![]() |
|
“Bizə deyirlər ki, fevralın 16-sı hücum günü olacaq. Biz bunu birlik günü edəcəyik. Artıq bununla bağlı müvafiq sərəncam imzalanıb. Bu gün biz dövlət bayraqlarını asacaq, mavi-sarı lentlər taxıb birliyimizi bütün dünyaya nümayiş etdirəcəyik”.
“112 Ukrayna” telekanalı xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.
“Biz başqasınınkına əl atmırıq, amma özümüzdən də əl çəkməyəcəyik. Böyük ordumuz var. Bizim uşaqlar unikal döyüş təcrübəsinə və müasir silahlara malikdir. Bu, artıq səkkiz il əvvəlkindən qat-qat güclü ordudur”, - o deyib.
Qurbanqulu Berdiməhəmmədovun oğlu Türkmənistan prezidentliyinə namizəd kimi irəli sürülüb.
“Türkmən portalı “Salamnews” xəbər verir ki, Türkmənistan Demokrat Partiyasının növbədənkənar qurultayı zamanı Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Sərdar Qurbanquliyeviç Berdiməhəmmədovun Türkmənistan prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.
Konqres iştirakçıları Türkmənistan prezidentliyinə namizədliyini irəli sürən Sərdar Berdiməhəmmədovun çıxışını dinləyib və dəstəkləyiblər.
Xatırladaq ki, Türkmənistanda prezident seçkiləri 2022-ci il martın 12-də keçiriləcək.
Koronavirusdan sonra bərpa olunmaq üçün yaxşı yuxu, düzgün qidalanma, nəfəs məşqləri və müalicəvi idman lazımdır.
"Medicina.az xəbər verir ki, bunu 68 saylı Moskva şəhər poliklinikasının baş həkimi Natalya Kuzenkova deyib.
Həkim koronavirusdan sonra sağalmanı mürəkkəb proses adlandırıb.
Onun sözlərinə görə, hazırda üstünlük təşkil edən "Omikron" ştammının simptomları klassik yuxarı tənəffüs yolları xəstəliklərinə bənzəyir.
"Hər hansı bir virus infeksiyası orqanizmi zəiflədir və buna görə də xəstəlikdən sonra ilk dəfə bədəni çox yükləməyə ehtiyac yoxdur. Əksinə, ona düzgün qidalanma, istirahət, kifayət qədər yuxu və müəyyən fiziki fəaliyyət rejimi (həftədə beş gün 20-30 dəqiqə) ilə kömək etmək lazımdır", - deyə həkim izah edib.
O qeyd edib ki, sadalananlardan əlavə, bədəni təkrar infeksiyadan qorumaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək və evdə təmizləmə işləri aparmaq vacibdir.
Kuzenkova bildirib ki, bərpa üçün müntəzəm olaraq düzgün yemək və su içmək lazımdır. Bu məqsədlə kifayət qədər emal olunmamış dənli bitkilər - yulaf əzməsi, qarabaşaq yarması, düyü, arpa və bulqur rasiona daxil edilməlidir.
Həmçinin, paxlalılar, bitki yağları, qoz-fındıq, balıq və orta yağlı mayalanmış süd məhsullarının yeyilməsi də vacibdir.
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdırmaq üçün parlamentin komissiyasına çağırılacaq.
Bu barədə komissiyanın rəhbəri, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, baş nazirin iştirakı məcburi olacaq. “Mütləq. Bu, Nikol Paşinyanın özünün istəyidir. Parlament müxalifəti, əslində, onları maraqlandıran mövzularda baş naziri dindirmək imkanını itirib. Görüşün müddəti məhdud deyildi. Onların Paşinyana istənilən sualı vermək imkanı olardı”, - deyə komissiya rəhbəri qeyd edib.
Komissiyanın rəyində Nikol Paşinyanın məsuliyyətinin göstərilməsi ilə bağlı suala cavab olaraq Köçəryan bildirib ki, bu sualın cavabı aparılan işlərin nəticələrinə əsasən veriləcək.
Rusiya hərbi texnikanı Ukrayna ilə sərhədə yaxınlaşdırmağa davam edir. Bunu son günlər sosial şəbəkələrdə yayımlanan videoları tədqiq edən Conflict Intelligence Team də (Münaqişə Kəşfiyyat Komandası ) təsdiqləyir. Əsasən 1-ci Qvardiya Tank Ordusunun bölmələrinin Voronej yaxınlığındakı poliqondan sərhədə qədər irəlilədiyi iddia olunur.
