Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi UNO-lar haqqında təəccübləndirən açıqlama verib.

CNN xəbər verir ki, ilk ictimai toplantısını keçirən NASA UFO görüntüsünü dərc etməklə onların varlığını qəbul etdiyini açıqlayıb.

ABŞ-nin "CNN İnternational" televiziyası bu görüşü "NASA UFO-larla bağlı tarixi açıqlama" kimi şərh edib.

NASA-nın Vaşinqtondakı qərargahında keçirilən ilk ictimai toplantıda naməlum obyektlərlə bağlı tapıntılar açıqlanıb.

Uzun müddətdir uçan boşqablar və yadplanetlilər anlayışları ilə əlaqəli olan UNO termini hökumət tərəfindən "UAP" (naməlum anomal fenomen) olaraq dəyişdirilib.

Tədbirdən sonra verilən açıqlamada NASA-nın UNO-ların varlığını qəbul etdiyi bildirilib.

"Bu o demək deyil ki, panel yadplanetliləri, hərbi düşmənləri və ya hər hansı digər izahatı istisna edir – sadəcə olaraq 800-ə yaxın qəribə uçan cismin və ya asan izahata zidd olan digər hadisələrin müşahidəsi ilə bağlı məlumatlar qəti nəticə çıxarmaq üçün kifayət deyil.
NASA UAP-ları "elmi baxımdan təyyarə və ya məlum təbiət hadisələri kimi müəyyən edilə bilməyən səmada hadisələrin müşahidələri" kimi təyin edir".

Qeyd edək ki, NASA ötən ilin iyununda "UAP-ların yerdən kənar mənşəli olduğuna dair heç bir sübut yoxdur" açıqlamasını vermişdi.

Rusiya-Ukrayna sərhədində diversantlar tankların köməyi ilə Şebekino keçid məntəqəsinə hücum ediblər.

Bu barədə Rusiyanın yerli mediası məlumat yayıb.

Məlumata görə, ukraynalıları rus sərhədçilər və Müdafiə Nazirliyinin döyüşçüləri saxlayırlar.

"Gecələr şəhər güclü atəşə tutulub. Mərmilərdən biri Daxili İşlər Nazirliyinin binasına düşüb. Bəzi sakinlər şəhəri tərk etmək qərarına gəliblər. Belqorod vilayətinin qubernatoru Qladkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Şebekino şəhərinin mərkəzi və şəhər kənarını “Qrad”dan atəşə tutub. İlkin məlumatlara görə, 5 qurban var", - məlumatda deyilir.

Rusiya tərəfi bildirir ki, fərdi yaşayış binasına birbaşa atəş zərbəsi olub, nəticədə o, yanıb. Bundan əlavə, fərdi və çoxmənzilli binaların pəncərələrinin və eyvanlarının zədələnməsi ilə bağlı dövlət qurumlarına məlumatlar daxil olur. 

Gərginliyin davam etdiyi bildirilir.

 

 

 

Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanın hökumətində yer alacağı iddia edilir.

Yerli xəbər verir ki, hökumətdə sırf S.Oğan üçün yeni nazirliyin yaradılığı qeyd olunur. Siyasətçinin türk dünyası və MDB ölkələri üzrə nazir postuna təyin ediləcəyi vurğulanır. Onun türk dili ilə yanaşı, rus və ingilis dilllərini bildiyinə görə bu posta ən layiqli fiqur hesab edilir.

Oğanın bu təklifə hələ konkret cavab vermədiyi və onun hökumətdə vəzifə tutmaq istəyinin olmadığı deyilir.

İddialara görə, S.Oğan yeni siyasi partiya yaratmağa hazırlaşır. Onun milliyyətçi ideologiyanın daşıyıcısı olan yeni siyasi təşkilat yaradaraq, türk milliyyətçilərini ətrafına toplamaq niyyətindədir.

Məlumat üçün bildirək ki, Sinan Oğan türk milliyyətçisi cameəsinin nüfuzlu simalarından sayılır.

