![]() |
|
Rusiya Prezidenti Vladimir Putin Yeni il üçün arzusunu açıqlayıb.
Ölkə.Az xəbər verir ki, Rusiya lideri doqquz yaşlı leykoz xəstəsi Dimanın arzusunu yerinə yetirərək onunla buzda sürüşdükdən sonra, balaca bir qızcığaz ondan Yeni ildə arzusunun nə olduğunu soruşub.
Vladimir Putin əvvəlcə bu barədə hələlik düşünmədiyini söyləsə də, tezliklə fikrini dəyişib və bu cavabı verib:
“Hər kəsin sağlam olması”.
Ombudsman aparatının yaydığı məlumatda bildirilir ki, son günlərdə xarici və yerli kütləvi informasiya vasitələrində, eyni zamanda sosial mediada Azərbaycana qarşı döyüşmək məqsədilə Ermənistan tərəfindən pul qarşılığında döyüşlərə cəlb edilən və daha sonra həlak olan muzdluların Suriyada dəfn mərasimlərinin keçirildiyinə dair xəbərlər yer alıb. Bu bir daha Azərbaycana qarşı təcavüzkar müharibədə məğlubiyyətə uğrayan Ermənistanın muzdluların köməyindən istifadə etdiyini aşkar şəkildə sübut edir.
Argentina koronavirus infeksiyasının yeni formasının yayılması səbəbindən 21 dekabrdan etibarən Böyük Britaniya ilə uçuşları müvəqqəti dayandırır.
Oxu.az xəbər verir ki, “Hökumət qabaqlayıcı məqsədlə COVID-19-un yeni növünün meydana gəldiyi elan edilən Böyük Britaniyadan epidemioloji vəziyyətlə əlaqədar olaraq uçuşları dayandırmağı qərara aldı”, - deyə bildirilir.
Qeyd edək ki, 14 Avropa İttifaqı ölkəsi Britaniya ilə uçuşları təxirə salıb.
Məhşur islahatçı Şeyx Naser Sabah əl-Əhməd əs-Sabah əmirinin böyük oğlu dünyasını dəyişib.
“Ölkə.Az” “Associated Press”ə istinadən xəb.r verir ki, onun 72 yaşı olub.
Şeyx Naser müxtəlif vəzifələrdə çalışıb O Müdafiə naziri postundan Baş nazir müvini postunadək ən müxtəlif vəzifələrdə çalışıb. 91 yaşlı mərhum atası Küveyt əmiri Sabah əl-Əhməd əs-Sabahın ölümündən sonra Şeyx Naserin varisilik məsələsinə baxılırdı. Qeyd edək ki, onun 91 yaşlı atası da bu yaxınlarda dünyasını dəyişib.
“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”
“Report” xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb.
Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb.
Qeyd edək ki, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan Ermənistan baş naziri Nikol Paşinyanın yaxın dostudur. Mətbəə, reklam agentliyi, dizayn-studiya və s. xidmətlər göstərən “Antares” baş nazirin bütün poster, buklet və reklam məhsullarının istehsalçısıdır.
İsrail koronavirusun mutasiyaya uğramış yeni növünün təsbit edildiyi İngiltərə, Danimarka və Cənubi Afrikadan(CAR) gələn əcnəbilərin ölkəyə girişini qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti məlumat yayıb. Qeyd olunub ki, “B.1.1.7 SARS-CoV-2” virusun yayılmasına qarşı yeni tədbirlər görülüb.
Bu tədbirlər çərçivəsində Danimarka, CAR və İngiltərədən gələn xaricilərin ölkəyə girişi qadağan edilib.Bu ölkələrdən qayıdan israillilər ölkəyə daxil olarkən karantin mərkəzləri olaraq istifadə edilən otellərdə 10-14 gün qalmaq və “COVID-19” testi etdirmək məcburiyyətindədirlər.
