Faizə müharibə elan edən Prezident Rəcəb Ərdoğan dolları "əridən" açıqlaması ilə Rusiya lideri Vladimir Putini küncə sıxışdırdı.

Bu barədə "Yeni Akit"də dərc olunan məqalədə bildirilib.

"Ərdoğan bu həmləsi ilə təkcə Rusiyaya deyil, həm də bütün dünyaya faizləri aşağı salarkən dolları necə məğlub edəcəyini göstərdi. Ərdoğan bir-birinin ardınca edilən məzənnə əməliyyatlarına iqtisadi paketləri ilə "dayan" dedi.

Dollar 16 noyabrdan bəri ən aşağı səviyyəyə düşdü", - məqalədə vurğulanıb.

Qeyd edək ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında “Yüksək faizlər olmasa, Rusiya Türkiyənin vəziyyətinə düşər” demişdi.

Hazırda dollar 11,26, avro isə 12,93 lirə təşkil edir.

Azərbaycan-İran dialoqunun intensivləşməsi İrəvan üçün pis xəbər sayıla bilər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan İran XİN rəhbəri Hüseyn Abdullahianın Bakı səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İran xarici işlər nazirinin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə danışıqları erməni ictimaiyyətinin nəzərindən yayınıb.

Oskanyan bildirib ki, İrəvanın keçmiş meri ətrafında daxili siyasi debatlar və ehtiraslar xarici gündəmi boğub:

“İranlıların nöqteyi-nəzərindən Ermənistan rəhbərliyi aydın olmayan siyasət yürüdür, addımları kor-təbii xarakter daşıyır. İran hələ də müzakirə olunan iqtisadi və infrastruktur layihələrini həyata keçirməyə hazırdır. Lakin problemi Ermənistan hakimiyyətində axtarmaq lazımdır. Məsələn, Gorus-Qafan yolunun Bakının nəzarətinə keçməsi İrandan yüklərin Ermənistana və Qara dəniz limanlarına daşınmasını əngəlləyir. İran elitası hesab edir ki, hazırda İran mallarının tam tranziti və Fars körfəzi-Qara dəniz dəhlizinin formalaşması üçün Ermənistanda müvafiq şərait yoxdur”.

Sabiq erməni nazir əlavə edib ki, Azərbaycan Ermənistanın İranla kommunikasiya sahəsində əməkdaşlığını məhdudlaşdırmağı bacarıb.

Rusiya prezidenti Vladimir Putinin ötən gün keçirdiyi mətbuat konfransında Qərbə onun ölkəsinə “dərhal, elə indi” təhlükəsizlik təminatı verməli olduğu barədə səsləndirdiyi ultimatuma ABŞ cavab vermək istəmir. Bununla belə Ağ ev bildirir ki, belə məsələləri Putinlə açıq debatda müzakirə etmək niyyətindən uzaqdırlar və Ukrayna ətrafına Rusiya qoşunlarının cəmləşdirilməsi ilə bağlı yaranmış situasiyanın Moskva ilə müzakirə ediləcəyi istisna deyil.

 Putin bir neçə gün əvvəl Rusiya XİN-in saytında yerləşdirilmiş və ultmativ xarakter daşıyan təhlükəsizlik təminatı razılaşması layihəsində yer alan tələblərin qüvvədə qaldığını bildirib. Həmin layihədə NATO-nun və alyansa üzv ölkələrin keçmiş sovet respublikalarında hər hansı hərbi fəaliyyətinin istisna edilməsi, Ukraynanın bu bloka üzv qəbul edilməyəcəyinə dair təminat verilməsi kimi məsələlər əksini tapmışdı.

284949
 

 

 “Siz bizə zəmanət verməlisiz. Siz! Və yubanmadan! İndi!” – Putin “Sky News” müxbirinin sualına cavabında deyib. O, Birləşmiş Ştatların Rusiya ilə sərhədə guya raket sistemləri yerləşdirməsi haqda Kremlin daha öncəki iddialarını bir daha dilə gətirib.

Son illər ABŞ NATO müttəfiqləri Rumıniya və Polşa ərazisinə raket əleyhinə “Aegis Ashore” sistemləri yerləşdirib. Vaşinqton bu ssistemlərin Avropanı İranın raketlərindən qorumaq üçün gərəkdiyini, Rusiyanın arselanına qarşı təsirli olmadığını vurğulayıb.

“ABŞ sərhədləri yaxınlığına bizmi raket yerləşdirmişik? Xeyr. Bizim evimizə, evimizin kandarına gələn ABŞ raketləridir… Bu, qeyri-adi tələbdir? Evimizin yanına daha hücum sistemi yerləşdirməmək? Burda qeyri-adi nə var?” – Putin bildirib.

