![]() |
|
Çin əsilli Azərbaycan vətəndaşı Lin Aydın Qarabağda xidmət edib.
Bu barədə "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib.
"Bu gün tanış olduğum Lin Aydın valideyinləri Çin özü və qardaşı Azərbaycan vətəndaşı Lin Aydının dediyinə görə, Kəlbəcərdə xidmət edib, antiterror əməliyyatları zamanı Qubadlıda olub. Qardaşı isə hazırda Qarabağ zonasında N saylı hərbi hissədə xidmət edir", - o qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 10-11-də Fransaya səfəri planlaşdırılır.
"TASS xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Bundan əlavə, Paşinyan süni intellektə həsr olunmuş sammitdə də iştirak edəcək.
Almaniyadakı qeyri-qanuni miqrantların böyük bir hissəsi - təxminən 40%-i Suriya və Ukraynadan gəlib.
"Sərhədi qeyri-qanuni keçənlərin 20,6%-i suriyalılar, az qala 20%-i isə ukraynalılardır.
Həmçinin Əfqanıstan və Türkiyədən də əhəmiyyətli miqrasiya axını qeydə alınıb. Ukraynada davam edən münaqişə fonunda bu ölkənin sakinlərinə müvafiq ərizə təqdim etmədən Aİ ölkələrində sığınacaq hüququ verilir, lakin onların Avropada yaşayış yerlərini dəyişməsi üçün uzunmüddətli viza tələb olunur.
2023-cü ildə Avropa İttifaqına 127 min 500 nəfər daxil olub, 2024-cü ildə isə bu rəqəm 83 min 500 nəfər təşkil edib. 2023-cü ildə onların 44,7%-i, 2024-cü ildə isə 23%-i Almaniya polisinə sığınacaq üçün müraciət edib.(oxu.az)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazete Duvar” məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.
Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər.
Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.
“Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar”, - mənbə qeyd edib.
Alyaskada itkin düşən təyyarənin göyərtəsində olan 10 nəfərin hamısı həlak olub.
Bir gün əvvəl Alyaskada itən "Bering Air" təyyarəsi Nome reysi ilə uçarkən qəzaya uğrayıb. Xilasedicilər təyyarənin qalıqlarını tapıblar.
Təyyarədə olan 10 nəfərin isə hamısı həlak olub.
Sahil Mühafizəsi leytenantı Benjamin Makintayr-Kobl bildirib ki, təyyarədən qəza öncəsi hər hansı təhlükə siqnalı daxil olmayıb.
Təyyarənin göyərtəsində doqquz sərnişin və bir pilot olub.
Ukrayna hazırda Azərbaycandan Avropa ölkələrinə qaz nəqlində iştirak üzərində işləyir.
"Censor.NET" xəbər verir ki, bunu fevralın 7-də Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
“Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir. Bəli, həqiqətən də bu iş aparılır", - Tixiy bildirib.
O qeyd edib ki, Ukrayna Slovakiyanın baş nazirindən fərqli fikirlər eşidir. "Slovakiya hökuməti də digər Avropa ölkələri kimi resursların diversifikasiyasını, onların təchizatını və enerji təhlükəsizliyini əvvəlcədən təmin etməli idi", - o qeyd edib.
ABŞ məhkəməsi Tramp administrasiyasının USAİD-in 2200 əməkdaşını inzibati məzuniyyətə göndərməsi barədə qərarını bloklayıb
"CBS News" xəbər verir ki, cümə günü ABŞ federal hakimi Prezident Donald Trampın administrasiyasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 2200 əməkdaşını inzibati məzuniyyətə buraxaraq, həmin işçiləri təmsil edən həmkarlar ittifaqının tərəfinə keçməsini qadağan edib.
Trampın 2019-cu ildə bu vəzifəyə təyin etdiyi Kolumbiya Dairə Məhkəməsinin hakimi Karl Nikolsun çıxardığı qərarla USAİD əməkdaşlarının inzibati məzuniyyətə göndərilməsinin, eyni zamanda məzuniyyətə buraxılmış əlavə 500 USAİD əməkdaşını işə bərpa edilib.
Məhkəmə qərarı ilə ABŞ-nin xaricdəki əməkdaşlarının dərhal ölkəyə qayıtmasını tələb edən Ağ Evin əmrləri dayandırılıb.
Nikols bildirib ki, onun həm inzibati məzuniyyətə, həm də sürətləndirilmiş evakuasiyaya mane olan müvəqqəti əmri fevralın 14-ü gecə yarısına qədər qüvvədə qalacaq.
Qeyd edək ki, ABŞ Həmkarlar İttifaqları - Amerika Xarici Xidmət Assosiasiyası və Amerika Hökumət İşçiləri Federasiyası Trampın USAİD-lə bağlı qərarından məhkəməyə müraciət edib.
Braziliya prezidenti Lula da Silva artan ərzaq qiymətləri ilə mübarizə aparmaq üçün qeyri-ənənəvi üsul elan edib - onun fikrincə, vətəndaşlar sadəcə istehlakı azaltmalıdırlar.
Lent.az bildirir ki, yaşayış bahalığının səbəbləri ilə mübarizə aparmaq əvəzinə o, insanları supermarketlərdə daha az almağa və baha qiymətə satılan məhsullardan çəkinməyə çağırıb.
Prezidentin sözlərinə görə, əgər məhsul əlçatmaz görünürsə, deməli, onu almağa dəyməz. Bu yolla o, iqtisadi çətinliklərə görə məsuliyyəti faktiki olaraq braziliyalıların özlərinin üzərinə ataraq, inflyasiya problemini yeməkdən imtina ilə həll etmələrini təklif edib.
Vaşinqtonda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan ciddi-cəhdlərdən sonra Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Venslə görüşüb.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
"Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, eləcə də regional gündəm müzakirə edilib”, - o qeyd edib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralın 3-dən Vaşinqtonda səfərdədir və ancaq ciddi cəhdlərdən sonra səfərinin bitməsinə çox az qalmış vitse-prezident Ceyms Venslə görüşə bilib.
"Biz ABŞ üçün heç bir strateji marağı təmsil etmirik, ikincisi, orada diplomatiyamız yoxdur, peşəkar diplomatlarımız yoxdur, bunlar isə küçədən gələn insanlardır. Yəqin başa düşmürlər ki, belə bir səfər son anda təşkil olunmur, bunu aylar öncədən razılaşdırmaq lazım idi - kiminlə görüşürsən, hara gedirsən və s".
Bunu politoloq Artur Xaçikyan Nikol Paşinyanın ABŞ səfərini şərh edərkən deyib.
“Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar və bu yeni administrasiyada təsirsiz qaldılar. Heç kim onunla görüşməyib. Baxın, biz Amerika ilə strateji müqavilə imzaladıq, amma bundan heç nə çıxmadı, liderimizlə belə görüşmədilər", - politoloq qeyd edib.
O əlavə edib ki, hətta inaqurasiyaya da dəvət etmədilər. "Gürcüstan prezidenti orda idi, üzr istəyirəm, biz demokratiya istəyirik, Qərbi istəyirik, rusları istəmirik, rusları daima təhqir edən, Qarabağı təslim edən, Rusiya ilə münasibətləri korlayan Ermənistanın lideri Trampla 15 dəqiqəlik görüşə belə layiq deyildi”, - o bildirib.