Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib.

Qafqazinfo xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni Baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu Paşinyanın nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamaması və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməməsi və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmaması xüsusilə təəccübləndirib.

“Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin Prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, - deyə Makron bildirib. O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. “Qraparak” isə yazır ki, “bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi”. 

Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.

İslam İnqilabı Keşikçiləri Korpusu öz ərazisindən İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib.

 APA xəbər verir ki, bunu İran mənbələrinə istinadən Küveytin “Əl-Qabas” qəzeti xəbər verir.

Nəşrin məlumatına görə, İraqa ötürülən Ərəş raketləri İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinə aiddir və dəqiq idarə olunan qısa mənzilli raketlərdir.

Pilotsuz təyyarələrə gəldikdə isə, mənbələr bunun İranda istehsal edildiyini, İraqın cənub əyalətlərindəki xüsusi qorunan obyektlərə yerləşdirildiyini söyləyirlər.

Qəzetin yazdığına görə, raketlər İrana yaxın İraq silahlı qruplaşmalarına aid yerlərdə və düşərgələrdə yerləşdirilib.

Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun qarşıdakı bir neçə həftə içərisində yalnız İraqdakı deyil, bölgədəki bəzi digər ölkələrin hədəflərinə raket və insansız zərbələr endirə biləcəyini vurğulayıb.

Mənbələr bu hücumların ABŞ Prezidenti Donald Trampın vəzifəsindən getməsindən və yerinə Co Baydenin gəlməsindən sonra baş verə biləcəyini iddia edirlər.

Daha əvvəl Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni forması İsveçrədə müəyyən edilib.

Report məlumatına görə, bu barədə ölkənin federal səhiyyə departamenti xəbər yayıb.

Qeyd olunub ki, Sürix Federal Politexnik Məktəbi koronavirus testi müsbət çıxan təxminən 500 nümunəni araşdırıb:

“İki nümunədə koronavirusun Cənubi Afrikada tapılan yeni forması aşkar edilib. Şəxslərdən biri İsveçrənin Şviç kantonunda yaşayır, digəri isə qonşu Fransa sakinidir. Hadisə ilə bağlı Federal Səhiyyə Ofisi Şviç və Fransa səlahiyyətlilərinə məlumat verib”.

Böyük Britaniyada dekabrın ortalarında aşkar edilmiş koronavirusanın yeni mutasiyası isə İngiltərədən Norveçə gələn iki nəfərdə tapılıb. Hər iki şəxs təcrid olunub. Norveç 29 dekabra qədər Böyük Britaniya ilə aviareysləri müvəqqəti dayandırıb.

Bundan başqa, virusun Britaniya “ştammı” Portuqaliyada da aşkar edilib. Belə ki, koronavirusa yoluxan şəxs Böyük Britaniyadan Portuqaliyanın Madeyra adasına gəlib.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 80 160 183 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 756 365 nəfərə çatıb.

Bu barədə koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.

Qeyd olunub ki, infeksiyaya yoluxan 56,4 milyon pasiyent sağalıb.

Hazırda koronavirusdan 21 971 032 nəfər müalicə alır, 105 889 pasiyentin vəziyyəti ağırdır.

İqtisadi böhran yaşayan Ermənistan 2021-ci ildən etibarən Türkiyə mallarını idxal etməyəcək.

Baku TV xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlir Komitəsinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, idxal qadağasına gömrük işçiləri nəzarət edəcək. Qadağa dekabrın 31-dən qüvvəyə minəcək. Yalnız dekabrın 31-dək bütün gömrük əməliyyatlarını keçən mallar ölkəyə idxal olunacaq.

Komitədən bildirilib ki, qadağa  malların hansı ölkədən gətirilməsindən asılı olmayaraq, tətbiq ediləcək. Bu, Gürcüstan, Rusiya və Avropa ölkələrinə də aid edilir. Qoyulan qadağa altı ay müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Ermənistan son illərdə Türkiyədən təqribən 250 milyon dollarlıq mal idxal edib.

Oktyabrın 19-da Qarabağda gedən döyüşlərdə öldürülən Ermənistan ordusunun əsgəri Aren Mirzoyanın atası oğlunun ölümündə günahkar olanların mühakimə olunması iddiası ilə məhkəməyə müraciət edəcəyini bildirib.

Bu barədə Ermənistanın panorama.am saytı məlumat yayıb.

Ordumuz tərəfindən məhv edilmiş erməni əsgərin atası bildirib ki, Ermənistan ordusunda hər şey çox bərbad və fərasətsiz şəkildə təşkil olunub.

“Hər gün məni qəzəbləndirən və dəhşətə gətirən yeni hallar üzə çıxır, daxilim qəzəblə doludur”, - deyə oğlunu itirən valideyn qeyd edib.

Oğlunu itirən Ermənistan vətəndaşı Araik Arutyunyanı və Nikol Paşinyanı özlərini təsdiq edə bilməyən bacarıqsız insanlar adlandırıb.

