Ermənilər Azərbaycandan kömək istəyiblər.

"Yol-xeber.az" axar.az-a istinadən xəbər verir ki, bu haqda müxtəlif Teleqram kanallarında video görüntülər yayımlanıb.

Sözügedən videoda bir qrup şəxsin hökumətdən narazılıq etdiyi görünür. Onlar sərhədə gedəcəklərini, Azərbaycan dövlətindən müharibədə ona qarşı döyüşdükləri üçün üzr istəyəcəklərini bildiriblər.

“Bəlkə Azərbaycan bizi nələrləsə təmin etdi”, - deyə onlar qeyd ediblər.

"Eks prezident Mixeil Saakaşvili ölkədəki kasıbçılığı məğlub etmək üçün, iqtisadi plan üzərində işləyir".

Belə bir açıqlamanı "Vahid Milli Hərəkat" partiyasının üzvü Eka Xerxeulidze, Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsində sabiq prezident Mixeil Saakaşvilini ziyarət etdikdən sonra edib.

O, bildirib ki, Saakaşvili daha yaxşı görünür və sabah dövlət müfəttişliyi xidmətinin əməkdaşları ilə görüşə hazırlaşır:

"Saakaşvilinin Qoridə son gördüyüm vəziyyəti ilə hazırkı vəziyyətini müzakirə etmək mümkün deyil. O, vizual olaraq hazırda daha yaxşı görünür. O, siyasi olaraq öz formasındadır. Saakaşvili hazırda ölkədəki kasıbçılığı məğlub etmək üçün, iqtisadi plan üzərində işləyir. Saakaşvili cəmiyyəti narahat edən problemlərin həll edilməsi ilə məşğuldur", - deyə E. Xerxeulidzə əlavə edib.

Türkiyə Afrikada 2 mlrd dollarlıq layihəni uddu
Türkiyə şirkəti Tanzaniyada 1,9 milyard dollarlıq tenderi qazanıb.

Reuters xəbər verir ki, Türkiyənin Afrika ölkələri ilə mükəmməl yaxın əlaqələri öz bəhrəsini verməkdə davam edir. Türkiyənin Yapı Merkezi şirkəti Tanzaniyada keçirilən 1,9 milyard dollarlıq nəhəng tenderi qazanıb.

Tanzaniya 368 km uzunluğunda Şərqi Afrikanın ən sürətli dəmiryol xəttinin tikintisini Yapı Merkezi şirkəti ilə anlaşıb.

Tanzaniyanın qonşu ölkələrlə ticari əlaqələrini artırmaq üçün inşa etdiyi 1219 km-lik xəttin mühüm hissəsi olan Makutopora-Tabora hissəsinin tikintisi Türkiyənin Yapı Merkez şirkəti tərəfindən həyata keçirəcək. Dəmiryol xətti Tanzaniyanın Hind okeanındakı limanını və onun ticarət paytaxtı Dar əs-Salamı Uqanda və Keniya sərhədlərindən keçərək Viktoriya gölünün sahilində yerləşən liman şəhəri Mvanza ilə birləşdirəcək.

Hazırda İranın nüvə proqramının qarşısını almaq üçün hər hansı vasitə yoxdur.

Bunu MOSSAD-ın keçmiş rəhbəri, hazırda İsrail Müdafiə Nazirliyinin hərbi-siyasi bürosunun rəhbəri Zohar Palti deyib.

“İranın nüvə proqramı ilə bağlı məsələ ondan ibarətdir ki, hazırda onları dayandırmaq üçün heç bir diplomatik mexanizm, faktor yoxdur. İran daha qorxmur. İstəmirik ki, “İrana necə uranı 90 faiz zənginləşdirməyə icazə verilib?” sualını verəcək səviyyəyə gələk”, - deyə Palti bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycanın Konstitusiyasına uyğun həll olunmalıdır” sözlərinin ictimai müzakirəsi davam edir.