284950

 

Ağ Evin vəzifəli rəsmiləri Rusiya prezidentinin NATO-nun Şərqi Avropada bütün fəaliyyətinin dayandırılmasına dair tələbinə reaksiya verməkdən imtina ediblər. Ağ Evin sözçüsü Cen Psaki deyib ki, diplomatik danışıqlar barədə hələ son qərar verilməsə də, ABŞ bu istiqamətdə işləməkdədir. Ağ evin nümayəndəsinin sözlərinə görə, hələlik baş verən yeganə təcavüzü Ukrayna ilə sərhəddəki Rusiya qüvvələri və cənab Putinin “davakar ritorikası” törədir.

Bu arada “The Independent” qəzetinin yazdığına görə Ağ Ev bildirib ki, Putinin NATO-dan Ukraynaya dair qarantiya tələblərinə potensial danışıqlaradək heç bir cavab verilməyəcək. Ağ Evin vəzifəli rəsmilərindən biri Putinin mətbuat konfransı barədə suala cavab verərkən deyib ki, bu barədə hər hansı danışıqlardan əvvəl ABŞ-ın rəsmi reaksiyası olmayacaq. Həmin rəsmi gələn ay ABŞ və Rusiya nümayəndələrinin Cenevrədə görüşəcəyinə dair Moskvanın bəyanatı barədə də hələki konkret razılaşma olmadığını deyib.

284951

 

Rəsmi bildirib ki, Rusiyanın qaldırdığı məsələlər açıq bəyanatlarla cavablandırıla bilməz:“Çünki biz Rusiyanın qaldırdığı məsələləri açıq müzakirə etməyi planlaşdırmırıq. Bu bizə konstruktiv görünmür və belə diplomatik söhbətlərlə irəliləyiş əldə olunması keçmişdə qalıb. Biz Rusiya prezidenti daxil heç kimin hər təklifinə və ya şərhinə reaksiya vermək niyyətində deyilik”.

Həmin mənbə onu da deyib ki, Rusiya ilə hər hansı dialoq qarşılıqlı olmalıdır və bu halda masa üzərinə Vaşinqtonun da narahatlıqları qoyulacaq. O əlavə edib ki, Vaşinqton bütün partnyor və müttəfiqləri ilə koordinasiya edilmədən və ya “onlarsız onlar barədə” heç nəyi müzakirə etməyəcək: “Bizim nəzərimizcə danışıqlar Avropa təhlükəsizliyinə dair - ərazi bütövlüyünü tanıyan, sərhədlərin hərbi güclə dəyişdirilməsini qadağan edən, ölkələrin suverenliyinə və suveren qərarlar qəbul etmək hüququna hörmətə söykənən sənəd və prinsiplər üzərində başlamalıdır”.

Rəsminin sözlərinə görə, Ağ Ev üçün aydındır ki, gələn ay keçiriləcək danışıqlarda “substantiv irəliləyiş” yalnız Rusiya “de-eskalasiya mühitini” seçərsə edilə bilər.

284952

 

“Əgər cənab Putin Ukrayna ərazisinə qoşun göndərmək qərarına gəlsə, bilməlidir ki, ABŞ və onun müttəfiqlərinin görəcəyi tədbirlər yalnız iqtisadi hərəkətlərlə məhdudlaşmayacaq. Biz demişik ki, öz ərazisinin müdafiəsi üçün Ukraynaya dəstəyimizi artıracağıq”,-mənbə bildirib.

“The Guardian” qəzeti isə Vladimir Putinin son günlərdə belə davakar ritorikasının arxasında nəyin dayandığını araşdırmağa çalışıb. “Rand Corporation” analitik mərkəzinin politoloqu Samuel Şarap vəziyyəti belə izah edib: “Onlar bu nəticəyə gəliblər ki, işlər onların istədikləri istiqamətdə getmir, onların qlobal məğlubiyyətinə doğru gedir. Kremlin ukraynanıların özlərinin yeni hökumətindən bezəcəyinə və Qərbin Ukraynaya marağı itirəcəyinə dair erkən gözləntiləri doğrulmayıb. Buna görə də Kreml qərara gəlib ki, hazırkı status quo dözülməzdir və dəyişilməlidir”.

Ekspert bildirir ki, bu səbəbdən də Putin danışıqlara açıq olduğunu bildirir və NATO-nun bu təşkilata 1997-ci ildən sonra qoşulmuş ölkələrin ərazisindəki qoşun və infrastrukturunun çıxarılmasını tələb edir. Politoloqun fikrincə bir çox Şərqi Avropa ölkələri üçün belə bir şərt danışıqlar mövzusu ola bilməz. Bunu yaxşı başa düşən Putin bəri başdan işarə edib ki, ABŞ prezidenti Co Baydenə hörməti olsa da, ona inanmır.

