Rusiyanın Krasnoyarsk diyarının eyni adlı şəhərində dəhşətli yanğın baş verib.

"Ölkə.Az” xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk üzrə idarəsi məlumat yayıb. 

Hadisə yaşayış evində baş verib. Yanğın nəticəsində evdə olan üç nəfər ölüb. 

Hadisəyə söndürülməmiş siqaret kötüyünün səbəb olduğu açıqlanıb.

Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu keçib. 

Ölkə.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Universitetin araşdırmasına görə, dünyada virusa yoluxanların sayı 85 059 632 nəfərə çatıb. 1,8 milyondan artıq insan virusun qurbanı olub. 

Dünya üzrə ən çox yoluxma ABŞ-da (20,6 milyondan çox), Hindistanda (10,3 milyon), Braziliyada (7,7 milyon),  Rusiyada (3,2 milyon) və Fransada (2,7 milyondan çox) qeydə alınıb. 

Türkiyənin Diyarbəkir əyalətində 3,3 bal gücündə zəlzələ olub.

Bu barədə Qəndilli Rəsədxanası və Zəlzələni Araşdırma İnstitutu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Kulp rayonunda yerli vaxtla saat 00:41-də qeydə alınıb. Zəlzələ ocağı Kulp rayonunda, 5 kilometr dərinlikdə yerləşib.

Bu, qonşu ölkədə son iki gündə qeydə alınan ikinci təbii hadisədir. Türkiyədə dünən də 4,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.

Türkiyədə arxeoloqlar təxminən 2 500 il əvvəl tikilmiş Afrodita məbədinin qalıqlarını tapıblar.

“Report” xəbər verir ki, məbəd ölkənin qərbindəki Urla-Çeşme yarımadasında yerləşib. Tədqiqatçılar ümumilikdə 35 qədim qəsəbə tapıblar, onlardan 16-sı, həmçinin məbədin qalıqları neolit dövründən sonraya aiddir.

Qazıntılara başçılıq edən arxeoloq Elif Koparal kəşfi "heyrətləndirici" və "cəlbedici" adlandırıb. O, həmçinin əlavə edib ki, Afroditanın inşasının eramızdan əvvəl VI əsrdə həyata keçirildiyi güman edilir.

ABŞ-ın yeni seçilmiş Prezidenti demokrat Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimi sosial məsafə qaydaları nəzərə alınmaqla təşkil olunacaq.

Bu barədə ABŞ Konqresinin İnauqurasiya üzrə komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qoşunların ənənəvi keçidində silahlı qüvvələrin bütün növləri iştirak edəcək, amma hərbi qulluqçular arasında sosial məsafə qaydasına riayət olunacaq. Lakin koronavirus pandemiyası səbəbindən təşkilatçılar mülki paraddan imtina etmək barədə qərar qəbul edib.

Televiziya şirkətləri musiqiçilər, rəqqasələr və digər sənətçilərin videoformatında yer alacağı mülki paradın virtual versiyasını yayımlayacaqlar.

Bundan başqa, mərasimə Konqresin yalnız 435 üzvü dəvət ediləcək. Onlardan hər biri özü ilə bir qonaq gətirə bilər.

İtaliyanın Neapol şəhərinin San Paolo Bel Sito bələdiyyəsi, Kataniya əyalətinin Kastel Di İudika bələdiyyəsi, Molise əyalətinin Lonqano bələdiyyəsi, Kieti əyalətinin Kastel Frentano bələdiyyəsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə, xüsusilə də Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş və yaralanmış Gəncə, Bərdə, digər rayonların sakinlərinin ailə üzvləri ilə həmrəylik nümayiş etdirən, habelə Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul ediblər.
Bu barədə report-aa Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib.

Sənədlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir. Habelə hərbi işğal dövründə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi, lakin bu sənədlərin heç birinə Ermənistanın məhəl qoymadığı qeyd olunub.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

Sənədlərdə son aylarda Ermənistanın məqsədyönlü şəkildə silah və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə artırdığı, yeni müharibəyə hazırlaşmaq üçün hava hücumu sistemini intensiv şəkildə genişləndirdiyi və nəticədə 27 sentyabr tarixindən etibarən Azərbaycana qarşı yeni hərbi təcavüzə başladığı, qəsdən mülki obyektləri və mülki şəxsləri hədəfə aldığı diqqətə çatdırılaraq 94-dən çox mülki şəxsin qətlə yetrilməsi, 407-dən çox mülki şəxsin yaralanması ilə nəticələnən Gəncə, Bərdə və sair şəhərlərin bombalaması qəti şəkildə pislənilir.

Sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Eyni zamanda, sənədlərdə 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatın məhz münaqişəyə son qoymaq məsqədi daşıdığı qeyd olunur, həmin bəyanatın imzalanmasından dərhal sonra istər İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, istərsə də müvafiq qətnamə ilə İtaliya Parlamentinin Deputatlar Palatası tərəfindən alqışlandığı bildirilir.

