|
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Bundan başqa Krallığa xəstəliyin yayıldığı ölkələrdən turistlərin girişi dayandırılıb.
Xatırladaq ki, pnevmoniyaya səbəb olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Yuhan şəhərində qeydə alınıb.
Almaniyada sürücü idarə etdiyi avtomobili adamların üstünə sürüb.
“Ria Novosti” agentliyi məlumat verir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 20-si azyaşlıdır. Hadisəni törədən 29 yaşlı sürücü saxlanılıb.
Hüquq-mühafizə orqanları insidentin səbələrini araşdırır.
Bütün motivlər nəzərdən keçirilir.
Bundan başqa 29,7 min xəstənin sağaldığı qeyd olunur. Məlumata görə, ümumi virusa yoluxanların sayı isə 78 min nəfəri keçib.
Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 3,47% -dir.
Qeyd edək ki, daha əvvəl 2663 nəfərin koronavirus qurbanı olduğu deyilirdi. Artıq bu təhlükəli infeksiya 29 ölkəyə yayılıb.
“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanlar təqribən yeddi kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, fevralın 23-də eyni ərazidə baş verən 5,7 bal gücündə zəlzələ zamanı Türkiyə-İran sərhədində bir neçə kənddə evlər uçub. Təbii fəlakət zamanı dördü uşaq olmaqla, doqquz nəfər həlak olub, 54 nəfər isə yaralanıb.
Həmin gün axşam saatlarında Xoy şəhərində 5,9 bal gücündə daha bir zəlzələ baş vermişdi. Ancaq təbii fəlakət bu dəfə qurbansız ötüşmüşdü. (oxu.az)
Oxu.Az xəbər verir ki, nazir bu barədə yerli televizayada çıxış edib.
İnsanların evdə qalması daha təhlükəsiz olacaq. Son 24 saatda 34 virusa yoluxma halı qeyd edilib. Onların 16-sı Qum şəhərindədir”, - deyə Cahanpur bildirib.
İranın Çindən kənarda koronavirusa yoluxma halının ən çox baş verdiyi ölkə olduğu qeyd edilir.
Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb. 95 nəfər isə bu virusa yoluxub.
Fransanın Səhiyyə naziri Olivye Veran ölkədə koronavirus diaqnozu qoyulan insanların hamısının sağaldığını deyib.
Bu barədə BFM TV xəbər yayıb.
“Fransada artıq virusa yoluxma halları yoxdur. Virus daha yayılmır”, – deyə Veran qeyd edib.
Xəbərdə Lion şəhərində xəstəxanaya yerləşdirilən son xəstənin də sağalıb evinə qayıtdığı bildirilib. (oxu.az)
"Ölkә.Az" İran KİV-inə istinadən xəbər verir ki, buna səbəb ölkədə 2 koronavirusa yoluxma halının qeyd alınmasıdır.
Oman Səhiyyə Nazirliyi hər iki şəxsin İrana səfər etdiyini açıqlayıb.
Bir müddət əvvəl Çindəki zavodlarını bağlayan “Toyota” şirkəti fəaliyyətini bərpa edib.
“NHK” xəbər verir ki, koronavirusla əlaqədar bağlanan dörd zavod artıq işə başlayıb.
Lakin hazırkı istehsal həcmi koronavirus yayılana qədər olan istehsal göstəricisinin yarısını təşkil edir.
Çin Xalq Respublikasının (ÇXR) Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin son məlumatına əsasən, ölkədə virusa tutulanların sayı 77 150 nəfərdir, ölənlərin sayı isə 2 592 nəfərə çatıb.
Misirdə mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, insident fevralın 24-də Qahirənin Beynəlxalq Hava Limanı yaxınlığından keçən trasda qeydə alınıb. Bu barədə “Al Ahram” qəzeti məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində 10 nəfər ölüb, daha 5-i isə xəsarət alıb. Yaralılar, ambulanslarla xəstəxanaya çatdırılıblar.
Qəzada günahlandırılan yük maşınının sürücüsü saxlanılıb.
Digər təfərruatlar barədə məlumat verilmir.