![]() |
|
Allah şükürlər olsun, son iki gündür apardığımız test nəticələri neqativ çıxdı. Bu prosesdə ölkəmizin və dünyanın dörd bir tərəfindən duaları, gözəl mesajları ilə bizə dəstək olan qardaşlarımıza təşəkkürümü bildirirəm.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan koronadan sağalması ilə bağlı açıqlamasında deyib.
Dövlət başçısı əlavə edib ki, xanımı Əminə Ərdoğan xəstəliyi yüngül simptomlarla keçirir.
Qeyd edək ki, bundan öncə türkiyəli professor, həkim Sərxan Topaloğlu mediaya açıqlamasında Ərdoğanın koronavirus testi neqativ çıxdığını bildirmişdi.
“Son iki gündür apardığımız PCR testlərinin nəticəsi neqativ çıxıb. Sabah Prezidentimizin gündəlik iş rejiminə qayıdacağını düşünürəm”, - deyə o bildirmişdi.
Böyük Britaniya parlamenti Rusiyaya qarşı sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.
Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.
İndi bu şəxslərin və müəssisələrin müəyyən edilməsi meyarları əhəmiyyətli dərəcədə genişləndirilib, xüsusən də Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr və şəxslər məhdudiyyətlər altına düşə bilər.
Strateji əhəmiyyət kəsb edən və potensial olaraq sanksiyalara məruz qala bilən sektorlara: kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.
Tətbiq edilən dəyişikliklər ayrı-ayrı şəxslərə və ya təşkilatlara qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil, lakin vəziyyətin gərginləşdiyi halda onların tətbiqi üçün əlavə imkanlar yaradacaq.
Dünya 2 ildir ki, koronavirusun məngənəsindədir. Virusla mübarizə tam sürətlə davam edərkən, İngiltərədən cansıxıcı xəbərlər gəlir.
Xarici KİV xəbər verir ki, koronavirusdan ən çox zərər çəkən ölkələrdən olan İngiltərədə Lassa virus panikası yaşanıb.
Bu ölkədə iki nəfərdə Ebolaya bənzər nadir bir virus olan Lassa qızdırması aşkarlanıb, üçüncü şəxs isə yüksək şübhə ilə təcrid olunub.
Səhiyyə rəsmiləri İngiltərənin şərqində eyni ailənin üçüncü mümkün hadisəsinin araşdırıldığını açıqlayıb.
Bu hallar son onillikdə ölkədə ilk təsdiqlənmiş Lassa halı olsa da, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi insandan insana yoluxmanın nadir olduğunu və insanların əksəriyyətinin tam sağaldığını vurğulayıb.
Yoluxmaların virusun endemik olduğu Qərbi Afrikadan bu yaxınlarda qayıtmış eyni ailədən olduğu güman edilir.
Qeyd edək ki, Lassa qızdırması Qərbi Afrikada müşahidə olunan, kəskin şəkildə inkişaf edən və ölümcül ola bilən viral xəstəlikdir.
Qərb dünyası tərəfindən 1969-cu ildə Nigeriyada işləyən iki tibb bacısının ölümü ilə diqqət çəkib. Xəstəlik Lassa şəhərində görüldüyü üçün “Lassa virusu” kimi tanınır. Lassa virusu gündəlik təmaslarla ötürülmür. Lakin istifadə olunan tibbi ləvazimatlarla yoluxduğu müşahidə edilib.
Çin prezidenti Si Cinpin cümə axşamı yeni növ koronavirusa yoluxmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana teleqram göndərib.
CCTV xəbər verir ki, Çin liderinin Ərdoğana ünvanladığı teleqramda deyilir: “Həyat yoldaşım Pen Liyuan və mən sizə və həyat yoldaşınız Əminə Ərdoğana xəsətlənməyinizdən səmimi təəssüfümüzü bildiririk. Sizə tezliklə sağalmağınızı arzulayırıq”.
Si Cinpin ünvanladığı teleqramda Çinin pandemiya ilə mübarizə üçün sərt tədbirlər görməyə davam edəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, Çin-Türkiyə münasibətlərinin inkişafına böyük diqqət yetirir.
“Mən sizinlə əməkdaşlığa, ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələrinin inkişafında daimi irəliləyişə kömək etməyə hazıram”, - deyə o, yekunlaşdırıb.
"Bunu “SpaceX” şirkətindən təsdiq ediblər.
Məlumata görə, ötən cümə günü “Starlink” layihəsi üzrə ümumilikdə 49 peyk kosmosa göndərilib və onların böyük əksəriyyəti orbitə çıxmaq əvəzinə atmosferə daxil olmadan yanıb.
Bu peyklər kosmosda dünyanı sabit internetlə təmin etmək üçün hazırlanan peyk qrupunun tərkib hissəsi idi.
Qeyd edək ki, “Starlink” dünyanın kəsintisiz internetlə təmin etmək üçün planlaşdırılan bir layihədir. E.Mask bu məqsədlə 12 000 peyki orbitə çıxarmaq üçün ABŞ rəsmilərindən icazə alıb. Hazırda isə 2 000 peyk kosmosda öz orbitindədir.
Bizim Ukrayna sərhədində misli görünməmiş Rusiya qoşunları cəmləşib, həmçinin fevralın 20-dək davam etməli olan təlimlərin keçirildiyi Belarusda böyük bir rus qüvvəsi var.
Bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Hamımız özümüzdən bundan sonra nə olacağını soruşuruq. Dünyanın və Avropanın II Dünya müharibəsindən bəri görmədiyi bu qoşun hərəkətinin təsiri necə olacaq?
