|
APA xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin “Koronavirus tədbirləri” çərçivəsində etdiyi elanda bu barədə bildirilib.
Nazirlik elan edib ki, dünyada böyük təlaş yaradan və Ümumdünya Səhiyyə Təşkilatının pandemiya olaraq elan etdiyi koronavirus (COVID-19) infeksiyasının Türkiyədə yayılma təhlükəsinin qarşısını almaq üçün ölkənin 81 şəhər valiliyinə göstəriş verilib ki, gecə klubları, diskoteka, bar və pavilyonların fəaliyyəti dayandırılsın.
Nazirlikdən bildirilib ki, qərarın icrası valiliklər, bələdiyyələr, digər yerli dövlət qurumları və hüquq mühafizə orqanlarının nəzarətində olacaq.
Sayrışan işıqları yandırılmış halda son sürətlə hərəkət edən və işıqforun qırmızı işığında keçən təcili yardım maşını taksi ilə toqquşub.
REN TV dəhşətli qəzanın görüntülərini yayımlayıb.
Kadrlardan görünür ki, qəzadan sonra təcili yardım maşını aşır və bu halda metrlərlə sürüklənir.
Məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. Qəza nəticəsində təcili yardım maşınında olan üç nəfər xəsarət alıb.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb.
Bu ilin fevral ayında Cənubi Koreyada avtomobil istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,4% azalaraq 189 min təşkil edib.
Yol-xeber.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Cənubi Koreyanın Sənaye, Ticarət və Energetika Nazirliyi bu cür kəskin azalmanı koronavirus epidemiyası səbəbindən Çindən ehtiyat hissələri və komponentlərinin tədarükündə problemlərin olması ilə izah edir. Bu, həmçinin birbaşa olaraq istehlakçıların “əhvalına” da təsir edib. Bundan əlavə, ölkədə avtomobil zavodları müvəqqəti olaraq dayandırılıb.
Nəticədə, daxili bazarda satışlar 18,8% azalaraq 97 min avtomobil təşkil edib. Bununla belə, epidemiya konkret olaraq 33 min vahid azalmaya səbəb olub. Ölkənin fevralda avtomobil ixracı 25% azalaraq 123 minə enib.
Qeyd edək ki, Cənubi Koreya (Çin istisna) Asiyada koronovirusa yoluxmuş insanların sayına görə liderdir – virusa təxminən 8 min adam yoluxub.
Türkiyədə koronavirusa ikinci yoluxma halı müəyyən edilib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də açıqlama verib:
“Dünən gecə başa çatan test çox pis bir nəticə verdi. Daha bir xəstəmiz var”.
Xatırladaq ki, Türkiyədə “Covid-19” ilk dəfə martın 11-i bir kişidə müşahidə edilib və şəxs karantin altına alınıb. /Cebhe.info/
“Koronavirusu Çinin Uhan şəhərində ABŞ ordusunun yaydığı istisna deyil. Şəffaf olun. Məlumatlarınızı ictimaiyyətə açıqlayın. ABŞ bizə açıqlama vermək məcburiyyətindədir”.
Çin XİN-in mətbuat katibi Kao Lusien sosial media hesabında belə yazıb. O, hələ bir neçə ay əvvəl ABŞ-dan olan həkim Robert Redfieldin bəzi amerikalıların “Kovid-19”virusundan öldüyü barədə açıqlamasını xatrıladıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın koronavirusu “Uhan virusu” adlandırması Çinin etirazına səbəb olub. Rəsmi Pekin bəyan edib ki, virusun ilk olaraq Uhan şəhərində meydana çıxması onun mənbəyinin Çin olduğu anlamına gəlmir. /Medicina/
Kanadanın baş naziri Castin Tryudonun xanımı koronavirusa yoluxub.
TASS xəbər verir ki, bu barədə Kanadanın hökumət başçısının mətbuat katibi Kemeron Əhmədin xəbərində deyilir.
"Sofi Qrequar-Tryudo həkimlərin tövsiyələrindən sonra COVID-19 testindən keçdi. Nəticələr müsbət oldu", - o deyib. Əhmədin sözlərinə görə, baş nazirin həyat yoldaşı ətrafdan təcrid ediləcək.
Qeyd edilir ki, baş nazir Tryudo özünü yaxşı hiss edir və onda koronavirus əlaməti yoxdur. Amma onun xanımı 14 gün ərzində ev karantinində olacaq.
Koronavirusa görə Taylanda səfər edən turistların sayı azalıb. Meymunlar onları bəsləyən turistlər olmadığından ac qalaraq, şəhərə hücum ediblər. Məbədin çoxsaylı meymunları qida tapmaq üçün küçələrə axışıblar. Küçədə tapdıqları banan üstündə meymunlar bir-birləri ilə dalaşıb. Onlar gün ərzində qrup halında şəhərdə gəzərək yemək axtarışında olublar.
Belə ki, koronavirus səbəbi ilə ölkəyə gələn turistların sayı 44 faiz azalıb.
Cümə axşamı 7 nəfər virusdan vəfat edib, 1 318 adam isə xəstəlikdən tam sağalıb.
Son məlumatlara görə Çində cəmi 80830 nəfər COVİD-19-a youxub. Xəstəlikdən 3176 nəfər vəfat edib, 64 mindən çox insan sağalıb.