Tərəflər Ukraynadakı vəziyyəti və təhlükəsizlik təminatlarını müzakirə edərkən qarşılıqlı ittihamlar səslənib.

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Boris Consonla Ukrayna və təhlükəsizlik təminatlarını müzakirə edib

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadaxili böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri kontekstində ətraflı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, NATO Rusiyanın narahatlıqlarına "adekvat cavab vermək istəmir". 

"Eyni zamanda alyansın təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd olan açıq qapı siyasətinə istinadlar arxasında gizlənib. Dövlət başçısı (Putin) bu məsələlərə əsaslı yanaşmaları qeyd edib. O, xüsusilə Kiyevin Minsk razılaşmalarına xroniki təxribat törətməsinə diqqət çəkib", - Kremlin açıqlamasında deyilir.

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən, lakin Yunanıstanın mühafizə qüvvələri tərəfindən geri göndərilən 22 qanunsuz miqrantdan 12-si donaraq ölüb.
AZƏRTAC xəbər verir ki, hadisə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsinin Paşaköy kəndində baş verib. Donmaq təhlükəsi ilə üzləşən miqrantlardan biri isə Keşan Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı Valilikdən verilən açıqlamada Paşaköy kəndinin Mandakoru bölgəsində donaraq ölən doqquz miqrantın cəsədinin tapıldığı, bölgədə aparılan axtarış işlərindən sonra daha iki immiqrantın cəsədinin aşkarlandığı bildirilir. Xəstəxanaya yerləşdirilən bir miqrantın isə həyatını xilas etmək mümkün olmayıb və ölənlərin sayı 12-yə çatıb.

Hazırda bölgədə Türkiyənin jandarma, sərhəd xidmətləri, polis və AFAD qrupları tərəfindən axtarış işləri davam etdirilir.

Faktla bağlı istintaq başlayıb.

Qeyd edək ki, hadisə ilə bağlı Türkiyənin müxtəlif dövlət xadimləri paylaşımlar edib.

Koronavirusun “Omicron” variantı ilə bağlı aparılan araşdırma bu dəfə müsbət nəticələr ortaya qoyub.

Əvvəlki ştamlardan daha yoluxucu olduğu sübuta yetirilən “Omicron” həftələrdir elm aləmində bir nömrəli gündəmidir.

Bundan əvvəlki araşdırmaların nəticəsi olaraq “Omicron”un antikorlardan yayınmağı bacardığı qeyd olunurdu. Lakin indiyə qədər mütəxəssislər T hüceyrələrinin variantla bağlı rolundan əmin deyildilər.

Cənubi Afrikada aparılan tədqiqat T hüceyrələrinin geniş mutasiyalara baxmayaraq “Omicron” variantını tanıya bildiyini ortaya qoyub.

Cənubi Afrikadakı Keyptaun Universitetinin tədqiqatçıları “Omicron” sünbül zülalına T-hüceyrə reaksiyalarının 70-80% arasında qorunub saxlanıldığını təsbit edib.

Yəni bu o deməkdir ki, koronavirusdan uzunmüddətli qorunmada rol oynadığı düşünülən güclü immun hüceyrələri “Omicron”u tanıyır.
Digər tərəfdən, ilkin tapıntılar “Omicron”un “Delta” və Uhan versiyalarından daha yoluxucu, lakin daha mülayim olduğunu göstərir.

London İmperial Kollecində aparılan təhlillər göstərir ki, “Omicron” mutasiyaları onu “Delta” variantından daha yüngül virusa çevirir.

“Omicron” ştamın yoluxanların “Delta” variantı ilə müqayisədə xəstəxanaya müraciət etmə ehtimalı 11% azdır.

Honq Konq Universitetinin tədqiqatları isə göstərir ki, “Omicron” yuxarı tənəffüs yollarını yoluxdurmaqda təsirli olsa da, ağciyər toxumasına nüfuz edə bilmir.

Kembric Universitetinin araşdırmaları, həmçinin "Omicron" variantının ağciyər hüceyrələrini bir-birinə yapışdırmaqda digər variantlar qədər təsirli olmadığını ortaya qoyub.

Yaponiyanın Səudiyyə Ərəbistanındakı səfiri İvay Fumio ərəb dilini öyrəndikdən sonra Quran oxumağa başlayıb.

Xarici KİV xəbər verir ki, Yaponiya səfiri Fatihə surəsini oxuyub.

 Onun görüntüləri qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub.

“Maykrasoft” şirkətinin yaradıcısı Bill Qeyts rəhbərlikdən kənara çəkildikdən sonra tibb sahəsində xeyriyyəçilik, yeni layihələrə sponsorluq və dünyanın gələcəyi barədə proqnozlar verməyə kifayət qədər vaxt tapıb. Elə bil ay yoxdur ki, o, müsahibələrində gələcək barədə hansısa fikrini bildirməsin.

"Medicina.az xəbər verir ki, hələ 2015-ci ildə virus xəstəlikləri, bəşəriyyəti pandemiya gözləyəcəyi barədə açıqlama verən Qeytsi elə pandemiyanın təşkilatçısı olmaqda ittiham edirlər.

O isə bütün bunları analizləri sayəsində dediyini bildirib.

Son geniş müsahibəsində Bill vaksinlərin perspektivi, pandemiyanın sonu və pandemiyadan sonra dünyada hansı dəyişikliklər olacağı barədə sensasion açıqlama verib.

O hesab edir ki, koronavirus bizim həyatımızdan əbədi olaraq itməyəcək. Bu o deməkdir ki, dünyada ara-sıra regional olaraq xəstəlik, infeksiya alovlanmaları olacaq. Ona görə bütün ölkələrdə vaksinlər əlçatan olmalıdır.

