PKK terror təşkilatına bağlı “Suriya Demokratik Şurası”nın həmsədri İlham Əhməd Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarını, xüsusən də bu əməliyyatlarda iştirak edən PUA-larını dayandırması üçün bütün dünyaya müraciət edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin həyata keçirdiyi əməliyyatlarla əli-qolu bağlı olan PKK ölkə daxilindəki mövqelərini və nüfuz dairəsini itirdikdən sonra xaricdə də məhv olmaq həddinə çatıb.

Suriya sərhədlərində yeni əməliyyat ehtimalı hələ də qüvvədədir, PKK terrorçularının kömək fəryadları isə hər keçən gün bir qədər də güclənir.

İlham Əhməd Türkiyənin pilotsuz uçan aparatlarını (PUA) dayandırması üçün dünyanın Türkiyəyə təzyiq etməsini istəyib.

Dekabrın 12-də Stokholmda İsveç xarici işlər naziri Ann Linda ilə görüşən Əhməd bu ölkənin ən böyük qəzeti “Dagens Nyheter” üçün məqalə yazıb. Türkiyənin bu silahlarla Suriyada böyük irəliləyiş əldə etdiyini bildirən Əhməd bu silahların onların ən böyük təhlükəsi olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağır xəstəlik və ölümə qarşı koronavirus peyvəndlərinin effektivliyində kiçik bir azalma olduğunu açıqlayıb.
Bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.

"Hazırda 77 ölkə “Omicron” ştamının aşkarlanması barədə məlumat verib. Yəqin ki, “Omicron” hələ aşkar edilməmiş əksər ölkələrdə də mövcuddur", - Baş direktor bildirib.

Qebreyesus əlavə edib ki, “Omicron” əvvəllər heç bir ştamda olmayan sürətlə yayılır:

“İnsanların “Omicron”u yüngül ştam kimi görməsindən narahatıq. "Omicron” daha az ciddi xəstəliyə səbəb olsa belə, çox sayda yoluxma yenidən hazırlıqsız sağlamlıq sistemlərini alt-üst edə bilər".

O, maska taxmaq, sosial məsafə saxlamaq, havalandırma və əl gigiyenası kimi tədbirləri davam etditməyə çağırıb.

Rusiyanın mümkün işğalı nəticəsində 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Ukrayna sərhədlərində 100 minə yaxın rus hərbçisinin olduğunu açıqlayan nazir işğal cəhdinin hər iki tərəf üçün fəlakət olacağını bildirib.

O, bu halda hər iki tərəfin çoxlu itkilər verəcəyini və 5 milyon ukraynalının qaçqın vəziyyətinə düşə biləcəyini, bundan başqa, ölkədəki 15 atom elektrik stansiyasının (AES) da təhlükə altında olacağını vurğulayıb.

Putinin son hədəfinin Ukrayna olmadığını düşündüyünü deyən Reznikov müharibə olacağı təqdirdə bunun Avropaya yayılacağını iddia edib.

“Caliber” layihəsinin “YouTube” hesabında növbəti təhlil yayımlanıb.

Layihə müəlliflərinin təhlilində bu dəfə 44 günlük müharibə vaxtı Azərbaycan tərəfinə əsir düşən və 10 noyabr bəyanatından sonra qaytarılan erməni hərbçilər, eləcə də hazırda ölkəmizdə həbsdə olan erməni diversantlar məsələsinə toxunulub.

“Caliber” Ermənistan hökuməti və müxalifətinin sözügedən məsələdən öz məqsədləri üçün istifadə etməyə çalışdığını göstərib.

Təhlildə həmçinin qeyd olunur ki, erməni tərəfi əsir məsələsindən Azərbaycana hər hansı bir təzyiq göstərilməsi və öhdəliklərindən yayınmaq üçün istifadə etməyə çalışsa da, rəsmi Bakının humanizm mövqeyi ortaya qoyaraq ölkəsinə təhvil verdiyi erməni hərbçilər barəsində elə öz ölkələrində cinayət işləri açılır.

Ətraflı videoda:

Rusiya Prezidenti Vladimir Putin Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması ilə bağlı sualları cavablandırıb.

“Rossiya 1” televiziyasına danışan Putin bu çöküşün ona da pis təsir etdiyini söyləyib:

“Sovetlər Birliyinin dağılması rusların çoxu kimi mənim üçün də tragediya oldu. Bəs Sovetlər Birliyinin dağılması nə idi? Bu, Sovetlər Birliyi adında tarixdəki Rusiyanın çöküşü idi”.