Bələdiyyələr öz sənədləri ilə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müvafiq müddəalarına istinad edirlər.

Habelə sənədlərdə strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnoloji və səhiyyə sahələrində geniş əməkdaşlığın mövcud olduğu, öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğu, Azərbaycanın həmin ərazilərin bərpası və yenidən qurulması üzrə başlatdığı önəmli strateji planın italyan şirkətləri üçün yeni imkanlar yarada biləcəyi, bütün bu səbəblərə görə və iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün İtaliya hökumətinə müvafiq addımları davam etdirməyə çağırış edilir.

Qeyd edək ki, bundan öncə oxşar sənədlər İtaliyanın Kataniya şəhər Şurası, Kataniya əyalətinin Gravina di Kataniya bələdiyyəsi, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri, Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Avellino əyalətinin Montoro bələdiyyəsi, İserniya əyalətinin Rokkasikura bələdiyyəsi, Milan şəhərinin Korbetta Bələdiyyəsi tərəfindən də qəbul edilib.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin 2020-ci ildəki xarici siyasəti barədə qiymətləndirmələr edib.

“Haber Global” məlumat verir ki, o, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən də söz açıb:

“Aİ ilə münasibətlərimizdə eniş-yoxuş oldu, xüsusilə Yunanıstan, Kiprin Yunanıstan tərəfi və Fransa ilə gərgin bir il oldu. Amma dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkənin sağlam düşüncəsi hakim oldu. Gələn il münasibətlərimizi daha müsbət münasibətlərdə inkişaf etdirməyə hazırıq”.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan “Gələcək Avropadadır” deyəndə Türkiyənin Avropanın bir parçası olduğunu nəzərdə tutub.

“Hamı Avropa ilə yaxşı münasibətlər qurmaq istədiyi kimi, biz də bunu edirik. Prezidentimiz son vaxtlar islahatlara çağırır. Əsasən, xain çevriliş cəhdinə qarşı və islahatlara doğru yönəlmişik.

Türkiyə Aİ-yə daxil olmağa hazırdır. Yanvar ayında Aİ ilə əlaqələrimizin sürətlənəcəyini gözləyirik. Fransa səmimi olarsa, münasibətlərimizi inkişaf etdirməyə hazırıq”, - deyə Çavuşoğlu bildirib. (oxu.az)

“Aralıq dənizinin şərqində bizə heç nə edə bilməyəcəklərini hər kəsə göstərdik. Nə edə biləcəyimizi dost da, düşmən də gördü”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin yekunlarından danışarkən bildirib.

“Qanuni maraqlarımız üçün atdığımız addımın heç də hamını mənun etmədiyini gördük. Ancaq bizim qarşımızda duran əsas hədəf millətimizin maraqlarını qorumaqdır. Aralıq dənizinin şərqidə bunlardan biridir. Bizə heç nə edə bilməyəcəklərini, təkcə Avropa İttifaqına deyil, hər kəsə göstərdik”, - nazir bildirib. (report)

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin komandir müavini, polkovnik-leytenant A.B. həbs edilib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

O, İkinci Qarabağ müharibəsi zamanı 18 hərbçinin ölümünə, birinin yaralanmasına səbəb olan səhv əmr verməkdə ittiham olunur. (report)

Rusiya Aİ-nin sanksiya qərarına belə cavab verdi

Rusiya Avropa İttifaqının (Aİ) sanksiya qərarına cavab olaraq bəzi alman təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbər işçilərinin ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi Berlinin 2015-ci ildə Almaniya Federal Məclisinə edilən kiber hücumda Rusiya izinin olduğunu iddia etdiyi xatırladılıb. Bu vəziyyətin Aİ tərəfindən Rusiyaya qarşı yeni birtərəfli sanksiya paketi üçün bəhanə olaraq istifadə edildiyi vurğulanıb, 22 oktyabr 2020-ci ildə Aİ Şurasının iki Rusiya vətəndaşı və bir rus şirkəti barəsində sanksiya qərarı verdiyi ifadə edilib.

XİN-in açıqlamasında Aİ-nın sanksiya qərarına cavab olaraq Rusiya ərazisinə girişi qadağan olan alman vətəndaşlarının siyahısını genişləndirmək qərarına gəldiyi qeyd edilib.

Rusiyanın Almaniya Müdafiə Nazirliyi sisteminin bir hissəsi olan təhlükəsizlik və kəşfiyyat orqanlarının bəzi yüksək səviyyəli məmurlarının diplomatik qarşılıqlı əlaqə prinsipinə uyğun olaraq giriş qadağası siyahısına daxil edildiyi vurğulanıb.

Xəbər lenti