Ermənistanın öz təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı tam dəqiq məlumatlar var. Buna iqtisadi, hərbi və insan resursları imkan vermir. Ona görə də bölgədə marağı olan ölkələrdən dəstək almağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistanda son illər rus bazalarının sayının artmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, Qərb KTMT üzvü olduğuna görə Ermənistana birbaşa hərbi yardımın verilməsinin mümkün olmadığı haqqında açıq bəyanatlar səsləndirir. Lakin rəsmi İrəvan Qərbdən müəyyən dərəcədə maliyyə və siyasi dəstək alır:

“Ona görə də Ermənistan KTMT-dəki üzvlüyünü tədricən minimum həddə endirir, lakin təşkilatdan çıxmaq haqqında konkret qərar vermir. Rəsmi İrəvanın hazırda Moskva ilə həm sözügedən təşkilat çərçivəsində, həm də ikitərəfli səviyyədə müttəfiqlik əlaqələri mövcuddur. İndiki şəraitdə Ermənistan daha çox ikitərəfli münasibətlər çərçivəsində Rusiyadan faydalanmağa çalışır. Diqqətlə fikir versək görərik ki, son bir ildəki bazalar Azərbaycanın anklavlarının qarşısında və nəqliyyat arteriyaları istiqamətində qurulub. Ermənistan Avropadan siyasi və maliyyə dəstəyi, eyni zamanda müşahidəçilərin göndərilməsi, ərazisində rus hərbi bazalarının qurulması yolu ilə Azərbaycana qarşı maneələr formalaşdırmağa çalışır. Lakin bəhs etdiyimiz təhlükəsizlik sisteminin formalaşdırılmasında ciddi problemlər var. Çünki Ermənistana dəstək verən ölkələr arasında artıq siyasi rəqabət yox, münaqişə gedir. Putinin həbsi ilə bağlı verilən qərara münasibət, İranın hərbi yardım təklifinə Qərbin reaksiyası və s. bunun simptomlarıdır. Ona görə də qurulan yeni təhlükəsizlik sistemi Ermənistana qısamüddətli zəmanətlər versə də, qarşıdakı perspektivdə ölkəni mübarizə meydanına çevirə bilər”.

Qeyd edək ki, son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi Ermənistanda 7 hərbi baza tikib.

 

Ukraynada rusiyalı general öldürülüb.

Zaporojye 35-ci birləşmiş ordunun qərargah rəisi, general-mayor Sergey Qoryaçev raket zərbəsi nəticəsində həyatını itirib.

Bu barədə Rusiya hərbi komandiri Yuri Kotenok məlumat verib.

O, Qoryaçevin (polkovnik geyimində) fotosunu dərc edib və öz teleqram kanalında yazıb ki, general-mayor Dnestryanıda Rusiya kontingentinə rəhbərlik edib, Tacikistandakı 201-ci hərbi bazaya, habelə Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib. Xüsusi Hərbi Əməliyyata tank briqadasının komandiri kimi qoşularaq 35-ci birləşmiş ordunun komandirinin müavininə qədər "böyüdü" (general-mayor rütbəsi ilə), ordunun qərargah rəisi təyin edildi.

Almaniya kansleri Olaf Şoltsun Aralıq dənizi vasitəsilə Almaniyaya gələn qeyri-qanuni miqrantlarla bağlı “zarafat”ı sosial mediada tənqid edilib.

“Star” qəzeti xəbər verir ki, Şolz Nürnberqdə Protestant Kilsəsinin təşkil etdiyi tədbirə immiqrasiya və qaçqın siyasəti ilə bağlı danışıb.
O, Almaniyanın Avropa Birliyinin (AB) xarici sərhədində yerləşən bir ölkə olmasa da, sığınacaq üçün ən çox müraciət edilən ölkə olduğunu deyib:

"Bu zarafatı daha əvvəl Avropa Şurasında da etmişdim. Almaniyanın Aralıq dənizində böyük sahil xətti olmalıdır. Çünki Aralıq dənizinə faktiki sahili olan ölkələrlə müqayisədə Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların çoxu Almaniyaya gəlir” .

Almaniya kansleri Şolzun "zarafat" kimi qələmə verdiyi sözlər sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub.

