda bu əmsal 1990-cu ildəki 2,77 həddindən 2021-ci ildə 1,52 həddinə enib: “Türkiyədə analoji göstərici 2008-ci ildə 2,38 olduğu halda 2022-ci ildə 1,62-yə düşüb. Türkiyədə ən yüksək göstərici Şanlıurfada (3,59), ən aşağı göstərici isə Kütahyada (1,18) qeydə alınıb. Türkiyə xəritəsinə baxsaq, ən aşağı göstəricilər şimal, şimal-qərbi və şimal-şərqi ərazilərdə, ən yüksək göstəricilər isə cənub, cənub-şərqi və şərq ərazilərdə olub.
“2021-ci ildə Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,12, Türkiyədə isə 3,23 olub”, - ekspert əlavə edib.
ABŞ Ermənistandakı vətəndaşlarını ölkənin bəzi sərhədyanı ərazilərinə səfər etməkdən ehtiyatlı olmağa çağırır.
Səfirlik öz vətəndaşlarına növbəti təhlükəsizlik xəbərdarlığı edib.
ABŞ vətəndaşları üçün nəzərdə tutulan mesajda xüsusi olaraq deyilir:
"Ermənistanda yay səyahətləri mövsümü ilə əlaqədar ABŞ-nin İrəvandakı səfirliyi vətəndaşlarına xatırladır ki, Ermənistan və Azərbaycan arasında davam edən münaqişə ilə əlaqədar ABŞ səfirliyinin əməkdaşları və onların ailə üzvlərinin aşağıdakı istiqamətlərə qeyri-vacib səfərləri qadağandır.
- Vərəqavanın şərqi, Tavuş mərzi, H37 şossesi,
- H36 şose yolu Tavuş mərzinin Navur kəndindən şərq,
- Geqarkunik mərzində Vardenisin şərqində,
- Ararat mərzinin Yerasx kəndindən avtomobillə getmək olar, dayanmaq qadağandır.
- Jermuk, Vayots Dzor marz, H42 və H43 yollarında Getikdən keçmiş səyahət.
- Sünik (Zəngəzur) rayonu.
- Qarabağa səyahət qadağandır".
Xəbərdarlıqda deyilir: “ABŞ hökuməti Qarabağda və onun ətrafında ABŞ vətəndaşlarına təcili xidmət göstərə bilməz, çünki giriş qadağandır”.
Ermənistanın öz təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı tam dəqiq məlumatlar var. Buna iqtisadi, hərbi və insan resursları imkan vermir. Ona görə də bölgədə marağı olan ölkələrdən dəstək almağa çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistanda son illər rus bazalarının sayının artmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, Qərb KTMT üzvü olduğuna görə Ermənistana birbaşa hərbi yardımın verilməsinin mümkün olmadığı haqqında açıq bəyanatlar səsləndirir. Lakin rəsmi İrəvan Qərbdən müəyyən dərəcədə maliyyə və siyasi dəstək alır:
“Ona görə də Ermənistan KTMT-dəki üzvlüyünü tədricən minimum həddə endirir, lakin təşkilatdan çıxmaq haqqında konkret qərar vermir. Rəsmi İrəvanın hazırda Moskva ilə həm sözügedən təşkilat çərçivəsində, həm də ikitərəfli səviyyədə müttəfiqlik əlaqələri mövcuddur. İndiki şəraitdə Ermənistan daha çox ikitərəfli münasibətlər çərçivəsində Rusiyadan faydalanmağa çalışır. Diqqətlə fikir versək görərik ki, son bir ildəki bazalar Azərbaycanın anklavlarının qarşısında və nəqliyyat arteriyaları istiqamətində qurulub. Ermənistan Avropadan siyasi və maliyyə dəstəyi, eyni zamanda müşahidəçilərin göndərilməsi, ərazisində rus hərbi bazalarının qurulması yolu ilə Azərbaycana qarşı maneələr formalaşdırmağa çalışır. Lakin bəhs etdiyimiz təhlükəsizlik sisteminin formalaşdırılmasında ciddi problemlər var. Çünki Ermənistana dəstək verən ölkələr arasında artıq siyasi rəqabət yox, münaqişə gedir. Putinin həbsi ilə bağlı verilən qərara münasibət, İranın hərbi yardım təklifinə Qərbin reaksiyası və s. bunun simptomlarıdır. Ona görə də qurulan yeni təhlükəsizlik sistemi Ermənistana qısamüddətli zəmanətlər versə də, qarşıdakı perspektivdə ölkəni mübarizə meydanına çevirə bilər”.