Axar.az xəbər verir ki, bu barədə keçmiş baş nazir Hrant Baqratyan da proqnozunu verib. O bildirib ki, Ermənistan hakimiyyəti “Qarabağı Azərbaycanın üzərinə atmaq istəyir”, bu isə o deməkdir ki, Qarabağdakı ermənilər heç bir status almayacaq:

“Bir müddətdən sonra Bakı Azərbaycan qanunlarının bütün Qarabağda tətbiqini tələb edəcək. Bəli, rus hərbçiləri orda qalacaq. Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra qaçqınların qayıdışına başlanılacaq, azərbaycanlılar Qarabağa qayıdacaqlar. Sonra azərbaycanlılar Ermənistana da yerləşməyə başlayacaqlar (Ermənistandan 1988-ci ildə qovulan azərbaycanlıların geri qaytarılmasına başlanılacağını nəzərdə tutur – red.), ancaq Bakı və Sumqayıtdan olan ermənilər geri qayıtmayacaq. Beləcə, problem (ermənilər üçün) daha da pisləşəcək”.

Baqratyan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını da istisna etməyib:

“Türkiyə və Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etmək istəyir. Bu, Rusiyanın diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi ilə bağlıdır”.

Keçmiş baş nazir onu da xatırladıb ki, Rusiyada Ermənistanla bağlı “təhrif olunmuş rəy” (Ermənistanın Rusiyaya xəyanət etməsi – red.) formalaşıb:

“Ermənistana qarşı təkcə Dövlət Dumasının bəzi deputatları deyil, o cümlədən XİN, hətta Prezident Putinin mətbuat katibi də mənfi fikirdədir”.

Taliblər aksiya keçirən qadınları atəşə tutdu

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının yaraqlıları Kabildə aksiya keçirən qadınlara atəş açıb.

Əfqanıstanın “Asvaka” agentliyi xəbər verir ki, insident İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasının yerləşdiyi ərazidə baş verib. Ölən və yaralılar barədə məlumat verilmir.

“TOLOnews”un xəbərinə görə, qadınlar hüquqlarının qorunması və həyat şərəitlərinin yaxşılaşdırılmasını tələb etmək üçün etiraz aksiyası keçirib.

“Bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır”.
Report xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.

Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində - bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:

“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun (humanitar razılaşma – red.) ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.

İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib:

“Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.

Ermənistan Prezidenti Armen Sərkisyan xarici siyasətdə fəallığını artırıb. Onun qəfil Səudiyyə Ərəbistanına səfəri Azərbaycanda müəyyən suallar doğurdu. Çünki Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və buna görə də iki ölkə arasında heç zaman rəsmi səviyyədə təmas olmayıb. 30 ildən sonra ilk dəfə Ermənistan Prezidenti Sərkisyan Səudiyyə Ərəbistanına dəvət olundu.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq qeyd edib ki, İrəvan ərəb dünyasının liderlərindən olan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmağa cəhd edir:

“Armen Sərkisyan ölkəsinin Pakistanla da münasibətlər yaratmasına çalışır. Sərkisyan ərəb nəşrlərindən birinə verdiyi müsahibədə deyib ki, əgər Səudiyyə Ərəbistanı İrəvanla təmaslara başlayıbsa, eyni addımı Pakistandan da gözləyirlər. Armen Sərkisyan Ermənistanın Hindistanla yaxşı münasibətlərinə rəğmən, Pakistanla da əlaqə qurmaq istədiyini dilə gətirib.

Sərkisyanın məntiqi sadədir: Səudiyyə Ərəbistanı və Pakistan Azərbaycan torpaqlarının işğalına görə zamanında Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etmişdilər. Ancaq Azərbaycan İkinci Qarabağ müharibəsində torpaqlarını azad edib və deməli, Ər-Riyad və İslamabad üçün Ermənistanla diplomatik münasibətlər qurmaq üçün maneə ortadan qaldırılıb.

İrəvanın başqa bir arqumenti odur ki, əgər Azərbaycanın əsas strateji müttəfiqi Ankara İrəvanla təmaslara başlamağa qərar veribsə, Ər-Riyad və İslamabad niyə eyni addımı atmasınlar?”