"Biz Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımızın Qarabağ məsələsində həqiqəti bilməməyimizə xidmət etdi - bu, çox vacib bir işdir. Siyasi müzakirəyə başlamaq istəmirəm, amma elə bir model var ki, ekspertlər səviyyəsində Qarabağ məsələsindən yalnız bir neçə nəfər xəbərdardır. Bu (yuxarıda deyilənlərin) açıq-aydın dəlilidir”.

Əlavə edib ki, bu onun üzləşməli olduğu ən böyük problemdir: “Bu səbəbdən indi biz demokratiyada Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik, məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”.

Türkiyənin hökumət mənbələri Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də andiçmə mərasimindən sonra yeni hökuməti elan edəcəyini bildirib. Nazirlər Kabineti demək olar ki, tamamilə yenilənəcək, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. Türkiyə kəşfiyyatına rəhbərlik edən Hakan Fidan nazir postu ala və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər.

“Hürriyyət”də qeyd olunan bu məsələnin uzun müddətdir ki, Ankarada müzakirə olunduğu bildirilir.
Qəzetin qeyd etdiyi kimi, Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumətə daxil ola bilər, onun mümkün vəzifəsi göstərilmir. Bundan əvvəl yerli mətbuat onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini yazmışdı. Nəşr keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəkin Nazirlər Kabinetinə gözlənilən təyinatı ilə bağlı məlumat yayıb. Ərdoğan onunla bir gün əvvəl görüşüb, lakin görüşdən sonra heç bir açıqlama verilməyib.

“Rusiya ilə yeni müharibə başlasa, Gürcüstan indi Ukrayna ilə olduğu kimi onunla üz-üzə qalacaq”.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

O bildirib ki, Tbilisi Rusiya Federasiyasına qarşı milli sanksiyalar elan etməyi planlaşdırmır.

Gürcüstan rəhbərliyinin fikrincə, sanksiyaların elan edilməsi, Rusiyaya qarşı müharibənin başlanğıcıdır: “Biz tək qalacağıq. Biz Ukraynaya baxırıq və görürük ki, heç kim Ukrayna xalqının yanında deyil və ya onun əvəzinə döyüşmür. Qərbin edə biləcəyi ən çox şey silah tədarük etməkdir. Onlar silah verirlər, ancaq Ukrayna torpağında qan tökürlər”.

"Rəcəb Tayyib Ərdoğan bundan sonra Qərbin çağırışlarına əhəmiyyət verməyəcək və özünə uyğun olanı edəcək".

Bunu erməni news.am-a türkoloq Andranik İspiryan deyib.

O narahatdır ki, Türkiyə Prezidenti Ərdoğan son illərdə Qərbdən asılı olmadan müstəqil siyasət yürüdür.

"Təəssüf ki, ölkəmiz ətrafında baş verən ciddi hadisələrdə Türkiyə əhəmiyyətli rol oynayır. Əgər seçkilərdən əvvəl Ərdoğan Ermənistanla münasibətlərdə təmkinli olmağa, Qərbi tamamilə ona qarşı çevirməməyə çalışırdısa, indi artıq belə narahatlığı yoxdur. Bu o deməkdir ki, ilk növbədə, bütün bunları nəzərə almalıyıq ki, Ərdoğan bundan sonra Qərbin çağırışlarına, nəsihətlərinə əhəmiyyət verməyəcək. Ermənistan bunu nəzərə almalıdır", - İspiryan bildirib.

ABŞ və Qərb Ərdoğan hakimiyyətini kənarlaşdırmaq, Türkiyəyə yenidən nəzarət şansı qazanmaq üçün hər şeyi hesablamışdı, yalnız Türk xalqının qətiyyətini və prinsipial siyasi iradəsini unutmuşdu... Türk xalqı isə birləşdi, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədi, Türkiyəni ABŞ və Qərbə heç vaxt təslim etməyəcəyinin birmənalı mesajını verdi...
Türkiyə növbəti tarixi sınaqdan uğurla keçdi. Dünyaya örnək olacaq səviyyədə demokratik, şəffaf və ədalətli seçki keçirtdi. Hakimiyyətinin davam etməsi Türk Dünyası üçün taleyüklü xarakter daşıyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə qalib gəldi. Və bununla da Türkiyənin və Türk Dünyasının bədxahlarını dərindən məyus etdi.

