|
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Məlumata görə, təkanlar yerli vaxtla saat 2: 43-də qeydə alınıb. Zəlzələnin episentri İzmir şəhərindən 89 kilometr şimal-şərqdə və Manisa şəhərindən 56 kilometr şimal-şərqdə yerləşib. Mənbənin dərinliyi 7 kilometr olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
"Ölkə.Az" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Attilio Fontana bildirib.
“Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib. A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb.
Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, saat 13:00 (GMT+4) üçün Çindən kənarda 367 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 17 nəfərə çatıb. Ümumilikdə yoluxma halları Çindən kənarda 28 ölkədə qeydə alınıb.
Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.
Trend xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.
H.Ruhani bildirib: "Bütün dövlət orqanları, Silahlı Qüvvələr, ictimai təşkilatlar insanların sağlamlığı üçün lazımi tədbirləri görəcəklər. Biz minimal itki ilə və ən qısa müddətdə xəstəliyyi nəzarət altına almaq istəyirik".
Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfər çatıb. Virus nəticəsində 8 nəfər dünyasını dəyişib. İslam Respublikasında yeni növ koronavirusun yayılması səbəbi ilə Türkiyə, Əfqanıstan, Pakistan və Gürcüstan da daxil olmaqla bir sıra ölkələr İranla sərhədini bağlayıb, uçuşları dayandırıb.
Çində yeni növ koronavirusa qarşı vaksinin kliniki sınaqları ən tez aprel ayının sonunda həyata keçiriləcək.
Bunu Çinin Elm və Texnologiya nazirinin müavini Süy Nanpin bəyan edib.
Onun sözlərinə görə, hal-hazırda Çində vaksinin hazırlanması digər dövlətlərlə sinxron şəkildə həyata keçirilir.
Qeyd edək ki, fevralın 20-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı preparatların sınağının nəticəsini üç həftə ərzində əldə etmək niyyətindədir.
ABŞ-da minik avtomobilinin və motosikletin iştirakı ilə baş verən dəhşətli yol qəzasının görütnüləri sosial şəbəkədə yayımlanıb. Yol-xeber.az xəbər verir ki, hadisə Los-Anceles şəhərinin şimaldakı dağlıq ərazidə yerləşən “39-cu” avtomagistralında qeydə alınıb.
Arxada hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükəsizlik kamerasına düşən kadrlarda görünür ki, sürücü iki zolaqlı dar yolda idman avtomobilini gah sürətlə, gah da asta sürür. Bir neçə yüz metr irəlilədikdən sonra isə döngədə avtomobil əks zolağa çıxaraq qarşıdan gələn motosikletlə toqquşur. Zərbənin təsirindən motosiklet arxadan gələn digər avtomobilə çırpılır və hissələrə ayrılaraq parçaları yol səpilir.
Məlumata görə, motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qaydaları pozan çinli tələbə olduğu bildirilən sürücü isə polis tərəfindən saxlanılıb.
ABŞ-da minik avtomobilinin və motosikletin iştirakı ilə baş verən dəhşətli yol qəzasının görütnüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Los-Anceles şəhərinin şimaldakı dağlıq ərazidə yerləşən “39-cu” avtomagistralında qeydə alınıb.
Arxada hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükəsizlik kamerasına düşən kadrlarda görünür ki, sürücü iki zolaqlı dar yolda idman avtomobilini gah sürətlə, gah da asta sürür. Bir neçə yüz metr irəlilədikdən sonra isə döngədə avtomobil əks zolağa çıxaraq qarşıdan gələn motosikletlə toqquşur. Zərbənin təsirindən motosiklet arxadan gələn digər avtomobilə çırpılır və hissələrə ayrılaraq parçaları yol səpilir.
Məlumata görə, motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qaydaları pozan çinli tələbə olduğu bildirilən sürücü isə polis tərəfindən saxlanılıb.
Namiq Musayev
Türkiyənin Hatay vilayətində xaricdən gətirilən anqus, olduğu yük maşınından düşərək qaçıb. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident İskenderun rayonunda qeydə alınıb.
Məlumata görə, İskenderun limanında gəmidən endirilib TIR-a yüklənən anqus, rayon mərkəzinə yaxın ərazidə yük yerində atlayaraq qaçıb. Rayon mərkəzinə doğru irəliləyən heyvan, nəqliyyatın gur olduğu küçədə qaçmağa başlayıb və sağa-sola ani hərəkətlər edərək ətrafdakı insanlara həyəcanlı anlar yaşadıb. Bir evin bağçasına girən anqus, keyidici iynə vasitəsi ilə sakitləşdirilib. Ayağından iplə bağlanan heyvan kran vasitəsi ilə evin bağçasından götürülərək TIR-ın yük yerinə qoyulub.
Daha sonra isə yük maşını getdiyi ünvana doğru yol alıb.
Avstraliyada iki yüngül mühərrikli təyyarənin iştirakı ilə qəza baş verib. Yol-xeber.az xəbər verir ki, insident Viktoriya ştatının Manqalora şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə fevralın 19-da “9News” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, təlim uçuşu keçirən təyyarələr havada toqquşublar. Qəzadan sonra hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadaları cəlb olunub.
Ştat polisinin bildirdiyinə görə, qəza zamanı hər bir təyyarədə 2 nəfər olub. Onların hamısı həlak olublar.
Hadisə yerində, Mülki aviasiya idarəsi, Təhlükəsizlik uçuşu (CASA) və Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu araşdırmalara başlayıb.
Bakının Türkan qəsəbəsinin sakinləri marşrut avtobuslarının intervalından, eləcə də ictimai nəqliyyatın vəziyyətindən narazılıq edirlər.
Yol-xeber.az-ın məlumatına görə bu barədə Oxu.Az-a qəsəbə sakinləri tərəfindən ünvanlanan şikayətdə qeyd olunub.
Qəsəbə sakinləri 101 saylı müntəzəm xətt üzrə hərəkət edən marşrut avtobuslarında problemlərin çox olduğunu bildiriblər:
“Avtobusların intervalı düzgün tərtib olunmayıb. Sakinlər dəqiqələrlə marşrut avtobusunu gözləməli olurlar. 101 saylı müntəzəm xətt üzrə hərəkət edən avtobuslar istismar müddətini bitirib. Nəqliyyat vasitələri çox köhnədir, tez-tez xarab olur. Axşam saatlarında əhali demək olar ki, taksilərin ümidinə qalır”.
Türkiyənin Diyarbakır vilayətində yolu keçən piyadanı avtomobil vurub. Yol-xeber.az xəbər verir ki, insident ötən gün Yenişehir rayonunda qeydə alınıb. Bu barədə “İHA” agentliyi məlumat verib.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən qadın, yolu keçmək istəyərkən sürətlə hərəkətdə olan minik avtomobili onu vurub. Zərbənin şiddətindən qadının başı əvvəlcə ön şüşəyə dəyib və sonra da havada bir neçə dəfə fırlanaraq avtomobilin arxa şüşəsindən salona girib.
Qəzanı görən ətrafdakı vətəndaşlar dərhal təcili tibbi yardım briqadasına və polisə xəbər veriblər.
Nəticədə ağır xəsarətlər alan qadın, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın, həkimlərin bütün səylərinə baxmayaq həyatını itirib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.