![]() |
|
Son günlərdə baş verən hadisələr zamanı 7939 nəfərin həbs olunduğunu bildirib.
Bu barədə Qazaxıstan DİN məlumat yayıb.
“Bütün ölkə üzrə 7939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar. Oğurlanmış 5 avtomobil, və 6 ədədə soyuq silah müsadirə edilib” – məlumatda deyilir.
Qazaxıstan Milli Sahibkarlar Palatasının məlumatına görə, hadisələr zamanı dəymiş ziyanın məbləği 215 milyon dolları ötüb.
Almatıda gərginlik hələ də davam edir. Şəhərdə həyatın normal məcraya dönməsi istiqamətində ciddi addımlar atılır. Lakin hələ də Almatı hava limanı işləmir. Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bu gün KTMT-nin Təhlükəsizlik Şurasının fövqəladə sessiyası keçiriləcək.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali bildirib.
"Bu gün Nur-Sultan vaxtı ilə saat 13:00-da (Moskva vaxtı ilə 10:00) prezident Qasım-Jomart Tokayev Qazaxıstan tərəfinin təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında iştirak edəcək", - o yazıb.
Eyni zamanda o əlavə edib ki, iclas “Xabar 24” milli telekanalı ilə canlı yayımlanacaq.
Rusiya kəşfiyyatı Qazaxıstan hadisələrini məhbusların əli ilə törədib.
Publika.az xəbər verir ki, “Gulagu.net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin FSB-dəki mənbəsinə istinadən bununla bağlı ciddi iddialarla çıxış edib.
Oseçkin bildirir ki, “Təhlükəsizlik qüvvələri etirazı gözdən salmaq və Rusiya qoşunlarının Qazaxıstana yeridilməsinə əsas yaratmaq üçün məhbuslardan istifadə etdi”.
O, FSB-dəki mənbəsindən aldığı məktubu dərc edib. Məktubda deyilir:
“Qazaxıstanda baş verənlər şok effekti yaratdı. Çünki cəmi iki gün əvvəl hər şeyin öz-özünə sakitləşəcəyinə əmin idi. Etiraz təhlükəsizlik qüvvələrinin gücünü üstələyəndə həbsxanalardan xüsusi olaraq talanların təşkili üçün azad edilmiş məhbuslar prosesə cəlb edildilər. Təhlükəsizlik qüvvələrinə hücumun təşkili məhz onlara həvalə edilmişdi. Buna görə də ölənlərin sayı ilə bağlı problem var. Öldürülənlər arasında bu hadisələr üçün xüsusi olaraq azad edilən və azadlıqda olan məhbusların sayı çoxdur. Lakin onlar tapşırılan vəzifəsini mükəmməl şəkildə həyata keçirdilər: xeyli sayda sənədləşdirilmiş talan faktıları, hüquq-mühafizə orqanlarına hücumlar, təhlükəsizlik əməkdaşlarına qarşı vəhşicəsinə repressiya faktları var, başları kəsilmiş meyitlər və bunu əks etdirən videolar var. Bu, xarici qüvvələrin yeridilməsi üçün lazımi əsas yaradır və sıravi etirazçıları ruhdan salır, qərarsız qalan qazaxların etirazlara empatiyasına mane olur. Buna görə ən şiddətli talanlar, qanlı hücumları və etirazçılara qarşı amansız atəşin açılması yalnız paytaxtda idi, digər şəhərlərdə hər şey fərqli idi....”.
Mənbənin məktubunda qeyd olunur ki, məhkumların nəzarətdən çıxması böyük problemlərə yol aça bilər.
Oseçkin FSB-dəki mənbənin son iki ildə ona dəqiq məlumatlar verdiyini, bu baxımdan, məktubun şübhə doğurmadığını qeyd edir. Və əlavə edir ki, Rusiya xüsusi xidmət orqanları əvvəldən “müttəfiqlərin yardımı” bəhanəsi ilə Qazaxıstanın Rusiya tərəfindən mənimsənilməsi üçün hibrid ssenarini həyata keçirilməsini planlaşdırırdı.
ABŞ İranın amerikan vətəndaşlarına qarşı istənilən hücumuna adekvat cavab verməyə hazırdır.
Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranın sanksiyaları ilə bağlı açıqlamasında deyib.
“İran amerikalılara qarşı sanksiya tətbiqini elan etdi. Əgər İran bizim hər hansı vətəndaşımıza, o cümlədən sanksiyada siyahısında adı olanlara hücum etsə, o, ( İran – red.) ciddi nəticələrlə qarşılaşacaq”, - deyə bildirilib.
Qeyd edək ki, İran yüksək rütbəli 51 Amerika vətəndaşına sanksiya elan edib.
Rusiya ilə münasibətlərin “donunu açmaq” üçün yollar axtaracağam.
