Daha 3 ölkə kütləvi peyvəndlənmə tarixini açıqladı

Avropanın əksər ölkələri dekabrın sonundan etibarən koronavirus peyvəndini tətbiq etməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Fransanın Baş naziri Jan Kasteks bu ayın sonunda ölkədə yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin vurulmasının başlayacağını bildirib. O, 100 milyon insan üçün 200 milyon doza peyvənd sifariş etdiklərini açıqlayıb.

İlk mərhələdə 1 milyon yaşlı insanın peyvəndlənəcəyini ifadə edən hökumət rəhbəri prosesin 6- 8 həftə davam edəcəyini söyləyib. Kasteks ikinci mərhələdə riskli qrupdakı təxminən 14 milyon insana vaksin vurulacağını bildirib.

Üçüncü və son mərhələdə, yazın sonlarında əhalinin qalan hissəsi peyvəndlənəcək.Bildirilib ki, hər kəsə 21 günlük aralıqlarla iki doza peyvənd veriləcək. 

Almaniya isə vaksinlərin tətbiqinə 27 dekabr tarixində başlayacaq. İlkin mərhələdə istehsal etdikləri “BioNTech” firmasının vaksini qocalar evinin sakinlərinə vurulacaq.

Almaniyada peyvəndin istifadəsi üçün Avropa Dərman Agentliyinin (EMA) təsdiqi lazımdır. Bu təsdiqlənmənin isə 10 gün ərzində reallaşacağı qeyd olunub.

Polşa isə kütləvi peyvəndin vurulmasına yanvar ayında başlayacaq. Bu barədə ölkənin Baş naziri Mateuş Moravetski məlumat verib. Qeyd olunub ki, hökumət 60 milyon vaksin sifariş verib.

38 milyonluq ölkədə ilk növbədə səhiyyə, təhlükəsizlik işçiləri və qocalar evinin sakinləri peyvənd olunacaq.

“Rusiya daxili işlərimizə radikal şəkildə qarışır”

Bosniyanın Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbeqoviç Rusiyanın Bosniya və Herseqovinanın daxili işlərinə radikal bir şəkildə qarışdığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrovun ölkəyə mübahisəli ziyarətini şərh edərkən bildirib.

İzetbeqoviç Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiç və boşnak üzvü (müsəlman slavyanlar) Şefik Caferoviçin ölkədə rəsmi səfərdə olan Lavrovla görüşdən imtina etmələrinin arxasında onun durması barədə iddiaları da təkzib edib.

“Lavrovun səhvi Bosniya və Herseqovinanın simvol və qanunlarına hörmət etməməsidir. Bu davranışına görə çox siyasətçilərimiz onunla görüşdən imtina etdi”,- deyə partiya lideri bildirib.

Qeyd edək ki, Lavrov dekabrın 14-də Bosniya və Herseqovinaya rəsmi ziyarətə gedib, serb nümayəndələri ilə görüşüb. Lakin həmin görüşdə Bosniya və Herseqovinayanın bayrağı qoyulmayıb. Bu da hörmətsizlik kimi qəbul edilib.

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər dekabrın 22-də ümumi tətil təşkil etməyi, kütləvi etiraz aksiyaları keçirməyi və hökumət binasını mühasirəyə almağı düşünürlər.
APA xəbər verir ki, bunu müxalif “Daşnaksutyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Sağatelyan yürüş zamanı bildirib.

“Çərşənbə axşamı (22 dekabr - red.) bütün ölkə ərazisində ümumtətil və kütləvi etiraz aksiyalarına başlayırıq, saat 12:00-da hökumət binasını mühasirəyə alacağıq”, - Sağatelyan belə deyib.

ABŞ-ın Alyaska ştatından olan tibb işcisinə yerli “Pfizer” şirkəti və onun “BioNTech” alman partnyoru tərəfindən hazırlanmış koronavirus peyvəndi vurulub və sonra onda güclü allergik reaksiya yaranıb.

Report xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, tibb işcisi xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir.

Şirkət nümayəndələri hələ ki, hadisəni şərh etməyiblər.

Fransada bu gecə bir qadağa bitir, yenisi başlayır

Bu gecədən etibarən Fransada komendant saatı tətbiq ediləcək.

“Qafqazinfo” xəbər verir ki, koronavirusa qarşı mübarizə çərçivəsində 30 oktyabrda başlayan küçəyə çıxma qadağası bu gecə bitdikdən sonra komendant saatı başlayacaq.

