![]() |
|
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.
Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.
Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Ermənistan ordusunun Azərbaycanla sərhəddə qurduğu yeni səngərlər sel suları altında qalıb.
Görüntülər Ermənistanın “Telegram” kanallarında yayılıb.
Videodan Ermənistan hərbçilərinin hansı acınacaqlı vəziyyətdə xidmət apardıqları əks olunub.
Hadisənin sərhədin hansı istiqamətində baş verdiyi bəlli deyil.
İranın “irdiplomacy.ir” saytında “Ermənistan Qarabağdan əlini üzür: bundan sonra nə olacaq?” başlıqlı yazı dərc edilib.
Musavat.com xəbər verir ki, məqalədə bir çox mətləblərə toxunulub. “Qarabağı hansı aqibət gözləyir? Çətin ki, İrəvanda danışılan etnik təmizləmə və ya partizan müharibəsi Bakını qorxuda bilsin”, - məqalədə bildirilir.
Qeyd edilir ki, Ermənistanla Rusiya arasında ən vacib müzakirə mövzusu Qarabağ məsələsi olduğundan, Moskva ilə münasibətlərə də yenidən baxılmalıdır. Ermənilərin bir çoxu üçün Kreml ehtiyac anında onlardan üz döndərən etibarsız müttəfiqdir:
“Məsələnin dönüş nöqtəsi Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişədə baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, Ermənistan ərazi ambisiyalarını Sovet İttifaqının sərhədləri ilə məhdudlaşdırmaq şərti ilə sülhə nail olacaq. Başqa sözlə, dəfələrlə uğrunda Azərbaycanla vuruşduğu Qarabağ bölgəsindən imtina etməlidir. Bu sözlərdən bir neçə gün sonra Azərbaycan Ermənistanla qondarma “dqr” arasında “həyat yolu” deyilən Laçın dəhlizində nəzarət postu yaradıb...”
Fransanın Yelisey sarayı Moldovada keçirilən sammit çərçivəsində keçirilən beştərəfli görüşün yekunlarına dair bəyanat yayıb.
Ölkə başçısı Emmanuel Makron bir daha vurğulayıb ki, Bakı və İrəvan ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyir, lakin onun bəyanatında ən vacib şey mətnin lap sonunda qalıb.
Qeyd olunur ki, iclas iştirakçıları "Qarabağ erməniləri üçün hüquq və təminatların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar". Diqqət edin: “Qarabağ xalqı” haradadır? Fransa liderinin bu vaxta qədər narahat olduğu “öz müqəddəratını təyinetmə hüququ” haradadır?
Moldovada Ermənistan baş naziri Nikol Paşinyan hətta dostu Emmanuellə danışıqlar masasında olan bir hərfi belə dəyişə bilmədi. Saxta “xalq” və onların “hüquqları” yoxdur.
Hətta Makron da etiraf edir: “Qarabağ xalqı” yoxdur, orada erməni əhali yaşayır.
Prezident İlham Əliyev isə onlar üçün hüquq və təminatları artıq müəyyən edib və dəfələrlə təsvir edib: onlar Azərbaycanın, eləcə də ölkəmizin qalan 10 milyon əhalisinin vətəndaşlarıdır. Eyni hüquqlarla, eyni öhdəliklərlə, eyni təminatlarla.
Kimin xoşuna gəlmir, Laçın yolu açıqdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasındakı çıxışı ictimaiyyətə açıqlanacaq.
Qeyd edilir ki, Paşinyanın 44 günlük müharibənin şəraitini araşdıran komissiyada çıxışı açıq olacaq.
"Bilməli olduğunuz vacib şeylər var, mən danışıqlar prosesi haqqında da danışacam. İndi diqqətimi bu mövzuya yönəldirəm, dövlətə zərər verməmək üçün nə deyəcəyimi, nədə susacağımı anlamağa çalışıram”, - o bildirib.
Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.//report.az
“Biz Azərbaycana deyirik ki, biz kəndləri qaytarmağa hazırıq. Biz bunu bəyan etməklə Ermənistanın maraqlarını aşağılamırıq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistanında Azərbaycan ərazisində anklav kəndi var: “O zaman anklav əraziləri mübadilə edək”.
Bununla belə, o əlavə edib ki, Azərbaycan ərazisində olan Ermənistanın anklav kəndi olan Artsvaşen (Gədəbəy rayonundakı Başkənd-red) ilə Ermənistan daxilindəki Azərbaycana məxsus Kərki kəndi əvəzlənə bilər.
“Biz iki dəfə Ermənistan Respublikasını yaratdıq. Və hər iki dəfə də Ermənistan daha çox qlobal məqsədlər üçün alət kimi qəbul edilib. Amma bizim tariximizdə Ermənistan Respublikası özlüyündə bir məqsəd kimi ya mövcud olmayıb, ya da çox az olub”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib.
"Bunu nəzərə alaraq mən Ermənistanın tam kadastr sənədini gələcək nəsillərə ötürmək istəyirəm", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bu o demək deyil ki, hamını qane edəcək, amma digər tərəfdən qane edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.
O, qeyd edib ki, ümumilikdə müzakirəni faydalı hesab etmək olar.
Baş nazirin sözlərinə görə, danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub.
Kişinyovda keçiriləcək beştərəfli görüşdə regional sülh təkcə Ermənistan, Azərbaycanın deyil, eyni zamanda Türkiyənin, Rusiyanın, ABŞ-nin və Avropanın maraqlarına cavab verir.
“Erməni siyasətçi Yervand Tarverdyan deyib.
“Hindistan, İran və Çin də prosesləri izləyir. Ermənistan-Azərbaycan münasibətlərinin həlli bütün dünyanın diqqət mərkəzindədir. Sülh prosesinin indiki mərhələdə başlamasına üstünlük verərdim, lakin yekun sənəd daha sonra imzalanacaq, çünki sülh kağız üzərində deyil, münasibətlərin nizamlanması yolu ilə əldə edilir”, - o qeyd edib.
Tarverdyan bildirib ki, Ermənistan sülh müqaviləsi imzalamağa tələsir: “Çünki sülh sazişi imzalanmadıqca ortaya menaələr çıxır. Digər tərəfdən isə Azərbaycan daha sərt şərtlər irəli sürür”.
Paşinyan Kişinyovun erməni icması ilə görüşünü ləğv edib. Görüş iyunun 2-də yerli vaxtla saat 10:00-da baş tutmalı idi.
Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq bəzi detallar barədə “Hraparak” qəzetinə danışıb.
“İclasda iştirak edənlər siyahısında ilk olaraq diaspor rəhbəri kimi mənim adım olub. Amma sonra adımın üstündən xətt çəkdilər ki, tədbirdə iştirak etməməliyəm. Cavab verdim ki, mən burada erməniləri təmsil edirəm və Ermənistanın baş nazirinə suallarım var”, - Muşeq bildirib.
Kişinyovdakı erməni icmasının rəhbərinin sözlərinə görə, bir müddət sonra ona zəng edib görüş olmayacağını deyiblər.
Görünür, Paşinyan ad gününü narahat suallarla korlamaq istəməyib.