|
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şəhərini təmsil edən deputatı Rümeysa Kadak avtomobil qəzası keçirib. “Report” “Akşam” qəzetinə istinadən xəbər verir ki, xanım millət vəkili yol qəzası nəticəsində yaralanıb. Məlumata görə, R.Kadakın xidməti avtomobili magistral yolda yük maşınına çırpılıb.
Qeyd edək ki, 23 yaşlı Rümeysa Kadak Asiya qitəsinin birinci, dünyanın isə ikinci ən gənc deputatıdır.
RİA “Novosti” xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti məlumat yayıb.
«COVID19-a yoluxmuş Uçan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridirir”, - nəşr yazıb.
Xatırladaq ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu ilin dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.
Çində virusa yoluxanların sayı 70,5 min nəfəri ötüb. Ölkədə 1770 nəfər virusdan vəfat edib. Daha 10,8 min nəfər müalicə edilərək sağalıb. Çindən kənarda bu virusa yoluxanların sayı 700 nəfərdən çoxdur.
Peruda ekvadorlu futbol azarkeşlərini daşıyan avtobus ağır yol qəzasına düşüb. Yol-xeber.az xəbər verir ki, insident fevralın 15-də tərəfdarların Libertadores Kubokunun ikinci turunun "Sporting Crystal" - "Barselona" cavab görüşünün keçirildiyi Lima şəhərindən avtobusla qayıdarkən Piura şəhəri ərazisində qeydə alınıb. “El Universo” məlumat verib.
Məlumata görə, 50-dən çox azarkeşin olduğu avtobus hərəkətdə olan zaman naməluma səbəblərdən idarəetmədən çıxıb və 15 metr hündürlükdən uçuruma yuvarlanıb.
Nəticədə 8 nəfər dünyasını dəyişib, daha 30-u isə xəsarət alıb. Onlardan 12 nəfəri iki təyyarənin köməkliyi ilə Perudan Ekvadordakı xəstəxanalara çatdırılıblar.
Bildirilir ki, ölənləri cəsədləri isə bu gün ölkəyə gətiriləcək.
Qeyd edək ki, keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rusiyanın Tümen vilayətində məktəbliləri daşıyan avtobus alışaraq yanıb. Ren.tv məlumat verir ki, hadisə yerindən çəkilən görüntülər “Vkontakte” sosial şəbəkəsinə yerləşdirilib. Məktəbli avtobusu Yalutorovsk–Yarkovo magistral yolunda yanıb.
Hadisənin səbəbi və hansı şəraitdə baş verməsi araşdırılır.
Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselski rayonunda baş verən yol nəqliyyat hadisəsində piyada möcüzə nəticəsində sağ qalıb.
REN.TV məlumat verir ki, qəza zamanı avtomobil səkinin üzərinə çıxıb.
Səkidə dayanan piyada isə möcüzə nəticəsində həyatda qalıb.
Hadisə ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.
Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İzmir şəhərinin Bergama rayonunda qeydə alınıb.
Qızıl mədəninin işçilərini daşıyan avtobusla yük avtomobili toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu barədə “Hürriyet” xəbər yayıb.
Məlumata görə, Rizə və Qars vilayətlərində isə “sarı” səviyyəli xəbərdarlıq elan olunub.
Bununla bağlı olaraq əhaliyə yüksəkliklərə, yaylaqlara və obalara gedilməməsi, məcbur qalmadıqca yola çıxılmaması, çox vacib hallarda isə ictimai nəqliyyata üstünlük verilməsi, yaxud mütləq qış təkərləri olan maşınlarla yola çıxılması kimi tövsiyələr verilib, vətəndaşların diqqətli və tədbirli olmalarına çağırışlar edilib.
Xatırladaq ki, ötən həftə Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş vermişdi. Hadisə nəticəsində 33 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı.
Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mağazalara çörək paylayan Uğur Çankaya idarə etdiyi 03 PT 378 qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını ilə, dəmir yolu keçidindən şlaqbaumun bağlı olmasına və xəbərdarlıq edici siqnala məhəl qoymayaraq keçməyə çalışıb. Ancaq, relslərin üzərində asılı qalıb. Həmin anda dəmir yolu xətində hərəkətdə olan yük qatarı “Ford” çırpılıb və onu metrlərlə sürükləyib.
Nəticədə yük maşının sürücüsü xəsarətlər alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, mağazalara çörək paylayan Uğur Çankaya idarə etdiyi 03 PT 378 qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını ilə, dəmir yolu keçidindən şlaqbaumun bağlı olmasına və xəbərdarlıq edici siqnala məhəl qoymayaraq keçməyə çalışıb. Ancaq, relslərin üzərində asılı qalıb. Həmin anda dəmir yolu xətində hərəkətdə olan yük qatarı “Ford” çırpılıb və onu metrlərlə sürükləyib.
Nəticədə yük maşının sürücüsü xəsarətlər alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Kanadanın Saskaçevan vilayətində neft yüklü qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yol-xeber.az xəbər verir ki, insident təxminən 100 kilometr cənub-şərqdə, Saskatun şəhəri ərazisində qeydə alınıb. Bu barədə ötən gün “CBC” telekanalı məlumat verib.
Məlumata görə, 30 yaxın vaqon relsdən çıxıb, onlardan bəziləri yanıb. Yerli icra nümayəndələri, güclü qatı tüstüləmə səbəbindən ətrafda yaşayan sakinləri təxliyə etmək qərarı veriblər.
Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Qəzaya görə bir neçə avtomobil yolu da bağlanıb.
Hadisənin baş vermə səbəblərini, relsdən çıxan qatarın məxsus olduğu “Canadian Pacific” şirkətinin və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri araşdıracaq.