Politoloqun xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra Bakı Türkiyənin Ermənistanla bağlı qərar verməkdə sərbəst olduğunu ifadə etmişdi:

“Eyni sözlər Səudiyyə Ərəbistanı ilə Pakistana da aiddir. Hər iki dövlət Azərbaycanla strateji əlaqələrə malikdirlər. Ancaq əgər bu iki ölkə Ermənistanla diplomatik münasibətlər qurmaq və İrəvanla rəsmi təmaslara baş vurmaq istəyirlərsə, onların bu seçiminə hörmətlə yanaşılmalıdır. Əsas odur ki, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycanla əvvəlki strateji əlaqələrini davam etdirsinlər”.

Baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə mövcud reallıqlarla barışmaq mesajı ötürdü, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu biruzə verdi; Separatçı Araik Arutyunyana cavabında erməni baş nazir dolayısı ilə rəsmi İrəvanın bundan sonra "artsax" üçün mübarizə aparmayacağına eyham vurdu...

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların ona qarşı elan etdiyi siyasi-ideoloji savaşda geri çəkilmək niyyətində olmadığını qətiyyən gizlətmir. Əksinə, baş nazir N.Paşinyan həm erməni separatçılarla, həm də Ermənistan cəmiyyətində onları dəstəkləyənlər həlledici savaşa hazır olduğunu biruzə verir. Və bu savaşın nəticələri böyük ehtimalla tərəflərdən birinin, yaxud da elə hər ikisinin də məğlubiyyətinə yol aça bilər.

 Məsələ ondadır ki, "ox artıq yaydan çıxıb". Bundan sonra geri çəkilmək siyasi fəlakətə yol aça bilər. Erməni baş nazir üçün geri çəkilmək ona qarşı irəli sürülən xəyanət ittihamını qəbul etmək anlamı daşıyar. Ona görə də, Ermənistan baş naziri nəyin bahasına olursa-olsun, özünün haqlı olduğunu sübuta yetirməyə çalışacaq.

Onu da qeyd edək ki, son baş verənlər də erməni baş nazirin öz siyasi rəqiblərini, o cümlədən, Xankəndi və ətraf bölgədə olan Araik Arutyunyanın separatçılarını güncə sıxışdırıb, zəiflətməkdə qərarlı olduğunu göstərir. Belə anlaşılır ki, erməni baş nazir həm separatçıları, həm də onların Ermənistandakı siyasi-ideoloji dəstəkçilərini öz ölkəsi üçün ciddi problem hesab edir. Və onlardan xilas olub, həm öz hakimiyyətini gücləndirmək, həm də Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq qərarı verib.

Məsələ ondadır ki, onun onlayn mətbuat konfransında dilə gətirdiyi açıqlamalar kifayət qədər cəsarətli məzmun daşıyır. Çünki, o, açıq mətnlə Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə, Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Düzdür, erməni baş nazir öz arqumentlərini Köçəryan-Sarkisyan hakimiyyətinin sülh danışıqları prosesində üzləşdiyi uğursuzluqlarla izah edib. Ancaq onun "BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın statusunu müəyyən etməli olsa, bu qurum öz qətnamələrinin məntiqinə uyğun davranar. Yəni, həmin status BMT TŞ-nın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığı Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilərdi. Bu, o deməkdir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şans qalmayıb" məzmunu daşıyan arqumentləri olduqca cəsarətlidir. Hər hansı başqa bir erməni siyasətçinin, hətta bu reallıqlara vaxtaşırı üstüörtülü eyhamlar vuran keçmiş prezident Levon Ter-Petrosyanın və onun müşaviri olmuş Jirayr Liparityanın belə, bu həqiqətləri N.Paşinyan kimi açıq şəkildə dilə gətirə biləcəyini təsəvvür etmək çox çətindir.

