"Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4293 tank və zirehli texnika məhv edilib".

Qafqazinfo"xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının itkilərinin 2000-dən çox olduğunu deyən Konaşenkov 28-ci Mexanikləşdirilmiş Briqadanın müvəqqəti mövqelərinə yüksək dəqiqlikli silahlarla hücum zamanı 100-ə yaxın əsgər və 9 hərbi texnikanın məhv edildiyini vurğulayıb.

O, Donetsk vilayətində 58-ci motoatıcı briqadanın 40 əsgərinin və 5 avtomobilin məhv edildiyini, Rusiya qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyini bildirib.

Son 24 saat ərzində Ukrayna ordusuna aid 5 idarəetmə mərkəzi, 6 silah-sursat anbarı və anbarın məhv edildiyini qeyd edən Konaşenkov Donetsk bölgəsində ABŞ-ın Ukraynaya göndərdiyi "AN/MPQ-64" RLS-in də vurulduğunu deyib.

Mətbuat katibi Konaşenkov Ukraynada bu günə kimi 267 təyyarə, 146 helikopter, 1732 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə raket sistemi, 4293 tank və zirehli texnika, 797 çoxbarelli reaktiv yaylım atəşi sistemi, və 3290 haubitsa məhv edildiyini qeyd edib.

ABŞ və Qərb Cənubi Qafqazda Rusiyanı ən zəif yerindən – “Axilles dabanı”ndan vurur… Paşinyan hakimiyyəti Rusiyanın Ermənistanı “işğal altında saxladığı” və Kremlin “erməni dövlətçiliyini məhv etmə planı”nı artıq işə saldığı barədə propoqandaya start verib…

Musavat.com məlumatına görə, Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə apardığı amansız rəqabətin ilkin nəticələri artıq ortaya çıxmağa başlayıb. Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması uğrunda olduqca ciddi addımlar atılır. Ukryana savaşı ucbatından beynəlxalq sanksiyalara məruz qalan Rusiya hələlik öz regional mövqelərini qoruyub, saxlamaq üçün əlindən gələn hər şeyi edir. Kreml bütün mümkün vasitə və mexanizmlərlə müqavimət göstərməyə çalışır.

Ancaq Rusiyanı hazırda ən zəif yerindən, “Axilles dabanı”ndan vurmağa çalışırlar. Belə ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Bununla belə, indiyə qədər rəsmi İrəvan Kremlə lazım olan vaxtlarda Rusiyanı heç vaxt dəstəkləməyib. Rəsmi İrəvan Ermənistan adlı “formal dövlət”in mövcudluğuna görə borclu olduğu Rusiyaya xəyanət etməyə həmişə hazır vəziyyətdə gözləyib.

Ona görə də, əslində, Ermənistan Rusiyanın hərbi müttəfiqindən daha çox, bu superdövlətin ən zəif yeridir, yəni, “Axilles dabanı”dır. İndi ABŞ və Qərb məhz  Rusiya ilə Ermənistan üzərindən hesablaşmağa çalışır. Və Cənubi Qafqazda Rusiyaya qarşı Ermənistan üzərindən geopolitik əməliyyatın aparıldığı artıq açıq-aşkar nəzərə çarpır.

327034Əslində, Ermənistan artıq bir neçə ildir ki, ABŞ və Qərbin Rusiyaya qarşı başlatdığı geopolitik əməliyyatın aləti rolunda çıxış edir. Bu proses hələ indiki baş nazir Nikol Paşinyanın “Soros” Fondunun dəstəyi ilə Rusiyaya bağlı Qarabağ klanını devirib, hakimiyyətə gəlməsindən sonra başlayıb. Çünki məhz Paşinyan hakimiyyəti Ermənistanda Rusiya əleyhinə təbliğata start vermişdi. Və Rusiyanın Ermənistana düşmən olması barədə ictimai rəyin yaradılmasına nail olunmuşdu.

