![]() |
|
“Caliber” hərbi-analitik layihəsinin yeni videosüjeti Samir Vəliyevin “SSRİ 2.0 layihəsi” yazısının təhlilinə və Rusiya Federasiyasının Qazaxıstandakı son hadisələrə dair yanaşmasına həsr edilib.
Videomaterialda Rusiya dövlət telekanallarının SSRİ nostalgiyasına yönəlik müəllif verilişlərinə diqqət çəkilir, Kremlin SSRİ-nin reanimasiyası istiqamətindəki fəaliyyətinə toxunulur.
Daha ətraflı “Caliber”in süjetində:
Qırğızıstan KTMT çərçivəsində Qazaxıstana 150 hərbi qulluqçu göndərməyi planlaşdırır.
Tass verir ki, bunu Respublikanın Nazirlər Kabinetinin rəhbərinin müavini Kamçıbek Taşiyev deyib .
“Biz Qazaxıstana 150 hərbçi, 19 ədəd hərbi texnika və avtomobil göndərəcəyik”, - deyə baş nazirin müavini qeyd edib.
Qazaxıstanın Qızılorda və Taldıkorqan şəhərlərində üsyançılarla döyüşlərdə iki qvardiyaçı həlak olub. Almatı və Çimkənddə 216 əsgər yaralanıb.
Yol-xeber.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Almatıdakı Sərhəd Akademiyasının rəisi binanın mühasirəsi zamanı həlak olub.
Qazaxıstanda bütün bələdiyyə binaları və polis idarələri nəzarət altındadır.
Almatıda iğtişaşçılar “Mir” telekanalının binasını bağlayıblar, qurbanlar var.
Ölkə ərazisində terror təhlükəsinin “qırmızı” səviyyəsi tətbiq edilib.
Videoda isə səhər saatlarında çəkilib və Çimkənd şəhərindəndir.
Türkiyə Hava Yolları (Turkish Airlines) şirkəti Qazaxıstana olan bütün sərnişin reyslərini 9 yanvar tarixinə qədər təxirə salıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qərarın Qazaxıstandakı kütləvi etirazlarla bağlı olduğu deyilir.
Qazaxıstanın müxtəlif bölgələrində kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən “Xabar 24” telekanalı yayıb.
Onlardan təqribən 400-ü xəstəxanalara yerləşdirilib, 62-si reanimasiyadadır.
Xatırladaq ki, Almatı Polis Departamentinin rəsmi nümayəndəsi Saltanat Azirbekin sözlərinə görə, ekstremist qüvvələr inzibati binalara, şəhərin polis departamentinə və digər polis bölmələrinə hücum etməyə cəhdlər edib. Nəticədə, onlarla hücum edən şəxs zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
***
“Sputnik Qazaxıstan”ın məlumatına görə, Almatı şəhərində aksiya iştirakçıları ilə qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 12 əməkdaşı həlak olub, daha 353 polis isə xəsarət alıb. Bununla yanaşı, başı kəsilmiş bir kişinin bədəni aşkar olunub.
Qazaxıstanın dövlət telekanalının yaydığı xəbərə görə, silahlı şəxslər Almatıda iki böyük xəstəxananı mühasirəyə alıb, xəstələri və həkimləri oraya buraxmır, insanların həyatını təhlükəyə atır .
“Yol-xeber.az” “ria.ru”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında odlu silahlarla silahlanmış şəxslər Almatıda 1 və 7 nömrəli iki böyük klinik xəstəxananı mühasirəyə alıblar.
“Almatı komendantlığının məlumatına görə, silahı dəstə xəstələri, həkimləri və tibb işçilərini xəstəxanalara buraxmır, bununla da mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaradırlar” – məlumatda bildirilib.
Son günlərdə Qazaxıstanda yaşanan iğtişaşlar bitkoinin ucuzlaşmasına səbəb olub.
“Dünyanın aparıcı kriptovalyutası 9% ucuzlaşıb.
Belə ki, dünən ölkə ərazisində internetin bağlanması bitkoinin qiymətinin 42,642 min dollara qədər geriləməsinə gətirib çıxarıb.
Buna səbəb isə Qazaxıstanın hazırda bitkoin mayninqinin emal gücünə görə dünyada ikinci yerdə qərarlaşmasıdır. Qazaxıstan ümumilikdə şəbəkə aktivliyinin 18%-ni təşkil edir.
Ölkəndə internetin bağlanmasından sonra ümumi şəbəkənin emal aktivliyi saniyədə təxminən 205,000 həddindən 177,330 həddinə qədər geriləyib və 13,4% azalma nümayiş etdirib. Bu da kriptovalyuta bazarında enmələrə səbəb olub.
Qazaxıstanın bir sıra regionlarında qazın qiymətinin artımına etiraz olaraq keçirilən etiraz aksiyaları zamanı ictimai asayişi pozduqlarına görə 200-dən çox insan saxlanılıb.
“Xəbər 24” xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, baş verən aksiyalar zamanı daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə ziyan dəyib. Eyni zamanda müəyyən vətəndaş qrupları yolları bağlayıb, nəqliyyatın hərəkətini kəsib, ictimai asayişi pozub.
"Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət elan edilib. Almatı, Çimkent və Taraz şəhərlərində pəncərələr, qapılar sındırılmış, maddi ziyan dəymiş akimatlara basqın etməyə cəhd edilib. Daş, ağac, qaz və bibər balonlarından, molotov kokteylindən istifadə halları olub. Dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq və dövlət binalarına hücumla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb", - məlumatda deyilir.
Ölkədə əhalinin etirazının əsas səbəkarları günahkarları ilk növbədə hökumət, Energetika Nazirliyi, “Kazmunayqaz” və “Kazakqaz”dır.
“Ölkə.Az” “24.kz”yə istinadən xəbər verir ki, bunu Qazaxstan Prezidenti Comərd Tokayev hökumətin sosial-iqtisadi vəziyyətlə bağlı iclasında deyib.
Prezident Tokayev hökumətin iclasında Manqistau vilayətində baş verən etirazlara və maye qazın qiymətinin qaldırılmasına görə məsuliyyəti həmin qurumların daşıdığını qeyd edib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.
Bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.
Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.
O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.