“Bu il koronavirusun daha yoluxucu yeni növünün yaranması ehtimalı azdır”.

Bunu “Microsoft”un qurucusu və milyarder Bill Qeyts “Twitter” hesabında yazıb.

Pandemiya zamanı bir çox sürprizlər yaşadığımızı vurğulayan B.Qeyts bildirib ki, daha yoluxucu ştamın ortaya çıxması ehtimalı azdır.

Onun fikrincə, Omicron ştamına görə bir çox insanlar ən azı gələn il immunitetə malik olacaqlar: “Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd alaq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfir Sərdar Kılıçın Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edilməsi barədə sərəncam imzalayıb.

"Yol-xeber.az"ın xəbərinə görə, Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub.

KTMT hərbi qüvvəlləri mərhələli şəkildə çıxarılması iki gündən sonra başlayacaq.

“Yol-xeber.az” xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev parlamentdə çıxışı zamanı bildirib.

“KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gündən sonra KTMT-nin birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək”, - Tokayev deyib.

Qazaxıstanda baş verən olaylarla bağlı 412 ibtidai istintaq başlayıb.

Bu barədə məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, ümumilikdə qətl, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına basqın faktları üzrə 388 cinayət işi başlanılıb.

“Bizimlə olmayan bizə qarşıdır” ifadəsi müxtəlif zamanlarda Rusiya və ABŞ hakimiyyətləri tərəfindən neytral mövqe sərgiləyən dövlətlərə qarşı təhdid kimi səsləndirilib.

"Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilir.

“Neytrallıq yalnız dünya nəhənglərinin pullarını özündə saxlayan İsveçrə üçün keçərlidir. Digər dövlətlər ya ABŞ, ya da Rusiyanın yanında qərar tutmalıdır. Bu, xüsusilə də post-sovet məkanındakı ölkələrə aiddir”, - deyə süjetdə bildirlir.

 

ÜST eksperti yunan alimlərinin “Omikron” və “Delta”nı birləşdirən Kovid-19 mutasiyasını kəşfi ilə bağlı iddalarına münasibət bildirib.

Xarici KİV xəbər verir ki, daha əvvəl Kipr Universitetinin biologiya elmləri professoru Leondios Kostrikis mutasiyaya “Deltakron” adını verdiklərini açıqlamışdı.

"Deltakron"un "Delta" və "Omikron" variantının birləşməsindən ibarət olduğu fikrində olan komanda, bölgədə 25 yoluxma halı müəyyən etdiklərini açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) işləyən yoluxucu xəstəliklər üzrə həkim Krutika Kuppalli yunan alimlərinin iddiasını təkzib edib:

“Deltakron real deyil”, - deyə o söyləyib.

Qazaxıstanda haqqında cinayət işi açılan general-mayor intihar edib.

Jambil vilayətinin polis idarəsinin rəisi, polis general-mayoru Janat Süleymenov özünə qəsd edib.

Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib.

Hazırda hadisənin detalları araşdırılır.

Qeyd edək ki, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. 60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi.

Qazaxıstanın ən böyük şəhəri olan Almatı şəhərinin bəzi rayonlarının sakinləri ərzaq çatışmazlığı səbəbindən bir çörəyə 100 dollar ödəməyə hazırdırlar.,

Moderator.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan"a respublikanın birinci paytaxtının elit rayonunun sakinlərindən biri bildirib.

Onun sözlərinə görə, talanlar başlayandan hava limanından bir qədər aralıda yerləşən rayonlara zəruri məhsulların idxalı dayandırılıb.

"Sanki biz sivilizasiyadan qopmuşuq. Ərazidə nə internet, nə benzin, nə də yemək var. Ailəm və qonşularım artıq bir çörəyə 100 dollar verməyə hazırdırlar, amma çörək heç yerdə yoxdur", - deyə Qazaxıstan sakini bildirib.

“KTMT-nin bütün kontingenti Qazaxıstandan çıxarılacaq”.
“Yol-xeber.az” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin KTMT-nin fövqəladə sammitində KTMT qüvvələrinin çıqxarılması ilə bağlı məsələyə toxunub.

O bildirib ki, öz funksiyalarını yerinə yetirdikdən sonra hərbi kontingent Qazaxıstandan çıxarılacaq:

“KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin kontingenti Qazaxıstana göndərilib və mən bunu vurğulamaq istəyirəm ki, məhdud müddətə, Qazaxıstan Prezidentinin münasib hesab etdiyi müddətə çıxarılacaq”.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Yunanıstanın Türkiyəyə qarşı NATO müttəfiqi kimi davranmadığını bildirib.

“Haberler.com” xəbər verir ki, türkiyəli nazir Yunanıstanın silahlanmasına münasibət bildirib:

“Yunanıstanın müdafiə naziri ilə son görüşümüzdə “biz yox, turizm nazirlərimiz görüşsün” dedim. Turizmi inkişaf etdirək, gərginliyi, məşqləri azaldaq. Biz onlara bu məsələləri deyirik. Təəssüf ki, istədiyimiz cavabları ala bilmirik. Belə cəhdlərlə “Türkiyə xarici təhlükədir” deyirlər. Bunu təhlükə kimi təqdim edərək situasiya üstünlüyü əldə etməyə çalışırlar. Yunanıstanın ciddi iqtisadi problemləri var.

Bununla belə, onlar çox bahalı silah sistemləri almağa can atırlar. Müdafiə büdcəsini artırırlar. Biz NATO çərçivəsində Yunanıstanla müttəfiqik. Yunanıstan NATO çərçivəsində müxtəlif ölkələrlə müttəfiqlik müqavilələri bağlayır və anlaşma memorandumu imzalayır”.

Akar söyləyib ki, bu silahlar Türkiyə üçündürsə, sayı çox azdır:

“NATO varkən bütün bunlar nə üçündür? Silahlanma var, kimə qarşı? Deyirik ki, bu silahlanma nə üçündür? Normal müdafiə üçün nəzərdə tutulubsa çoxdur, Türkiyə üçündürsə çox azdır. Onlar öz hədlərini aşan iddialarla yeriməyə davam edirlər. Alyans daxilində ittifaq NATO-nu zəiflədir”, - deyə o qeyd edib.

Xəbər lenti