Təbii ki, Ermənistan cəmiyyəti üçün qəbuledilməz olan bu cəsarəti erməni baş naziri hazırda açıq hədəfə çevirib. İndi Ermənistan cəmiyyəti onu xəyanətdə suçlayır. Xankəndi və ətraf bölgədə olan erməni separatçılar isə erməni baş naziri düşmən kimi təqdim edirlər. Erməni separatçılara rəhbərlik edən Araik Arutyunyan baş nazir Nikol Paşinyana qarşı ağır ittihamlarla yüklənmiş bəyanat yayıb. Həmin bəyanatda Paşinyan hakimiyyəti "artsax" ideyalarına xəyanətdə suçlanır, Xankəndi və ətraf bölgədəki erməniləri dəstəksiz buraxmaqda ittiham edilir. Eyni zamanda, Paşinyan hakimiyyətinə rəsmi İrəvanın Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin adından danışmaq, onların taleyini həll etmək hüququnun olmadığı barədə xəbərdarlıq edilir. Yəni, Paşinyan hakimiyyətindən dolayısı ilə bundan sonra Xankəndi və ətraf bölgədə yaşayan ermənilərlə bağlı hər hansı məsələyə qarışmamaq tələb olunur.

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan məzmunu ağır ittihamlar ilə yükləndiyindən separatçı Araik Arutyunyanın bəyanatına cavab vermək məcburiyyətində qalıb. Erməni baş nazir vurğulayıb ki, bütün ittihamlar ona qarşı yönəlsə də, sülh danışıqları nəticəsində yaranmış mövcud vəziyyətin formalaşması onun hakimiyyətindən öncəki dövrə aiddir. Ona görə də, "artsax" ətrafında yaranmış vəziyyətə görə ondan əvvəl hakimiyyətdə olanlar məsuliyyət daşımalıdır.

Erməni baş nazir xatırladıb ki, keçmiş prezident Serj Sarkisyanın sülh danışıqlarının nəticələrinə görə, Dağlıq Qarabağın ermənilərə aid olunması barədə iddiaları reallıqdan uzaq olduğundan həqiqətləri xalqa çatdırmaq məcburiyyətində qalıb: "Dağlıq Qarabağda yaşayan azərbaycanlıların bölgənin statusunun müəyyən edilməsində iştirak hüququ danışıqlar prosesi üzrə sənədlərdə qeydə alınıb. Danışıqların məzmununa görə, onlar Dağlıq Qarabağın sakinləridir. Yəni azərbaycanlılar da Dağlıq Qarabağda yaşamaq hüququna sahibdirlər. 2018-ci ilə hakimiyyətdə olanlar heç vaxt buna qarşı çıxıb, etiraz etməyiblər. Əgər, Dağlıq Qarabağın statusu məsələn, 100 il sonra keçiriləcəyi təqdirdə, demoqrafik dəyişikliklər şəraitində nəticələrin necə ola biləcəyi aydındır".

Erməni baş nazir daha sonra bildirib ki, danışıqlar prosesində 2016-cı ildən sonra Dağlıq Qarabağın aralıq statusu barədə məsələ müzakirədən ümumiyyətlə, çıxarılıb. Bunun əvəzində Dağlıq Qarabağ ilə bağlı hüquqi qərarların verilməsi məsələsinin BMT Təhlükəsizlik Şurasının öhdəsinə buraxılması razılaşdırılıb: "Bu, əsl fəlakətdir. Çünki BMT TŞ-nın qətnamələrində Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu isə o deməkdir ki, BMT TŞ Dağlıq Qarabağ ilə bağlı məsələlərdə mütləq öz qətnamələrinə uyğun qərar verəcək. Ona görə də mən bir neçə dəfə bildirmişəm ki, danışıqların mövcud məzmununa görə, Dağlıq Qarabağın Azərbaycandan kənarda qalmaq şansı tükənib".

Erməni baş nazir onu qeyd edib ki, özündən əvvəlki hakimiyyətlərin səhvləri və günahları ucbatından yaranmış bu vəziyyətin dəyişdirilməsi üçün uzun müddət mübarizə aparmağa çalışıb. Ancaq hər hansı nəticə əldə etməyə nail ola bilməyib. Və son müharibənin başlanma səbəbləri də məhz onun danışdıqlar prosesində yaranmış vəziyyətə göstərdiyi müqavimət ilə birbaşa bağlıdır.

