Britaniyalı professor, hərb tarixçisi Simon Enqlim Azərbaycanın Qarabağda Ermənistanla müharibədə qazandığı uğurları şərh edib.

Bu barədə “Caliber” “Youtube” kanalının növbəti videosunda bəhs edilib.

Ekspert qeyd edib ki, müharibə XXI əsrin hərb sənətində hələ də siyasi tapşırıqların hərb yolu ilə həllinə yer qaldığını və hələ də müharibədə qələbə anlayışının mövcud olduğunu göstərib. Bir qayda olaraq müasir münaqişələr nadir hallarda tərəflərdən birinin bu cür birmənalı qələbəsi ilə nəticələnir.

Sözügedən müharibə həmçinin müasir pilotsuz uçuş aparatlarının artıq bir çox hallarda aviasiyanın işini gördüyünü də göstərib.

Ətraflı videoda:

Noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.

 “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.

Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb. Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir.

Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq. Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək.

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda polis tərəfindən qaradərili fransızın döyülməsini pisləyib və hökumətdən əhali arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına etibarın artırılması üzrə təkliflər irəli sürməyi tələb edib.

O, bununla bağlı fikirlərini özünün feysbukdakı səhifəsində yazıb.

"Mişel Seklerə hücum kadrları, hansılar ki, hamımız gördük - qəbuledilməzdir. Onlar bizi biabır edirlər, - o feysbukda yazıb.

“Hökumətdən fransızlar və onları müdafiə edənlər arasında etimad zəncirinin mövcud olmasını təsdiqləmək və hər cür ayrı-seçkiliklə daha təsirli mübarizə aparmaq üçün dərhal təkliflər verməsini xahiş edirəm”, - o deyib.

Fransa lideri bildirib ki, hakimiyyət nifrət və irqçiliyin çiçəklənməsinə imkan verməməlidir. O, bəzi asayiş keşikçilərinin zorakılığının qəbuledilməz olduğunu deyib.

Qaradərili prodüser Seklerlə bağlı hadisə 21 noyabrda olub. O, koronavirus pandemiyası ilə əlaqədar Fransada qüvvədə olan sanitar normaları pozaraq küçədə maskasız gəzib. Polis maşınını görən kişi cərimədən qaçmaq üçün öz studiyasında gizlənməyə çalışıb. Ancaq polis əməkdaşları onu izləyiblər. Onlar binaya girərək Sekleri döyməyə və təhqir etməyə başlayıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.

Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan ona daha iki gün möhlət verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.

"Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın (hərbçilərin -red) dalınca yola düşəcəyik.

Hər şey ona aparır ki, biz uşaqların sağ olmasına minnətdar olaq. Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər", - valideynlərdən biri bildirib.

Digər valideyn qeyd edib ki, onlar övladlarının Ermənistandakı hərbi hissəyə köçürülməsini tələb edirlər.(Report)

Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyaya səfərə gedib.

Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Məlumata görə, A.Sarkisyan Rusiyadakı erməni icması nümayəndələri ilə görüşlər keçirəcək. Əsas müzakirə olunacaq məsələlərdən biri Ermənistan və Dağlıq Qarabağdakı vəziyyət olacaq.

Ermənistan Polisinin sabiq rəis müavini və Daxili Qoşunların keçmiş komandanı general-leytenant Levon Yeranosyan İkinci Qarabağ müharibəsi barədə ilginc etiraflar edib.

Erməni general vaxtilə 1-ci, sonra 3-cü Ordu Korpusunun komandiri olub:


“Levon özünün də dediyi kimi “Artsax”dakı (Qarabağ-red.) hər bir ağac və kolu tanıyır. Ona görə 27 sentyabrda başlayan müharibədə öz köməyini təklif etmək üçün Qarabağa gedib. Lakin "Qarabağın hərbi-siyasi rəhbərliyi", general Yuri Xaçaturov və digərləri kimi onu komandanlıq bunkerlərinə yaxınlaşmağa imkan vermədi. Beləcə, generalın xidmət təklifi rədd edildi. Oktyabrın 9-da isə xüsusi polis dəstələri Yeranosyanın maşınını Qarabağa gedən yolda saxlayıb və onu naməlum istiqamətə apararaq sözün həqiqi mənasında qaçırıblar... Bu müəmmalı hadisələrdən bir aydan çox vaxt keçib və Levon Yeranosyan bizimlə söhbətində hadisənin bəzi detallarına aydınlıq gətirib” - deyə erməni KİV-ləri yazıb.

