![]() |
|
Ermənistanın baş naziri Nikol Paşinyanın türklərlə normal münasibət qurmaq niyyəti gənclik illərinin arzususudur.
Bu barədə “hraparak” mətbu orqanında “Bir xəyalın reallaşması” məqaləsində qeyd olunub.
Mətbu orqanı Paşinyanın Türkiyə ilə normal münasibət qurmaq niyyətinə toxunaraq bunları qeyd edib: “Adam şüurlu həyatı boyu rusları qovmaq, türklərlə münasibət qurmaq arzusunda olub.
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə şam yeməyinin qalmaqallı hekayəsinin şahidi olun (Rusiya prezidenti Vladimir Putini, ümumiyyətlə, Rusiya siyasətini və KTMT-ni söyür).
O, gürcü həmkarından Ərdoğanla görüş təşkil etməyi xahiş etmişdi? Amma rütbə baxımından yanıldı. Ərdoğan dünyanın böyükləri ilə problemi həll etmək üçün nə edəcəkdi? Türkiyə iqtisadi qüdrətinə görə “G20” üzvüdür, digər tərəfdən dünyada hərbi gücünə və silahlanmasına görə isə ilk onluqdadır. Bəs Ermənistan?
Amma öz məğlubiyyətçi sülhsevər siyasəti ilə istəyinə nail oldu....
Paşinyan Antalya Forumu çərçivəsində Türkiyəyə səfəri zamanı Ərdoğanla görüşəcək. Və bununla da onun gənclik arzusu gerçəkləşəcək”, - mətbu orqanı yazıb.
Müharibə astanasında olan Rusiya ilə Ukrayna arasında gərginlik davam edərkən Belarus sərhədindəki hərəkətlilik diqqət çəkib.
Xarici KİV xəbər verir ki, 10-20 fevral tarixlərində Belarus və Rusiya arasında keçiriləcək "Müttəfiqlərin qətiyyəti-2022" təlimi çərçivəsində 30 min rus əsgəri də iştirak edəcək.
Ukrayna sərhədindən 50 kilometr aralıda keçiriləcək təlim üçün Rusiya Belarusa S-400 hava hücumundan müdafiə sistemləri, Pantsir-S hava hücumundan müdafiə raket sistemləri və Su-35 döyüş təyyarələri ilə yanaşı əsgərlər göndərib.
NATO-nun baş katibi Yens Stoltenberq sözügedən peyk görüntülərini "soyuq müharibədən bəri regionda ən böyük yerləşdirmə" adlandırıb.
İstanbul prokurorluğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhqir edilməsi ilə bağlı müvafiq maddə üzrə cinayət işi açıb.
Oxu.az xəbər verir ki, artıq Ankarada azı bir şübhəlinin saxlanıldığı məlumdur.
Qeyd edək ki, Türkiyə qanunvericiliyənə görə, dövlət başçısını təhqir edən şəxslər üç ilədək azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, bəzi şəxslər sosial şəbəkədə Ərdoğanın “omikron”a yoluxduğunu bildirdiyi paylaşımının altında təhqiramiz şərhlər yazıblar.
Oxu.az xəbər verir ki, Conson təkcə onunla 14 il işləmiş müşavir Munira Mizranın deyil, həm də Dauninq-sritin kommunikasiyalar üzrə direktoru Cek Doylun, eləcə də baş nazir aparatının rəhbəri Den Rozenfildin və şəxsi katibi Martin Reynoldsun da dəstəyini itirib.
Daha əvvəl məlum olub ki, Consonun müşaviri Mizra baş nazirin deputat Key Starmerə qarşı ittihamlarına görə üzr istəməkdən imtina etdiyi üçün istefa vermək qərarına gəlib.
Yanvarın sonunda Britaniyada Consonun əyləncə gecəsi ilə bağlı araşdırma dərc edilib. Karantin zamanı Dauninq-sritdə baş verən hadisələr etik standartların ciddi pozulması kimi tanınıb. Belə qərara gəlinib ki, Böyük Britaniyadakı epidemioloji vəziyyəti nəzərə alaraq, Baş nazirin iqamətgahında bəzi ziyafətlər təşkil olunduğu kimi keçirilməməli idi.
Siyasətçi parlamentdəki çıxışı zamanı ictimaiyyətdən üzr istəyib və istintaqın ümumi nəticələri ilə razılaşdığını bildirib.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub.
İnsanların Marsa göndərilməsi hazırki şərtlərdə 1 trilyon dollara başa gələ bilər.
"Bu sözləri “Speys X” şirkətinin rəhbəri, milyarder İlon Mask deyib.
“Biz Marsda koloniyalar yarada bilmərik, çünki indi bu, çox bahadır. Hazırki dövrdə insanların Marsa göndərilməsi 1 trilyon dollara başa gələcək. Məsələ burasındadır ki, bir raket kifayət deyil, insanlara tibbi təchizat, kommunikasiya vasitələri gərəkdir”, - deyə Mask bildirib.
Qeyd edək ki, milyarder bundan öncə də yaxın 5-10 il ərzində Marsda koloniyaların yaradılması planının olduğunu açıqlayıb.