Bu sözləri Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
“Biz Çexiya-Rusiya münasibətlərinin “donunu açmaq” üçün yol axtaracağıq. Bu, vaxt və səbir tələb edəcək. Münasibətləri normallaşdırmaq lazımdır. Biz ölkə olaraq Rusiya üçün dost olmayan dövlətlər siyahısına daxil edilmişik. Bu, uzunmüddətli perspektivdə yaxşı vəziyyət deyil. Bu, təbii ki, Çexiya üçün pisdir. Məsələ burasındadır ki, Rusiya bizi bu siyahıdan çıxarmalı olduğunu başa düşür. Bizim substantiv, normal münasibətlərimiz ola bilər”, - Lipavski bildirib.
Dünyada koronavirusa yoluxma hallarının sayı 305 milyon 197 min 002 nəfərə çatıb.
Bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Pandemiya başlayandan indiyədək 5 milyon 484 min 487 nəfər dünyasını dəyişib.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 59 milyon 767 min 221 nəfərə çatıb, 837 264 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 35 528 004 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 483 790 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 499 525 nəfər virusa yoluxub, onlardan 619 981 nəfəri ölüb.
Hazırda Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır.
Trend bildirir ki, bu bəyanatla Stenford Universitetinin professoru Pol Erlix çıxış edib.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, yaxın on il ərzində planet dinozavrları öldürən meteoritin düşməsindən sonra canlıların ən kütləvi məhvi baş verə bilər, milyona yaxın flora və fauna növü yox olmaq təhlükəsiylə üz-üzədir.
Erlix qeyd edib ki, heyvan və bitkilərin kütləvi şəkildə məhv olması ilə yanaşı, bəşəriyyət iqlim dəyişikliyi, qlobal zəhərlənmə və nüvə silahı rəqabəti bərpası təhlükəsi ilə üzləşib. Hadisələrin bu cür inkişafı dünyanın bəzi yerlərində kütləvi daşqınlara, bəzilərində isə quraqlığa səbəb ola bilər.
Vurğulanır ki, bəşər tarixində ən çox qurban məhz daşqın və zəlzələ nəticəsində olub. Orta əsrlərdə Çində baş vermiş bu fəlakətlər nəticəsində müvafiq olaraq 900 və 800 min insanın ölüb.
Belarus Baş Prokurorluğu Böyük Vətən Müharibəsi illərində belarus xalqının soyqırımı ilə bağlı 17 ölkəyə hüquqi yardım üçün sorğu göndərib.
“Report” xəbər verir ki, bu barədə STV kanalında soyqırım işi üzrə prokurorluğun istintaq qrupunun rəhbəri Valeri Tolkaçev bildirib.
Onun sözlərinə görə, Litva və Latviya cinayət işi ilə bağlı Belarusa hüquqi yardım göstərməkdən imtina edib və bunu ölkələrinin milli təhlükəsizlik məsələlərinə təsir edə biləcəyi ilə əsaslandırıb.
Eyni zamanda o, Rusiyanın arxiv sənədləri ilə işləmək imkanı verən istintaqa fəal kömək göstərdiyini qeyd edib.
"Dövlət başçısının tapşırığı ilə Baş Prokurorluğun istintaq qrupu Moskvada olub. Biz Rusiyanın dövlət arxivi ilə, Müdafiə Nazirliyinin arxivi ilə, digər arxivlərlə işləmişik. Rusiya tərəfi bizi sənədlərlə təmin etməkdə maraqlıdırlar”, - deyə Tolkaçev bildirib.
O, bildirib ki, iş üzrə 12,5 minə yaxın şahid dindirilib, onların yarısı konslager əsirləri və Böyük Vətən Müharibəsi veteranlarıdır.
2021-ci ildə Böyük Vətən Müharibəsi zamanı belarus xalqının soyqırımı faktı ilə bağlı cinayət işi açılıb. Baş prokuror Andrey Şvedin sözlərinə görə, məqsəd ölkəni soyqırım qurbanı kimi tanımaq, tarixi faktları dəyərdən salmaq cəhdlərinin qarşısını almaq olub.
Prokurorluğun məlumatına görə, Böyük Vətən Müharibəsi illərində ən azı 1,5 milyon insanın həlak olduğu Belarus ərazisində 400-dən çox dinc əhalinin məcburi saxlanması yeri, 260 ölüm düşərgəsi və 170 getto fəaliyyət göstərib. Ümumilikdə, Almaniyanın işğalı illərində Belarusun mülki əhalisinin itkisi təxminən 3 milyon nəfər, yəni əhalinin üçdə biri olub.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlıları qüvvələri vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar”.
Report xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.
“KTMT-yə üzv ölkələrin çoxmillətli qüvvələrindən ibarət sülhməramlı qoşunları Qazaxıstanda yerləşdirilib, onlar vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar ”, - Tokayev əlavə edib.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.