Generalın sözlərinə görə, oktyabrın 4-də Qarabağda olub və burada vəziyyətin gərgin, idarəolunmaz hala çatdığını görüb:

“Orada təklif irəli sürdüm ki, heç olmasa döyüşə gedib komandir köməkçisi kimi xidmət edək. Mənə yox cavabı gəldi. 3 gün qaldıqdan sonra Ermənistana qayıtdım, yenidən baş qərargaha müraciət etdim. Amma yenə də mənə müsbət cavab verilmədi. Bugünkü baş qərargahın 80 faizi mənimlə birlikdə xidmət edib, onlar tabeliyimdə olublar. Həmin kollektivin yanında olmaq istəyirdim. Evdə qala bilmədim, buna görə də yenidən Qarabağa getmək qərarı verdim. İrəvanı tərk edərkən maskalı və silahlı olan xüsusi polis dəstəsi maşınıma hücum edərək məni naməlum istiqamətə apardı. Şoka düşdüm və nələrin baş verdiyini soruşdum. Düşündüm ki, bəlkə məni Gorusa aparırlar. Amma Gorusun yanından keçəndə hiss etdim ki, Qarabağ istiqamətinə gedirik. Yolda gülməli bir epizod da yaşandı. Laçında polislər havadan üstümüzə bir dronun gəldiyini söyləyərək avtomobilləri tərk edib qaçdılar. Mən isə maşında qaldım. Qışqıraraq dedim ki, uşaqlar, geri qayıdın, o dron deyil, adi ulduzdur… Bir sözlə, Qarabağa çatdıq və məni Şuşa qalasına apardılar”.

General daha sonra bildirib ki, üç gün müəyyən sənədləşmə işləri aparılıb və onu xüsusi kameraya salıblar: “Bir müddət sonra gəlib dedilər ki, Ermənistanda qalmaqal yaşanır və məni də buraxırlar. Amma müharibə bitənə kimi Şuşada saxlanmağım barədə və indiyəcən haralarda olmağım haqqında danışmamağımı tapşırdılar”.

General müsahibəsində qeyd edib ki, niyə məhz Şuşa qalasının arxasında yerləşən bir məkanda təcrid edilməsini soruşub. Ona tənqidi çıxışlar etməsini səbəb kimi göstəriblər:

“Cavab olaraq dedim ki, həqiqətən də arzuolunmaz çıxışlar edirəm. Deyirəm ki, Nikol xarici siyasəti bacarmadı. Mənə dedilər ki, xahiş edirik mətbuata heç nə danışmayın. Mən də öz növbəmdə hələlik bir şey deməyəcəyimi bildirdim, amma sonra danışacağımı qeyd etdim. Saytlar generalın da xain olduğunu deyəndə necə danışmayım axı? Mən necə xain ola bilərəm ki, bir zamanlar o torpaqların alınmasında iştirak etmişəm? Xainlər indi bu torpaqları verənlərdir”.

General Şuşa və ümumilikdə Qarabağın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması ilə bağlı maraqlı məqamlara toxunub:

“Bu gün kimlərsə müharibə zamanı insan resurslarının az olması barədə danışmasın. İnsan resursları yetərli idi. Qarşı tərəf müharibədə üç istiqamətdə irəliləyirdi: Şimal, cənub və mərkəz. Mərkəzdən cəhd etdilər, alınmadı. Sonra Tonaşenə gəldilər. Daha sonra Kəlbəcər əməliyyatına başladılar. Keçmiş döyüşçülər orada idilər və gənc komandirlərə təlimatlar verərək döyüşə rəhbərlik etdilər. Digər istiqamətdə isə, yəni Cəbrayıl və Hadrutda xaotik vəziyyət yaşandı. Bəzi məqamlardan hələlik danışmaq istəməzdim…”

