Amerikalı virusoloq Dena Qreyson koronavirusdan sağalanlarda əvvəllər görülməyən və qalıcı olan fəsadlardan danışıb. 

Bu barədə “NBC Chicago” telekanalına istinadla Qazeta.ru xəbər yayıb.

Bildirilib ki, keçmiş koronavirus xəstələri infeksiyanın fəsadlarından qurtulmaq üçün hələ uzun müddət müalicə edilə bilərlər.

Virusoloq xüsusilə kişilərin erektil disfunksiya (cinsi zəiflik) yaşaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, sağalandan sonra da xəstə təhlükəsiz olmayacaq, çünki virus ömürlük ağırlaşmalara səbəb ola bilər.(oxu.az)

Bu ölkədə 350-dən çox insan naməlum xəstəliyə yoluxub

Hindistanda 350-dən çox insan oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, hadisə ölkənin Andhra Pradeş ştatında qeydə alınıb.

Qeyd olunub ki, vətəndaşların hansı xəstəliyə yoluxması aşkar edilə bilmir. Onlardan “COVID-19” testi götürülsə də, nəticələri neqativ çıxıb. 

Həkimlər naməlum xəstəliyin ürək bulantısı, başgicəllənmə və huşunu itirmə kimi simptomlara səbəb olduğunu açıqlayıb. Xüsusilə uşaqlarda göz yanma və qusma şikayətlərinin olduğu bildirilib. Artıq bir nəfər xəstəlikdən həyatını itirib.

Sözügedən insanların yaşadığı bölgələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, xəstəlik su və havanın çirkli olmasından meydana gəlməyib.

Türkiyənin istehsal etdiyi növbəti silah güllə atmadan pilotsuz təyyarələri və PUA-ları zərərsizləşdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “A Heber” kanalında məlumat verilib. Məlumata görə, Türkiyədə istehsal olunan yeni isilah - ALKA düşmən elementlərini bir güllə də istifadə etmədən məhv edir.

Eyni zamanda, terror aktlarında tez-tez istifadə olunan EYP-lərin də (Əl Yapımı Partlayıcılar) uzaqdan məhv edilməsini təmin edə bilər. 

Rusiyanın tanınmış həkimi, aparıcı Malışeva koronavirusa yoluxma riskini azaltmaq üçün öz tövsiyəsini verib.

O bildirib ki, apteklərdən xlorid çetilliridin tərkibli boğaz üçün sovurucu tablet və spreylərdən istifadə etmək lazımdır.

Həkim bu metodun səbəbini belə izah edib.

"Əgər sən indi bu tabletləri götürüb ağızda sovursan, o zaman ağız suyu və boğazın selikli qişasınd ola biləcək xeyli virus hissəciklərini məhv etmiş olursan. Axır vaxtlar mənim əsas qorunmaq metodum budur"- deyə Malışeva bildirib.

Xlorid çetilliridin tərkibli maddələr tüpürcək vəzilərində olan virusları 6 saatlıq öldürür. /medicina.az

Rusiyada bir gündə koronavirusa 29 039 yoluxma qeydə alınıb.

Bu barədə Koronavirus İnfeksiyasının yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da koronavirusa yoluxanların sayı 2 460 770-ə çatıb.

"Son sutkada Rusiyanın 85 regionunda koronavirus infeksiyasına 29 039, o cümlədən kliniki əlamətləri olmayan 6 065 aktiv yoluxma aşkarlanıb", - məlumatda deyilir.

Qeyd edilir ki, bu, sutkalıq rekord göstəricidir.

Sosial şəbəkələrdə yayılmış bir video böyük maraqla qarşılanıb.

Belə ki, Rusiya vətəndaşı olan bir şəxs sözügedən videoda bildirir ki, azərbaycanlı əsgər işğaldan azad olunan Hadrutda tapdığı ikonanı Rusiya Provaslav Kilsəsinə bağışlayıb. Videonu çəkən şəxs bunun üçün azərbaycanlı əsgərə təşəkkür edib.

O, həmçinin bildirib ki, başqa dinə - müsəlmalığa sitayiş edən azərbaycanlılar xristian ermənilərdən daha çox provaslavlara hörmət edirlər.

Ermənistanın Qarabağ müharibəsində verdiyi itkilərlə bağlı yeni dəhşətli statistika yayılıb.

Qaynarinfo xəbər verir ki, siyahıya görə, Ermənistan ordusunun 8472 əsgəri məhv edilib. Eyni zamanda erməni quldurlarının 13000 hərbçisi yaralanıb. 502 əsiri olan düşmənin  3000 əsgəri də itkin düşüb. Bəzi məlumatlara görə, Ermənistanın məhv edilən əsgərlərinin sayı 15000-dən çoxdur.
Düşmənin məhv edilmiş və sıradan çıxarılmış texnikalarlna gəldikdə, bunun dəyəri milyardlarla dollarlarla ölçülür və sayları hər kəsə bəllidir. 
 

Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüş olub.

Bu barədə “Ölkə.Az”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.    

Onlayn görüş iştirakçılarını salamlayan  Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux bildirib ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var.

Qrupun digər həmsədri Vladimir Kreydenko diqqətə çatdırıb ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Hər iki həmsədr Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə öz növbəsində Milli Məclisin rəhbərliyi adından ölkəmizin  ərazi bütövlüyünün bərpasında birmənalı olaraq bizi yüksək səviyyədə dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü bildirib.

Diqqətə çatdırıb ki, bu müharibədə beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir və Prezidentlərimizin sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır. Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır.

Sonra onlayn görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa aviareyslərin bərpası, investisiyaların təşviqi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

“Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün verdikləri fədakar mübarizədə şəhadətə qovuşan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik”.

Report xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

“Can Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir. Şəhidlərimizi hörmət və ehtiramla yad edirik, qazilərimizə şükranlığımızı bildiririk”, - o vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.

Report xəbər verir ki, bu barədə səfir tvitterdə yazıb:

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır. Qarabağın müstəqilliyini tanımır”. 

Xəbər lenti