Sabah Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanacaq.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra açıqlama verib.

Dövlət başçısı imzalanacaq sazişin Gömrük Birliyi sazişindən sonra ən mühüm sənəd olacağını qeyd edib:

“Dekabrın 25-nə olan vəziyyətə görə, ixracatımız 2020-ci ilin yekun hədəflərimizi üstələyərək 166 milyard ABŞ dollarına çatıb. 2021-ci ildən həm Türkiyənin, həm də Böyük Britaniyanın qazanacağı yeni bir dövr başlayır. Yüksək ÜDM-li yatırımlarla mövcud kəsirimizi örtərək xarici maliyyəyə olan ehtiyacımızı azaldırıq”.

Çindən sifariş etdikləri koronavirusa qarşı peyvəndin yeni ildən əvvəl çatdırılacağına ümidvar olduqlarını qeyd edən Türkiyə lideri daha sonra əlavə edib:

“İnşallah ən qısa müddət ərzində yerli istehsal olan birdən artıq dərmanı millətimizin istifadəsinə vermək əzmindəyik”.

Silahları təhvil verməyi və geri çəkilməyi rədd edən erməni silahlı qüvvələrinin yuxarı Qarabağdakı Azərbaycan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 9 noyabr Bəyanatı ilə müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

"Ölkə.Az" xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy çıxış edib.

Aksoy 26 noyabr, 8 və 11 dekabr tarixlərində və son olaraq 27 dekabrda erməni silahlı birləşmələrinin hücumları nəticəsində hərbi və mülki itkilərin olduğunu bildirib.

Atəşkəs rejiminin pozulmasında əsas məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü deyən Aksoy Azərbaycanın erməni silahlı elementlərinin bu təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verdiyini vurğulayıb:

"Ermənistan bölgədə davamlı sülhdə pay sahibi olması üçün gerçəkləri yerində qəbul etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Bundan əlavə, Aksoy şəhid olan hərbçimizə görə Azərbaycana başsağlığı verib. axar.az

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Hadrut ərazisində atışmanın baş verməsi haqqında informasiyanı yoxlayacaqlar.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda atəşin dayandırılmasının rejiminə bütün təmas xətti üzrə riayət edilir.

Tərəflər üzrə barışıq mərkəzi 27 dekabr 2020-ci il tarixdə Tuğ ərazisində avtomat silahların istifadə barədə məlumatları yoxlayır.

Nazirlikdə xatırladıblar ki, dekabrın 28-də əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Kosmik Hava Qüvvələrinin helikopteri ilə iki əsir Bakıya çatdırılıb. Həmçinin Ermənistana dörd əsir qaytarılıb. report

Qarabağ müharibəsində rüsvayçı şəkildə məğlub olan Ermənistanda kapitulyasiyadan sonra da qalmaqallar səngimək bilmir. Belə ki, Ermənistan hökuməti müqavilə əsasında xidmət edən hərbçilərinə onların gözlədiklərinin əksinə maaşlarını yarıbayarı ödəyib.

Bu barədə “Caliber” layihəsinin “Youtube” hesabında “Ermənistanda fərarilər üsyan edir, Xocavənd istiqamətində sahibsiz itlər zərərsizləşdirildi” başlıqlı videosunda qeyd olunub.

Erməni hərbçilər söz verilmiş 250 min dram (520 dollar) əvəzinə, bu pulun yarısını əldə edə biliblər. Üstəlik burada söhbət sadəcə onların maaşlarından gedir, müharibə və ön xətdə xidmətlə bağlı nəzərə tutulmuş əlavə ödənişlər isə heç hesaba belə alınmayıb.

İcevandan olan müqavilə əsasında xidmət edən hərbçilər maaşlarını əlavələrlə alacaqlarını gözləsələr də erməni hökuməti onları yanıldıb.

Qeyd edək ki, Ermənistan rəhbərliyi müharibə dövründə dəfələrlə kütləvi fərarilik halları ilə bağlı açıqlamalar verib. Belə olan halda isə “Caliber” haqlı olaraq məsələnin əsl mahiyyətini ortaya çıxaran belə bir sual verib: “Ermənistan hökuməti nəyə görə öz qorxaq, fərari əsgərinə pul ödəməlidir?”.

“Caliber” həmçinin videoda Xocavənd istiqamətində müzəffər ordumuzun bölmələri tərəfindən erməni əsgərlərinin məhv edilməsinə də yer verib. Qeyd olunub ki, “sahibsiz itlər”in təmizlənməsinə onların ən sonuncusu əsir götürülənə və zərərsizləşdirilənə qədər davam ediləcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək.
Səfərin məqsədi Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etməkdir.

Soçidə keçiriləcək toplantıya Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov rəhbərlik edəcək.

