![]() |
|
ABŞ Çinin Ukraynadakı vəziyyətə qarışacağına dair heç bir əsas görmür.
"Bunu Pentaqonun sözçüsü Con Kirbi Ukraynadakı vəziyyətdə Çinin Rusiyaya dəstək verməsi ehtimalını dəyərləndirərkən deyib.
“Bu barədə Çin liderləri özləri danışsınlar. Ancaq biz Çinin buna hər hansı şəkildə müdaxilə edəcəyinə dair heç bir əlamət görmürük” - Kirbi bildirib.
Onun sözlərinə görə, Ukraynada Moskva tərəfindən eskalasiyanın baş verəcəyi təqdirdə Rusiya nəinki ciddi iqtisadi nəticələrlə üzləşəcək, həm də onun təcrid olunması artacaq.
Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin səfirliklərinin əməkdaşlarının Ukraynadan təxliyə edilməsini səhv addım adlandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, indiki şəraitdə vacib olmayan kadr yoxdur.
“Diplomatların təxliyəsi çox vacib siqnaldır. Hamı buna baxır - bu və ya digər Aİ ölkəsi, Böyük Britaniya və ya ABŞ necə reaksiya verəcək?. Hesab edirəm ki, səfirliyin əməkdaşları burada qalmalıdırlar. Onlar kapitandırlar, diplomatik korpusun kapitanları, hörmətli ölkələrin nümayəndələri və kapitanlar gəmini sonuncu tərk etməlidirlər”, - deyə Zelenski bildirib.
O, daha sonra sözlərinə əlavə edib: “Ukrayna "Titanik" deyil ki, qaçmaq lazım olsun”.
“Biz məğlubiyyətdən ibrət dərsi götürməyə, bütün dövlət qurumlarını reanimasiya etməyə borcluyuq. Dövlətin başqa alternativi yoxdur”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni mediasına açıqlamasında ölkənin üzləşdiyi durumu, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərini şərh edərkən deyib.
“Mən müxalifətin müxtəlif məsələlərlə bağlı fikirlərini şərh etmək istəmirəm. Amma zəhmət olmasa, müxalifətdən soruşun necə oldu ki, 1990-cı illərin sonundan indiyədək Ermənistan-Türkiyə istiqamətində danışıqlar, müzakirələr, yazışmalar, təmaslar olmayan bir il belə keçməyib. Odur ki bu nağılları bir kənara qoyun, buna töhfə verməyin və özünü müxalifət elan edən müxtəlif adamların insanları manipulyasiya edib aldatmasına imkan verməyin. Aldatmaqla yaşamaq kifayətdir. Başımıza gələn fəlakət böyük özünü aldatmağın nəticəsidir. Reallıqla üz-üzə gəlmək, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır. Getməyə ehtiyac yoxdur, bir şeyi müzakirə edin uzun illər olduğu kimi, sonra evə qayıdıb müxtəlif tribunalardan fərqli bir şey elan edib başqa təbliğat aparın”- Mirzoyan bəyan edib.
Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə normal münasibət qurmanın kəskin etiraz edən qüvvələrin mövqeyinə gəldikdə Mirzoyan deyib ki, biz planetdə qonşu dövlətlə uzun sürən münaqişələri olan ilk və sonuncu insan, nə də dövlət deyilik.
Fransa Prezidenti Emmanuel Makron bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Makron Putinlə danışaraq Ukrayna ilə bağlı gərginliyin azaldılması üçün bəxtini sınayacaq.
Makronun Putindən dialoqu davam etdirməsini və hərbi güclənmə ilə bağlı niyyətlərinə aydınlıq gətirməsini xahiş edəcəyi gözlənilir.
Makronun yaxın günlərdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə də danışacağı onun özünü vasitəçi kimi görüb-görməməsi sualını yaradır.
