![]() |
|
"Ermənistan dərin – mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial, ciddi böhran içindədir. Daha dərin böhranı təsəvvür etmək çətindir. Daha nə olmalıdır?".
“Report” xəbər verir ki, bu fikirlər Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın ölkədə yaranmış vəziyyətlə əlaqədar bəyanatında yer alıb.
Karen Karapetyan qeyd edib ki, ölkənin bu vəziyyətə düşməsinə səbəbkar hakimiyyətdir.
“Bu taleyüklü məqam hakimiyyət üçün dar siyasi maraqlarından daha yüksəkdə durmaq bacardığını göstərmək, yüksək şüur nümayiş etdirmək, ölkəni sakitləşdirmək, siyasi qüvvələrə keçdikləri yolu yenidən düşünmək və gələcəyə baxış formalaşdırmaq, xalqın isə yeni bir hökuməti seçmək üçün ən vacib sınaq şərtləridir”, - deyə o vurğulayıb.
“Ümid edirəm ki, baş nazir özündə ölkənin gələcəyi xeyrinə istefaya getməsi ilə bağlı qərar qəbul etməyə cəsarət tapacaq", - Karen Karapetyanın bəyanatında deyilir.
“ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını qətiyyətlə pisləyir və Türkiyə xalqı və hökumətini dəstəkləyirik”.
“Report” xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitterdə yazıb.
“ABŞ yenidən sanksiyalara meyili və beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirir”, - o vurğulayıb.
Xatırladaq ki, ABŞ Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ötən gün Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın S-400 silahlarının alışıyla əlaqədar rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb.
Oxu.az xəbər verir ki, bəyanatda qeyd edilir:
“S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiqetmə qərarını qınayırıq və rədd edirik.
Türkiyəni S 400-ləri almağa sövq edən səbəbi hamı çox yaxşı bilir. Hətta, Prezident Donald Tramp özü də Türkiyənin bu barədə haqlılığı mövzusunda bir neçə dəfə çıxış edib.
Digər tərəfdən, ABŞ S-400-lərin NATO sistemləri üçün zəiflik yaradacağını iddia edir və bunun da texniki əsası yoxdur. Türkiyə bu mövzuda NATO-nun da qatılacağı texniki işçi qrupunun yaradılmasını, məsələnin siyasi tərəfkeşliyindən uzaqlaşma yollarının obyektiv və realist əsaslarla həll olunmasını dəfələrlə təklif edib.
Bu baxımdan, ABŞ-ın iki müttəfiqə yaraşacaq bir şəkildə dialoq və diplomatiya yolu ilə məsələni həll etmək təklifimizi qəbul etməməsi və birtərəfli sanksiyalara əl atması düşüncəsiz hərəkətdir.
Türkiyə əlaqələrimizin mənfi təsirlənməsinin qaçılmaz olduğu bu qərara qarşı lazımi addımları atacaq.
Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”.
Bildirilir ki, Ankara bu əsasla Vaşinqtonu ədalətsiz sanksiyaları yenidən nəzərdən keçirməyə və səhvləri ən qısa müddətdə düzəltməyə dəvət edir.
Türkiyənin məsələnin ittifaq ruhuna uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə hazır olduğu vurğulanır.
Rusiya Prezidenti Vladimir Putin ABŞ-da Demokratların namizədi Co Baydeni prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Kreml məlumat yayıb.
“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını şiddətlə qınayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayiş olunur. ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq. Türkiyə xalqı və hökuməti ilə birlikdəyik”,- deyə Zərif tvitter hesabında qeyd edib.
Xatırladaq ki, Türkiyənin Rusiyadan gətirdiyi “S-400” səbəbilə uzun müddətdir gündəmdə olan sanksiyalar dekabrın 14-də ABŞ tərəfindən rəsmi olaraq açıqlanıb. ABŞ-ın düşmənlərinə qarşı mübarizə (CAATSA) qanunu çərçivəsində sanksiyalar adı altında Türkiyənin Müdafiə Sənayesi Rəhbərliyi, Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmayıl Dəmir və qurumun üç əməkdaşı sanksiya siyahısına salınıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov da sanksiya qərarına reaksiya verərək, “ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa təkəbbürlü yanaşmanın bir təzahürüdür”,- deyə qeyd edib.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın isə “Türkiyə müdafiə sənayesindəki hədəflərinə çatmaq addımlarını stabil bir şəkildə atmağa davam edəcək”,- deyə bildirib.
Rusiya sülhməramlıları tərəfindən hazırlanmış və narazılıqlara səbəb olan Dağlıq Qarabağdakı son vəziyyəti özündə əks etdirən xəritədə dəyişiklik edilib.
