![]() |
|
Belarusda keçirilən prezident seçkisində səsvermə başa çatıb.
Oxu.Az xəbər verir ki, Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87.6% səslə prezident seçkisində qalib gəlib.
Exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.
Belarus Mərkəzi Seçki Komitəsi səsvermənin ilkin nəticələrini gecə saatlarında açıqlayacaq.
Biz dəfələrlə erməni tərəfinə çatdırmışıq ki, nə Vaşinqton, nə də Brüssel həqiqətən öz tərəfdaşlarının taleyi və maraqları barədə düşünmürlər.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Qərbdə onları yalnız utilitar qəbul etməyə öyrəşiblər. İrəvan ötən ilin sonunda Gürcüstanda baş verən hadisələrə diqqət yetirməyə bilməzdi. Yəqin ki, Ermənistanda İrəvanın Moskvadan ayrılması nəticəsində onlara baha başa gəlməsi və erməni əhalisinə bir neçə soyuq qışa hazırlaşmaq kimi bəyanatları eşitməmiş deyildirlər( Lavrov burada Rusiyanın Ermənistana verdiyi qazın verilməsindən imtinasını nəzərdə tutur-red) ", - Lavrov bildirib.
2020-ci il seçkilərində Donald Trampın qələbəsi “oğurlanmasaydı” Ukraynada mövcud “böhran” baş verməzdi.
rbc xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Tramp dəfələrlə bəyan edib ki, 2020-ci ildə ikinci müddətə seçilsəydi, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə başlamazdı. “Mən onunla razılaşa bilmərəm ki, əgər o, prezident olsaydı, 2020-ci ildə onun qələbəsi oğurlanmasaydı, o zaman bəlkə də 2022-ci ildə Ukraynada yaranmış böhran yaşanmazdı”, - Rusiya prezidenti bildirib.
Trampla görüşməyə hazır olduğunu qeyd edən Putin bildirib ki, görüş mümkündür və Moskva buna hazırdır.
“Çox güman ki, bizim üçün bu günün reallıqlarına əsaslanaraq, həm ABŞ, həm də Rusiya üçün maraqlı olan bütün sahələr üzrə sakit şəkildə görüşmək daha yaxşıdır. Biz hazırıq”, - Putin bildirib.
PKK lideri Abdulla Öcalanın terror təşkilatını buraxmasını elan etməsinin vaxtı bəlli olub.
DEM Partiyasının heyəti ikinci dəfə yanvarın 22-də terror təşkilatı olan PKK lideri Öcalanla görüşmək üçün İmralıya gedib.
DEM Partiyasının heyəti terrorçu lider Öcalanla AKP, MHP və CHP ilə görüşləri barədə məlumat verib.
Türkiyə mediasının əldə etdiyi məlumata görə, terrorçu Öcalanın terror təşkilatı olan PKK-nin buraxılması və silahları yerə qoyması ilə bağlı Türkiyəyə gətirilməsinin ildönümü günü 15 fevral 2025-ci ildə İmralıda nümayəndə heyəti üzvləri ilə açıqlama verməsi gözlənilir.
Qeyd edək ki, terrorçu Abdulla Öcalan 1999-cu ildə Suriyanı tərk etmək məcburiyyətində qaldıqdan sonra fevralın 15-də Keniyanın Nayrobi şəhərində Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən saxlanılıb.
Yanvarın 21-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında 3 saatdan artıq bağlı qapılar araxasında danışıqlar gedib.
Rusiya XİN rəsmisi Mariya Zaxarova bağlı qapılar araxaına gedən danışıqlaırn mahiyyətini açıqlayıb.
O bildirib ki, bağlı qapılar araxasında iki ölkə arasındakı məsələlər barədə açıq danışılıb və tərəflər bir-birinə olan iradını səsləndirib.
"Bağlı qapılar arxasında çox şey danışılıb. 3 saat bağlı qapı arxasında danışılıb. Danışıqlar açıq olub və bunların çoxu kamera üçün deyil.