Məsələ ondadır ki, Ərdoğan hakimiyyəti son 20 ildə Türkiyəni beynəlxalq məkanda yeni səviyyəyə yüksəltmişdi. Rəsmi Ankara artıq ABŞ və Qərbin mövqeyinə əhəmiyyət vermədən müstəqil siyasət yürüdürdü. Ərdoğan hakimiyyətinin əsas hədəfi Türkiyənin maraqlarını təmin etmək üzərində indeksləşmişdi. Və addım-addım bir tərəfdən Türkiyəni beynəlxalq siyasi iradə mərkəzinə, digər tərəfdən isə Türk Dünyasını yeni qlobal supergücə çevirmək istiqamətində irəliləməyə çalışırdı.

Təbii ki, müstəqil siyasət yürüdən, qarşısına ABŞ və Qərbin maraqlarına zidd hədəflər qoyan bir Türkiyə mövcud beynəlxalq siyasi iradə mərkəzləri üçün ciddi problemlər yaradırdı. Deməli, Türkiyəni ABŞ və Qərbin təsir dairəsinə qaytarmaq üçün ilk növbədə Ərdoğan hakimiyyətinin mütləq dəyişdirilməsi olduqca vacib idi. Və Türkiyədə keçirilən prezident seçkiləri bu baxımdan, Qərb üçün həlledici fürsət rolunu oynaya bilərdi.

Əslində, buna qədər də ABŞ və Qərb Türkiyədə Ərdoğan hakimiyyətini devirmək üçün dövlət çevrilişinə cəhd göstərmişdi. Ancaq prezident Rəcəb Tayyib Ərdoğan ABŞ və Qərbin Türkiyə daxilində olan "5-ci kolon"u vasitəsilə iki çevriliş cəhdinin qarşısını almağı bacarmışdı. Və Qərbin Türkiyədəki öz əlaltılarının hamısını bir mərkəzdə birləşdirib, seçkiləri fürsətə çevirməsi artıq üçüncü cəhd idi.

Əslində, seçkilər ərəfəsində Ərdoğan hakimiyyətinin durumu o qədər də qənaətbəxş deyildi. Çünki beynəlxalq maliyyə-iqtisadi böhran Türkiyəyə də ağır zərbələr vurmaqdaydı. Eyni zamanda, Ukrayna savaşı ətrafında yaranmış siyasi-iqtisadi proseslər də rəsmi Ankara üçün əlavə problemlər yaradırdı. Üstəlik, Türkiyənin seçki ərəfəsində dünya tarixinin ən dəhşətli iki zəlzələsinə məruz qalması sosial-iqtidadi cəhətdən böyük fəlakət xarakteri daşıyırdı.

ABŞ və Qərb üçün bundan sərfəli fürsət tapılması baxımından, yəqin ki, daha güclü fantaziyalar qurmaq lazım olardı. İndi yalnız prezident Rəcəb Tayyib Ərdoğana qarşı olan bütün daxili qrupları vahid mərkəzdə toplamaqla, ABŞ və Qərbin öz hədəflərinə çata biləcəyi təxmin olunurdu. Və Qərb bunu etməyi də bacardı.

ABŞ və Qərb bir-birindən zəhləsi gedən, ancaq Ərdoğan hakimiyyətinə düşmən olan bütün qüvvələri bir "masa" ətrafında cəmləşdirmişdi. Hətta FETÖ və PKK, eləcə də, bu terror təşkilatlarının siyasi qanadı HDP belə, ABŞ və Qərbin qurduğu "altılı masa"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçki qələbəsi üçün səfərbər edilmişdi. Və nəhayət, bütün Qərb mətbuatı da Ərdoğan hakimiyyətinin məğlubiyyətinə bağlı olan məkrli plana tam gücü ilə propoqanda dəstəyi verirdi.