Düzdür, 44 günlük savaşda Ermənistanın biabırçı məğlubiyyətindən sonra rəsmi İrəvan məcburiyyət qarşısında yenidən Rusiyanın orbitinə döndü. Ancaq son vaxtlar rəsmi İrəvan yenidən tədricən Rusiyadan uzaqlaşma xəttinə meyllənməyə başlayıb. Xüsusilə də, Paşinyan hakimiyyətinin Rusiyanın vasitəçiliyi imzalanmış üçtərəfli anlaşmaları qüvvədən salmağa çalışması Kremlin regional mövqelərinin sarsıdılmasına yönəlib.

Təbii ki, Kremldə Ermənistanın Rusiyaya qarşı xəyanət etməyə hazır olduğunu tam dəqiqliyi ilə bilirlər. Xüsusilə də, CİA şefi Uilyam Börnsün İrəvana səfərindən sonrakı mərhələdə Ermənistanın Rusiyaya qarşı münasibətləri ciddi şəkildə dəyişməyə başlayıb. Ona görə də, Rusiyanın ABŞ kəşfiyyat şefinin Ermənistana səfərindən ciddi şəkildə narahat olması tamamilə başadüşüləndir.

Məsələ ondadır ki, CİA şefinin İrəvana səfərindən sonra Paşinyan hakimiyyətinə yaxın siyasi dairələr Ermənistan cəmiyyətində “Rusiya kimi hərbi müttəfiqi olan dövlətə başqa düşmən lazım deyil” tezisini dövriyyəyə buraxmışdılar. Daha sonra baş nazir Nikol Paşinyan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini sərt şəkildə tənqid edərək, hətta Kremlə qarşı bəzi ittihamlar da irəli sürmüşdü. Və Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni baş nazirin ittihamlarına cavab vermək məcburiyyətində də qalmışdı.

327033Bir müddət öncə isə Ermənistan cəmiyyətində Rusiyanın işğalçı olması barədə açıq təbliğat başlayıb. Belə ki, Rusiya hərbçilərinin Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ehtimal olunan ərazilərdə blok-postlar qurması erməni toplumunda qıcıq doğurub. Bəzi erməni politoloqlar açıq şəkildə bəyan edirlər ki, rus hərbçilərin bu davranışları Rusiyanın Ermənistanı işğal etməsi anlamı daşıyır.

Son günlərsə, bu məsələ ətrafında müzakirələr daha da dərinləşib. İndi Rusiyanın əleyhinə propoqanda prosesinə Ermənistanın rəsmi mətbuat orqanları da qoşulub. Paşinyan hakimiyyətinə yaxın KİV-lər israrla tələb edirlər ki, Rusiya hərbi bazaları artıq Ermənistandan çıxarılmalıdır. Əsas tezislər isə absurd xarakter daşıyan “əgər, Rusiya-Türkiyə “üçtərəfli anlaşması” qeyd-şərtsiz yerinə yetirilirsə, 102-ci rus hərbi bazası kimə lazımdır” sualı üzərində qurulub.

Paşinyan hakimiyyətinə yaxın mətbuat orqanları vurğulayırlar ki, ermənilər Rusiya hərbi bazasının Ermənistanı müdafiə etdiyinə daha inanmırlar. Çünki, hətta Rusiya müdafiə etmək istəsə belə, azsaylı rus bazası müasir hərbi texnika ilə silahlanmış Türkiyə ordusu qarşısında duruş gətirə bilməz. Ermənistan mətbuatına görə, Ukrayna savaşı göstərdi ki, Rusiya hərbi texnikası yaşayış evlərini dağıda bilən metal yığınından başqa bir şey deyil, rus əsgərləri isə yalnız dinc sakinlərə qarşı soyqınçuluq və qətliamlar törətməyi bacarırlar.

