Həkim və teleaparıcı Aleksandr Myasnikov COVID-19-a yoluxan xəstələrin tək başına özünü müalicə etməsinin yolverilməz olduğunu bildirib.
APA bildirir ki, mütəxəssis koronavirusun bir deyil, iki xəstəliyə səbəb olduğunu vurğulayıb.

Myasnikov əlavə edib ki, COVID-19 testi müsbət çıxan insanlar sətəlcəm olmadığı təqdirdə qan durulaşdıran dərmanlar qəbul etməməlidirlər: "Həkimin göstərişi olmadan belə dərmanların düşünmədən istifadəsi beyin damarlarının pozulmasına və mədə-bağırsaq traktında qanaxmalara səbəb ola bilər".

"Virusa yoluxmanın qarşısını almağın ən yaxşı yolu peyvənddir. Çünki peyvənd infeksiyaya qarşı ən effektiv qorunma olaraq qalır", deyə həkim vurğulayıb.

Paşinyan yeni konstitusiya ilə bağlı hərəkətə keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Şuraya ədliyyə naziri sədrlik edəcək. 

Üzvlər isə razılığa əsasən Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hüquq müdafiəçisi, parlmentdəki fraksiyaların hər birindən bir deputat, Ali Məhkəmə-Hüquq Şurasından bir nümayəndə, parlamentə daxil olmayan partiyalardan üç nümayəndə və ölkədə qeydiyyatdan keçmiş ictimai təşkilatlardan daha 3 nümayəndə olacaq. 

Bundan başqa, ədliyyə nazirinin təklifi ilə şuranın tərkibinə beş ildir ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların iki nümayəndəsi (məsləhətçi səs hüququ ilə) daxil edilə bilər.

Şura müsabiqə əsasında beş nəfərdən (hüquq elmləri doktoru və ya namizədi, yaxud hüquq elmləri namizədi, yaxud xarici dövlətin hüquq elmləri üzrə magistr dərəcəsi olan, ən azı 7 il iş təcrübəsi olan hüquqşünaslardan) ibarət konstitusiya islahatları üzrə peşəkar komissiya təşkil edəcək. 

Nazir bir ay müddətində Konstitusiya İslahatı Şurasının yaradılması ilə bağlı qərar layihəsini hazırlayıb Baş Nazirin aparatına təqdim etməli, onun tərkibini və fəaliyyət qaydasını təsdiq etməlidir.

“Omikron” ştamına yoluxma halı hər iki-üç gündən bir iki dəfə artır”.

"Yol-xeber.az" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarro deyib.

O, yeni ştamın səhiyyə sistemini alt-üst etdiyini bildirib.

D.Nabarro vurğulayıb ki, "Omikron" görünməmiş sürətlə yayılır və yüksək ölüm hallarının qarşısını almaq böyük şans tələb edir.

Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnamə qəbul ediblər.
Xarici KİV xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat isə bitərəf qalıb.

Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Aİ-dəki bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.

Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur ki, bu da rus şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.

Ermənistanda Baş nazir Nikol Paşinyana yaxınlaşıb söz deyən vətəndaşı polis saxlayıb.

“Bu barədə erməni mediası məlumat yayıb.

 Bildirilib ki, jurnalistlər görüşdən çıxan Paşinyana sual verərkən bir vətəndaş baş nazirə yaxınlaşmağa çalışıb.

O, “Suren Papikyandan qurtulun” dedikdən sonra polis onu saxlayıb. Müdafiə naziri Suren Papikyan da orada olub.

Şimali Koreyada 10 il əvvəl vəfat edən lider Kim Çen İrin anım mərasimi başlayıb.

Xarici KİV xəbər verir ki, hökumət rəsmiləri ictimaiyyətə 11 gün ərzində heç bir xoşbəxtlik əlaməti göstərməməyi əmr edib.

Bildirilib ki, ölkədə bu müddət ərzində gülmək, spirtli içki içmək və hətta ərzaq mağazasına getməyə icazə verilmir.

Vurğulanlb ki, polis əməkdaşlarına yas dövrünə uyğun olaraq kədərli görünməyən insanları izləmək əmri verilib.