Təbii ki, bu məkrli plan uğur qazanacağı təqdirdə, ABŞ və Qərb, eləcə də onun "seçki alətləri" bundan istədikləri kimi faydalana biləcəkdilər. Yəni, "oyun" üzdə görünəndən daha böyük və dəhşətli məzmun daşıyırdı. ABŞ və Qərb isə Türkiyəyə qarşı qurduğu "xain plan"ın bu dəfə baş tutacağına inanmağa başlamışdı.

Beləliklə, ABŞ və Qərbin, eləcə də, FETÖ, PKK, HDP və digər Türkiyə düşmənlərinin dəstək verdiyi "altılı masa"nın prezidentliyə vahid namizədi Kamal Kılıcdaroğlu qalib gəlsəydi, rəsmi Ankaranın indiki müstəqil daxili və xarici siyasəti tam əks istiqamətdə dəyişəcəkdi. Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulacaqdı. Və nəticədə Ukrayna savaşının bütün maliyyə-iqtisadi zərbələrini öz üzərinə çəkmiş olacaqdı.

Türk Dünyasını birləşdirən və yeni süpergüc yaradılmasına istiqamətlənən Türk Dövlətləri Təşkilatının fəaliyyəti arxa plana keçiriləcəkdi. Daha sonra isə ümumiyyətlə, strateji hədəfdən tamamilə imtina olunacaqdı. Üstəlik, Bay Kamalın seçki propoqandasından da göründüyü kimi, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi pozulacaqdı. Və Ermənistan üçün daha sərfəli situasiya yaranmağa başlayacaqdı.

Türkiyə yenidən Qərb kapitalına təslim ediləcəkdi. Beynəlxalq Valyuta Fondu üzərindən Türkiyə borclandırılacaqdı və rəsmi Ankara paranın sahiblərinin təlimatları ilə idarə olunacaqdı. Yəni, Türkiyənin indiki müstəqil və qətiyyətli xarici siyasət prinsiplərindən əsər-əlamət qalmayacaqdı. Və Türkiyə Qərbdən asılı olduğu ötən əsrin 90-ci illərindəki dövrə qaytarılacaqdı.

ABŞ və Qərbin "daxili alətləri" olan "altılı masa" vasitəsilə Türkiyənin dövlət quruluşu dəyişdiriləcəkdi. Türkiyəni daim daxili xaos vəziyyətinə çəkən parlamentar sistemə keçirəcəkdi. Türkiyə dövlətinin təməl prinsipləri Konstitusiyadan çıxarılacaqdı. Və Qərbin Türkiyəni daha rahat idarə edəcəyi siyasi sistem formalaşacaqdı.

Prezident seçiləcəyi təqdirdə, CHP lideri Kamal Kılıçdaroğlu PKK-nın öz siyasi qanadı HDP üzərindən diqtə etdiyi dəstək şərtlərini icra etmək məcburiyyətində qalacaqdı. CHP liderinin bağlı qapılar arxasında HDP-yə avtonomiya sistemi barədə vədlər verdiyi bildirilir. Yəni, Türkiyənin cənub-şərq bölgəsində HDP "çətiri" altında PKK təmsilçiləri idarəetmə sistemini ələ keçirəcəkdilər.

ABŞ və Qərbin tələbinə uyğun olaraq, Türkiyə qoşunları Suriyadan çıxarılacaqdı. Nəticədə Türkiyənin sərhədlərində PKK/YPG-nin əli-qolu yenidən açılacaqdı, Qərb uzun müddətdən bəri planlaşdırdığı "terror dövləti" layihəsini reallaşdırmaq şansı qazanacaqdı. Və daha sonra bu prosesi Türkiyənin parçalanmasına qədər inkişaf etdirməyə çalışacaqdı.