Levon əlavə edib ki, baş nazir Nikol Paşinyanın ağlı olsaydı, noyabrın 10-da istefa verməli idi: “Bütün bunların başında Nikol Paşinyan dayanır. Öz-özünə deyirdi ki, mən ali baş komandanam. Baş komandan müharibədə məğlub oldu. Millətə nə deyək? Əvvəllər qalib ordu deyirdik. Qalib ordunun sağlığına ayaq üstə içirdik. İndi kimin şərəfinə “tost” deyib içməliyik Nikol?”(Azvision.az)

Türkiyədə Malatya şəhərinin Pütürgə rayonunda zəlzələ baş verib.

Türkiyənin Fövqəladə halların idarə edilməsi agentliyinin (AFAD) saytında yer alan məlumata görə, 4,7 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 11:27-də qeydə alınıb.

Episentri 6,94 kilometr dərinlikdə baş verən zəlzələnin təxminən 10 saniyə davam etdiyi bildirilir.

Malatya valisi Aydın Baruş hələlik dağıntılar barədə xəbər alınmadığını açıqlayıb.

Elazığ şəhər mərkəzində də hiss edilən zəlzələ səbəbindən insanlar küçələrə axışıblar. (oxu.az)

Fransa XİN ölkə senatının qondarma DQR-lə bağlı qalmaqallı qərarına münasibət bildirib.

Bu barədə “RİA Novosti” Fransa XİN-ə istinadən məlumat yayıb.

“Senatdakı səsvermədən əvvəlki debatlarda turizm üzrə dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu məsələ barədə mövqeyini xatırladıb: Fransa qondarma DQR-i tanımır”, - deyə XİN-dən bildirilib.

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz dalğası getdikcə alovlanır.

Bu dəfə Qarabağda gedən döyüşlərdə yaxınları itirmiş şəxslər baş nazirin avtomobil karvanının yolunu kəsməyə cəhd ediblər.

Bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.

İtkin hərbçilərin yaxınları Nikol Paşinyanla danışmağa cəhd göstərsələr də, polis onlara mane olub.

Ölkəsi üçün belə bir ağır məqamda Nikol Paşinyan güc strukturları vasitəsilə özünü xalqdan qorumağa davam edib. O, müxalifətçilərlə olduğu kimi, döyüşlərdə yaxınlarını itirən şəxslərlə də üz-üzə gəlməyə cəsarət etməyib.

Nikol Paşinyanın xalqdan qaçıb-gizlənməsi isə erməni cəmiyyətində ona qarşı nifrət və qəzəb dalğasını daha da genişləndirir.

Bu səbəbdən də Paşinyan xalq arasına çıxmaqda maraqlı deyil. O, hətta erməni əsgərlərə “dua etmək” üçün getdiyi kilsəni belə boşaltdırıb, orada vətəndaşların olmasına icazə verilməyib.

Belə olan halda isə Nikol Paşinyanın avtomobil karvanına növbəti hücumlar istisna edilə bilməz.

“Xalqın seçimi” kimi “inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan isə verdiyi demokratik vədləri çoxdan unudub və öz xalqına qarşı diktator düşüncəsi ilə davranmağa davam edəcək.

Görünür Ermənistanda hələ Nikol Paşinyandan hesab soruşmaq istəyən çox insanlar ona hücum edəcək, o isə hər dəfə bu hücumlara xalqının anladığı dildən cavab verəcək.

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz dalğası getdikcə alovlanır.

Bu dəfə Qarabağda gedən döyüşlərdə yaxınları itirmiş şəxslər baş nazirin avtomobil karvanının yolunu kəsməyə cəhd ediblər.

Bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.

İtkin hərbçilərin yaxınları Nikol Paşinyanla danışmağa cəhd göstərsələr də, polis onlara mane olub.

Ölkəsi üçün belə bir ağır məqamda Nikol Paşinyan güc strukturları vasitəsilə özünü xalqdan qorumağa davam edib. O, müxalifətçilərlə olduğu kimi, döyüşlərdə yaxınlarını itirən şəxslərlə də üz-üzə gəlməyə cəsarət etməyib.

