![]() |
|
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Al Sani və erməni həmkarı Ara Ayvazyan ilə telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Zərif qətərli nazirlə ikitərəfli münasibətlər və regional inkişaf məsələlərini müzakirə edib.
Bölgədəki ölkələrin xaricilərin müdaxiləsi olmadan təhlükəsizlik və sabitliyə töhfə verməli olduğuna diqqət çəkən Zərif ABŞ-ı şübhəli addımlar atmaqda təqsirləndirib.
Zərif Ayvazyanla telefon danışığında isə Qarabağdakı müharibənin bitməsinin bölgə ölkələri arasında çoxşaxəli əməkdaşlığa zəmin yaratdığını qeyd edib.
"HaberTürk" xəbər verir ki, Türk Hava Yollarına məxsus “Boeing 777” tipli təyyarə səhər saatlarında Esenboğa Hava Limanına eniş edib.
İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək. (report)
TASS agentliyi bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnikə istinadən məlumat yayıb.
Vyaçeslav Sıtnik bildirib ki, hücum nəticəsində Rusiyanın üç hərbi polisi yaralanıb.
“Zərərçəkənlər dərhal hərbi xəstəxanaya təxliyyə olunub, onlara lazımi tibbi yardım göstərilib”, - deyə kontr-admiral bildirib.
İngilis telekanalı "Kanal 4"ün xəbər müdiri Laisa Kompton keçirdiyi koronavirusun dəhşətlərindən danışıb.
44 yaşlı Kompton koronavirusun yeni ştammına iki həftə əvvəl yoluxduğunu söyləyib:
"Dekabrın 10-u yağışlı bir gün idi və mən velosiped sürürdüm. Evə qayıdanda bərk öskürürdüm, boğazımda ağrılar var idi və burnum da axırdı. Bunlar koronavirusun əlaməti deyil, özlüyümdə düşündüm ki, yəqin bərk soyuqlamışam. Ancaq xəstəliyin üçüncü günü səhəri dəhşətli baş ağrısı ilə gözümü açdım. Düşündüm ki, başım bu dəqiqə partlayacaq. Bütün günü yataqda qaldım, hətta işıqları da söndürürdüm".
O bildirib ki, 5-ci gündən sonra simptomlar daha da artıb:
"Bədənimdə bütün sümüklərim ağrıyırdı. Dadbilmə və iybilməni də itirdim. Ayaqyoluna belə getməkdə çətinlik çəkirdim, nəfəsim çatmırdı. Nəfəssiz qalmaq məni daha da panik bir vəziyyətə salırdı. Bunları düşündükcə daha da pis olurdum. Xəstəliyin 10-cu günü hamamda huşumu itirdim və ayılanda özümü xəstəxanada gördüm. Qısacası söyləyim ki, bu virus çox dəhşətli və qorxuncdur", - deyə jurnalist bildirib. (sfera.az)
İspaniyada koronavirus peyvəndi olmaqdan imtina edən vətəndaşlar qeydiyyata alınacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Salvador İlla məlumat verib.
Qeydiyyat nəticələrinin xalqa açıq olmayacağını, Avropa İttifaqı üzvü ölkələrlə paylaşılacağını ifadə edən İlla məlumatların qorunmasına həssas yanaşacaqlarını vurğulayıb. Bundan əlavə, o, peyvənd prosesinin dekabrın 27-də başladığını, fevral ayının sonuna qədər 2 milyon yarım insanın peyvəndləmədə iştirak edəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, İspaniya koronavirusdan ölüm sayına görə Avropada 5-ci yerdədir.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərinə gedib.
Oxu.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
Çavuşoğlu Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak edəcək.
Belarusda Rusiya istehsalı “Sputnik V” preparatı ilə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki , bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.
Peyvəndin ilk partiyasının bu gün Belarusa gətirildiyi bildirilib.
“Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin “Sputnik V” preparatı ilə koronavirusa qarşı kütləvi peyvəndlənməyə başladığını elan etdi”,- deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Belarus Rusiyadan sonra “Sputnik V”ni rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.
Xatırladaq ki daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa inanmadığını və peyvənd olunmayacağını açıqlamışdı.
Avropa İttifaqı Rusiyanın öz istehsal etdiyi peyvənd istisna digər vaksinlər barədə dezinformasiya yaydığını iddia edib.
“Qafqazinfo” xəbər verir ki, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel internetdə dezinformasiya ilə mübarizənin vacibliyi barədə açıqlama verib.
Borel Rusiyanın öz vaksinini yeganə çıxış yolu kimi təqdim etdiyini və digərlərinə qarşı inamsızlıq yaratmağa çalışdığını bildirib: “Qərb peyvəndi istehsalçıları Rusiyanın dövlət nəzarətindəki KİV tərəfindən lağa qoyulur. Bu, bəzən insanların meymuna çevriləcəyi ilə bağlı gülünc iddialara səbəb olur. Görünür, belə ritorika Rusiyanın öz peyvəndi “Sputnik V”ni satmaq istədiyi ölkələrə yönəlib. Epidemiyada bu cür əsassız şübhələri təşviq etmək cəhdləri xalqın sağlamlığını təhdid edir”.
Dezinformasiya metodunun yeni olmadığını, lakin internet sayəsində indi daha sürətli yayıla biləcəyini söyləyən Borel “Rusiya və Çin kimi bəzi dövlətlər aktiv olaraq bu cür fəaliyyət göstərir, demokratik sistemlərimizi sarsıtmağa çalışırlar”,- deyə vurğulayıb.
Dünyada ana və körpə ölümlərində ciddi artım olduğu açıqlanıb.
Oxu.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanalarda uşaqların ölü doğulması nisbətinin dörd qat artdığı bildirilib.
Birləşmiş Krallıq Milli Statistika Bürosunun verdiyi məlumata görə, uşaqların ölü doğulmasında normaldan altı qat artım var.
İtaliyada yazda uşaqların ölü doğulması üç dəfə artıb. Nepalda, Hindistandan İrana, Pakistandan Peruya, Banqladeşdən Braziliya da daxil olmaqla demək olar ki, bütün dünyada uşaqların ölü doğulmasının artdığı müşahidə edilib.
Bəzi həkimlər uşaqların ölü dünyaya gəlməsində artımın koronavirusla əlaqəli olduğu fikrini irəli sürüblər. Ancaq bunun belə olmadığı ortaya çıxıb.
Bu, pandemiya ilə əlaqədər hamilələrin vaxtlı-vaxtında həkim müayinəsinə getməmələri ilə əlaqələndirilib.
"Ermənistan bölgədə davamlı sülhün dəstəkçisi olmaq üçün reallığı qəbul etməli və üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy deyib.
"Dağlıq Qarabağda silahı yerə qoymayan və geri çəkilməkdən imtina edən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun bölmələrinə etdiyi mənfur hücumu qınayırıq. Bu, ermənilər tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
H.Aksoy bildirib ki, üçtərəfli bəyanata imza atan Ermənistan bütün silahlı dəstələrinin geri çəkilməsinə və atəşkəs rejiminə riayət edilməsinə görə məsuliyyət daşıyır. Rəsmi Yerevan bu öhdəliyini dərk etməlidir.
"Ermənistan silahlı qüvvələrinin daha əvvəl - 26 noyabr, 8 və 11 dekabr tarixlərində, nəhayət 27 dekabrda baş verən hücumları nəticəsində hərbi və mülki şəxslər həlak oldu, bir neçə nəfər xəsarət aldı. Azərbaycan tərəfi erməni silahlılarının bu təxribatlarına özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verib. Bu mənfur hücumlarda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, - Hami Aksoy əlavə edib.