|
“HaberGlobal”ın məlumatına görə, bu səbəbdən ölkə ərazisində bayraqlar yarıyadək endirilib.
Koronavirusdan həyatını itirən vətəndaşlar bir dəqiqəlik sükutla yad olunub.
Son məlumatlara görə, İtaliyada bu virusdan 12 428 nəfər ölüb. Onlardan 66-sı həkimdir.
Çinin rəsmi xəbər agenti ''Xinhua''da yer alan xəbərə görə həkimlər Hubeydə koronavirusa yoluxan yeni xəstə aşkarlayıblar. Onlar bildiriblər ki, virusun aşkarlandığı xəstə Vuhan əyalətinin sakini deyil və o şəhərə başqa ərazidən daxil olub. Belə ki, Vuhanın yerli sakinlərindən heç birində COVİD-19 virusu aşkarlanmayıb.
Bu dəqiqələrdə rəsmi statistika dünyada koronavirusa yoluxanların sayının 859 796 nəfərdən çox olduğunu göstərir. Bu dəhşətli virusdan ölənlər sayı isə 42 341 nəfəri ötüb.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 189 618 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 5 896 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyada 105 792 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 12 428 nəfərə yüksəlib.
İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 8 464 nəfər olub.
Fransada yoluxma sayı 52 836 vəfat edənlərin sayı isə 3 532 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 2 898 nəfərdir.
Digər ölkələrdə isə ölüm sayı İngiltərə 1793, Türkiyədə də bu rəqəmlər artaraq 214 nəfər olub. Yoluxma sayı isə 13 531 nəfərdir.
Bu barədə məlumatı federal və ABŞ hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti yayıb.
Verilən məlumata görə, 24 saat ərzində 865 insan həyatını itirib.
Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin ümumi sayı 4079, virusa yoluxanların sayı isə 189 618 nəfərə çatıb.
10 gün əvvəl aktyor öskürəkdən əziyyət çəkdiyi üçün həkimə müraciət edib. Bu səsəbdən aktyor əvvəl xəstəxanaya daha sonra reanimasiyaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, Turhan Kaya həyatını itirib. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini bildirib.
Verilən məlumatlara görə, test artıq sınaqdan keçirilib və Rusiyada istifadə olunmaq üçün qeydiyyata alınıb.
Bundan başqa yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər oxşar viruslardan ayırmaq imkanı da yaradacaq.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Çinin Uhan şəhərində bir cənazə evinin ölülərin küllərinin saxlandığı qablardan 5 min ədəd sifariş verməsi məlumatı yayılan iddiaları daha da gücləndirib.
İddialara görə, Çində virusdan ölənlərin sayının 40 mindən çox olduğu bildirilir.
Qeyd edək ki, rəsmi statistikaya görə, ölkədə koronavirusdan ölənlərin sayı 3309 nəfərdir.
Koronavirus gündəlik ölüm sayına görə infeksiyalı xəstəliklər arasında birinci olub. Daha ''Qorxulu deyil, az öldürücüdür'' sözləri aktual deyil.
Qeyd edək ki, koronavirusa yoluxanların sayı 786 mini keçib.
Bunu Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık açıqlayıb.
Belə ki, reanimasiyada yatan xəstələrə virusa qalib gəlmiş şəxslərdən götürülən qan köçürüləcək.
"Koronavirus Çində ortaya çıxdığı gündən bəri müşahidələr aparırıq. Bir fövqəladə vəziyyət mərkəzi qurmuşuq. Koronavirus pandemiyası bioloji təbii fəlakətdir. Biz isə bunun öhdəsindən sağalan xəstələrlə birlikdə gələcəyik. Hacettepe Universiteti, Qızıl Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Elmi Qurumu ilə birlikdə layihələr həyata keçiririk. Əslində, bu 50 ildir həkimlərimizin bildiyi bir metoddur. Xəstəliyi keçirmiş və sağalmış, son 2 həftədə qanında virus olmayan könüllü qanverənlərdən plazmalar götürürük. Maye hissəsini alınb digər qismini geri veririk. Plazma immunoqlobin var. Bu da ölümün uçurumunda olan, tənəffüs çatışmazlığı yaşayan vətəndaşlarımızı sağaldacaq. Prosesə gələn həftədən başlayacağıq", - Kınık bildirib. (publika.az)
“Bu dəqiqələrdə rəsmi statistika dünyada koronavirusa yoluxanların sayının 722 435 nəfərdən çox olduğunu göstərir. Bu dəhşətli virusdan ölənlər isə 33 997 nəfərdən çoxdur.
Yoluxma sayına görə ABŞ dünyada birinci yerdə durur. Ölkədə durmadan artan yoluxma bu dəqiqələrdə rəsmi məlumatlara görə, 143 025 nəfərə çatıb. Xəstəlikdən ölənlər isə 2 509 nəfərdən çoxdur.
Virusun tuğyan etdiyi İtaliyada 97 689 nəfər COVİD – 19-dan əziyyət çəkir. Ölüm sayı isə rekord həddə 10 779 nəfərə yüksəlib.
İspaniyada isə bu səbəblə dünyasını dəyişənlər 6 803 nəfər olub.
Fransada yoluxma sayı 40 723, vəfat edənlərin sayı isə 2 611 nəfərə yüksəlib.
İranda bu saatda koronavirusdan ölənlər 2 640 nəfərdir.
Digər ölkələrdə isə ölüm sayı İngiltərə 1 231, Türkiyədə də bu rəqəmlər artaraq 131 nəfər olub. Yoluxma sayı isə 9 217 nəfərdir.