"Bizim məqsədimiz cəmiyyətlərimiz və xalqlarımız üçün sülhü, o cümlədən beynəlxalq hüququ təmin etmək və NATO-ya, Avropa Birliyinə üzv olmayan, lakin bizim müttəfiqimiz olan ölkələrin ərazi bütövlüyünü qorumaqdır. Mən indi Ukraynadan danışıram”, - Duda qeyd edib.
Pandemiyanın başlanğıcından adı konspiroloji nəzəriyyələri ilə hallanan Bill Qeyts koronavirus və dünyanı gözləyən növbəti təhlükə ilə bağlı çıxışlar edib.
Xarici KİV xəbər verir ki, 2015-ci ildə Covid-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Qeytsi tarix haqlı çıxarmışdı.
Bill Qeyts pandemiya mövzusunda kitab yazaraq növbəti pandemiyanın qarşısının alınması ilə bağlı bir sıra təkliflər verib.
Kitab haqqında özünün “Gates Notes” adlı internet saytında məqalə dərc etdirən milyarder məqaləsinə “COVID-19-un son epidemiya ola biləcəyinə inanmıram” sözləri ilə başlayıb.
"Növbəti pandemiyanın qarşısının alınması" adlı kitabın mayın 3-də çıxacağını bildirən Qeyts məqaləsində bu açıqlamaları verib:
“Kitabda mən təkcə gələcək pandemiyaları dayandırmaq üçün deyil, həm də bu prosesdə bütün dünyada hər kəs üçün daha yaxşı səhiyyə təmin etmək üçün atacağımız konkret addımları təsvir edirəm. Mən bu epidemiyadan öyrənə biləcəyimiz dərsləri, həyatı xilas etmək üçün lazım olan yenilikləri və patogenləri erkən və ədalətli şəkildə dayandırmaq üçün lazım olan yeni vasitələri ümumiləşdirirəm.
Bir daha pandemiya yaşamamaq məqsədi heç də iddialı deyil, lakin son iki il ərzində əldə etdiyimiz irəliləyiş, o cümlədən vaksinlərlə əldə etdiyimiz irəliləyişlər və tənəffüs xəstəlikləri haqqında əldə etdiyimiz biliklər artıq bizi həvəsləndirdi. Bu, uğura aparan yoldur. Dünya indi pandemiyanın nə qədər ciddi olduğunu başa düşür və təcil bizim tərəfimizdədir. Artıq heç kimi inandırmaq lazım deyil ki, yoluxucu xəstəlik milyonlarla insanı öldürə və ya qlobal iqtisadiyyatı dayandıra bilər. Düzgün seçimlər və investisiyalar etsək, koronavirusu son epidemiyaya çevirə bilərik”.
Daha əvvəl epidemiya hazırlıqlarına göstərilən marağın gözlədiyindən aşağı olmasından bir az narahat olduğunu deyən Qeyts, dünyanın növbəti pandemiyaya hazır olması üçün peyvənd istehsal etmə qabiliyyətinə çatması gərəkdiyini vurğulayıb.
Milyarder qeyd edib ki, dünya növbəti pandemiyaya hazır olması üçün peyvəndi 100 gündə istehsal etmək və daha 100 gündə milyardlarla insana çatdırmaq gücünə çatmalıdır.
Qeytsin sözlərinə görə, bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq çatışmayan yeganə məqam hələ də lazımi addımların atılmamasıdır.
Bill və Melinda Qeyts Fondu dərc etdiyi hesabatda ölkələri səhiyyə sistemlərinə, o cümlədən peyvənd istehsal etmək qabiliyyətinə daha çox sərmayə qoymağa çağırıb.
Hesabatda bildirilir ki, pandemiyaya son qoymaq üçün istifadə olunan vasitələr, əsasən, digər yoluxucu xəstəliklərlə mübarizə üçün istifadə edilənlərlə eynidir.
Həmin hesabatda peyvənd ədalətsizliyinə diqqət çəkilib və bunun dünyada epidemiyaya qarşı ən böyük problemlərdən biri olduğu vurğulanıb.
Türkiyənin Balıkesir şəhərində Kazdağı Milli Parkında güclü qar səbəbindən 17 hərbçi və 4 bələdiyyə işçisi köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən şəxslərlə bağlı xilasetmə əməliyyatına başlanılıb.
Bildirilir ki, hərbi personalı daşıyan 3 maşınla yolu qardan təmizləməyə çalışan Balıkesir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları yolda qalıb.
Balıkesir valisi Hasan Şıldakın sözlərinə görə, qara görə köməksiz qalan hərbçilər və bələdiyyə işçiləri ilə tez-tez telefonla əlaqə saxlanılır.
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin Türkiyədəki görüşü Moskvadan müsbət cavab alacağı təqdirdə həyata keçiriləcək.
Bu barədə “Ahaber”ə açıqlamasında Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
O əlavə edib ki, Ankara Kiyevdən razılıq alıb: “Prezidentimizin Putinlə Zelenski arasında görüş təklifi çox mühümdür. Bununla bağlı Ukraynada müsbət əhvali-ruhiyyə var və bu görüş Rusiyanın müsbət cavab verəcəyi təqdirdə həyata keçirilə bilər” dedi.
Kalın həmçinin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hazırlandığını, tarixin yaxın günlərdə bəlli olacağını bildirib.
Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır.
Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
“Əgər Ukrayna NATO-da olarsa və Rusiyanın Krımına hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq”, - Putin xəbərdarlığında bildirib.