"İki ölkə arasındakı münasibətlərin regional və beynəlxalq inkişafı ilə əlaqədar hərtərəfli fikir mübadiləsi aparılacaq. Görüşün sonunda Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2021-2022 tarixləri üçün Məsləhətləşmə Planı imzalanacaq", - deyə Türkiyə XİN-in açıqlamasında deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər yenidən paytaxt Yerevanda parlamentin qarşısına toplaşıblar.

"Report" xəbər verir ki, polis parlamentin binasını mühasirəyə alıb. Hadisə yerinə əlavə canlı qüvvə cəlb edilib.

Aksiya iştirakçıları binanın tərk edən deputatlara “Ar olsun!” deyirlər, “Nikolsuz Ermənistan!” şüarı səsləndirirlər.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan əraziləri düşməndən təmizləyib.

Noyabrın 10-da Ermənistan məğlub olduğunu qəbul edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı hərbi əməliyyatları tam dayandırmaq barədə birgə bəyanat imzalayıblar.

Noyabrın 10-dan başlayaraq Ermənistanın paytaxtı Yerevan daxil olmaqla, ölkənin bir sıra bölgələrində fasiləsiz mitinqlər, itaətsizlik aksiyaları keçirilir. Nümayişçilər N.Paşinyanın istefasını tələb edirlər.

Ermənistan müxalifəti N.Paşinyanın yerinə ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın namizədliyini irəli sürüb.

N.Paşinyan istefa verməyəcəyini, yalnız xalqın iradəsi ilə vəzifədən gedəcəyini bildirərək növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etmək təklifini irəli sürüb.

Yunanıstanda miqrant uşaqlara bıçaqlı hücum

İrqçi qruplar Yunanıstanın Oreokastro bölgəsində qurulan qaçqın düşərgəsinə hücum olunub. “Qafqazinfo” xəbər verir ki, kütlə əllərində bıçaq, dəmir barmaqlıqlar və çubuqlarla Kilsənin himayəsi altında olan məkanın qarşısında toplaşıb, irqçi şüarlar səsləndirib.

Onlar daha sonra düşərgənin uşaqlar yaşayan hissəsinə hücum ediblər, lakin bunun qarşısı mühafizəçilər tərəfindən alınıb.

Mövzu barədə düşərgənin vəkili Thodoris Karayannis məlumat yayıb. O, hadisə ilə əlaqədar bölgə prokurorluğunda cinayət açıldığını qeyd edib: “Planlı şəkildə nifrət, təbliğat yayan və 12-15 yaş arası uşaqlara şiddət tətbiq etməkdən çəkinməyən insanlardan azyaşlıları qorumalıyıq”.

Qeyd edək ki, sözügedən düşərgədə Suriyadan qaçan əhali yerləşdirilib.

İranda da zəlzələ oldu

İranda zəlzələ qeydə alınıb.  “Qafqazinfo” xəbər verir ki, tektonik sınma Xuzistan əyalətində baş verib. 

Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.  Qeyd olunub ki, ötən gecə 4 bal gücündə olan zəlzələ sözügedən əyalətin Hafkel rayonunda olub. 

Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, ötən gün Türkiyənin Muğla bölgəsində də zəlzələ olmuşdu. 

Pekində fövqəladə vəziyyət elan olundu

Çinin paytaxtı Pekində koronavirusa yoluxanların sayının birdən-birə artması səbəbindən şəhərdə fövqəladə vəziyyət elan olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb. 

Bildirilib ki, yoluxmaların artma səbəbi ilə paytaxtın bütün bölgələri fövqəladə vəziyyətə keçib, virusun aşkarlandığı yaşayış məntəqələri, kəndlərə giriş və çıxışlar məhdudlaşdırılıb. Fövqəladə vəziyyətin elan edilməsi ilə şəhər xaricindəki səyahətlər, kollektiv əyləncə və dini tədbirlər ləğv edilib. Tələbələrinin Pekindən ayrılmamaları barədə göstəriş verilib. 

Ən yüksək yoluxma paytaxtın şimal-şərqində və Pekin Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən Şunyi bölgəsində qeydə alınıb. Aeroport işçilərinin bir qisminin Şunyi bölgəsində yaşadığı da qeyd edilib. 

Bölgədəki 92 laboratoriyada 800 min insanın test ediləcəyi ifadə edilib. 

Rusiya Federasiyasnın Prezidenti Vladimir Putin yaxın perspektivdə özünün peyvənd edilməsindən danışacaq.

Report xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

"O, məhz özü (danışacaq-red) və dedi ki, bunu mütləq özü edəcək. O dedi ki, peyvənd ediləcək, o, belə qərar qəbul edib və bütün rəsmi prosesin tamamlanmasını gözləyirdi", - Peskov telekanalın efirində bildirib.

Xəbər lenti