Ermənistanın Lraqir saytı birmənalı şəkildə vurğulayır ki, Rusiyanın yeni Cənubi Qafqaz siyasəti Ermənistan dövlətçiliyinin məhv edilməsini hədəfləyib: “Rusiyanın Cənubi Qafqazı tərk etməsi artıq qaçılmaz xarakter daşıyır. Kreml bunu bilir və o vaxta qədər Türkiyə ilə birlikdə Ermənistan dövlətçiliyini sıradan çıxartmağa çalışır”.

327036Əksər, erməni politoloqlar isə Rusiyanın Gümrüdəki hərbi bazasını Ermənistana birbaşa təhlükə kimi xarakterizə edirlər. Onların fikrincə, Kreml hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun “Ermənistanı Türkiyəyə təhvil vermə” planını həyata keçirtməklə, məşğuldur. Ukraynda məğlub olmağa başlayan Rusiya Cənubi Qafqazı tərk etmək ərəfəsində bu planın icrasını sürətləndirib. Və Putin-Ərdoğan anlaşması da bunu təsdiqləyir: “Ona görə də, rəsmi İrəvan təcili surətdə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması barədə tələbini Kremlə çatdırmalıdır”.

Maraqlıdır ki, hazırda Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları və siyasi şərhçilər məhz bu tezislər üzərindən Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı gücləndiriblər. Bu isə onu göztərir ki, Rusiya əleyhinə tezislər məhz Paşinyan hakimiyyəti tərəfindən hazırlanıb və mətbuat qurumlarına, politoloqlara ötürülüb.

Belə anlaşılır ki, bir müddət öncə CİA şefinin İrəvana səfər etməsi qətiyyən təsirsiz ötüşməyib. İndi Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşma kursu geniş şəkildə təblig olunur. Üstəlik, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması həqiqətən də rəsmən tələb edilərsə, Paşinyan hakimiyyəti ilə Kreml arasında ciddi ziddiyyətlərin olacağı şübhə doğurmur. Rəsmi İrəvanın buna cəsarət edib-etməyəcəyi böyük ehtimalla CİA şefinin Paşinyan hakimiyyətinə hansı təminatlar vermiş ola biləcəyindən asılıdır.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi növbəti mərhələyə keçib.

"Report" xəbər verir ki, bunu “Hürriyyət”ə Türkiyə Xarici İşlər Nazirliyinin adını açıqlamayan səlahiyyətli diplomatı bildirib.

O deyib ki, iyul ayında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında baş tutmuş görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Bu konteksdə texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir.

XİN əməkdaşı xatırladıb ki, xüsusi nümayəndələr 1 dəfə Rusiyanın paytaxtı Moskvada, 3 dəfə Avstriyanın paytaxtı Vyanada görüşüblər. Həmçinin S.Kılıç və R.Rubenyan arasında 500 dəfə telefon danışığı olub.

Diplomat deyib ki, xüsusi nümayəndələr arasında səmimi dialoq mühiti yaranıb: “Erməni siyasətçi Serdar Kılıça telefonla danışan zaman türkcə salam verib. İlk mərhələdə böyük gözləntilər ortaya qoyub, böyük məyusluğa uğramaqdansa, Ermənistanla addım-addım irəliləmək barədə razılığa gəldik. Etimad mühitini artıran addımlar üzərində işlənilir. Bunların arasında humanitaryönümlü addımlar da var. Sərhəd keçidləri mövzusunda məsələlərin həllini tapması üçün daha uzun müddətə ehtiyac ola bilər. Buna meydandakı şərtlər də icazə verməlidir”.

Materialda, həmçinin göstərilib ki, S.Kılıç 7 il Vaşinqtonda səfir kimi çalışıb. 64 yaşında olan diplomat ABŞ-da fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Azərbaycan və Şimali Kiprin hüquq və mənafeləri naminə ciddi addımlar atıb.

Erməni lobbisini ən yaxşı tanıyan və “erməni soyqırımı” iddialarına qarşı ciddi mübarizə aparan Kılıç İkinci Qarabağ müharibəsi vaxtında da Azərbaycanın mübarizəsinə töhfə verib. Səfir FETO, PKK kimi terror təşkilatlarının Türkiyəyə qarşı qarayaxma kampaniyalarına qarşı ABŞ-da ciddi mübarizə aparıb.