ABŞ-ın İraqdakı Səfirliyinə raket hücumu edilib. “Qafqazinfo” xəbər verir ki, atılan raketlərin bir hissəsi əraziyə yaxın olan yaşayış məntəqələrinə düşüb.
İraq hökuməti ABŞ səfirliyinə edilən hücumda 8 raketdən istifadə olunduğunu qeyd edib. Hadisə zamanı səfirlikdə xidmət edən bir əsgər yaralanıb.
ABŞ-ın Bağdaddakı səfirliyinin məlumatına görə, raketlər səfirlikdəki hava hücumu müdafiə sistemi tərəfindən məhv edilib.
İraq şiələrinin lideri Mukteda Sadri isə ölkədə fövqəladə vəziyyətin elan olunması barədə təklif irəli sürüb. Nazirlər Kabinetinin hərbi sözçüsü Yahya Rəssul isə xarici nümayəndələrə edilən hücumun bir xəbərdarlıq olduğunu vurğulayıb.
Ermənistanın Sünik bölgəsinin Gorus şəhərinin meri Aruş Aruşanyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan öz feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, daha əvvəl Aruş Aruşanyan Gorus sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə mane olmağa çağırmışdı.
Ermənistanın Azərbaycanla həmsərhəd Sünik bölgəsinin bir qrup sakini Baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq etiraz mitinqi keçirirlər.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq üçün “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.
“Qərarımız Paşinyanın Sünikə girməsinə icazə verməmək üçün Sünik Qapısına çatmaqdır”,- deyə etirazçılardan biri qeyd edib.
Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə - Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.
Bundan sonra isə Gorus şəhərinin meri Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə gəlişinə mane olmağa çağırmışdı.
Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa Birliyinin azı 14 üzv dövləti də daxil olmaqla, dünyanın onlarla ölkəsi Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar veriblər.
“Report” xəbər verir ki, Birləşmiş Krallıqla uçuşların dayandırılması qərarını ilk olaraq Niderland hakimiyyəti elan edib.
Niderlanddan azı 24 saat sonra Belçika Böyük Britaniya ilə sərhədini bağlayıb. Bununla əlaqədar olaraq London və Brüssel, London və Amsterdam şəhərləri arasında dəmir yol əlaqəsi kəsilib.
Latviya hökuməti də dünən Birləşmiş Krallıqla sərnişin daşınmalarının dayandırılması barədə qərar qəbul edib. Finlandiya isə Britaniya ilə hava əlaqələrini iki həftəlik dayandırıb.
İspaniya Britaniya ilə sərnişin daşınmasını hələ dayandırmasa da, bu ölkədən gələn sərnişinlərə nəzarəti gücləndirib.
Lakin İsveçrə İspaniyadan fərqli mövqe tutub. Bu ölkə Britaniya ilə hava əlaqəsini kəsib.
Birləşmiş Krallıqla hava əlaqəsini dayandıran ölkələr arasında Xorvatiya da var. Ölkənin baş naziri Andrey Plenkoviç bildirib ki, bu, koronavirusun yeni formasının yaranması ilə əlaqədardır.
Kanada hakimiyyəti dekabrın 21-dən Britaniya ilə hava əlaqəsini dayandırdığını bəyan edib. Ancaq SBS telekanalı bunun müvəqqəti olduğunu bildirib.
Eyni zamanda Kolumbiya hakimiyyəti də bu gündən Britaniya ilə hava nəqliyyatını dayandırıb. Bu barədə “El Tiempo” ölkə prezidenti İvan Dukeyə istinadən məlumat yayıb.
Britaniya ilə əlaqələrini kəsən ölkələrin siyahısında Çexiya, Argentina da var.
Xatırladaq ki, dekabrın ortalarında Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb. Britaniya Səhiyyə Nazirliyində bildiriblər ki, yeni COVID-19 adi virusdan daha sürətlə yayılır və Londonda üstünlük təşkil edir.