![]() |
|
Türkiyə Mərkəzi Bankına (TCMB) ilk dəfə qadın sədr təyin olunub.
Türkiyə mətbuatı xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.
Sözügedən təyinatla Hafize Qaye Erkan TCMB-nin ilk qadın sədri olub.
H.Q.Erkan 2001-ci ildə Boğaziçi Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-də davam etdirən yeni sədr 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirib.
Karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayan Erkan işlədiyi müddətdə ABŞ-ın böyük banklarının və sığorta şirkətlərinin idarə heyətinə məsləhət xidmətləri göstərib.
Türkiyə beynəlxalq məkanda yenidən fəal mərhələyə keçmək üzrədir. Uzun müddətdən bəri idi ki, rəsmi Ankara nisbətən arxa plana çəkilərək, daha çox passiv xarici siyasət yürütməyə çalışırdı. Üstəlik, Türkiyənin belə bir ağır dönəmdən keçməsi müəyyən mənada, məcburi xarakter daşıyırdı.
Məsələ ondadır ki, bu ilin əvvəlindən başlayaraq, rəsmi Ankara bütün diqqətini Türkiyənin daxilində mövcud olan ciddi problemlərə yönəltmək məcburiyyətində qalmışdı. İlk növbədə dünya tarixinin ən dəhşətli iki ardıcıl zəlzələsi Türkiyəyə ağır zərbələr vurmuşdu. Ərdoğan hakimiyyəti də məhz zəlzələnin yaratdığı ağır situasiyanı nisbətən yüngülləşdirməyə çalışırdı.
Bütün bunları nəzərə aldıqda, bu ilin əvvəlindən başlayaraq, rəsmi Ankaranın başının Türkiyənin daxili problemlərini həll etməyə qarışdığı qətiyyən şübhə doğurmur. Bəzi problemlər hələ də qalmış olsa da, ancaq indi demək olar ki, Ərdoğan hakimiyyəti daha rahat davranmaq imkanı da qazanmağa başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə zəfərlə çıxaraq, üstəlik, yeni hakimiyyət komandasıyla daha da güclənərək, Türkiyənin beynəlxalq rəqiblərini ciddi şəkildə məyus etməyi bacarıb.
Ona görə də, rəsmi Ankaranın son günlər beynəlxalq siyasət məkanında yenidən fəallaşması qətiyyən təəccüblü deyil. İndi Türkiyə regional güc mərkəzi statusuna uyğun olaraq, öz ətrafında baş verən əsas qlobal problemlərin həlli prosesinə müdaxilə etməyə başlayıb. İlk hədəf kimisə, Ukrayna savaşının ön plana keçirildiyi müşahidə olunur. Belə ki, prezident R.T.Ərdoğan Ukrayna savaşının iki birbaşa iştirakçısının liderləri ilə təmasları bərpa etməkdədir.
Məsələ ondadır ki, Türkiyə lideri artıq həm Ukrayna, həm də Rusiya prezidentləri ilə savaşın doğurduğu problemləri müzakirə edib. Bəzi məlumatlara görə, həm rəsmi Kiyev, həm də Kreml prezident R.T.Ərdoğanın Türkiyədə öz hakimiyyətini qoruya bilməsindən olduqca məmnundur. Çünki Türkiyə lideri savaşı dayandırmaq üçün Ukrayna və Rusiya ilə eyni vaxtda müzakirələr apara biləcək yeganə vasitəçi-otbitr hesab olunur.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə sülh prosesinin başladılması üçün Türkiyə liderinin fəal müdaxiləsi olduqca vacibdir. Xüsusilə də, rəsmi Kiyev Ukraynanın işğal olunmuş ərazilərinin geri qaytarılması və ölkəyə dəyən maliyyə-iqtisadi ziyanın hesablanaraq, ödənilməsinin beynəlxalq mexanizmlərinin müəyyən edilməsində Türkiyənin iştirakını həlledici faktorların sırasına aid edir. Və bu istiqamətdə yaxın vaxtlarda prezident R.T.Ərdoğana rəsmən müraciət etmək niyyətini gizlətmir.
Maraqlıdır ki, Kremldə də Türkiyə liderinə böyük ümidlər bəsləyirlər. Kremldə əmindirlər ki, məhz prezident R.T.Ərdoğanın vasitəçiliyi Rusiyanı “savaş bataqlığı”ndan çıxara bilər. Üstəlik, Kremldə hesab edirlər ki, Türkiyə lideri Rusiyanın əzici məzmun daşıya biləcək sülh sazişindən yayınmasında da xüsusi rol oynamaq imkanındadır. Yəni, Rusiya siyasi dairələri prezident R.T.Ərdoğanın orbitrliyi sayəsində sülh sazişinin məzmununda Kremlin qürurunun qoruna biləcəyini düşünürlər.