Məlumata görə, gənc siyasətçi R.Rubenyan isə hazırda Ermənistan parlamentinin vitse-spikeridir. 32 yaşlı Rubenyan bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini kimi də fəaliyyət göstərib. O, həmçinin ölkəsindəki “Mülki müqavilə” partiyasının təsisçilərindəndir.

Abedin Varamin İranın Ermənistanın Qafan şəhərində Baş konsulu təyin edilib.

Bunu Ermənistan mətbuatına İran parlamentinin deputatı Robert Beqlaryan bildirib.

Deputat bildirib ki, Baş konsul artıq İrəvandadır, bir sıra görüşlər keçirib və vəzifəsinin icrasına başlayıb.

Bununla yanaşı, Beqlaryan əlavə edib ki, bürokratik maneələr diplomatın öz missiyasını tam şəkildə icra etməsinə mane olur: “Məndə olan məlumata görə, Baş konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”.

Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Regional inkişaf və təhlükəsizlik çağırışları məsələlərini müzakirə ediblər.

Ermənistanın baş naziri İran prezidentinə Ermənistanla Azərbaycan arasında baş verən son sərhəd insidentlərinin təfərrüatlarını təqdim edib. Regionda sabitliyin və sülhün bərqərar olması kontekstində Nikol Paşinyan 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin tam icrasının vacibliyini vurğulayıb.

İran prezidenti Cənubi Qafqazda baş verən son insidentlərə və gərginliyə toxunaraq, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin Rusiya və Türkiyə Prezidentləri ilə bu yaxınlarda keçirdiyi görüşdə İranın həssas olması ilə bağlı verdiyi bəyanatı xatırladıb. Bildirilib ki, İran Qafqaz regionundakı sərhədlərin hər hansı dəyişiklik cəhdlərinə qarşı çıxacaq.

Tərəflər ikitərəfli münasibətlərin yaxınlaşmasının vacibliyini vurğulayıblar.

Nikol Paşinyan Ermənistan-İran əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və qeyd edib ki, Ermənistan iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yol, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

İran prezidenti iki ölkə arasındakı münasibətləri tarixi və dərin adlandırıb və Ermənistan-İran iqtisadi əməkdaşlığının davamlı səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Fransada meymunçiçəyi xəstəliyinə 2 600-dən çox yoluxma qeydə alınıb.

Bu barədə yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, qərbi Avropa ölkəsində təkcə son bir həftədə infeksiyaya 362 yoluxma halı aşkarlanıb.

Təsdiqlənmiş yoluxma hallarının 99 %-i kişilərdə qeydə alınıb.

Bu arada, Fransada COVID-19 da sürətlə yayılmaqda davam edir. Təkcə son 24 saat ərzində 812 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 87 nəfər vəfat edib. Bir gün əvvəl 66 nəfər virusdan ölüb.

Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır.

Türkiyə və İsrail iqtisadiyyat və ticarət əlaqələri üzrə konfrans keçirməyi planlaşdırır.

Bu barədə İsrailin adı açıqlanmayan yüksək çinli məmuru deyib.

Onun sözlərinə görə, iki ölkə münasibətləri yoluna qoymaq üçün payızda belə bir konfrans keçirməyi düşünür.

Bildirilib ki, İsrailin iqtisadiyyat naziri Orna Barbivai Matan Şafranı Türkiyəyə yeni iqtisadiyyat üzrə attaşe təyin edib.

Barbivai İsrailin iyul ayında İstanbulda iqtisadi və ticarət əlaqələri ofisini yenidən açmasını Təl-Əvivin münasibətləri dərinləşdirməyə sadiqliyini əks etdirdiyini söyləyib.

Plana əsasən Rusiya ələ keçirdiyi Zaporojye AES-də təxribat təşkil edə bilər.

