Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar

Britaniya araşdırmaçı mətbu orqanı olan “flaremagazine.co.uk” “E.Makronun adamları Azərbaycanda istintaq altındadır?” başlıqlı yazı yayımlayıb.

Məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

Həmin məqaləni təqdim edirik:

“26.09.24

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla səsləndirilib.

Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir.

2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən bahalılarından olan “Luna” adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla ilə danışıqlar aparıb və A.Benalla 6.140.000 ABŞ dolları məbləğində ilkin rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış bank hesabına və A.Benallanın adamı, onun kimi Mərakeş əsilli Fransa vətəndaşı olan Anass Derrazın “AL HİLAL BANK”-da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın törətdiyi cinayətdə iştirakı olan, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən  beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib.

Fotoda Anass Derraz

475764
 

A.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də, səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalıblar.

Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi diqqətlə izləyirik.”

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa Prezidenti Administrasiyası rəhbərinin müavini olub.

475766

Benalla Makrona qarşı etiraz aksiyalarında özbaşına olaraq polis formasında jurnalistlərə zorakılıqdan tutmuş, işdən azad edildikdən sonra belə Fransa diplomatik pasportu ilə təmin edilməsinədək çoxsaylı cinayət əməlləri ilə rəsmən cinayət məsuliyyətinə məruz qalsa da, Fransada “görünməz əl” onu məsuliyyətdən qoruyub (hətta beynəlxalq silah alqı-satqılarında şəxsən iştirak edib).

Avropa qurumlarının əli ilə sanksiya tətbiq edilmiş milyarderlərdən Parisə rüşvət tranzaksiyaları sənədlərinin ictimailəşdirilməsi Fransa tarixi üçün uzunmüddətli beynəlxalq korrupsiya ləkəsi olacaq.

475767475768

Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

Həşim Safiəddin əmisi oğlu Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın yeni baş katibi seçilib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bundan öncə Həşim Safiəddin hərəkatın icra şurasının rəhbəri vəzifəsində çalışıb.

Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb

Prezidenti Məsud Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb.

Report xəbər verir ki, lövhələr bizim eradan əvvəl V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.

Lövhələrin qaytarılması İranın Xarici İşlər və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.

Bu lövhələr çox vaxt mixi yazı ilə elam və ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.

Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub. O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.

Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır

44 günlük müharibədə məhv edilən erməni hərbçilərindən 88-i hələ də dəfn olunmayıb.

Bu barədə “Joxovurd” qəzeti Ermənistan Səhiyyə Nazirliyinə istinadən yazır.

Qəzet qeyd edir ki, müharibədən 4 il keçsə də, 88 hərbçinin cəsədi hələ də müxtəlif morqlarda qalır: “Onların DNT-si müəyyən edilib, lakin dəfn olunmayıblar. Buna səbəb hərbçilərin validenylərinin DNT müayinəsinin nəticələrini qəbul etməkdən imtina etmələridir. Validenylər DNT identifikasiyasının məlumatlarının reallığa uyğun gəlmədiyini düşünürlər”.

Erməni hüquqşünas Taquhi Tovmasyan da bildirib ki, nəticələr reallığa uyğun deyil.

“Misal üçün, bir valideynə üç əl veriblər, deyirlər ki, bu üç əl sənin oğlunundur, götür basdır. Başqa bir valideynin oğlunun boyu 182 santimetr olub, oğlan 43 ölçülü ayaqqabı geyinib, lakin onlara 160 santimetr boyu olan insanın DNT İD-ni veriblər. Bəzi valideynlər var ki, övladları ilə bağlı nəhəng araşdırma aparıb, onların məlumatları ilə istintaqın məlumatları üst-üstə düşmür”, - o bildirib. (Publika.az)

Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var – Paşinyan

"Biz qonşularımız Azərbaycan və Türkiyə üçün bütün regional marşrutları açmağa hazırıq. "Sülhün kəsişməsi" layihəsi bunu əhatə edir, gələcəyə yönəlib".

Globalinfo.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 79-cu sessiyasındakı çıxışında deyib.

O, regional kommunikasiyaların üçüncü tərəfin nəzarəti olmadan açılacağını bildirib:

"Bunlar ölkələrin yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyünü hörmətlə yanaşılması, qarşılıqlı prinsip və hörmət əsasında baş verməlidir. Ermənistan öz ərazisindən keçid və daşınmanı təhlükəsiz şəkildə təmin etməyə hazırdır.

