![]() |
|
Dünyanın ən varlı insanları – “Tesla”nın qurucusu İlon Mask və “Amazon”un sahibi Ceff Bezos texnoloji səhmlərin qiymətlərinin azalması səbəbindən bir həftə ərzində rekord məbləğ itiriblər.
"APA xəbər verir ki, Mask son 7 gündə 25,1 milyard dollar itirib, nəticədə sərvəti 9%-dən çox azalıb.
Bezos isə 20 milyard dollar itirib. İtirilən məbləğin 17,7 milyard dolları “Binance”ə aid “Changpeng Zhao”nun payına düşür.
“Meta”nın (keçmiş Facebook) baş direktoru Mark Zukerberqin sərvəti isə 10,4 milyard dollar azalıb.
Qeyd edək ki, keçən həftə bazarlarda pandemiyanın başlanmasından bəri səhmlərin qiymətlərində ən çox enmə qeydə alınıb.
Bir gün əvvəl Mask “Tesla” investorlarını “hövsələdən çıxardığına” görə mühakimə olunub.
Səhmdarların məhkəməyə müraciət etməsinə səbəb Maskın 2016-cı ildə direktorlar şurasını milyarderin əsas səhmdarı olduğu “SolarCity”nin alınmasına razılıq verməyə məcbur etməsi olub. Bildirilir ki, yeni şirkətin satın alınması “Tesla”nı “SolarCity”nin maliyyə problemləri və borcları ilə üz-üzə qoyub.
2016-cı ildə sövdələşmə baş tutub - satınalma 2,6 milyard dollar məbləğində “Tesla” səhmləri tərəfindən ödənilib. İddiaçılar Maskın birləşmə üçün aldığı və o vaxtdan bəri xeyli bahalaşan aktivlərin qaytarılmasını tələb edirlər.
ABŞ Əfqanıstana 20 milyon dollardan çox humanitar yardımı nağd pul şəklində təhvil verib.
"Bu barədə Əfqanıstan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, Əfqanıstana 23 milyon dollar vəsait daxil olub və bu vəsait Kabil hava limanından Əfqanıstan Beynəlxalq Bankının baş ofisinə çatdırılıb.
Rusiya Uzaq Şərqdən S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərinin iki bölməsi gətirərək Belarusda yerləşdirəcək.
Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
“İttifaq dövlət reaksiya qüvvələri yoxlanılması ilə məşğul olan Şərq Hərbi rayon Hava Qüvvələri və Hava Hücumundan Müdafiə formalaşması məqsədi ilə S-400 “Triumf” zenit-raket sistemlərinin iki bölmələri Xabarovsk diyarından dəmir yolu platformalarına yükləyiblər” - məlumatda deyilir.
S-400 Belarus poliqonlarına yerləşdiriləcək. Rusiya hərbi qulluqçuları Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi olaraq yerindəcə atış mövqelərini təchiz və kamuflyaj edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı vəzifəsini yerinə yetirəcək.
İttifaq dövlətinin reaksiya qüvvələrinin sınağı iki mərhələdə baş tutacaq. Birincisi fevralın 9-dək davam edəcək. Bu müddət ərzində Belarus ərazisində qoşunların yenidən yerləşdirilməsi və qruplarının yaradılması, dövlət və hərbi obyektlərin, habelə Birlik dövlətinin hava sərhədinin mühafizəsinin təşkili, hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyə hazırlığının yoxlanılması planlaşdırılır.
İkinci mərhələdə fevralın 10-dan 20-dək “Müttəfiqlər Qətiyyətli - 2022” birgə təlimləri keçiriləcək. Rusiya və Belarus hərbçiləri xarici təcavüzün qarşısının alınması və terrorizmlə mübarizə, xüsusilə, silah və sursatların çatdırılması kanallarının bağlanması, habelə qanunsuz silahlı birləşmələrin və təxribat-kəşfiyyat qruplarının məhv edilməsi vəzifələrini işləyəcəklər.
Rusiyadan Belarusa S-400-dən əlavə olaraq 12 Su-35 təyyarəsi və bir bölmə Pantsir-S zenit-raket və silah sistemləri verəcək.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
“Sputnikarmenia” xəbər verir ki, səfər mart ayında gözlənilir.
Mirzoyanın martın 11-dən 13-dək keçiriləcək ikinci Antalya Diplomatik Forumunda iştirak edəcəyi gözlənilir.
Xarici işlər nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib ki, nazir Ararat Mirzoyan müxtəlif forumlarda, o cümlədən Antalya Diplomatik Forumunda iştirak etmək üçün dəvət alıb.
“Hazırda Rusiya ilə Ukrayna arasında gedən prosesləri düzgün hesab etmirik. Bölgədəki müharibə ab-havası hər iki tərəflə yaxşı münasibəti olan bir ölkə kimi bizi də çox üzür. Bölgədə sülh istəyirik və bunun xaricində başqa mənfi hadisələrin baş verməsini istəmirik”.
“Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya arasında yaranmış son duurmu şərh edərkən deyib.
Ərdoğan əlavə edib ki, yaranmış bu psixoloji durumdan və müharibə atmosferindən ciddi narahatlıq keçirirk.
“Ümidimiz cənab Putin və Zelenskini ən qısa zamanda bir araya gətirmək və onların üzbəüz görüşməsini təmin etməkdir. Biz həm cənab Putinin Türkiyəyə, həm də mənim Ukraynaya səfərimə böyük əhəmiyyət veririk. Gələn ayın əvvəlində Ukraynaya səfərim var”.
13 ildən sonra ilk rəsmi görüş baş tutub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun israilli həmkarı Yair Lapid ilə görüşüb olub.
“ “Anadolu” xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub.
Telefon danışığında iki ölkə arasındakı gələcək əlaqələrin inkişafı yolları və İsrail prezidenti İshak Hersoqun Türkiyəyə mümkün səfərinin reallaşması müzakirə edilib.
Qeyd edək ki, Türkiyə və İsrail prezidentləri arasında baş tutan telefon danışığında prezident Ərdoğanın “Sizi Türkiyədə gözləyirik” dəvətinə İsrail prezidenti İshaq Hersoqun da razılıq verərək “mən də gəlmək istərdim” fikrindən sonra tərəflər səfərin reallaşması üçün diplomatik kanallarla hazırlıq işlərinə başlayıblar.
Hələlik səfərin tarixi və proqramı bəlli olmasa da, bu isitqamətdə danışıqlar davam edir.
İqtisadçılar Ukrayna ilə Rusiya arasında gərginliyin artacağı təqdirdə Rusiya valyutasının ən azı 20 faiz dəyər itirəcəyini proqnozlaşdırıblar.
"Teleqraf.com xəbər verir ki, “Renaissance Capital” investisiya bankının analitikləri hadisələrin arzuolunmaz istiqamətdə getdiyi təqdirdə sərt sanksiyalar paketinin qaçılmaz olduğunu bildirirlər.
Ekspertlərin fikrincə, bu halda 76-77 rubl səviyyəsində olan dolların məzənnəsi 85-90 rubl diapazonuna yüksələ bilər.
İqtisadçılar hərbi ssenarinin reallaşma ehtimalının 15 faiz olduğunu proqnozlaşdırırlar. Daha yumşaq eskalasiya (gücdən salma) ehtimalı 40 faizdir.
Analitiklər proqnozlaşdırırlar ki, likvidlik böhranı səbəbindən ən pis halda Rusiya Mərkəzi Bankı kapitala nəzarət və qeyri-rezidentlər üçün federal istiqrazların satışından komissiyalar kimi təcili tədbirlərə müraciət edə bilər.
BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın sabiq Kansleri Angela Merkelə BMT strukturunda yüksək səviyyəli müşavir olmağı təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “DPA” agentliyi yayıb.
Məlumata görə, Quterreş Merkelə bu təklifi ilə bağlı məktub göndərib. Sabiq Kansler hələ ki, cavab verməsə də, BMT əmindir ki, Merkel təklifi qəbul edəcək.
Qeyd edək ki, Merkel 16 il ərzində Almaniyanın kansleri vəzifəsində çalışıb. O, 2018-ci ildə bəyan edib ki, beşinci müddətə namizədliyini irəli sürməyəcək. 2021-ci ildə vəzifəsindən gedən Merkeli sosial-demokrat Olaf Şolç əvəzləyib.
Koronavirusun təbiətində elmə məlum olmayan bir mexanizm var. Belə ki, pandemiyanın hansısa mərhələsində yoluxma qəfil azalır, sonra yenidən artmağa başlayır.
Oxu.az xəbər verir ki, bunu Rusiyanın N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn bildirib.
“Niyə yüksəlməsi başa düşüləndir - bu epidemiya prosesdir: virus həssas ev sahibi tapır və yayılır. Bəs niyə xəstələnmə dalğasında qəfil azalma olur?”, - deyə o, təəcübünü bildirib.
Epidemioloqun fikrincə, bu, epidemiyanın müəyyən mərhələsində virusun yoluxuculuğunu azaldan mexanizmlə izah oluna bilər.
“Məsələn, virus nə qədər sürətli çoxalırsa, onun genomu neytral və zərərli mutasiyalar nəticəsində bir o qədər çox zədələnir, bu da onun yoluxuculuğunu azaldır. Belliklə, yoluxma azalır. Sonra yeni variant gəlir və dalğa yenidən davam edir”, - o, düşüncələrini bölüşüb.
"Bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
“Son 24 saat ərzində Yəmənin Marib əyalətində husilərə qarşı ümumilikdə 17 hücum həyata keçirilib. 9 hərbi texnika məhv edilib", - məlumatda deyilir.
Yəməndə 2014-cü ilin avqust ayından hökumət qüvvələri ilə husilərin silahlı qrupları arasında qarşıdurma davam edir.