Əvvəllər xəbər verildiyi kimi, dekabrda bu ordunun texnikası Voronejdən cənubda yerləşən Poqonovo poliqonuna gəlib.
Virtualaz.org xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bir neçə videoda Belqorod vilayətindəki stansiyalarda bu ordunun hərbi texnikası görünüb. CIT qeyd edir ki, söhbət təkcə Voronej yaxınlığında yerləşən avadanlıqlardan deyil, həm də Moskva yaxınlığından gələn əlavə texnikadan gedir.
Başqa videolarda CIT mütəxəssisləri hərbçilərin Smolenskdən Bryansk vilayətinin cənubuna - həm də Ukrayna ilə sərhədə köçürülməsini də müşahidə ediblər. Bundan əvvəl Bryansk vilayətində Rusiya ordusunun əsas zərbə qüvvələrindən biri olan Pskovdan olan 76-cı hava-desant diviziyasının texnikası da diqqət çəkib.
Avadanlıqların Rusiya ərazisi ilə ötürülməsi Belarusda Rusiya hərbçilərinin və texnikasının iştirakı ilə keçirilən irimiqyaslı hərbi təlimlər, eləcə də Qara dənizdə bu gün başlayan və bir neçə iri desant gəmilərinin iştirakı ilə hərbi dəniz təlimləri fonunda baş verir.
ABŞ hakimiyyətinin nümayəndələri kəşfiyyat məlumatlarına istinadən son günlər bəyan edirlər ki, Rusiya irimiqyaslı hücuma başlamaq üçün Ukrayna ilə sərhədlər yaxınlığında özünün zərbə hissələrini cəmləşdirməyi praktiki olaraq yekunlaşdırıb. Qərb ölkələri narahatdır ki, hücum "istənilən vaxt" baş verə bilər.
Ukrayna sərhədləri yaxınlığındakı rus qoşunlarının ümumi sayının 120 mini keçdiyi təxmin edilir. Almaniyanın "Spiegel" nəşri və bir sıra Britaniya mediası kəşfiyyat məlumatlarına istinad edərək, işğalın fevralın 16-da başlaya biləcəyini iddia ediblər. Rəsmi Vaşinqton dəqiq tarixləri açıqlamayıb. Ağ ev və Dövlət Departamenti Rusiyanı diplomatiya yolunu seçməyə inandırmaq imkanlarına hələ də inandıqlarını bildirirlər. Eyni zamanda, ABŞ öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.
Sosial şəbəkələrdə yayılmış son videokadrlarda, habelə, Rusiyanın onlarla döyüş vertolyotunun tam döyüş təchizatı ilə Ukrayna istiqamətində uçduğu əks olunur. Daha əvvəl də Rusiyanın hücum vertolyotlarını sərhədə yaxın ərazilərə yerləşdirdiyinə dair kadrlar yayılmışdı.
Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.
"Oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib.
"Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər", - Britaniya mediası məlumat yayıb.
Yaponiya Xarici İşlər Nazirliyi həmvətənlərini Ukraynanı dərhal tərk etməyə çağıran tövsiyə yayıb. "Nikkei Asia"nın məlumatına görə, hazırda Ukraynada təxminən 150 yapon ola bilər.
Bundan əvvəl ABŞ, İsrail və Cənubi Koreya öz vətəndaşlarından təhlükə yarada biləcək ərazilərdən çıxmağı xahiş edib.
İngıltərənin baş Naziri Boris Conson koronavirus pandemiyası ilə bağlı müsbət çıxışlar edib.
Ötən gün Britaniya parlamentində çıxış edən Conson bildirib ki, tendensiya davam edərsə, martın 24-dək davam edəcək mövcud məhdudiyyətlər bir ay əvvəldən ləğv edilə bilər. O həmçinin söyləyib ki, koronavirus testinin nəticəsi müsbət çıxanlar üçün beş günlük karantin tələbi də qaldırılacaq.
İngiltərə hökumətinin fevralın 21-də "COVID ilə yaşamaq" strategiyasını açıqlayacağı gözlənilir.
Digər tərəfdən, İngiltərəyə gələnlər üçün tətbiq edilən qaydalar da yumşaldılıb. Bu gündən ölkəyə gələcək peyvənd olunmuş şəxslərdən PCR testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün karantinə girmə öhdəliyi aradan qaldırılacaq, lakin test tələb olunmağa davam edəcək.