Qeyd edək ki, bundan əvvəl Putin həmin ultimatumu Müdafiə Nazirliyinin kollegiyasında səsləndirmişdi. Bir çox Qərb analitikləri bu ultimatumun sadəcə olaraq Ukraynaya qarşı planlaşdırılan irimiqyaslı hərbi müdaxilə üçün bəhanə kimi istifadə ediləcəyini deyirlər.

Mənbə: Virtualaz.org

Rusiya Prezidenti Vladimir Putin son çıxışında “geriyə yox yoxdur” deyərək, Qərbə ünvanladığı “qırmızı cizgi”dən vaz keçməyəcəyini bildirib. Qərb isə Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib.

Yol-xeber.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın Avropada təhlükəsizliklə bağlı Qərbə göndərdiyi təklifləri Putinin qiymətləndirməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Qərbdə heç kim Putinin “qonşu dövlətlər arxa baxçamızdır, bura daxil ola bilməzsiniz” ultimatumunu qəbul etmək fikrində deyil, ancaq Kreml sahibi də sözünü deyib, geri çəkilməyi düşünmür:

“Belə olan halda hadisələr bu cür inkişaf edə bilər: Birincisi, Qərb Rusiyanı sakitləşdirmək üçün danışıqlara başlaya bilər. Ancaq Putin deyib ki, Rusiyanı danışıqlar adı altında aldatmağa çalışa bilərlər. Yəni Putin danışıqlardan nəticə gözləmədiyinə bəri başdan işarə edib. Putinin digər ziddiyyətli açıqlaması da var. O bir tərəfdən istəyir ki, Vaşinqton Ukraynanın və Gürcüstanın NATO üzvü olmayacağı barədə Kremlə yazılı təminat versin, o biri tərəfdən də deyir ki, Vaşinqtonun imzaladığı sənəd qara qəpiyə dəyməz, çünki istənilər vaxt sazişdən imtina edə bilər. Bunu deyən o ölkədir ki, həmin dövlət Ukrayna ərazisinə iddia etmədiyinə dair 1994-cü ildə Budapeştdə sazişə imza atmış, 2014-cü ildə isə Krımı ilhaq etmişdi.

İkincisi, Kreml ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində taktiki nüvə silahları yerləşdirəcək. Belarus Prezidenti Aleksandr Lukaşenko da son müsahibələrinin birində nüvə raketlərinin ölkəsinə geri qaytarılması üçün Moskvaya müraciət edəcəyini bildirmişdi. Yəni bu proses artıq başlayıb. Kremlin məntiqi sadədir: “Siz Rumıniya və Polşada nüvə başlıqlı raketlər yerləşdirirsinizsə, mən də eyni tip raketləri istədiyim ərazidə yerləşdirəcəm”.

Üçüncü və ən təhlükəli ssenari Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasıdır. Kreml ultimatumlarla “hədəfləri” elə böyüdüb ki, bu ssenari artıq qeyri-real görünmür. Rusiya “Donbasda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək və ardınca da Krımda olduğu kimi, “referendum” keçirib Donbası Rusiyaya birləşdirəcək. Ancaq bu da təhlükəli proseslərin sonu olmayacaq, qarşıdurma yeni fazaya keçəcək”.

Çeçenistanın prezidenti Ramazan Kadırov Kocaelidə açılan Cövhər Dudayev parkına görə Türkiyəni təhdid edib.

“Yol-xeber.az” “haber7”yə istinadən xəbər verir ki, Kocaeli Körfez Bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Cövhər Dudayev Parkı son bir neçə gündə tamamlanaraq istifadəyə verilib. 

Dudayev parkının açılması isə Çeçenistan rəhbərliyinin etirazına səbəb olub.

Sosial media hesabında açıqlama verən Kadırov parkın açılışından sonra Qroznıda da PKK başçısı Abdulla Öcalanın adının əbədiləşdirilməsi istiqamətdə addım atacağını deyib.

Türkiyə mediası yazır ki, Dudayev Türkiyənin yaxın dostu olub. O, Türkiyəni türk dünyası və İslam dünyası üçün ümid çırağı kimi xarakterizə edərək belə deyib: “Unutmaq  olmaz ki, Türkiyə həm türk dünyasının, həm də İslam dünyasının ümid işığıdır. Bu işığın sönməsi həm İslam dünyasının, həm də Türk dünyasının qaranlığa qərq olması deməkdir”.

Alimlər Çinin cənubunda yırtıcı dinozavr-oviraptorun yaxşı qorunub saxlanmış fosilləşmiş yumurtasını aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə "Science" jurnalında məqalə dərc edilib.