Nəhayət, Ərdoğan hakimiyyətinin terrorizmlə mübarizə sahəsində qazandığı böyük uğurlar heçə çıxarılacaqdı. Terrorizm ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən Türkiyə ərazisinə sıçradılacaqdı. Yəni, Türkiyə növbəti dəfə xaos və qeyri-sabitlik dövrünə qaytarılacaqdı. ABŞ və Qərbin Türkiyə üçün belə bir planının mövcud olduğu isə çoxdan məlumdur.

Məsələ ondadır ki, vaxtilə Türkiyədə törədilmiş 15 iyun dövlət çevrilişi cəhdi zamanı bu plan ifşa olunmuşdu. Belə ki, ABŞ kəşfiyyatı tərəfindən idarə olunan FETÖ-ya xidmət edən generallar çevrilişə cəhd vaxtı Türkiyə ordusunu Suriya ilə sərhəddən çəkmişdilər. PKK/YPG-nin əli silahlı minlərlə terrorçusu isə Türkiyənin cənub-şərq bölgəsinə basqın etmək üçün çevrilişin sona çatmasını gözləyirdi.

Əlbəttə, Kamal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə, Türkiyəni gözləyə biləcək təhlükəli proseslərin sırasını daha da genişləndirmək olar. Belə ki, hazırda NATO-da hərbi-siyasi iradə sahibi olan Türkiyənin düşəcəyi vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Hər halda, seçki ərəfəsində İsveçin rəsmi Ankaranın şərtlərini icra etmədən NATO-ya üzv olmaq üçün məhz prezident Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətini həyəcanla gözlədiyini xatırlamaq tamamilə yetərlidir.

Bütün bunlar onu göstərir ki, prezident Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsi sadəcə, bir dövlət xadiminin siyasi zəfəri deyil. Bu, Türkiyənin ABŞ və Qərb qarşısında həlledici qələbəsidir. Bu qalibiyyət Türkiyəyə "uçurumun tam kənarı"ndan geri dönmək şansı verdi. Belə anlaşılır ki, ABŞ və Qərb Ərdoğan hakimiyyətini kənarlaşdırmaq, Türkiyəyə yenidən nəzarət şansı qazanmaq üçün hər şeyi hesablamışdı. Ancaq yalnız Türk xalqının qətiyyətini və prinsipial siyasi iradəsini unutmuşdu. Türk xalqı isə birləşdi, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədi, Türkiyəni ABŞ və Qərbə təslim etməyəcəyinin birmənalı mesajını verdi.(Yeni Müsavat)

Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun Kosovodakı Beynəlxalq Missiyasının 20-dən çox üzvü yaralanıb.

APA xəbər verir ki, bu barədə Amissiyanın Beynəlxalq Missiya məlumat yayıb.

Qeyd olunur ki, missiyanın italyan və macar kontingenti hücuma daha çox məruz qalıb.

Onlara tibbi yardım göstərilib və hazırda həkim nəzarətindədirlər.

Missiya komandiri Ancelo Mişel Ristucci vurğulayıb ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və NATO-nun Kosovodakı Beynəlxalq Missiyası öz mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki Kosovonun şimalında və Metohiyada NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri ilə serb nümayişçiləri arasında toqquşma olub.

Hadisədə 50-dən çox etirazçı yaralanıb.

Fransa Prezidenti Emmanuel Macron Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

Tviter hesabından həm türkcə, həm də fransızca status yazan Makron deyib:

“Fransa və Türkiyənin birlikdə öhdəsindən gələcək böyük işlər var. Avropaya sülhün gəlməsi, Akdəniz İttifaqımızın gələcəyi… Yenidən seçilməyiniz münasibəti ilə təbrik edirəm. Prezident Ərdoğanla birlikdə irəliyə getməyə davam edəcəyik”, - Makron qeyd edib.

Xəbər lenti