![]() |
|
"Ölkə.Az" bildirir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir tvitter hesabında yazıb. "Mənə və ya müəssisəmizə qarşı xaricdə qəbul edilmiş hər hansı qərar mənim və ya komandamın mövqeyini dəyişməyəcək. Bu, Türkiyənin müdafiə sənayesinə mane olmayacaq", - deyə Dəmir yazıb. O, həmçinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi müdafiə sənayesinin tam müstəqilliyə nail olmaq üzrə addımlar atdığını da vurğulayıb.oxu24
Ermənistanın bütün rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü de-yure tanıyıblar. Bunu hətta 10 noyabrda Nikol Paşinyan da etiraf edib.
Axar.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Georgi Vanyan rusiyalı bloger Aleksey Romanova müsahibəsində deyib. Onun sözlərinə görə, 30 il ərzində Ermənistan hakimiyyətləri vətəndaşı aldadıblar.
O, Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlmədiyini bildirib:
“İnsanlar inanırdılar ki, bu inqilabdır. Lakin Ermənistan və Azərbaycan üçün bir nömrəli məsələ Qarabağ konfliktidir. Məhz bu məsələnin xətti üzrə Paşinyan Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyanın xələfi oldu. Kazarmada inqilab ola bilməz. Düşünürsünüz ki, Ermənistana sahib olan Serj Sərkisyan, Robert Köçəryan hakimiyyəti belə sakit, ziyalı kimi veriblər? Onlar hamını güllələyə bilərdilər, qan axıdardılar, İrəvanı qan gölünə çevirərdilər”.
Vanyan Paşinyanı “günah keçisi”nə çevirməyin tərəfdarı olmadığını, hər şeydə bütün Ermənistan elitasının günahkar olduğunu deyib:
“30 il ərzində onlar Ermənistan vətəndaşlarının maraqlarını satıblar. 5-7% öz şərtlərini digərlərinə diktə edir, ona görə ki, Ermənistan vətəndaşlarından oğurladıqları bütün kapital onlara məxsusdur. 30 il ərzində bütün dünyaya elan edirdik ki, biz qalibik, əslində isə biz Ermənistanın özünü uduzmuşduq”.
Hüquq müdafiəçisi ermənilərin tərk etdikləri evləri, meşələri öz iradələri əsasında yandırmaqlarına inanmadığını deyib:
“Düşünürəm ki, bu, idarəolunan prosesdir. Əgər Ermənistan prezidentinin müraciətlərindən birinə baxsaq, buna dəlil tapmaq olar. Bu, konfliktin davam etməsi üçün döyüşü bundan sonra da aparacaqlara dair verilən mesaj idi. Kim savaşmalıdır? Prezidentin Londonda oturan oğulları?”
O, müharibəni dayandırmaq üçün Paşinyanın sentyabrın 27-də Bakıya uçub, İlham Əliyevlə birbaşa danışıqlar aparmalı olduğunu bildirib:
“İndiki hakimiyyət buna qadir deyil. Onlar siyasi bankrotdurlar. Ona görə də biz Ermənistanı itirdik. Biz Ermənistanın suverenliyini itirdik. Məsələlər Ermənistanda həll edilmir”.
“Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi ən qısa zamanda yaradılacaq. Mərkəz Azərbaycanın dediyi yerdə olacaq”.
Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Cənubi Qafqazdakı sabitlikdən Ermənistan və erməni xalqı da faydalanacaq. Rusiya atəşkəs pozuntularının qarşısını almalıdır. Əks təqdirdə Azərbaycan Prezidenti İlham Əliyev hansı addımlar atılacağının mesaj verib”, - o bildirib.
Erməni mediası hökuməti Qarabağ döyüşlərindən ölənlərin sayını gizlətməkdə ittiham edib.