Ona görə də buradan deyə bilərəm ki, həqiqətən də tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən bir çox məqamlar üzrə səmimi söhbət olub”, - Zaxarova bildirib.
Son günlər adı qalmaqallarda hallanan, Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, onun Türkiyədə 2013-cü ildə baş verən “Gəzi Parkı” hadisələrinə görə saxlanıldığı deyilir.
Məlumatda bildirilib ki, Barımın haqqında mediada çıxan “Gəzi Parkı” hadisələrində iştirak etdiyinə dair iddialara görə istintaq başladılıb.
Menecerin “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. O, “Türkiyə Cümhuriyyətini devirməyə cəhd” ittihamı ilə saxlanılıb.
Qeyd olunub ki, Barımın ev və iş yerində axtarışlar aparılır.
Xatırladaq ki, məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Məsələ ilə bağlı istintaq başlayıb. “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib.
İran prezidenti Məsud Pezeşkian Xuzistan əyalətinə səfəri zamanı fəhlə forması geyinərək bənnalara fəhləlik edib.
O səfərinin ikinci günündə Əhvaz şəhərində məktəb tikintisinin təməlqoyma mərasimində iştirak edib.
Prezident təməlqoyma mərasimində əyninə fəhlə uniforması geyinərək bənnalara yardım edib. O həmçinin bənnalara divar hörgüsü zamanı palçıq verib.
Misli Premyer Liqasının XX turuna bu gün bir oyunla start veriləcək.
"Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. Matçı İnqilab Məmmədov idarə edəcək.
Hazırda Bakı klubu turnir cədvəlində 33 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci yerdə olan "Şamaxı" isə 17 xala malikdir.
Misli Premyer Liqası
III dövrə, XX tur
24 yanvar
14:00. “Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.
Amerikalı jurnalist Kendis Ouens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşının kişi olduğuna dair sübutlar topladığını bildirib.
Ouens bu barədə sosial şəbəkələrdə məlumat verib.
O, materialları yanvarın 30-da dərc edəcəyinə söz verib.
Jurnalistin sözlərinə görə, Bricit Makron heç vaxt mövcud olmayıb.
Ouens qeyd edib ki, Makron müəllimi 39 yaşlı Bricitlə evləndiyi iddia edilən zaman 15 yaşında idi, lakin müəllimin məktəb və ya kollec həyatından heç bir dəlil yoxdur.
Jurnalist həmçinin əlavə edib ki, o, araşdırmasını dərc etməzdən əvvəl Fransa liderinə “ədalətli və balanslı müsahibə” üçün 21 sualdan ibarət siyahı göndərib.
Xatırladaq ki, Makron ilk dəfə 2024-cü ildə bir sıra KİV-lərin həyat yoldaşının cinsi ilə bağlı xəbərlərini açıq şəkildə təkzib etmişdi.
Vaşinqton ştatının dairə məhkəməsi ABŞ prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq bloklayıb.
Bu barədə Seattle Times məlumat yayıb.
Nəşr hakim Con Kofinourdan sitat gətirir: "Mən 40 ildən artıqdır ki, hakim skamyasındayam və verilən sualın cavabının daha aydın olduğu vaxtı xatırlamıram. Bu, açıq-aşkar konstitusiyaya zidd bir fərmandır".
Bazar ertəsi ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin axşam ABŞ vətəndaşlığının doğuş hüququ ilə verilməsini məhdudlaşdıran fərman imzalayıb. “Reuters”in məlumatına görə, sənəd qeyri-qanuni mühacirlərin uşaqlarına anadangəlmə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətləri nəzərdə tutur.
Ertəsi gün 22 ştatın səlahiyyətliləri Trampın əmrinə etiraz etmək üçün ABŞ məhkəmələrinə müraciət edib. 18 ştat və Kolumbiya dairəsi Massaçusets məhkəməsinə, daha dörd ştat isə Vaşinqton əyalət məhkəməsinə müraciət edib.(Musavat.com)