![]() |
|
Rəsmən elan edilməsə də, Ukraynada Üçüncü Dünya müharibəsi gedir. Faktiki olaraq bütün dünya ilə təkbətək qalan Rusiya geri çəkilənə oxşamır. Müharibə özü ilə inflyasiya, sanksiyalar, aclıq və böhran da gətirir. Proseslər hazırda elə mərhələdədir ki, sülhdən, müharibənin dayandırılmasından danışmaq sadəlövhlük olardı. Qərb cəbhəsini təmsil edən ölkələrin özləri də iki cəbhəyə bölünüblər. Qərb mediasında şərti olaraq “sülh partiyası” adlandırılan ölkələr qrupu döyüşlərin dayandırılmasını və mümkün qədər tez danışıqlara başlanmasını istəyirlər. “Sülh partiyası”na daxil olan Almaniya atəşkəsə çağırır, İtaliya siyasi tənzimləmə üçün dördfazalı plan təklif edir, Fransa “Rusiyanı təhqir etməyən gələcək sülhdən” danışır.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
İkinci düşərgəni isə “ədalət partiyası” adlandırırlar. Onların fikrincə, Rusiya bu müharibəyə görə ağır bədəl ödəməlidir. Onlar hesab edirlər ki, Rusiyanı müharibənin başladığı vəziyyətinə qayıtmağa məcbur etmək lazımdır. Bu qrupa Polşa və Baltik ölkələri, Britaniya daxildir.
Bəs Amerika? ABŞ Ukraynadakı müharibəyə indiyədək 14 milyard dollardan artıq pul xərcləyib. Konqres Ukraynaya hərbi yardımlar şəklində daha 40 milyard dollar ayırıb. Vaşinqton Ukraynaya hərbi dəstək üçün 40-dan çox ölkəni də səfərbər edib. Belə bir vəziyyətdə ABŞ özünün strateqi, keçmiş dövlət katibi Henri Kissincer vasitəsilə cəmiyyətə müəyyən mesajlar ötürür. Bu mesajda qeyd edilir ki, Rusiya-Ukrayna münaqişəsinin yeganə həlli Ukraynaya neytral statusun verilməsi ola bilər. O, bu fikrini “Liderlik: Dünya Strategiyasının Altı Dərsi” kitabında ifadə edib. “Foreign Affairs” nəşri də həmin kitabdan sitatlar gətirib. ABŞ və Qərbin bir neçə onilliyə dayanan strateji hədəflərinin müəyyənləşməsində müstəsna xidmətləri olan Henri Kissincer Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, Ukrayna NATO-ya daxil olanda alyansın sərhədi Moskvadan 300 mil məsafədə olacaq. O, həmçinin qeyd edir ki, geniş ərazisi olduğu üçün Rusiya “daimi etibarsızlıq hissindən” əziyyət çəkir.
Lakin Kissincer kitabında izah etmir ki, Ukraynaya neytral status verilərsə, onun təhlükəsizliyi necə təmin oluna bilər. Kissincer bildirib ki, Rusiya və Ukrayna müharibədən əvvəlki status-kvoya qayıtmalıdırlar. Bir faktı qeyd edək ki, Kissincer dekabr ayında “Spectator” jurnalı üçün yazdığı məqalədə qalmaqallı bir etiraf etmişdi. Bildirmişdi ki, Ukrayna və Rusiya hərbi əməliyyatlar və ya danışıqlar yolu ilə münaqişəyə son qoya bilməsələr, mübahisəli ərazilərdə öz müqəddəratını təyinetmə referendumları keçirilə bilər. Onun bu mövqeyi dərhal Ukraynada etirazla qarşılanmışdı. Ukrayna tərəfi hesab edir ki, Kissincer münaqişə ilə bağlı tam məlumatlı deyil. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, amerikalı diplomat Ukrayna münaqişəsinin mahiyyəti və onun hazırkı dünya nizamına necə təsir etdiyi barədə heç nə başa düşmür. “Cənab Kissincer hələ heç nə başa düşməyib. Nə bu müharibənin mahiyyətini, nə də onun dünya nizamına təsirini”, -deyə ukraynalı siyasətçi bildirib. Podolyak Kissincerin sülh təkliflərini Ukrayna torpaqlarının bir hissəsinin “təcavüzkara qurban verilməsi kimi” dəyərləndirib. Həmçinin, Ukrayna prezidentinin ofisinin rəsmisi vurğulayıb ki, böhrana son qoymaq üçün yeganə doğru variant Ukraynanın bütün ərazilərinin azad edilməsi, Rusiyanın hərbi cinayətkar kimi beynəlxalq məhkəmədə mühakimə olunması və Moskvanın vurulan ziyanlara görə Kiyevə təzminat ödəməsi ola bilər.