Onun embrionu xarici görünüşünə görə müasir quşların embrionlarına bənzəyir.

Bundan əvvəl tədqiqatçılar Çinin şimalı və Monqolustanda, Qobi səhrasında bir neçə böyük “yumurta qəbiristanlığı”, Cənubi Amerikada planetin ən böyük dinozavrlarının onlarla yumurtasını aşkar ediblər.

Araşdırma göstərir ki, bir çox dinozavrlar quşlar kimi yuva quran və yumurta çıxara bilən canlılar olub.

Xüsusilə, elm adamlarının fosil adlandırdıqları yumurtaların toyuqların və bir çox digər quşların embrionları kimi kiçik lələklərlə örtüldüyü müşahidə edilib.

Oviraptorlar quşların əcdadlarının uzaq qohumları hesab edilir.

Rusiya Almaniyaya verdiyi təbii qazı kəsib.

Yol-xeber.az xarici KİV-ə istinadlıa xəbər verir ki, buna səbəb Rusiya vətəndaşı Vadim Krasikovun Almaniyada ömürlük azadlıqdan məhrum edilməsidir.

Belə ki, 2019-cu ildə Almaniyanın paytaxtı Berlində Gürcüstan vətəndaşı Səlimçan Çanqoşvili Rusiya vətəndaşı Vadim Krasikov tərəfindən qətlə yetirilib.

Bununla yanaşı, iki rus diplomat Almaniya tərəfindən “persona non qrata” (arzuolunmaz şəxs) elan edilib.

Rusiya cavab olaraq Moskvada xidmətdə olan iki alman diplomatı deportasiya etməklə kifayətlənməyərək Polşa və Almaniyaya verilən təbii qazı kəsib.

Rusiya Prezidenti Vladimir Putinin müvafiq əmri ilə Moskvanın Belarus üzərindən Polşa və Almaniyaya çatdırdığı təbii qaz işgüzar səbəblərə görə dayandırılıb.

Rəsmi Moskvanın bu addımlarından sonra Niderlandda təbii qazın qiyməti 37% bahalaşıb.

Türkiyənin ilkin şərtləri olmadan Ankara-İrəvan arasında əlaqələrin normallaşması baş tutmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan deyib.

O, Ermənistan rəsmilərinin ilkin şərtlər olmadan Ankara ilə danışıqlara başlaması yönündə açıqlamarına şübhə ilə yanaşdığını bildirib:

“Türkiyə Ermənistandan bir daha “soyqırım”ın tanınması məsələsini beynəlxalq səviyyədə qaldırmaması üçün israr edəcək. Ankara İrəvandan birdəfəlik və həmişəlik ərazi, maddi və s. iddialardan əl çəkməyi tələb edəcək. Daha bir tələb Zəngəzur dəhlizi ilə bağlı olacaq”.

Baqdasaryan, həmçinin əlavə edib ki, Türkiyə Ermənistanda məktəblərin dərslik proqramlarından “erməni soyqırımı” mövzunu da çıxartmağı şərt kimi irəli sürə bilər.

Sosial şəbəkələrdə Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi” olaraq doğulduğu və adının Jon Mişel Tronyux olduğu iddia edilib.

Xarici KİV xəbər verir ki, Bricit Makron iddialarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.

Tronyux Bricit Makronun qızlıq soyadı kimi tanınır.

Bricit Makron hüquq-mühafizə orqanlarına müraciət edəcəyi ilə bağlı xəbəri yerli mətbuata təsdiqləyib.

Qeyd edək ki, sözügedən iddia ilk dəfə sentyabr ayında ifrat sağçı “Faits et Documents jurnalında” irəli sürülüb. Jurnal bu iddianın “bir çox ekspertlər” tərəfindən dəstəklənən üç illik araşdırmaya əsaslandığını iddia edib.

Bəzi sosial şəbəkə istifadəçiləri iddialara “sübut” kimi Bricit Makronun gənclik illərində çəkilmiş az sayda fotoşəkillərini göstəriblər.

Gənclərin koronavirusdan ölmə ehtimalı azdır. Lakin xəstəlikdən sonra onlar aylarla post-kovid sindromu, psixi sağlamlıq problemləri və yorğunluqdan əziyyət çəkirlər.

Oxu.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin rəhbəri Hans Kluge bildirib.

O, bunu bazar günü “Rossiya-1” telekanalında efirə gedən Nailə Əsgərzadənin “Təhlükəli virus. İkinci il” filmində deyib.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada 274,2 milyondan çox insan koronavirusa yoluxub, 5,3 milyondan çox insan bu virusun qurbanına çevrilib.

Xəbər lenti