Nikol Paşinyanın xalqdan qaçıb-gizlənməsi isə erməni cəmiyyətində ona qarşı nifrət və qəzəb dalğasını daha da genişləndirir.

Bu səbəbdən də Paşinyan xalq arasına çıxmaqda maraqlı deyil. O, hətta erməni əsgərlərə “dua etmək” üçün getdiyi kilsəni belə boşaltdırıb, orada vətəndaşların olmasına icazə verilməyib.

Belə olan halda isə Nikol Paşinyanın avtomobil karvanına növbəti hücumlar istisna edilə bilməz.

“Xalqın seçimi” kimi “inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan isə verdiyi demokratik vədləri çoxdan unudub və öz xalqına qarşı diktator düşüncəsi ilə davranmağa davam edəcək.

Görünür Ermənistanda hələ Nikol Paşinyandan hesab soruşmaq istəyən çox insanlar ona hücum edəcək, o isə hər dəfə bu hücumlara xalqının anladığı dildən cavab verəcək.

 
Sözün bitdiyi yerdəyik. "Demokratiyanın beşiyi"ndə gələcəyin nifaq, nifrət və yalanları böyüyür. 44 günlük müharibə dövründə ermənipərəst mövqeyini dünyanın gözü önündə açıq şəkildə göstərən Fransa, adına ləkə olacaq bir addımın astanasındadır. Belə ki, ötən gün Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıdı. Bununla da Senat ölkə hökumətini "Dağlıq Qarabağ"ı tanımağa çağıran qərarı qəbul etmiş oldu. Senatın bu qərarının Milli Assambleya və Prezident üçün tövsiyə xarakteri daşımasına, yekun qərarı parlamentin yuxarı palatası olan Milli Assambleya və prezident Emmanuel Makronun verəcəyinə baxmayaraq, bu təşəbbüsün ümumi bir plan olduğu istisna edilmir. Sənədin səsverməsinə görə, 305 senator qətnamə layihəsinin lehinə, cəmi 1 nəfər əleyhinə səs verib. Çox da Fransa XİN-i Senatın bu qərarının Fransa hökumətinin siyasətini əks etdirmmədiyi barədə bəyanat yayıb.

Sentyabrın 27-dən başlayan II Qarabağ Müharibəsindən bəri Fransanın ermənilərdən daha çox erməni olmağa cəhd göstərdiyi gün kimi aydın idi. Noyabrın 10-da Ermənistanın kapitulyasiyasnın faktiki olaraq rəsmiləşdiyi məlum sənədlərdən sonra isə 30 illik ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri kimi yarıtmaz fəaliyyətinin ardından kənarda qaldığını anlayan Fransa prezidenti Emmanuel Makron beynəlxalq arenada da bitən siyasi nüfuzunu hədə-qorxu və təhdidlərlə bərpa etməyə can atır. Bu müddət ərzində erməni təəssübkeşliyini bir an da olsun dayandırmayan Fransadakı diplomatik mənbələrdən ilk olaraq Paris meriyasının qondarma "Dağlıq Qarabağı" tanımağa hazırlaşdığı barədə məlumatlar yayıldı. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunsa da bu prosesin Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünürdü. Heç istisna edilmir ki, Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması Fransanın nəbz yoxlaması idi. Fransa kimi dövlətin qurumunun bu cür təşəbbüsü rəsmi Parisin mövqeyindən başqa bir şey ola bilməzdi.

Lakin Fransa Senatının ötən axşamkı yekdil qərarı daha utancvericidir. Bu, münaqişənin sülh yolu ilə həlli üçün illər öncə "Madrid prinsipləri"ni hazırlayan həmsədrlərdən biri kimi dünyanın insan hüquqları ilə əlaqədar ən son aktlarının qəbul edildiyi Fransa kimi bir dövlətin beynəlxalq hüquq normalarına hörmətsizliyidir. Düzü, 22 noyabrda Fransa Prezidenti Emmanuel Makronun erməni icması ilə Parsdə baş tutan görüşdə ermənilərə "Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən (Azərbaycan) istək yoxdursa, bu məsələyə qarışmayın" deyə bildirməsi onun birdən-birə mövqeyinin niyə dəyişdiyi barədə suallar yaratdı. Bu hadisədən cəmi 3 gün sonra daşlar öz yerinə oturdu.