Vətəndaşların saat 20:00 və 06:00 arasında küçəyə çıxmasına icazə verilmir.

Məhdudiyyətlər çərçivəsində teatr, kinoteatr, restoran və barlar qapalı qalmağa davam edərkən, vətəndaşlar komendant saatlarında icazə ilə çölə çıxa biləcəklər. İş və sağlamlıq problemləri olan, əlillərə kömək edən və ev heyvanlarını gəzdirənlər qadağadan azad ediləcək.

Qadağaya tabe olmayanlar isə 135 avro cərimə ediləcək.

Rusiyalı teleaparıcı, model, bloqer və iş qadını olan Viktoriya Bonya qalmaqallı çıxışı ilə gündəm olub.

Oxu.az məlumatına görə, o, Ümumdünya Səhiyyə Təşkilatını qadınların sterilizasiyasında ittiham deyib.

“Onların hamısı lənətə gəlsin, murdar məxluqlardır”, - deyə Viktoriya “Instagram” hesabında yazıb.

Belə ki, o, ABŞ-Almaniya peyvəndi “Pfizer” haqqında araşdırma aparıb və öyrəndikləri onda böyük narahatlıq yaradıb.

“Məlum oldu ki, peyvənddə ən ağır metallarla yanaşı qadınlarda sonsuzluğa səbəb olan protein komponentləri də var. Əslində bütün bu peyvəndlər sterilizasiyadır”- deyə model bildirib.

Viktoriya təhlükəli peyvənd istehsalında Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının iştirak etdiyinə inanır.

O, həmçinin “Microsoft Corporation”ın qurucusu Bill Qeytsi də tənqid edib:

“Artıq Afrikadakı qadınları papilloma virusuna qarşı peyvəndlərlə bu şəkildə sterilizasiya ediblər. Çox sayda insan sterilizasiya edildi, hamısına sponsorluq edən və maliyyələşdirən bəşəriyyətə qarşı cinayətdə günahkar hesab etdiyim alçaq Bil Qeytsdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Pfizer” peyvəndinin sınaqları zamanı altı könüllünün öldüyü bildirilmişdi. Sonradan daha dörd nəfərin üz iflici olduğu məlum oldu.

Eyni zamanda, rusiyalı alimlərin fikrincə “Pfizer” peyvəndi ciddi allergik reaksiyalara səbəb ola bilir.

Peyvəndi tapan türk həkimlər “ilin adamları” seçildilər

İngiltərənin nüfuzlu “Financial Times” nəşri “ilin adamları”nı açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən statusun sahibləri bu dəfə koronavirus peyvəndini ixtira edən, əslən Türkiyədən olan həkimlər- Uğur Şahin və Özlem Türeci cütlüyü olub.

Xatırladaq ki, Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanmışdı.

Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.

Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu

Belçikada qocalar evini ziyarət edən “Şaxta baba” 118 nəfərin yeni növ koronavirusa yoluxmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Antverpen şəhərində qeydə alınıb. Milad ərəfəsində keçirilən kiçik bayram şənliyinə “Şaxta baba” obrazında gələn şəxsin “COVID-19” xəstəsi olduğu ortaya çıxıb.

Əvvəlcə onun təmasda olduğu 45 qocalar evi sakini virusa yoluxub. Bu say daha sonra artaraq 118-ə yüksəlib.

Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir.

Türkiyənin şimal-qərbindəki Bursa şəhərində "Anadolu" agentliyinin fotomüxbirlərinin şəkillərinin təqdim edildiyi "Qarabağ Azərbaycandır!" sərgisi açılıb.

“Anadolu” xəbər verir ki, sərgi 1 həftə davam edəcək.

Osmanqazi rayonu bələdiyyəsinin dəstəyi ilə “Demokratiya” meydanında açılan sərgi Azərbaycanın Dağlıq Qarabağın azad olması uğrunda döyüşlərindəki qələbələrinə həsr edilib.

Sərgidə ümumilikdə 22 şəkil nümayiş olunur.

Osmanqazi rayon bələdiyyəsinin başçısı Mustafa Dündar bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarını erməni işğalından azad etməsinə şaddır. Onun sözlərinə görə, region rəhbərliyi Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra sərgi açmağa qərar verib. "Biz istədik ki, Bursanın bütün sakinləri Azərbaycanın qələbə sevincini bölüşsünlər", - Dündar deyib.

 

 
  •  

 

 
 
 

Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarların olduğu kağızlar yapışdırıblar.

Bu barədə "Ölkə.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.

Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.

 

 

 

 
 
 

Xəbər lenti