ABŞ Avropaya əlavə qoşun yeritməyə başlayıb.
"Bu barədə CBS telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika ordusunun iki minə yaxın əsgəri günorta saatlarında Fort Braqq (Şimali Karolina) hərbi hissəsindən “C-17 Globemaster” təyyarəsi ilə havaya qalxıb. Onların böyük əksəriyyəti Polşaya, qalanları isə müvəqqəti olaraq Almaniyaya yerləşdiriləcək.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə qoşunların göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın sonunda ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələblərinə yazılı cavab verib. Tərəflərin razılığı əsasında həmin mətnlər məxfi saxlanılır, yalnız məzmunu haqda ümumi məlumat verilirdi.
Azvision.az məlumatına görə, rəsmilərin açıqlamalarından aydın olurdu ki, Vaşinqton və Alyans Rusiyanın əsas tələblərini yerinə yetirməyəcəklər. Yəni, NATO qapılarını açıq saxlayacaq, Rusiya ilə sərhəddə hücum silahları yerləşdirməkdən imtina etməyəcək.
Amma ötən gün İspaniyanın “El Pais” nəşri həm ABŞ-ın, həm də NATO-nun Rusiyaya yazılı cavabının tam mətnlərini dərc edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı “El Pais” qəzetində dərc olunan cavabların həqiqiliyini təsdiqləyib. "Mən bu sənədlərdə onların orijinal olmadığına inanmağa əsas verəcək heç nə görmədim", - Prays söyləyib.
Təqdim olunan materiallarda deyilir ki, Vaşinqton Moskva ilə aşağıdakı məsələləri müzakirə etməyə hazırdır:
- Rumıniya və Polşada “Tomahavk” qanadlı raketlərinin yerləşdirilməməsi mexanizmi;
- Ukraynada hücum xarakterli raket sistemləri və qüvvələrinin yerləşdirilməsini məhdudlaşdırmaq üçün qarşılıqlı öhdəliklər;
- Yeni növ nüvə silahlara, eləcə də orta və yaxın mənzilli raketlərə nəzarətə də təsir edən alternativ START-3 sazişi;
- Dənizdə və havada insidentlərin qarşısının alınması üçün əlavə tədbirlər.
Qərb Şərqi Avropada nüvə silahı yerləşdirməkdən çəkindiyini də vurğulayıb.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb arasında münasibətlər daha da gərginləşib. Qərb ölkələri Moskvanı Ukraynaya hücum hazırlamaqda ittiham edir, bunun fonunda Şərqi Avropada mövcudluğunu gücləndirir və sanksiyaları sərtləşdirməklə hədələyir. Rusiya bütün iddiaları rədd edir və Kiyevin Minsk razılaşmalarına əməl etmədiyini xatırladır.
Rəsmi Moskvaya görə, hücum hekayələrinin məqsədi Rusiya sərhədləri yaxınlığında xarici qruplaşma yaratmaqdır. Bundan əlavə, Kreml və Xarici İşlər Nazirliyi bəyan edir ki, Ukraynada eskalasiyanın əsas səbəbi ABŞ və NATO-nun ora hərbi təlimatçılar, silah və texnika göndərməsi, təlimlərin sayını artırması və bununla da Kiyevi hərbləşməyə sövq etməsidir.
Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl ABŞ və NATO-nun cavabı ilə bağlı bildirib: "Üç əsas tələbimizə adekvat yanaşma görə bilmədik. Bunlar NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında hücum silah sistemlərini yerləşdirməkdən imtina, NATO-nun Avropadakı hərbi infrastrukturunu 1997-ci ildəki vəziyyətə qaytarmaqdan ibarətdir".
Prezident xatırladıb ki, indi bloka Baltikyanı ölkələr, Polşa və Rumıniya daxildir, baxmayaraq ki, SSRİ dağılandan sonra Moskvanın qərb tərəfdaşları qitənin bu hissəsində öz iştiraklarını genişləndirməyəcəklərinə söz veriblər.
“El Pais”in dərc etdiyi materiallarda da deyilir ki, NATO açıq qapı siyasətinə qətiyyətlə riayət etməkdə davam edir, lakin Putinin bir qədər əvvəl dediyi kimi, bu, alyansın sənədlərində heç bir yerdə əksini tapmayıb.
Ermənilər Rusiyanı özləri üçün təhlükə kimi gördükləri ölkələr siyahısına (3-cü) daxil edib.
"Bu, IRI İnstitunun keçirdiyi sorğu nəticəsində bəlli olub.
Belə ki, sorğu iştirakçılarının 11 faizi Rusiyanı Ermənistan üçün təhlükə olaraq gördüklərini söyləyiblər. Həmçinin respondentlərin 15 faizi Rusiyanın siyasi, 17 faizi isə iqtisadi təhdid kimi gördüyünü bildirib.
Qeyd edək ki, siyahıda Türkiyə və Azərbaycan müvafiq olaraq birinci və ikinci sırada qərarlaşıb.
Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib.
Bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə parlamentinin Baş Məclisində Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinə 266 deputat lehinə, 11 deputat isə əleyhinə olmaqla səs verib.