Qeyd edək ki, Kim Çen İr ölkəni 17 il idarə etdikdən sonra 2011-ci il dekabrın 17-də 69 yaşında ürək tutmasından vəfat edib. O, ölkənin hazırkı rəhbəri Kim Çen Inın atasıdır.

Paşinyandan Naxçıvana dəmir yolu xəttinin inşası ilə bağlı açıqlama

“Azərbaycan Prezidenti ilə Brüsseldə keçirilən görüşdə dəmir yolunun inşası ilə bağlı razılaşmanı təsdiq etdik”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüsseldə Prezident İlham Əliyevlə görüşün yekunları barədə danışarkən deyib.

Burada söhbət Ermənistan, Naxçıvan və Azərbaycan arasında Arazdəyən-Culfa-Mehri-Horadiz xəttində dəmir yolunun işinin bərpasından gedir. Paşinyan xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu hazırlıq işlərini həyata keçirib. Razılaşmanın özü isə noyabrın 26-sı Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı açıqlanıb və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təsdiq olunub.

Paşinyanın sözlərinə görə, Ermənistan bunun sayəsində dəmir yolu ilə Rusiya və İrana, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. O bildirib ki, Türkiyə ilə sərhəd və kommunikasiyaların açılması ilə bağlı razılıq əldə olunarsa, Gümrü-Qars dəmir yolu da işə başlaya bilər.

Ankara ilə effektiv dialoq qura bilsək, o zaman Türkiyə ilə dəmiryol xətləri açılacaq.

“Yol-xeber.az” “aysor”a isitnadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşünün yekunları barədə danışarkən deyib. 

“Əgər Türkiyə ilə effektiv dialoq qura bilsək, sərhədi və kommunikasiyaları açmağa nail olacağıq. O zaman bu layihə geniş əhəmiyyət kəsb edə bilər, çünki Yeraşxdan Gümrüyə və Gümrüdən Qarsa dəmir yolu var”, - Paşinyan deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.

Bu ilin oktyabr-noyabr aylarında İrəvanda "Ermənistanın ən yaxşı müttəfiqi kimdir - Rusiya və ya Fransa?" mövzusunda sosioloji sorğu keçirilib.
Virtualaz.org bildirir ki, məlum olub ki, 2019-cu ildən fərqli olaraq, ermənilərin əksəriyyəti Rusiyanı deyil, Fransanı ən yaxın dost ölkə hesab edir.

Fransanın mövqeyi iki il əvvəlki sorğu ilə müqayisədə dörd dəfə artıb, Rusiyanın müttəfiq rolu isə xeyli zəifləyib.

Sorğunun nəticələri haqda "Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün yeddi ili: Avrasiya inteqrasiyası dünən, bu gün, sabah" adlı konfransda Avrasiya Ekspert Klubunun üzvü Samvel Manukyan danışıb.

Onun sözlərinə görə, respondentlərə birbaşa sual verilib:

"Siz Rusiya/Fransanı Ermənistan üçün dost və ya neytral ölkə hesab edirsiniz?"

Məlum olub ki, respondentlərin 35 faizi Rusiyanı, 43 faizi isə Fransanı dost ölkə hesab edir. Digər tərəfdən, Rusiya 17 faiz, Fransanı isə 2 faiz dost olmayan ölkə hesab edir.

"Qeyd edək ki, Ermənistanda ermənilərin geosiyasi oriyentasiyası uğrunda gedən informasiya müharibəsində Rusiya və vahid Qərbin mövqeləri qeyri-bərabərdir", - Manukyan erməni respondentlərin seçimini izah etməyə çalışır.

"Rusiyaya Avrasiyanın geniş məkanının inkişafı üçün Qafqazda sülh lazımdır, Qərbin strategiyası isə Avrasiya məkanının inteqrasiyasına mane olmaq üçün Rusiyanın periferiyasında münaqişələri və müharibələri qızışdırmaqdır".

Ekspertin fikrincə, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artır.

Rusiyalı "jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb.

Bu barədə RİA "Novosti” Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb.

Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən "WarGonzo” layihəsinin yaradıcısıdır. (qaynarinfo)

Xəbər lenti