Maraqlıdır ki, erməni baş nazir onu ittiham edən siyasi rəqiblərinə və separatçılara müəmmalı mesaj da verib: "İndi bəzi şəxslər deyirlər ki, mənim Dağlıq Qarabağın adından danışıqlar aparmağa haqqım çatmır. Halbuki həmin adamlar məni həm də ona görə tənqid edirdilər ki, 2018-ci ildən üzübəri Dağlıq Qarabağın adından danışıqlar aparmaq üçün mandatımın olmadığını elə özüm deyirdim. Ancaq mən xalqdan bütün bunları gizlədə bilmərəm".

Göründüyü kimi, bu, bir daxili siyasi savaşın başlanğıc əlamətləridir. Rəsmi İrəvan Dağlıq Qarabağ yükündən xilas olmaq üçün real addımlar atmağa başlayıb. Bu, erməni toplumunda bir çoxlarını məmnun etmir. Halbuki, Ermənistanın gələcəyi erməni separatçıların girova çevrildiyindən Paşinyan hakimiyyəti bu savaşı sona qədər davam etdirmək məcburiyyətindədir.

Bütün baş verənlərə istinadən Ermənistan baş naziri Nikol Paşinyanın ardıcıl olaraq, iki önəmli addımın atılmasına cəsarət etdiyini düşünmək olar. Birinci addım erməni baş nazirin onlayn mətbuat konfransında dolayısı ilə "Qarabağ Azərbaycandır" deməsi ilə atıldı. Ermənistan cəmiyyətinə mövcud reallıqlar ilə barışmağın qaçılmazlığı barədə açıq mesaj ötürüldü. Bununla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu biruzə verdi.

İkinci həlledici addımı isə baş nazir N.Paşinyan erməni separatçıların rəhbəri Araik Arutyunyanın ittihamlarına cavab verərkən atdı. "2018-ci ildən üzübəri Dağlıq Qarabağın adından danışıqlar aparmaq üçün mandatımın olmadığını deyirdim" cümləsini gündəmə çıxaran erməni baş nazir rəsmi İrəvanın bundan sonra "artsax" ilə bağlı hər hansı səviyyədə müzakirələrdə iştirak etməyəcəyinə eyham vurdu. Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan rəsmi İrəvan adından "artsax" xəyallarını dəfn etmək qərarına gəlib. Bu, o deməkdir ki, rəsmi İrəvan Xankəndi və ətraf bölgədə olan erməni separatçıların arxasından çəkilmək niyyətindədir. Və bu ehtimal doğru çıxarsa, regionda sülh dövrünün başlanmasından danışmaq mümkün olacaq.(musavat.com)

Əfqanıstanda qadınlar kişi qohumunun müşayiəti olmadan qısa məsafələr istisna olmaqla, təkbaşına səyahət edə bilməyəcəklər.
Taliban qadınlara yeni qadağalar qoyub.

Xarici KİV xəbər verir ki, 20 ildən sonra ölkəni ələ keçirən Taliban qadınların kişilərin müşayiəti olmadan səyahətinə qadağa qoyub.

Taliban qadınların kişi qohumunun müşayiəti olmadan qısa məsafələr istisna olmaqla, təkbaşına səyahət etmələrini qadağan edib.

Xeyirə Dəvət və Şərdən Qorunma Nazirliyinin sözçüsü Sadik Akif Mühacir açıqlamasında sözügedən qadağada limitin 72 kilometr olduğunu deyib.

"72 kilometrdən çox məsafə qət edən qadınlar, yaxın ailə üzvlərinin müşayiəti olmadan nəqliyyat vasitələrinə buraxılmamalıdır",- deyə söyləyib.

Əvvəllər televiziya kanallarını qadın aktyorların iştirak etdiyi serialların nümayişini dayandırmağa çağıran nazirlik, indi qadın televiziya müxbirlərini efir zamanı hicab taxmağa çağırıb.

Qeyd edək ki, Taliban rəhbərliyi bundan əvvəl evdən çıxan qadının kişi qəyyumun müşayiəti ilə getməsi şərtinin yalnız üç gün və ya daha çox davam edən səfərlər üçün keçərli olduğunu açıqlamışdı. Taliban məktəbə, işə, universitetə və ya xəstəxanaya gedərkən bu qaydanın tətbiq edilməyəcəyini elan etmişdi.

Xəbər lenti