Putin SSRİ-nin dağılmasından dərhal sonra 1990-cı illərdə ölkəsində daxili müharibə olduğunu, iqtisadiyyatda və təhlükəsizlik məsələlərində problemlər yarandığını bildirib:

“Çox çətin vəziyyət var idi. Bu ölkənin daxildəki vəziyyəti, onu formalaşdıran hər şeylə bağlı idi. İqtisadiyyat, təhlükəsizlik qüvvələri və silahlı qüvvələr üçün də bu belə idi.

Rusiya lideri həmin dövrdə ölkənin torpaqlarının təxminən 40%-i ilə yanaşı eyni miqyasda istehsal gücü və əhalinin də itirildiyini deyib:

“Tamamilə fərqli bir ölkəyə çevrildik. Minlərlə il ərzində bir araya gətirilmiş olan hər şey əhəmiyyətli dərəcədə itirildi”.

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə deyib ki, əgər Rusiya Ukraynaya müdaxilə edərsə, maliyyə cəhətdən təcrid olunacaq. 

“Yol-xeber.az” “rosbalt”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim amerikalı həmkarlarımız görüş bitdikdən dərhal sonra bir-birilə həmrəy olub, qorxulu filmlərdə olduğu kimi, Baydenin Putini necə qorxutması və s. haqqında danışmağa başladılar. Bu belə deyil”, - deyə o bildirib.

Peskov etiraf edib ki, Bayden Ukraynaya qarşı işğal hərəkəti olarsa, o zaman Rusiya maliyyə cəhətdən təcrid olunacaq və sairə. 

Putin və Bayden arasında danışıqlar dekabrın 7-də videobağlantı vasitəsilə aparılıb. Ölkə liderləri xüsusilə NATO-nun genişləndirilməsi, Ukrayna ərazisindəki vəziyyəti müzakirə ediblər.

İrəvanda ağır qəza, ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvanda ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Myasnikyan prospektində “BMW” və “Infiniti” markalı iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb.

Qəza zamanı daha 3 nəfər isə yaralanıb.

İsveçin xarici işlər naziri Ann Linde PKK/YPG terror təşkilatının nümayəndəsi Əlham Əhmədlə görüşüb.

"Yol-xeber.az" xəbər verir ki, bu görüş sosial şəbəkələrdə qalmaqal yaradıb.

Görüşdən sonra Tvitterdə paylaşım edən Linde Suriyanın şimal-şərqində baş verənlərlə bağlı aparılan səmimi müzakirəni təqdir etdiklərini yazıb. O, İsveçin fəal tərəfdaş olmağa davam etdiyini bildirib.

Görüşdən sonra PKK-ya maddi yardım edilməsi qərara alınıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentə çıxışı zamanı çətin anlar yaşayıb.

O, çıxış üçün tribunaya qalxan zaman mikrofonu özünə tərəf doğrultmağa çalışıb.

Bu zaman mikrofonunun statik enerjisi Paşinyana narahatlıq yaşadıb.

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında ABŞ və Avropa müttəfiqlərinin “Rusiya Ukraynanı işğal edərsə, onu cəzalandırmaq” üçün “qətiyyətli” addımlar atacaqlarına inandırıb.

Unian” xəbər verir ki, Ağ Ev Bayden və Zelenski arasında baş tutan telefon danışığının yekunu ilə bağlı bəyanat yayıb.

“Prezident Bayden açıq şəkildə bildirib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları “Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar və ya müzakirələr aparılmayacaq” prinsipinə sadiqdirlər” - bəyanatda deyilir.

ABŞ və Ukrayna prezidentləri eyni zamanda Rusiyanı gərginliyi azaltmağa, diplomatiyanın münaqişənin həllində ən yaxşı yol olduğunu vurğulayıblar.

Telefon danışığında ABŞ prezidenti Co Bayden Zelenskini əmin edib ki, Rusiya tərəfindən Ukraynaya hərbi müdaxilə olunacağı təqdirdə ciddi cəzalandırma tədbirlərinə əl atılacaq.

“Prezident Bayden ABŞ və bizim avropalı müttəfiqlərimizin Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərindın ciddi narahatlığını ifadə edərək, açıq şəkildə bildirib ki, ABŞ və müttəfiqləri növbəti hərbi müdaxilə halında qəti iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”, - bəyanatda deyilir.

ABŞ prezidenti həmçinin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha bəyan edib.

Xəbər lenti