Kissincerin qalmaqallı fikirlər hansı anlama gəlir? Bu şəxs “realpolitika”nın - gücə, real şərait və imkanlara əsaslanan siyasətin nümayəndəsidir, dünyada "nəyin bahasına olursa-olsun sabitlikdə" maraqlıdır. Kissincer həm də Çinlə yaxınlaşmanın tərəfdarıdır. Lakin hazırda bu düşüncə sxemi köhnəlib və işləmir.
Yeri gəlmişkən, Kissincer Rusiyanın məğlubiyyətini qeyri-real və qorxulu hesab edir. O, müharibənin daha ağır gərginliyə səbəb olmaması üçün danışıqların iki ayın içərisində başlanmalı olduğunu bildirib.
ABŞ-dakı “Atlantic Council” araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələri isə Kissincerin fikirlərini alt-üst edir. Orada ekspertlərin az qala yarısı Rusiyanın yaxın on ildə müxtəlif müstəqil hissələrə parçalanacağını və bir dövlət kimi məhv olması ehtimalının yüksək olduğunu bildiriblər. Nəticələri “Financial Times” qəzeti tərəfindən dərc olunmuş sorğuda beynəlxalq siyasət və iqtisadiyyat sahəsində tanınmış 167 ekspertin yarısı Rusiyanın yaxın onillikdə çökməsinin və dövlət kimi fəaliyyətini dayandırmasının mümkün olduğunu deyib. Rusiyanın bir dövlət kimi funksiyasını itirə biləcəyinə rəyi soruşulan ekspertlərin 21 faizi inandığını deyib. Sorğuda iştirak edən ekspertlərin 40 faizi düşünür ki, Rusiyada siyasi böhran inqilab, vətəndaş müharibəsi və ya ölkənin parçalanması nəticəsində baş verə bilər.
“FT” yazır ki, bu sorğuda avropalı ekspertlər amerikalı həmkarlarından daha pessimist proqnoz veriblər. Avropa ekspertlərinin 49, ABŞ ekspertlərinin isə 36 faizi Rusiyanın çökə biləcəyini düşünür. Respondentlərin 14 faizi Rusiyanın yaxın on ildə nüvə silahına əl ata biləcəyini düşünür. Ekspertlərin Rusiyanın bir dövlət kimi hüquqi və fiziki yox olmasının mümkünlüyünü bildirən 10 faizi qeyd edir ki, adətən avtoritar dövlətlərdə baş verən qarışıqlıqdan 10 il sonra dövlətin demokratik inkişaf yolu başlanır.
İran Müdafiə Nazirliyinin keçmiş rəsmisi Əlirza Əkbərinin Britaniyaya casusluq ittihamı ilə edam edilməsini şiddətlə qınayır və pisləyirik.
Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Tvitter hesabında yazıb.
“Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir. Biz ingilis dostlarımızın yanındayıq və İran rejiminə qarşı hərəkətlərimizi davam etdirəcək, bir-birimizlə koordinasiyalı şəkildə İran xalqını dəstəkləyəcəyik”, - Berbok bildirib.
Qeyd edək ki, Britaniya kəşfiyyatına Tehran rejiminin hərbi, nüvə, diplomatik və regional siyasəti ilə bağlı vacib məlumatların ötürülməsində günahlandırılan İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri bir neçə gün əvvəl edam olunub. Onun edamı müxtəlif ölkələrin rəsmiləri tərəfindən şiddətlə pislənilib.
Aksiyalar düşmən fitnəsidir, qətiyyətlə yatırılacaq.
Axar.az xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei deyib.
O, ölkə iqtisadiyyatında problemlərin olduğuna etiraf edərək, xarici düşmənlərin bundan istifadə etdiyini bildirib:
“Düşmənlər tərəfindən yaxşı işlənmiş hərtərəfli plan həyata keçirildi. Ancaq bu etirazlar, eləcə də gələcəkdə keçiriləcək etirazlar qarşısında təslim olmayacağıq”.