Ötən gün Senatın qəbul etdiyi qərar qədər müzakirələr də qərəzliliyi ilə yadda qalıb. Məlum olub ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edən və Dağlıq Qarabağla bağlı ədalətli mövqe nümayiş etdirən senatorlar heç bu iclasa çağırılmayıblar, danışmaq istəyənlərə də söz şəraiti yaradılmayıb. Bunun səbəbi kimi isə güya yarana biləcək qarşıdurmanın qarşısını almaq məqsədilə bu addım atılıb. Senatda çıxış edən 12 senatorun 12-si də tamamilə qeyri-obyektiv mövqe sərgiləyiblər, hətta bəziləri millitarist çıxışları ilə yadda qalıblar. Hətta Stefan Ravyer adlı senator çıxışında bildirib ki, "Fransa QHT-ləri Ermənistanla daim əlaqədədirlər və Fransa vətəndaşları olan erməni əsilli gənclər hələ də Dağlıq Qarabağa gedib, "öz vətənlərini" qorumaq istəyirlər, onlara şərait yaradılmalıdır". Baxmayaraq ki, müharibənin aktiv fazası başa çatıb, tərəflər arasında razılıq da var, fransız senatorlar belə bəyanatla çıxış etməklə Fransanın beynəlxalq hüquq tanımadığını əməli fəaliyyəti ilə sübut ediblər. Hətta çıxışlar zamanı senatorlar tərəfindən tarixi təhriflərə də yol verilib və bildirilib ki, güya "1991-ci ildən bu region de-fakto müstəqildir, qondarma "Dağlıq Qarabağ" rejimi özünü müstəqil dövlət kimi təsdiq edib. Ona görə də bu qurumun tanınması vacibdir və diplomatik əlaqələrin yaradılması vacibdir". Senatın qəbul etdiyi məlum qərar və orada çıxış edən hər 12 senator bu cür qərəzli çıxışları ilə əslində Azərbaycan-Fransa münasibətlərinə zərbə vurmaqla yanaşı, eyni zamanda Fransanın Minsk Qrupunun həmsədri kimi bitərəf olmalı olduğu mövqeyinə və beynəlxalq aləmdəki imicinə böyük zərbə vurmuş olacaq.

Bu qərarın qəbul edilməsi heç kimə sirr deyil ki, erməni lobbisinin Fransadakı gücündən xəbər verir. Amma bu yeganə faktor deyil. Türkiyəyə, Azərbaycana qarşə qərəzli mövqe, müəyyən mənada türk düşmənçiliyi, islamofobiya meyillərini də orada görmək mümkündür. Qətanəmənin iki tərəfi - Azərbaycan və Ermənistan olmasına baxmayaraq bu qətnamədə Türkiyənin 6-7 dəfə adı çəkilir, münaqişə tərəfi olmasına baxmayaraq isə Azərbaycanın isə bir neçə dəfə. Əslində, bu fakt Fransa üçün bu qətnamənin Azərbaycan vasitəsi ilə Türkiyəyə təzyiq metodu olduğunu bir daha sübut edir. Türkiyənin Aralıq dənizindəki mövqeyinin güclənməsi, azad iqtisadi siyasət yürütməsi, eyni zamanda Qara dənizdə enerji yataqları kəşf etməsi böyük qıcığa səbəb olub və bu qətnamə ilə əslində Ermənistandan istifadə edərək Azərbaycana qarşı təcavüz siyasəti aparan Fransa bu yolla Türkiyədən də qisas almağa çalışır.

Fransanın bu qeyri-konstruktiv, heç bir beynəlxalq hüquqa sığmayan bu addımına baxanda, bir daha bizə aydın olur ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış bir laboratoriya ölkəsidir və türk dünyasını parçalamaq üçün imperialist güclər tərəfindən yaradılıb. (milli.az)

Xəbər lenti