Qeyts virtual məkana öyrəşməyimizi də önə çəkib. Söhbət heç də xəstəliyə görə distant təhsil və işləməkdən də getmir. Tezliklə ali təhsil, kurslar, hətta həkim müayinələri də onlayn formata keçəcək. Bu ənənə tezliklə adi normaya çevriləcək.

“Pandemiya hətta yaşayış və iş yerlərinə tələbi də dəyişəcək. Distant təhsil və işə keçdikdən sonra insanlar artıq iş yerlərnə yaxın ərazilərdə ev axtarmayacaq. İri şəhərlər, biznes küçələri boşala bilər. İnsanlar rahatlıqla şəhərdən kənarda, daha sakit ərazilərdə yerləşib, işləyə biləcək.

Pandemiyadan sonra sakit, uzaq, təbiətə yaxın rayonlar tələbatlı olacaq. Ofislərə bağlılıq azalacaq, heç kim ofisdən asılı olmayacaq. Ofis icarəsi, kirayəsi düşəcək. Bu da qiymətlərə təsir edəcək. Hətta iri şirkətlərin də holdinq binalarına, bahalı ofislərə ehtiyacı olmayacaq. Onlar öz aralarında birləşib, bir ofis icarələyəcək və ya növbə ilə eyni yerdən istifadə edəcəklər.

Koronavirus pandemiyası insanlığa çox şeylərdə dərs oldu. Nəticə etibarilə, bu sınaq artıq gələcək pandemiyalardan daha rahat çıxmağa zəmin yaradacaq. İnsanlar buna hazır olacaq”.

“Rusiyanı NATO-nun şərqə doğru genişlənməyəcəyinə söz verərək aldadıblar".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib.

"Bizə NATO blokunun şərqə doğru irəliləməyəcəyinə dair vədlər verilmişdi. Bunu hamı yaxşı bilir. Bu gün biz NATO-nun Polşa, Rumıniya, Baltikyanı ölkələrdə yerləşdiyini görürük. Bir şey dedilər, başqa cür etdilər", - Putin bildirib.

Putin qeyd edib ki, bu ölkələrdə MK-41 buraxılış qurğuları var ki, onların üzərində Rusiya ərazisini minlərlə kilometr əhatə edəcək “Tomahawk” zərbə sistemləri quraşdırıla bilər.

Rusiya lideri vurğulayıb ki, NATO-nun “açıq qapı” siyasəti hüquqi baxımdan tətbiq edilə bilməz:

“Deyirlər ki, bu, “açıq qapı” siyasətidir. Bu, harada yazılıb? Heç yerdə. 1949-cu il müqaviləsinin 10-cu maddəsində alyansın digər Avropa ölkələrini də bu təşkilata qəbul edə bilməsi yazılmayıb. Prosesin bütün iştirakçılarının: Ukraynanın, Avropa ölkələrinin və Rusiyanın maraqlarını və təhlükəsizliyini təmin etmək üçün bir yol tapmaq lazımdır".

“Omicron”un alt növünün əsas simptomları açıqlandı

Britaniyalı alimlər koronavirusun “Omicron” ştamının yeni “BA.2” adlanan alt növünün əsas simptomlarını açıqlayıblar.

 “Daily Express” qəzeti xəbər verir ki, bunlar yüksək temperatur, davamlı öskürək, dad və iybilmənin itməsi və yaxud dəyişməsidir.

Mütəxəssislər sözügedən simptomlar olduqda həkimə müraciət etməyi və koronavirus testi verməyi məsləhət görür.

Xatırladaq ki, britaniyalı alimlər yanvarın 21-i ölkədə “Omicron” ştamının “BA.2” alt növünü aşkar ediblər. İlkin təhlillərə görə, sözügedən alt növ daha yüksək sürətlə yayılır.

Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verildi

Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verilib.

Ermənistan parlamentinin Mətbuat xidməti xəbər verir ki, parlamentin sədri Alen Simonyan Armen Sarkisyanın istefası barədə protokolu imzalayıb.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. O, bir həftə ərzində istefasını geri götürə bilərdi. Ölkədə prezident səlahiyyətlərini Alen Simonyan icra edəcək.

Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Prezidenti millət vəkilləri 7 il müddətinə seçəcəklər.

Səudiyyə Ərəbistanında fevralın 1-dən ictimai nəqliyyatdan yalnız tam peyvənd olunmuş vətəndaşlar istifadə edə biləcək.
"Qərar şəhər və şəhərlərarası avtobuslara, bərələrə, qatarlara, taksilərə, avtomobillərin icarəyə götürülməsinə (o cümlədən hər hansı mobil proqramlar vasitəsilə kirayə edildikdə) şamil edilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında hələ 2021-ci il sentyabrın 1-dən uçuşlara yalnız peyvənd olunmuş sərnişinlərin buraxılması qaydası qüvvəyə minib.

Rusiyada Omikronun gücləndirdiyi 5-ci dalğa bir qədər uzun, 4 ay davam edəcək.
Medicina.az xəbər verir ki, bunu virusoloq Sergey Netesov deyib.

"Gərək bir qədər pis ssenariyə hazır olaq. Ölkədə əhalinin kollektiv immuniteti çox aşağıdır- 65%. Ona görə yoluxma uzun çəkəcək".

Digər virusoloq Petr Çumakov isə hesab edir ki, fevralın 15-dən sonra Omikron dalğası enməyə doğru gedəcək.

"Bu dalğa çox iti, kəskindir. Birdən sürətlə qalxır, birdən də tez enir".

Xəbər lenti