Aralıq dənizində gəmilərlə nizamsız miqrantları xilas etmək üçün çalışan Alman qeyri-hökumət təşkilatı “Sea Watch”m tvitter hesabında Şoltsu tənqid edib.
“Təkcə 2023-cü ildə Aralıq dənizində 1150-dən çox ölüm hadisəsi baş verib. Kanslerin ağlına gələn pis zarafatdır. Buna gülə bilən şəxs ölkəni idarə etməməlidir”.

Xristian Demokratik Birlik Partiyasının (CDU) deputatı Mattias Hauer də Almaniyanın baş nazirinin başqalarının əzabına lağ etməməli olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun və müavinləri ilə basketbol oynayıb.

Qafqazinfo" xəbər verir ki, bununla bağlı ölkənin gənclər və idman naziri Osman Aşkın Bak paylaşım edib.


O, fotonu, - "Prezidentimizlə basketbol oynamağa davam edirik. Arxa lövhədə də gördüyünüz kimi, Yaşıl Komanda qalib gəlir. Formadayıq", - şərhi ilə paylaşıb.

Növbəti dəfə Türkiyə Cümhuriyyətinin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi bəlli olub.

Bununla əlaqədar Türkiyə mətbuatı xəbər dərc edib.

Belə ki, R.T.Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, bir gün sonra, iyunun 13-də isə Azərbaycana səfər edəcək.

“İyunun 13-də Rəcəb Tayyib Ərdoğanın dayanacağı qardaş ölkə Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək”, - qəzet yazır.

Biz yaxın gələcəkdə Mərkəzi Asiya ölkələrinin Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryol qovşağına qoşulacaq.

“Bunu deputat Səməd Seyidov “Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Orta Dəhlizin reallaşması istiqamətində yürütdüyü siyasət öz bəhrəsini verəcək: “Müzakirəyə çıxarılan sənəd də bu baxımdan önəmlidir. Bu Orta Dəhlizin daha aktiv fəaliyyətini təmin etməyə imkan verəcək. Biz yaxın gələcəkdə digər türkdilli dövlətlərin bu prosesə qoşulacağının şahidi olacağıq”.

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüş Soçidə baş tutacaq.

“Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca işgüzar görüş keçirəcək”, - deyə Kreml sözçüsü bildirib.

Qərbi Balkanların ən kiçik ölkəsi olan Monteneqroda çoxsaylı bomba təhdidlərinə görə fövqəladə vəziyyət elan edilib.

“Haberler.com” xəbər verir ki, bu səbəbdən ölkə şurası və bir çox məktəb boşaldılıb.

Monteneqro Parlamentində partlayıcı maddələrin olmasının məzmununun elektron poçt vasitəsilə göndərildiyi bildirilib.

Həmçinin eyni məzmun Nikşiç və Bijelo Polye kimi şəhərlərdə, xüsusən də paytaxt Podqoritsadakı məktəblərə göndərilib.

Polis tərəfindən edilən xəbərdarlıqlar əsasında lazımi tədbirlər görülüb və aidiyyəti binalar boşaldılıb.

Xatırladaq ki, daha əvvəl Monteneqroda bir çox məktəbə bomba təhdidləri edilmişdi və bütün xəbərlər əsassız idi.



Misirin Hurqada şəhərində xalq çimərliyində dənizə girən rusiyalı turistə köpəkbalığı hücum edib.

Xarici KİV  xəbər verir ki, hadisə nəticəsində turist həlak olub. 

Belə ki, köp

Hücumun baş verdiyi çimərlik təhlükəsizlik səbəbilə bağlanıb, hadisə ilə bağlı araşdırma başladılıb.

Hücum anı sahildəkilər tərəfindən anbaan lentə alınıb.

ək balığından xilas olmağa çalışan turist qışqıraraq kömək istəyib, lakin heç kim ona kömək edə bilməyib.

Hadisədən sonra təhlükəsizlik qüvvələri köpək balığını yaxalayıb və rus turistin cəsədi sudan çıxarılıb. 

Türkiyə Mərkəzi Bankına (TCMB) ilk dəfə qadın sədr təyin olunub.

Türkiyə mətbuatı xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.

Sözügedən təyinatla Hafize Qaye Erkan TCMB-nin ilk qadın sədri olub.

H.Q.Erkan 2001-ci ildə Boğaziçi Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-də davam etdirən yeni sədr 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirib.

Karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayan Erkan işlədiyi müddətdə ABŞ-ın böyük banklarının və sığorta şirkətlərinin idarə heyətinə məsləhət xidmətləri göstərib.

Xəbər lenti