ABŞ-ın bəzi ştatları da karantin qaydaları yüngülləşdirir. Xəstəliklərə Nəzarət və Monitorinq Mərkəzi (CDC) tövsiyələrini dəyişməsə də, Nyu York, Kaliforniya və Massaçusets kimi ştatlar qapalı məkanlarda maska və peyvənd tələbini qaldırdıqlarını elan edib. Bu gündən etibarən Nyu Yorkdakı müəssisələrdə maska taxmaq artıq məcburi deyil. Martın əvvəlində məktəblərdə maska tələbinin aradan qaldırılması nəzərdə tutulur.
Ukraynada qalan bütün amerikalılar vaxt itirmədən dərhal ölkəni tərk etməlidirlər.
“Bunu “NBC News”a müsahibəsində ABŞ prezidenti Co Bayden deyib.
“Amerika vətəndaşları vaxt itirmədən dərhəl tərk etməlidirlər”, - Bayden deyib.
Bayden daha sonra deyib: “Biz hazırda dünyanın ən böyük ordularından biri ilə qarşı-qarşıyayıq. Bu, tamamilə fərqli vəziyyətdir və hər kəs tez dəli ola bilər”, - Bayden əlavə edib.
Telekanal jurnalisti Baydendən ABŞ prezidentini ölkədən qaçan amerikalıları xilas etmək üçün Ukraynaya qoşun göndərəcəyi ssenarisinin mövcudluğu barədə soruşub.
“Xeyr. Amerikalılar və Rusiya bir-birinə atəş açmağa başlaması dünya müharibəsi deməkdir”, - deyə Bayden cavab verib.
Ümumrusiya Zabitlər Assambleyası Rusiya-Ukrayna qarşıdurması ilə bağlı müraciəti ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Assambleyanın sərdi general-polkovnik Leonid İvaşovun imzaladığı müraciət qurumun saytında dərc olunub. Həmin müraciət çoxsaylı Rusiya və xarici ölkə medialarında yer alıb.
“Znak.com” xəbər verir ki, burada Rusiya siyasi elitasının Ukrayna ətrafında vəziyyətin gərginləşməsinə görə də məsuliyyət daşıdığı qeyd olunub.
“Rusiyalı zabitlər olaraq biz Rusiya Federasiyasının prezidentindən Qərbin birləşmiş qüvvələrinə qarşı təkbaşına qalacağı müharibəyə təhrik etmək kimi cinayətkar siyasətdən əl çəkməyi tələb edirik. Rusiya Federasiyası Konstitusiyasının 3-cü maddəsinin praktikasına əsaslanaraq istefa vermək lazımdır”, - açıq məktubda deyilir.
Müraciətdə daha sonra deyilir: “Xarici təhdidlərə gəlincə, onlar, şübhəsiz ki, mövcuddur. Lakin bizim ekspert qiymətləndirməmizə görə, onlar hazırda kritik deyil. Putinin hakimiyyəti birbaşa Rusiyanın varlığını və həyati maraqlarını təhdid edir.
Mübahisə etmək olar ki, həqiqətən də təhlükə var - ölkə öz tarixini tamamlamaq ərəfəsindədir. Demoqrafiya da daxil olmaqla, bütün həyati əhəmiyyət kəsb edən sahələr durmadan deqradasiyaya uğrayır və əhalinin yox olma sürəti dünya rekordlarını qırır. Deqradasiya isə sistem xarakteri daşıyır və istənilən mürəkkəb sistemdə elementlərdən birinin məhv edilməsi, bütün sistemin dağılmasına səbəb ola bilər”.
Məktubda sonda deyilir: “Üstəlik, Rusiya mütləq sülhü və beynəlxalq təhlükəsizliyi təhdid edən ölkələr kateqoriyasına düşəcək və ən ağır sanksiyalara məruz qalacaq”.
Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putinin Moskvada uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.
“Qafqazinfo xəbər verir ki, buna səbəb Makronun COVİD-19 testindən keçməklə bağlı Kremlin tələbini rədd etməsi olub.
Fransa Prezidentinin sağlamlıq protokolundan xəbəri olan iki mənbə agentliyinə bildirib ki, Makrona seçim imkanı verilib: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır.
“Bunun uzun masa və əl sıxışmamaq anlamına gəldiyini çox yaxşı bilirdik. Amma biz prezidentin DNT-sinin onların əlinə keçməsinə icazə verə bilməzdik” - deyə mənbələrdən biri təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.