“Mən hadisələrin mərkəzində idim, bədbəxtliyimiz o dərəcəyə çatdı ki, heç nəyi düzgün icra edə bilmədilər. Bütün bunların nəticəsində ən qiymətli şeyimi itirdim, onları məhkəməyə verəcəyəm”, əsgərin atası qeyd edib.

Oğlunu itirmiş erməni əlavə edib ki, Ermənistan ordusunda “fantastik” özbaşınalıq hökm sürüb və onun ölkəsi bu vəziyyətdə qalib gələ bilməzdi.

Hindistan yalnız bütün dünya üçün dərmanlar deyil, həm də "superbakteriyalar" da istehsal edir. 

Qaynarinfo xəbər verir ki, bu haqda İlya Kolmanovski YouTube kanalında 2020-ci ilin əsas elmi kəşfləri haqqında danışarkən deyib.

Tibb sahəsindəki işlər arasında o, təkcə koronavirus əleyhinə peyvəndlərin inkişafını deyil, həm də "təhlükəli mikrobların bütün icad edilmiş antibiotiklərə qarşı müqavimət göstərən dünya fabriki" açan isveçli alim Yoakim Larsenin elmi işini xüsusi vurğulayıb. O, Çinlə birlikdə əczaçılıq sənayesinin əsas istehsalçısı olan Hindistana gedib. Müqəddəs Hindistan çayının Qodavari suyunu araşdıraraq, içindəki antibiotik konsentrasiyasının normadan xeyli artıq olduğunu müəyyən edib.

Orada antibiotiklərin miqdarı nüalicə alan bir insanın qanındakından daha yüksəkdir. Bunun səbəbi antibiotik və tullantı məhsulları birbaşa çaya tökən vicdansız fabriklərdir. Onlar həm də yeraltı sulara hopur və yerli sakinlərin içməli su tələbatını ödəyən su quyularına daxil olurlar.

Bununla yanaşı, mikrobioloqlar müqavimət geninin insan bağırsağında yaşayan və liflərin həzmində kömək edənlər kimi, antibiotiklərlə, ümumi zərərsiz bir mikrobla "zəhərlənməmiş" və ya hətta faydalı bir təhlükəli mikrobdan keçə biləcəyini müəyyən ediblər.

Təhlükəsiz mikroblar öz növbəsində bu antibiotik müqavimət genlərini digər daha təhlükəli mikroblara keçirə bilərlər.

Hindistandakı vəziyyətin təkcə Qodavari çayı yaxınlığındakı bu bölgənin sakinləri üçün fəlakətli olmadığı ortaya çıxıb. Yerli əhalinin ölüm nisbəti yüksəkdir - heç bir antibiotik onlara xəstəliklərdən kömək edə bilməz. Amerikalı bir turistin Hindistanda ayağını sındırması, evə qayıtması və 7 aydan sonra bakterial xəstəlikdən ölməsi hadisəsi artıq məlumdur.

Son nəsil ən güclü antibiotiklərdən heç biri ona kömək edə bilmədi – o özü ilə super davamlı bakteriyaların genlərini gətirmişdi. Kütləvi turizm sayəsində bu cür genlər Covid-19 kimi dünyaya çox sürətlə yayılırlar.

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma noyabrın 10-da əldə edildi. Müharibədən sonra atəşkəs davamlı görünür. Ermənistan sərhədini bir santimetr belə keçməyən Azərbaycan bütün hərbi əməliyyatları öz ərazisində həyata keçirərək, yeddi rayon, eləcə də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri də daxil olmaqla 30 ilə yaxın idi ermənilərin işğalı altında olan ərazilərini azad etdi. Bu rayonlardan üçü - Ağdam, Kəlbəcər və Laçın razılaşmaya əsasən ermənilər tərəfindən geri qaytarıldı.

 AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Agoravox” portalında dərc olunmuş “Azərbaycan və Ermənistan üçün sülh” adlı məqalədə yer alıb.

Alən Rumestanın müəllifi olduğu məqalədə deyilir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və sülhün təminatçısı olan beynəlxalq hüquqa əsasən Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxmasını tələb edirdi. Ən azı 800 min azərbaycanlı 30 ilə yaxındır öz ölkələrində didərgin düşmüş, işğal altında olan torpaqlarını tərk edərək, ölkənin digər rayonlarına və paytaxt Bakıya getmək məcburiyyətində qalmışlar. Bu gün onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər.

Məqalədə qeyd edilir ki, belə bir vəziyyətdə Fransada əsl “müharibə qızışdırıcısı” kampaniyasının aparılması vəziyyəti pisləşdirə bilər. Bu müharibə qızışdırıcıları münaqişənin yenidən başlayacağına ümid edirlərmi? Halbuki münaqişə hər iki tərəfdən çox sayda qurbanlara səbəb oldu. Hətta Fransada bəziləri bu qızışdırıcı kampaniyada din amilindən də istifadə edib, İslama qarşı kəskin fikirlər səsləndiriblər. Halbuki Ermənistan və Azərbaycan arasında baş verənlərin dini qarşıdurma ilə heç bir əlaqəsi yoxdur.