Məşhur milyarderlər Bill Qeyts və Ceff Bezos Günəşin qaraldılması layihəsinə dəstək verib.
Publika.az xəbər verir ki, qlobal istiləşmə problemləri ilə mübarizə aparan alimlər hazırda bu məsələni müzakirə edir.
Məlumatlara görə, “Make Sunsets” adlı bir şirkət öz qərarı ilə mübahisəli metoddan istifadə edib. Belə ki, şirkət atmosferi soyutmaq məqsədilə stratosfer təbəqəsinə kükürd dioksit parçaları atmaq istiqamətində işlərə başlayıb. Kükürd dioksitlə dolu balonlar Meksikadan atmosfere buraxılıb. Balonlar yüksək təbəqələrə qalxdıqda maddələri buraxmağa başlayacaq və bununla Günəş şüalarını kosmosa göndərməklə qlobal soyuqlaşmanı təmin edəcək.
Elm dünyası bu məsələni ciddi şəkildə müzakirə edir. Əsas fikir belədir ki, şirkət özbaşına belə qərar verib və bu Yer kürəsinə müdaxilə deməkdir. Layihəyə Bill Qeyts və Ceff Bezosun dəstək verdiyi haqda məlumatlar var.
"Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır".
"Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. İki ölkənin liderləri buna razılıq vermişdilər. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu".
M.Zaxarova qeyd edib ki, Rusiya sülh müqaviləsi üçün platforma təqdim etməyə hazırdır.
Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarını şərh edərkən deyib.
O deyib ki, Paşinyan Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda, Qərbin təşviq etdiyi münaqişənin hansısa “hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb.
“Bundan əvvəl Rusiya Federasiyasının Xarici İşlər Naziri S.V.Lavrovun şərhlərində Rusiyanın Qarabağ probleminin həlli üçün həm ikitərəfli formatda, həm də beynəlxalq mexanizmlər çərçivəsində səylərinin xronikası, o cümlədən liderlərin bəyanatının icrası qeyd olunub. 10 noyabr tarixli Rusiya, Azərbaycan və Ermənistan 2020-ci il və əlaqədar üçtərəfli razılaşmalar ətraflı təsvir edilib.
2022-ci ilin oktyabrında Praqada keçirilən sammitin yekunlarına dair bəyanatda öz əksini tapmış Bakı ilə sülh müqaviləsi hazırlayarkən İrəvanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması danışıqlar prosesinin məntiqini kökündən dəyişdi. Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etdi. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir”.
O əlavə edib ki, əgər erməni tərəfdaşlar həqiqətən də üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli icrasına uyğun olaraq müəyyən edilmiş problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır.
"Maxar Technologies" şirkəti Rusiya və Ukrayna arasında şiddətli döyüşlərin getdiyi Soledar şəhərinin peyk görüntülərini dərc edib.
Baku.ws məlumatına görə, şirkət peyk görüntülərini tviter hesabında yayımlayıb.
Görüntülərdə dağıdılmış evlər, məktəbləri və binalar əks olunub.
Digər bir paylaşımda isə tamamilə dağıdılmış yaşayış binaları əks olunub.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb.
Çin dünyada ilk ekoloji təmiz sərnişin qatarını istifadəyə verib.
"Report" “Fuel Cells Works”ə istinadən xəbər verir ki, qatar Sinjindəki Çenqdu istehsalat bazasında konveyerdən çıxıb.
Maksimum sürəti 160 km/saat olan dörd sürətli vaqondan ibarət və quraşdırılmış hidrogen enerji sisteminə malik qatar bir dəfəyə 600 kilometr yol qət edə bilir.
Yeni qatar müxtəlif “smart” monitorinq sistemləri və sensorlar, eləcə də yüksək sürətli 5G bağlantısı ilə təchiz edilib. Süni intellektin nəzarəti altında olan vahid sistem təhlükəsizliyi təmin etmək üçün marşrutlar üzrə bütün qatarların iş vəziyyətini qiymətləndirərək, böyük həcmdə məlumatları təhlil edəcək.
Ukraynada siyasi və ya mənəvi təsiri olan bütün ruslar vətəndaşlıqdan məhrum edilməlidir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimri Zelenski deyib.
O həmin şəxslərin Rusiyada yaşamalı olduğunu bildirib.