Qərbdən gələn təhdidlərə görə Rusiya nüvə silahından istifadəsinin mümkünsüzlüyünü dərk edən Rusiya diktatoru Putin, yəqin ki , işğalçılar tərəfindən ələ keçirilən Zaporojye AES-də təxribat təşkil etməyi planlaşdırır .

Bu fikirləri “Kanal24” müsahibəsində rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib.

Ekspertin fikrincə, Putin AES-dəki nüvə təxribatının günahını Ukraynanın üzərinə atmaq istəyir - belə şeylər artıq Rusiya üçün ənənəvi hal alıb.

“Putin Zaporojye AES-i partlatmaqla Ukraynanı ittiham edib, desin ki, bunu ukraynalılar edib” – o qeyd edib.

O, xüsusilə xatırladıb ki, Putin hakimiyyətinin ilk illərində yaşayış binalarının bombalanmasını təşkil etməklə çeçenləri günahlandırıb və müharibəyə başladı.
Kremlin Zaporojye AES-də təxribatlar törədəcəyini istisna etməyən Piontkovski diplomatları daha fəal olmağa və MAQATE nümayəndələrinin AES-ə girişini təmin etmək istiqamətində fəaliyyət göstərməlidirlər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Meğri-Agarak yolu məsələsində narkotiklərə istinad etməsi daha çox bəhanəyə bənzəyir.

Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan “News.am”a müsahibəsində deyib.

O hesab edir ki, Rus sülhməramlılarının Meğri- Ağarak yolunda nəzarəti gücləndirməsini Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılna addımdır. “Mənə elə gəlir ki, bütün bunlar məhz 10 noyabr 2020-ci il razılşamasının həyata keçirilməsində yeni mərhələdir”, - Beqlaryan qeyd edib.

Beqlaryan əlavə edib ki, Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm.

İran parametinin erməniəsilli deputatı baş verənlərin İranın Kafanda konsulluq açması planları ilə bağlı olduğunu da istisna etməyib. “Demək olmaz ki, bu, təzyiqdir… Amma məsələnin narkotik və ya qaçaqmalçılıq olduğunu desək... Mən buna bir az geniş baxıram”, - deyə Beqlaryan vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Ermənistan ərazisində, Meqri və Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlayır.

Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamenti Meğri-Agarak yolu hissəsində nəzarətin gücləndirilməsini ağır narkotik vasitələrin və psixotrop maddələrin (metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz idxalına cəhdlərin artması ilə izah edib.

“Ukrayna ordusu Rusiya hərbi qüvvələrini Xersonda məhv edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail ordusunun zabiti Viktor Vertsner deyib.

İsrailli zabit Ukrayna Silahlı Qüvvələrinin təşəbbüsü ələ aldığını bildirib:

“İndi cəbhədə baş verənlər daha çox təşəbbüs uğrunda mübarizəyə bənzəyir. Fikrimcə, müharibənin indiki mərhələsində Ukrayna hərbi əməliyyatlarda təşəbbüsü ələ keçirmək istiqamətində müəyyən uğur qazanıb. Ukrayna rusları Xerson və Zaporojeyə əlavə qüvvələr və resurslar göndərməyə məcbur edib. Məncə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının planı da budur”.

Vertsner Rusiya qoşunlarının Ukraynanın cənubunda məğlub olacağını iddia edib:

“Ruslar Ukrayna Silahlı Qüvvələrinin hərəkətinə ölkənin cənubuna əlavə qüvvələr yeritməklə reaksiya verir. Daha doğrusu, reaksiya vermək məcburiyyətindədir. Məncə, rusların Xerson və Krivı Roq istiqamətlərində irəliləməyə çalışacağı ehtimalı yüksəkdir. Amma belə bir hücum Ukrayna Silahlı Qüvvələrinə çox böyük manevr imkanı verəcək. Əvvəlcədən hazırlanmış müdafiə xətləri sayəsində Ukrayna qoşunlarının bu istiqamətdə rus qüvvələrini məhv etməsi daha asan olacaq”.

Xəbər lenti