Təbii ki, həm Kiyevdə, həm də Kremldə Türkiyə liderinin ədalətinə böyük ümidlərin olması önəmli məqamdır. Əslində, Türkiyə lideri də son təşəbbüsü ilə beynəlxalq ədaləti təmsil etdiyini qabarıq şəkildə biruzə verməyi bacarıb. Belə ki, Türkiyə lideri Xersonda SES-nın partladılması ilə bağlı yaranmış situasiyanın araşdırılmasını təklif edib. Onun fikrincə, bu məqsəd üçün Ukrayna, Rusiya, Türkiyə və BMT-nin iştirakı ilə araşdırma qurumu yaradılmalıdır. Və bu araşdırma ilə əsl günahkarlar müəyyən edilərək, cəzalandırılmalı, baş vermiş fəlakətdən çıxış yolları tapılmalıdır.
Göründüyü kimi, olduqca ədalətli yanaşmadır. Türkiyə lideri hadisəni kimlərin törətdiyini dəqiqləşdirmədən nə Ukraynanı, nə də Rusiyanı ittiham etmək istəmir. Halbuki SES partladıldıqdan dərhal sonra bu iki düşmən ölkə məsuliyyəti qarşı tərəfin üzərinə ataraq, bir-birilərini ittiham etmişdi. Yəni, Kreml Ukraynanı SES-ə raket zərbəsi endirməkdə suçlamışdı.
Əsas arqument kimisə, Kreml bu strateji obyektin Rusiya ordusunun nəzarətində olan ərazidə yerləşməsini ön plana çıxartmışdı. Rəsmi Kiyevsə, Rusiyanın bu obyekti Ukrayna ordusunun əks hücum əməliyyatlarını əngəlləmək məqsədilə partlatdığını iddia etmişdi. Və bütün Qərb mətbuatı da Ukraynanın iddialarını dəstəkləyərək, Rusiyanı suçlamışdı.
Təbii ki, iki tərəfdən biri haqlıdır və digəri törətdiyi hərbi cinayəti inkar edərək, yalan danışır. Bu barədə müəyyən mülahizələr olsa da və əsas şübhələr Rusiyanın üzərində cəmləşsə də, hər halda, faktlarla sübut edilməyib. Türkiyə lideri isə məhz əsl günahkarın kimliyini sübuta yetirmək üçün ortaq araşdırma təklif edir. Deməli, həm Rusiya, həm də Ukrayna öz ittihamlarının doğru olduğuna əmindirlərsə, onda, mütləq prezident R.T.Ərdoğanın ortaq araşdırma təklifini qəbul etməlidirlər. Və tərəflərdən hansı bundan imtina edərsə, həm də dolayısı ilə hərbi cinayəti törətdiyini etiraf etmiş olacaq.
Göründüyü kimi, olduqca taleyüklü situasiya yaranıb. İndi hər kəs Ukrayna və Rusiya siyasi dairələrindən Türkiyə liderinin təklifinə veriləcək reaksiyanı gözləyir. Halbuki, hələlik hər iki tərəf sükuta üstünlük verir, hər hansı rəsmi cavaba tələsmir. Yəni, prezident R.T.Ərdoğan ABŞ və Qərb kimi faktlarsız ittiham etmək əvəzinə, həm rəsmi Kiyevi, həm də Kremli ciddi şəkildə düşünmək məcburiyyətində buraxıb.
Belə anlaşılır ki, rəsmi Ankara tamamilə doğru yoldadır. Türkiyə liderinin ədalətli mövqeyi demək olar ki, beynəlxalq ədalət məhkəməsinin qurulmasına bərabər bir siyasi effekt yarada bilər. Çünki araşdırma təklifindən yayınma cəhdi dolayısıyla günahı etiraf etmək anlamı daşıyır. Digər tərəfdən, araşdırma zamanı qarşı tərəfin günahını sübut etməyə əminliyin olmaması da indiki halda, gözləmə mövqeyini stimullaşdırmış ola bilər. Halbuki prezident R.T.Ərdoğanın təklifi istənilən halda, günahkarın müəyyən edilərək, cəzalandırılmasına yönəlib.(musavat.com)
"Müharibəni dayandırın, səbəblərini araşdırmaq üçün hələ çox vaxtımız olacaq".
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin dayandırılmasının vacibliyini bəyan edib.
"İndi əsas vacib məsələ Ukraynadakı müharibənin dayadırılmasıdır, onun səbəblərinin araşdırılması yox", - o qeyd edib.
Əlavə edib ki, istənilən toplantılarında Ukraynadakı vəziyyət mütləq müzakirə edilir: "Təcrübəli bir insan kimi sizdən xahiş edərdim ki, hər hansı səbəbləri araşdırmaqdan çəkinmək lazımdır. Gec-tez biz bu səbəblər barədə çox danışacağıq. İndi isə ən vacib məsələ münaqişəni dayandırmaqdır".
