|
Türkiyədə 4 gün küçəyə çıxmaq qadağan edilib.
Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında deyib.
Dövlət başçısının sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar 16, 17, 18, 19 may tarixlərində küçəyə çıxmaq qadağandır.
Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub.
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.
Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəralı bir addım atıldı. (teleqraf.com)
Oxu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter”də xəbər verib.
Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.
Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.
“Konarak”ın batdığı iddia edilir.
İran ordusu hələlik məlumatı təsdiqləməyib.
“Jamaran” - 2010-cu ildə istismara verilmiş və İran donanmasında ən müasirlərdən sayılan “Moudge” sinifinin əsas freqatıdır. Çin istehsalı olan gəmi əleyhinə raketlər, torpedalar və bir neçə silahla təchiz olunub. Heyət 140 nəfər təşkil edir.
Qazet.az xəbər verir ki, 37 yaşlı elm adamınını cəsədi yeni növ koronavirus barədə “cox önəmli dəqiq kəşflər etdim” deməsindən bir müddət sonra evində tapılıb.
Çin əsilli elm adamı baş nahiyyəsindən odlu silahla vurulub. Polisin açıqlamasına görə, hadisəni törədən qatilin cəsədi evdən bir neçə metr aralıda tapılıb.
Onun intihar etdiyi irəli sürülür. Bəzi dairələrin iddiasına görə, elm adamı dərman şirkətlərinin sifarişi əsasında qətlə yetirilib. İddia edilir ki, elm adamı koronavirusun mənbəyini və COVID-19-un dərmanını tapdığına görə hədəfə alınıb.
'Qərbi Afrika ölkəsi Nigeriyanın Jiqava əyalətində naməlum xəstəlikdən onlarla insan həyatını itirib. Jiqva əyalətinin səhiyyə başçısı Abba Zakari xəstəlik davam edərsə ciddi narahatlıq yaranacağını deyib. Belə ki, dünya sağlamlıq təşkilatının nümayəndəsi hazırda xəstəlik barədə araşdırma aparır. Ölənlərin koronavirusa yoluxduğu isə hələlik məlum deyil.
Qeyd edək ki, Kano əyalətində keçən ay bilinməyən xəstəlikdən 150 nəfər həyatını itirib. Nigeriyada isə indiyə qədər 2 min 802 nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Report xəbər verir ki, bu barədə yerli hökumət bildirib.
Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.
"İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu", - hökumətin bəyanatında deyilir.
İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.
İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 261 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilir.
COVID-19-dan 258 344 nəfər ölüb, 1 242 432 nəfər isə sağalıb.
Qitələr arasında koronavirusa ən çox yoluxma (1 493 973), ölüm (144 102) və sağalma (568 522) Avropada müşahidə edilir.
Azərbaycanın həmsərhəd olduğu Rusiyada koronavirusa 155 370 yoluxma, 1 450 ölüm, 19 865 sağalma, Türkiyədə 129 491 yoluxma, 3 520 ölüm, 73 285 sağalma, İranda 99 970 yoluxma, 6 340 ölüm, 80 475 sağalma, Ermənistanda 2 619 yoluxma, 40 ölüm, 1 111 sağalma, Gürcüstanda 604 yoluxma, 9 ölüm, 240 sağalma qeydə alınıb.
Azərbaycanda koronavirusa indiyə qədər 2 060 nəfər yoluxub, 26 nəfər ölüb, 1 508 nəfər isə sağalıb
Oxu.az xəbər verir ki, qanda oksigenin doyma səviyyəsinin pis olmasına baxmayaraq, bu simptomlu xəstələr sağlam görünür.
Nyu-Yorkda işləyən həkim Ruben Streyer koronaviruslu xəstələrin bu vəziyyətdən təəccübləndiklərini deyir:
“Monitorda gördüklərimizlə xəstənin görünüşü arasında böyük bir uyğunsuzluq müşahidə edirik”.
Sağlam insanların qanında oksigenin doyma səviyyəsinin ən az 95 faiz olduğunu xatırladan mütəxəssis Elnara Marsia Neqri COVID-19 xəstələrində bu səviyyənin 80, 79 və hətta 50 faizə düşməsinə baxmayaraq, sağlam görünə bildiyini qeyd edib.
Başakşehir xəstəxanasında müalicə alan 52 yaşlı yazıçı həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Ömər Döngeloğlu 1968-ci il mayın 3-də Türkiyənin Tokat əyalətinin Zile kəndində anadan olub. O, ilahiyyatçı, yazar, televiziya aparıcısı olub. O, televiziyada sonuncu çıxışında tamaşaçılardan halallıq istəyib.