“Bizim vəzifəmiz bu gün ikili, üçlü vətəndaşlığı olan bütün insanların öz ölkələrində yaşamasını təmin etməkdir. Onlar bizim dövlətimizə həm siyasi, həm də mənəvi təsir göstərirlər. Eləcə əd bu ruslara da aiddir.Mənə elə gəlir ki, bu tam ədalətli olar”, - deyə Zelenski bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır. Paşinyan hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib:
“Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanla Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq”.
Ermənistan baş nazirinin ifadələrini "Şərq"ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Paşinyan zaman-zaman Türkiyə lideri ilə dialoqa girmək arzusunda olduğunu dilə gətirir. Professor diqqətə çatdırıb ki, iki ölkənin xüsusi nümayəndələri bir sıra görüşlər təşkil etsələr də, münasibətlərdə irəliləyiş yoxdur:
"Səbəbi odur ki, İrəvan həm verdiyi sözlərdən qaçır, həm də normal təməl şərtləri belə qəbul etmir. Fikrimcə, növbəti mərhələdə fərqli mənzərənin şahidi ola bilərik. Yəni təmaslar və müəyyən irəliləyişlər ehtimalı var. Əgər Paşinyan Türkiyə ilə əlaqələrin normallaşmasına diqqət yetirirsə, deməli, Qərbdən təlimat alıb. Onun göstərişləri Qərbdən gəlir. Əlbəttə, Qərb dedikdə Fransanı nəzərdə tutmuram, çünki Paris-Ankara münasibətləri yüksək səviyyədə deyil. Təlimatın ABŞ-dən gəldiyini düşünürəm. Əlbəttə, prosesin dinamikasını tənzimləmək, Ermənistanın addımlarından asılı olacaq. Türkiyə-Ermənistan dəmir yolunun açılması isə Bakı-İrəvan arasında cərəyan edən proseslərdən, əldə olunmuş razılaşmalardan asılıdır. Belə bir əlaqə Zəngəzur dəhlizi ilə bağlı reallaşa bilər".
C.Nuriyev bir məqama da diqqət çəkib:
"Türkiyədə prezident seçkiləri yaxınlaşır və əsas namizədlərdən biri indiki Prezident Rəcəb Tayyib Ərdoğandır. İrəvan hökumətinin başçısı Qərbin, ABŞ-nin təlimatı ilə seçki öncəsi Ərdoğanı nüfuzdan salmaq, onu çıxılmaz vəziyyətdə qoymaq niyyəti də güdə bilər. Yəni görüntü yaradırlar ki, baxın, Paşinyan normallaşmadan danışır, dialoq, görüşlə bağlı təkliflər verir, amma Ərdoğan bu məsələni rəfə qaldırır. Burada erməni məkrini də unutmamaq lazımdır. İstənilən halda baş nazirin açıqlamaları onun beyninin məhsulu deyil. Qərbin mətbəxində hazırlanmış bir reseptdir. Paşinyan isə resepti sadəcə üzündən oxuyur".
Professor vurğulayıb ki, Paşinyanla Ərdoğan arasında birbaşa təmas və görüş ancaq Azərbaycanın razılığı ilə mümkündür:
"Paşinyanın Ərdoğana hansısa şərt sürmək imkanları sıfıra bərabərdir. Türkiyənin isə özü ilə 2 əsas şərti var. Birincisi, erməni tərəfi bütün ərazi iddialarından birdəfəlik əl çəkməlidir. İkincisi, uydurma "soyqırım" iddiasından vaz keçməkdir. Digər iki şərt isə Azərbaycanla bağlıdır. Rəsmi Bakı ilə sülh müqaviləsi bağlanmalı və Zəngəzur dəhlizinin açılmasıdır.
Problem ondadır ki, az qala hər gün ziddiyyətli açıqlama ilə gündəmə gələn Paşinyana etimad göstərmək qeyri-mümkündür. Görünür, Qərbin də məqsədi Ermənistan vasitəsilə bölgədə yeni siyasi arxitektura yaratmaqdır. Paşinyanı da həmin arxitekturanın dizaynında rol oynamağa sövq edirlər. Amma alınmayacaq, Cənubi Qafqazda söz sahibi Azərbaycan, ümumən Qafqazda isə Rusiya və Türkiyədir.
Hazırda Rusiyanın başı dərdədir və hər zaman olduğu kimi yenə də ermənilər ruslara arxadan zərbə vurmaqda, xəyanət etməkdədir. Artıq iki ölkənin maraqları üst-üstə düşmür və bu məqam rəsmi Bakının əlini daha da gücləndirir".