“Ölkə.Az” xəbər verir ki, erməni mediası “Politik.am” portalının yazdığına görə, hakimiyyət xalq arasında etiraz dalğasının olmaması üçün Qarabağ döyüşlərində ölənlərin, itkin və əsir düşənlərin dəqiq sayını gizlədir. Rəsmi açıqlama ilə qeyri-rəsmi məlumatlar arasında xeyli fərq var. Saytın yazdığına görə, hələ zamanında diplomat Mikael Minasyan ölənlərin sayının 3000 deyil 5000 yaxın olduğunu bildirib və zaman onun dediyini sübut edir.
Hakimiyyətdəki mənbələrdən “Politik.am”a bildirilib ki, hazırda 1400 nəfərin itkin düşdüyü və morqlarda 700 şəxsiyyəti müəyyən etmək mümkün olmayan hərbçi cəsədi var. İtkin düşən hesab olunanlar döyüşlərdə ölüb, ancaq onların meyitləri ölkə ərazisinə gətirilməyib.
Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 31-də istefasını açıqlaya bilər.
Report xəbər verir ki, bunu ölkənin “Hraparak” qəzeti yazıb.
Məlumata görə, baş nazirin istefa qərarını Yeni il müraciətində elan edəcəyi gözlənilir.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvaya səfərə gedib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Köçəryanın ofisi Facebook səhifəsində məlumat yayıb.
Köçəryan dekabrın 17-də 3 günlük səfərə gedib.
Səfər barəsində geniş məlumat verilmir.
Bəzi erməni mediasının yazdığına görə, səfər zamanı Köçəryan son aylarda Ermənistanda yaranmış durum və Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması yollarını və digər məsələləri müzakirə edəcək.
Türkiyənin “Haber Global” kanalının əməkdaşı Osman Girgin və Gökhan Köşetaş işğaldan azad edilmiş Kəlbəcərə gedib.
Oxu.az xəbər verir ki, onlar noyabrın 25-də düşmən işğalından azad edilərək Azərbaycana təhvil verilən Kəlbəcərdən reportaj hazırlayıblar.
Həmin reportajı təqdim edirik:
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bəzi müşavirlərinə yeni seçilmiş Prezident Co Baydenin inauqurasiya mərasimi günü Ağ Evdən çıxmaqdan imtina edəcəyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN” telekanalı Ağ Evdəki mənbələrə istinadən xəbər verib.
Televiziya kanalının məlumatına görə, məğlubiyyət anında Tramp bəzi məsləhətçilərinə andiçmə günü Ağ Evdən ayrılmaqdan imtina edəcəyini deyib.
Kanalın qeyd etdiyi kimi, bu, bəzi məsləhətçilərini narahat etsə də, onların az bir qismi bunun həqiqətən baş verəcəyinə inanır.
ABŞ-ın yeni Prezidenti Co Baydenə gələn həftə koronavirus peyvəndi tətbiq ediləcək.
“Qafqazinfo” xəbər verir ki, vitse-prezident Mayk Pens, onun həyat yoldaşı və ölkənin ən yüksək ictimai səhiyyə işçisi Cerom Adamsa da vaksin vurulacaq.
Qeyd edək ki, ABŞ-da “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan koronavirus peyvəndinin bu həftə səhiyyə işçilərinə, qocalar evinin sakinlərinə və orada çalışanlara tətbiq olunmasına başlanılıb.
Həftəsonuna qədər ölkədə 2.9 milyon doza vaksinin vurulması planlaşdırılır.
Moldovada hökumətin istefasını tələb edən fermerlər traktorlarla parlament binasına girmək istəyiblər.
“Qafqazinfo” xəbər verir ki, paytaxt Kişinyovda fermerlər ölkədəki yay quraqlığı səbəbindən hökumətdən dəstək istəyiblər, ƏDV nisbətinin yüzdə 8-dən 12-yə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıblar.
Layihənin müzakirə olunduğu parlament iclasını əngəlləməyə çalışan nümayişçilər traktorları ilə parlamentin bağçasına girməyə çalışıblar.
Bunun qarşısını almağa çalışan polislə etirazçılar arasında toqquşma olub. Polis nümayişçilərə bibər qazı ilə müdaxilə edib.
Moldova Daxili İşlər Nazirliyinin məlumatına əsasən, toqquşmada 4 polis əməkdaşı yaralanıb.