Lukaşenko onu da bildirib ki, Qərb elitası dövlətləri məhv edib xarabalığa çevirmək üçün militarizasiya üçün trilyonlarla dollar xərcləyir.
İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb.
“Qafqazinfo” “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, yeni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa çalışırlar.
Yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trayan” özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacaq.
Bu barədə “Caliber” “Telegram” kanalı Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb.
Söhbət “Nexter Systems” və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Sezar” özüyeriyən artilleriya sistemlərinin hind analoqundan gedir. Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur, lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb.
Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır.
Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqlarında Moldovada beştərəfli qeyri-rəsmi formatda da olsa, hansısa “vasitəçi” rolunu oynamağa çalışır.
Deyəsən bundan sonra belə dialoqlar daha olmayacaq, çünki Kişineudakı uğursuzluqdan sonra Fransa İrəvanın hərbi gücünün artırılmasını üstün tutub və bu, Bakıda olduğu kimi anlaşılıb və qiymətləndirilib.
Fransa öz hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir, çünki 2020-ci ildə döyülən “bacısını” silahlandıran Fransa Azərbaycanın əl-qolunu sallayıb gözləməyəcəyini çox yaxşı bilir.
AK Partiya və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
“Report” xəbər verir ki, məlumatı “TRThaber” yayıb.
Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.
2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib.
Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.
Qeyd edək ki, Türkiyə parlamentinin sədrliyinə partiyalar tərəfindən ümumilikdə 7 namizəd irəli sürülmüşdü. Onlar Numan Kurtulmuş (AKP və MHP), Tekin Bingöl (CHP), Cihan Paçacı (İYİ partiya), Şerafettin Can Atalay (Türkiyə İşçi Partiyası), Tülay Hatimoğulları Oruç (Yaşil Sol Partiya), Mustafa Yeneroğlu (DAVA) və Serap Yazıcı Özbud (Gelecek Partiyası).
14 may seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisi bu gün özünə yeni sədr seçəcək.
TBMM sədri olmaq üçün sədrliyə namizədliyini irəli sürən şəxs ilk turda 400 səs toplamalıdır. Birinci turda bu səsi qazana bilməyən namizəd ikinci və üçüncü turda sadə səs çoxluğu ilə sədr seçiləcək.
TBMM sədrliyi uğrunda Numan Kurtulmuş AKP və MHP-ni, Tekin Bingöl CHP-ni, Cihan Paçacı isə İYİ Partiyanı təmsil edərək sözügedən post üçün mübarizə aparacaqlar.
TBMM-nin yeni sədr seçkisi ilə bağlı iclası bu gün Türkiyə vaxtı ilə 14:00-da başlayacaq. Səsvermə gizli aparılacaq.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan 7-9 iyun tarixlərində Rusiyada səfərdə olacaq və səfər çərçivəsində Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının və Avrasiya Konqresinin daimi iclaslarında iştirak edəcək.
Türkiyədə prezident seçkisinin birinci turunda 5,17% səs toplayan və ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan “Haber Global”da yayımlanan “Buket Aydınla üz-üzə” verilişinin qonağı olub.
Müsahibə zamanı Prezident Ərdoğan və CHP lideri Kılıçdaroğlu ilə görüşlərinin pərdəarxasını açıqlayan Oğan məsuliyyətli dövlət adamı olduğunu bildirib, növbəti seçkilərdə yenidən namizədliyini verəcəyini açıqlayıb.
Kaxovka SES-in partladılmasının məqsədi rusların Ukrayna qüvvələrinin Dnepr çayının sol sahilinə Xerson vilayətinə enməsinin qarşısını almaq istəyi olub.
Bu barədə İSW-nin hazırladığı hesabatda qeyd olunub.
"Rusiya daşqını onsuz da mürəkkəb su hövzəsi olan Dnepr çayını genişləndirməklə Ukraynanın əks-hücum cəhdlərini çətinləşdirmək və maneə olmaq üçün istifadə edə bilər. Rusiya mənbələri Ukraynanın çayı keçməyə və Xerson vilayətinin şərqində əks-hücuma keçməyə hazırlaşması ehtimalından güclü və birmənalı narahatlığını ifadə edib”, - hesabatda deyilir.
İSW hesab edir ki, su daşqınları Ukraynanın əks-hücum əməliyyatına elə də ciddi təsir etməyəcək.
“Sel daşqınları ancaq hücum əməliyyatları həyata keçirilən ərazilərdə öz təsirini göstərə bilər”, - hesabatda deyilir.
Hesabatda o da qeyd olunub ki, əks-hucüm əməliyyatının qarşısını almaq və ya ona mane olmaq baxımından su bəndinin partladılması Rusiyaya sərf edir.