Qeyd edək ki, son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi Ermənistanda 7 hərbi baza tikib.
Ukraynada rusiyalı general öldürülüb.
Zaporojye 35-ci birləşmiş ordunun qərargah rəisi, general-mayor Sergey Qoryaçev raket zərbəsi nəticəsində həyatını itirib.
Bu barədə Rusiya hərbi komandiri Yuri Kotenok məlumat verib.
O, Qoryaçevin (polkovnik geyimində) fotosunu dərc edib və öz teleqram kanalında yazıb ki, general-mayor Dnestryanıda Rusiya kontingentinə rəhbərlik edib, Tacikistandakı 201-ci hərbi bazaya, habelə Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib. Xüsusi Hərbi Əməliyyata tank briqadasının komandiri kimi qoşularaq 35-ci birləşmiş ordunun komandirinin müavininə qədər "böyüdü" (general-mayor rütbəsi ilə), ordunun qərargah rəisi təyin edildi.
Almaniya kansleri Olaf Şoltsun Aralıq dənizi vasitəsilə Almaniyaya gələn qeyri-qanuni miqrantlarla bağlı “zarafat”ı sosial mediada tənqid edilib.
“Star” qəzeti xəbər verir ki, Şolz Nürnberqdə Protestant Kilsəsinin təşkil etdiyi tədbirə immiqrasiya və qaçqın siyasəti ilə bağlı danışıb.
O, Almaniyanın Avropa Birliyinin (AB) xarici sərhədində yerləşən bir ölkə olmasa da, sığınacaq üçün ən çox müraciət edilən ölkə olduğunu deyib:
"Bu zarafatı daha əvvəl Avropa Şurasında da etmişdim. Almaniyanın Aralıq dənizində böyük sahil xətti olmalıdır. Çünki Aralıq dənizinə faktiki sahili olan ölkələrlə müqayisədə Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların çoxu Almaniyaya gəlir” .
Almaniya kansleri Şolzun "zarafat" kimi qələmə verdiyi sözlər sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub.
Aralıq dənizində gəmilərlə nizamsız miqrantları xilas etmək üçün çalışan Alman qeyri-hökumət təşkilatı “Sea Watch”m tvitter hesabında Şoltsu tənqid edib.
“Təkcə 2023-cü ildə Aralıq dənizində 1150-dən çox ölüm hadisəsi baş verib. Kanslerin ağlına gələn pis zarafatdır. Buna gülə bilən şəxs ölkəni idarə etməməlidir”.
Xristian Demokratik Birlik Partiyasının (CDU) deputatı Mattias Hauer də Almaniyanın baş nazirinin başqalarının əzabına lağ etməməli olduğunu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun və müavinləri ilə basketbol oynayıb.
Qafqazinfo" xəbər verir ki, bununla bağlı ölkənin gənclər və idman naziri Osman Aşkın Bak paylaşım edib.
O, fotonu, - "Prezidentimizlə basketbol oynamağa davam edirik. Arxa lövhədə də gördüyünüz kimi, Yaşıl Komanda qalib gəlir. Formadayıq", - şərhi ilə paylaşıb.
Növbəti dəfə Türkiyə Cümhuriyyətinin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi bəlli olub.
Bununla əlaqədar Türkiyə mətbuatı xəbər dərc edib.
Belə ki, R.T.Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, bir gün sonra, iyunun 13-də isə Azərbaycana səfər edəcək.
“İyunun 13-də Rəcəb Tayyib Ərdoğanın dayanacağı qardaş ölkə Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək”, - qəzet yazır.
Biz yaxın gələcəkdə Mərkəzi Asiya ölkələrinin Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryol qovşağına qoşulacaq.
“Bunu deputat Səməd Seyidov “Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Orta Dəhlizin reallaşması istiqamətində yürütdüyü siyasət öz bəhrəsini verəcək: “Müzakirəyə çıxarılan sənəd də bu baxımdan önəmlidir. Bu Orta Dəhlizin daha aktiv fəaliyyətini təmin etməyə imkan verəcək. Biz yaxın gələcəkdə digər türkdilli dövlətlərin bu prosesə qoşulacağının şahidi olacağıq”.
Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüş Soçidə baş tutacaq.
“Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca işgüzar görüş keçirəcək”, - deyə Kreml sözçüsü bildirib.