Müəllif münaqişədən xəbəri olmayan bəzilərinin gülünc iddialar səsləndirməkdən də çəkinmədiklərini bildirir. Qeyd edir ki, həmin adamların ortaq cəhəti münaqişə ilə bağlı yanlış məlumatlara malik olmaları, reallıqdan uzaq olmaları və ən əsası, tərəflərdən birinin mövqeyini görməzlikdən gəlmələridir. Ancaq daha təhlükəsi isə nifrət kontekstində fikirlər səsləndirmələridir.

Müəllif Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qətnaməsinə də toxunaraq dünyada ilk dəfə olaraq belə bir addımın atıldığını, 30 ildə heç bir dövlətin bu “respublika”nı tanımadığını diqqətə çatdırır.
Məqalədə vurğulanır ki, Azərbaycan dünyəvi ölkədir, burada müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə, qarşılıqlı hörmət əsasında tam harmoniyada yaşayırlar. Azərbaycandakı baş ravvin İsveçrənin bir qəzetində yazır ki, bu ölkədə sinaqoqlar, kilsələr, məscidlər yan-yana düzülüb və mükəmməl vəziyyətdə saxlanılır. Küçədə istədiyimiz geyimlə gəzirik, dinimizə, etiqadımıza uyğun hərəkət edirik. Azərbaycan Şərqdə ilk dünyəvi respublikadır, 1918-ci ildə qadınlara ilk dəfə səsvermə hüququ verilib. Fransada isə bu hüquq 1945-ci ildən başlayır. Azərbaycanda qadınlar sahibkar, mühəndis, siyasətçi kimi fəaliyyət göstərirlər.
Müəllif, həmçinin Fransanın Orn departamentində X və XII əsrlərə aid yeddi kilsənin, Strasburq katedralının, Vatikandakı Müqəddəs Pyotr bazilikasının, Romadakı Müqəddəs Sebastian katakombalarının bərpasının maliyyələşdirilməsində Azərbaycanın rolunu qeyd edir. Bildirir ki, Roma papaları II İohan Pavel və Fransisk tolerantlıq baxımından nümunəvi ölkə olan Azərbaycana səfər edib, buradakı dini tolerantlığı təqdir ediblər. Turistlər Bakının mərkəzində bərpa edilmiş erməni kilsəsini ziyarət edə bilərlər. Üstəlik, minlərlə erməninin Azərbaycanda mehriban şəraitdə yaşadığını da qeyd etmək lazımdır. Bakıda dünyanın hər yerindən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən Ümumdünya Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumları keçirilir.

Məqalədə qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransada saxta xəbərlər yayıldı. Yanlış olaraq guya Azərbaycanın xristian sivilizasiyasının izlərini məhv etmək istədiyi bildirildi. Fransa ədalətli vasitəçi, Minsk qrupunun həmsədri kimi nüfuzunu itirdi və Azərbaycanda ictimaiyyət Fransanın Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etdi. Fransız deputatların qətnaməsi Azərbaycanda böyük narazılıqla qarşılandı və onların bu cür addımlarının bölgədə sülh və təhlükəsizliyə qarşı olduğu bildirildi.

Məqalədə deyilir ki, haradan gəlməsindən asılı olmayaraq, bütün nifrət çıxışlarının nəticələri çox pis olur, bu, ermənilərin və azərbaycanlıların keçmişdə olduğu kimi birlikdə yaşamaq imkanlarına da mane olur. Fransada olan qərəzlilik isə nifrəti yenidən canlandırmağa xidmət edir. Bu, çox təhlükəlidir.

Yerevanda məhkəmə müxalif mövqedə olan, bir gün əvvəl zorakılıq çağırışlarında şübhəli bilinərək saxlanılmış Ermənistan Polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi, polkovnik Sayat Şirinyanı həbsdən azad edib.
 
Bu barədə onun vəkili Aram Vardevanyan bildirib.
 
Bundan başqa, "168.am” onlayn resursunun məlumatına görə, cümə axşamı Yerevan məhkəməsi həmçinin "zorakılığa ictimai çağırış, zorakılığa ictimai bəraət və zorakılığın təbliğatı” maddəsi üzrə şübhəli bilinərək saxlanılmış müxalif "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyanı da azad edib. Bu maddə üzrə maksimum azadlıqdan 1 il məhrum edilmə cəzası nəzərdə tutulur.
 
Yerevanda müxalifətin aksiyaları keçirilir. Aksiyaların iştirakçıları Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalamış baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. (Report)
Brüsseldə Qarabağla bağlı qərar layihəsi

Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya bildirilib ki, Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub. İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.

Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.

Xəbər lenti