Makron bir tərəfdən NATO və Avropa Birliyinin sərt mövqeyini vurğulayan, digər tərəfdən isə təkbaşına seçilməyə çalışan profil çəkir. Bu yanaşmanın Moskvaya qarşı nə dərəcədə uğurlu olacağı bəlli deyil.
Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların analizləri, həmçinin regionda baş verənlər onu deməyə əsas verir ki, Şərqi Avropada müharibə başlaya bilər.
"Bu sözləri Moldova Prezidenti Maya Sandu deyib.
O bildirib ki, ölkəsi konfliktin sülh yolu ilə həllindən yanadır:
“Açıqlamaları analiz etdikdə görə bilərik ki, müharibə riski mövcuddur. Ümid edirik ki, demokratik çıxış yolu tapılacaq, lakin hərbi riski istisna etmək olmaz”, - deyə Sandu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
“Yol-xeber.az” xəbər verir ki, iclasda Ermənistanla münasibətlərdə qarşıdakı müddətdə atılacaq addımlar müzakirə edilib.
Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlər və onların təkmilləşdirilməsinə verilən əhəmiyyət vurğulanıb.
Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yanvarın 27-də səhər 5 radələrində karaul otağında baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.
A.Ryabçuk orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçu kimi xidmət edirmiş. Atəş açan zaman onun 7 minə yaxın gülləsi olub.
Hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub.
A.Ryabçuk olaydan sonra qaçıb. Onun tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.
Hadisənin başvermə səbəbləri məlum deyil.
“ArmLur” xəbər verir ki, indi kadr dəyişiklikləri məhz bu qərara görə aparılır. O cümlədən, Nairi Sarkisyan baş nazirin köməkçisi vəzifəsindən azad edilib. Arayik Arutyunyan istefa verəcəyi təqdirdə o, baş nazir aparatının rəhbəri postunu tutacaq.
ArmLur.am şərh üçün onlarla əlaqə saxlamağa çalışsa da, nə Arutyunyan, nə də Sarkisyan zənglərimizə cavab verməyib.
Ege Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müəllimi Prof. Dr. Oğuz Reşat Sipahi omikran ştammının qısa müddətdə yox olmayacağını deyib.
Publika xəbər verir ki, professorun sözlərinə görə, omikrona qarşı əhalidə yaranan kütləvi immunitet pandemiyanın bitirmək gücündə olmayacaq.
"Təkamül baxımından omikronun qısa müddətdə yoxa çıxacağı görünmür. Həssas və peyvənd olunmamış vətəndaşlar üçün riskli günlərdir. Bu insanlar daha çox diqqətli davranmalıdır. Omikron daha az öldürür, lakin öldürməyə davam edir. Onun daha çox yoluxucu olması cəmiyyətdə yoluxma hallarının artmasına səbəb olur.
Dünyada hər hansı variant gərginlik yaratdıqdan sonra yeni variantlar ortaya çıxır. Omikrondan BA1 və BA2 variantları ortaya çıxdı. Hələlik görünür ki, bu variantlar daha çox öldürmür, lakin onların daha az öldürdüyü barədə dəqiq məlumatlar da yoxdur. Öldürücülüyü barədə dəqiq məlumatlar əldə etmək üçün daha çox vaxt lazımdır. Maska, sosial məsafə və peyvənd bütün variantlar üçün çox vacibdir. Ən əsası isə bütün dünya ümumi qüvvə ilə hərəkət etməlidir", - həkim bildirib.
Professor vurğulayıb ki, bir ay əvvəllə müqayisədə xəstəxanada diaqnoz qoyulan xəstələrin sayı təxminən 5 dəfə artıb: "Tələbələrin semestr tətilinə girməsi ilə bağlı havaların soyuq keçməsi ilə bağlı qapalı ticarət mərkəzlərində aktivlik artıb. Əhalidə gündəlik 70 mini keçərsə, bu virusdan qısa zamanda xilas olmaq mümkün görünmür".