"Ölkə.Az" xəbər verir ki, son xəritədə rusiyalı sülhməramlıların Köhnə Tağlar və Çaylaqqala kəndlərindən çəkildikləri və ərazinin Azərbaycan Ordusunda olduğu görünür.
Sözügedən fotonu təqdim edirik:
“Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov deyib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipi əsasında əsrilərin mübadiləsi həyata keçirilib. Buna qədər Azərbaycan və Ermənistan tərəfləri ilə Rusiya sülhməramlıları tərəfindən geniş hazırlıq işləri aparılıb”, - deyə R.Muradov bildirib.
Onun sözlərinə görə, nəticədə şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya 12 nəfər çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfindən Ermənistan tərəfinə 44 nəfər qaytarılıb.
O, Rusiya sülhməramlıların üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə gələcəkdə də töhfə verməyə davam edəcəklərini qeyd edib.
"Ölkə.Az" xəbər verir ki, ABŞ XİN rəhbəri Mike Pompeo rəsmi Ankaranı S-400 məsələsi ilə bağlı problemi həll etməyə dəvət edib.
Bu sanksiyalar ilə:
➡Türkiyə ABŞ-dan mal və texnoloji ixracat lisenziyası ala bilməyəcək;
➡ABŞ Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;
➡Beynəlxalq Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;
➡Türkiyə Maliyyə qurumları ABŞ Mərkəzi Bankı ilə birbaşa təmasa keçə bilməyəcək;
➡Sanksiyaların tətbiq ediləcəyi qurumlara və ya şəxslərə layihə və ya müqavilələrdə iştirak icazəsi verilməyəcək;
➡Xarici valyutada əməliyyatları qadağan ediləcək;
➡Maliyyə qurumları və banklar arasında ödəniş və kredit transferlərinə qadağa qoyulacaq;
➡Sanksiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar ABŞ ərazisində daşınmaz əmlaka sahib ola bilməyəcək;
➡Sanskiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar investisiya və ya borc verə bilməyəcək;
➡Sanksiyalar tətbiq ediləcək şəxslər ABŞ ərazisinə daxil ola bilməyəcək;
Qeyd edək ki, sanksiyaları tətbiq edəcək qurumun rəhbəri bu maddələrdən ən azı 5-ni seçib tətbiq edə biləcək.
Həmçinin ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Qara siyahı”ya Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.
“Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, vəzifədən yalnız xalqın iradəsi ilə gedəcəyini söyləyib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Orduusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərini düşməndən təmizləyib.
Noyabrın 10-da Ermənistan məğlub olduğunu qəbul edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı hərbi əməliyyatları tam dayandırmaq barədə birgə bəyanat imzalayıblar.
Noyabrın 10-dan başlayaraq Ermənistanın paytaxtı Yerevan daxil olmaqla, ölkənin bir sıra bölgələrində fasiləsiz mitinqlər, itaətsizlik aksiyaları keçirilir. Nümayişçilər N.Paşinyanın istefasını tələb edirlər.
Ermənistan müxalifəti N.Paşinyanın yerinə ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın namizədliyini irəli sürüb.
“Ölkə.Az” xəbər verir ki, Aram Qabrelyanovun yazdığına görə, etibarlı mənbələrdən aldığı məlumata görə, Nikol Paşinyan son günlərdə tənhalığa çəkilərək daha çox içki içməklə vaxtını keçirməkdədir. “Paşinyanın şəxsi həkiminın sözlərinə görə, Nikol artıq dəllilik həddinə çatdığından ona hər hansı güclü təsirə malik psixotrop dərmanlar verməyi qəti qadağan edib. Artıq belə bir hadisə də olub. Belə ki, Paşinyan üç həftə bundan öncə alkoqollu içkiyə psixotrop maddə qataraq içdiyindən rezidensiyasını dava-dalaş salıb, nəticədə mühafizəçiləri onun əl-qolunu bağlamaq məcburiyyətində qalıb”- Qabrelyanov qeyd edib.
O əlavə edib ki, həkimlərin məsləhəti ilə mühafizəçilər baş naziri pis xəbərlərdən təcrid etməklə yanaşı, ona ancaq alkoqollu içkilər verirlər:“Hətta Paşinyan gənc mühafizəçilərdən birindən telefon tələb edərək xəbərlərə baxıb və Hadrutdakı hadisələrdən xəbər tutub və bundan çox qəzəblənib. Bundan sonra qışqıraraq təcili olaraq Müdafiə nazirini, Təhlükəsizlik Xidmətinin və polis rəhbərini təcili çağırmağı tələb edib. Paşinyan o qədər özü-özünə dodağı altında donquldanıb. Sadəcə onun danışdığından bir neçə söz anlamaq mümkün olub. O arada özünə qəsd edəcəyi barədə də ifadələrə təkrar edib”.