Ümumiyyətlə, mənfi mesajlar vermək istəmirəm. Bir erməni atalar sözü var: "Yaxşı deyək, yaxşı olsun". Bu o deməkdir ki, adətən müsbət şeylərdən danışanda yaxşı hadisələr baş verir. Əminəm ki, bu söz Azərbaycan, Türkiyə, Gürcüstan və İranda da var. Onlar bunu özlərininki kimi qəbul edirlər".

ABŞ ilə İran arasında tarixi razılaşma

İranın 1936-cı ildə tədqiq edilməsi üçün ABŞ-yə göndərdiyi Əhəmənilər (Fars) İmperiyası (e.ə. 550-330) dövrünə aid 1100 ədəd tarixi lövhə ölkəyə qaytarılıb.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Əhəmənilər dövrünə aid 1100 tarixi lövhələr prezident Məsud Pezeşkiyanın təyyarəsi ilə İrana gətirilib.

Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi deyib ki, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji qazıntıları zamanı aşkar edilib və 1936-cı ildə tədqiqat məqsədilə xaricə aparılıb.

O əlavə edib ki, geri qaytarılan lövhələrdə iranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzular əks olunub, mixi və elam əlifbası ilə yazılıb.

İsrail yeni əməliyyatlara başladığını təsdiqlədi

İsrailin müdafiə naziri Yoav Qalant şimal cəbhəsində yeni əməliyyatlara başlandığını təsdiqləyib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir bildirib ki, İsrail radikal “Hizbullah” hərəkatının hərbi infrastrukturuna zərbələr endirməkdə davam edəcək.

"İsrail sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə tapşırıqlarımız var", - Qalant vurğulayıb.

ABŞ Rusiyanı kriptovalyutadan vurmağa başladı

ABŞ Rusiyanın bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Bu haqda məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Rusiyalı Sergey İvanova kiberməkanda çirkli pulların yuyulması sxemində iştirak edir. Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş və Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası Cryptex sanksiya siyahısına salınıb.

ABŞ Dövlət Departamenti həmçinin İvanovun, eləcə də barəsində sanksiyalar tətbiq olunmayan Timur Şahmametovun həbsinə və ittiham olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib. Onların “beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirak etməyə cəhd etdikləri” bildirilir. Məlumata görə, Şahmametov "oğurlanmış kredit kartı məlumatlarının və şəxsi məlumatların" satışı üçün platformanın yaradıcısıdır.

Qeyd edək ki, Rusiya sanksiyalı malların idxalı zamanı ABŞ-ın ikincili sanksiyaları ilə üzləşməmək üçün kriptovalyutalardan istifadə etməyə başlayır. Artıq ölkədə müvafiq hüquqi baza da formalaşdırılır. Belə görünür ki, ABŞ bu cəhdin qarşısını almaq üçün indidən hərəkətə keçib.(musavat.com)

Paşinyan: Azərbaycanla sülh nəinki mümkündür, hətta tam əldə edilə bilər

Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta tamamilə əldə edilə bilər.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna bir neçə amil kömək edir.

Əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. Paşinyan vurğulayıb ki, bu, tərəflərin imzaladıqları ilk ikitərəfli sənəddir. O, həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir.

Paşinyan vurğulayıb ki, növbəti addım sülh müqaviləsinin imzalanması və tam dövlətlərarası əməkdaşlığın qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif edir.

“Bütün məsələləri dərhal həll edən heç bir sülh sazişi yoxdur, hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər”, - baş nazir izah edib.

Atatürk 104 il öncə Ermənistanla bağlı nə yazmışdı?

Türkiyənin qurucusu Mustafa Kamal Atatürk hələ 1920-ci ildə yazmışdı ki, Qafqaz divarı yıxılmalıdır, əks halda Ankara müdafiə oluna və inkişaf edə bilməz.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geqamyan deyib.

Onun sözlərinə görə, Atatürk “Qafqaz divarı” dedikdə şərq cəbhəsində Ankaranın təhlükəsizliyinə təhdid kimi gördüyü Ermənistanı nəzərdə tutub:

“Mustafa Kamal və müttəfiqləri o zaman tam uğur qazana bilməmişdilər. Lakin bu məqsəd heç vaxt unudulmadı, hər zaman əlverişli fürsət gözlənildi. İllər sonra isə fürsət yarandı. 2024-cü ildə “Qafqaz divarı”nın açarları elə onun öz mühafizəçiləri tərəfindən Türkiyəyə təqdim olundu. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə məhz bunu etdi. Hətta Türkiyə prezidentinin müəllifi olduğu kitab artıq İrəvan hökumətinin masasındadır”.

Xəbər lenti