|
İtaliyanın Səhiyyə naziri Roberto Sperenza bütün dünyanı sevindirəcək xəbəri verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, nazir yeni növ koronavirusu izolə etdiklərini açıqlayıb:
“Virusu izolə etdik. İtaliya Avropada bunu bacaran ilk ölkə oldu. Bunun mənası isə belədir: virus üzərində daha yaxşı işləməyə və yayılmasının qarşısını almağa şərait yaranıb. Artıq virusa qarşı vaksinin hazırlanması asanlaşacaq. Xəstəliyə qarşı müalicə metodlarını müəyyənləşdirmək də sürətlənəcək. Bu məlumatı bütün elm dünyasına təqdim edirik”.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halı qeydə alındıqdan sonra Çinə uçuşlar dayandırılıb. Çinin Uhan şəhərindəki 60-dək italiyalı isə sabah ölkələrinə təxliyyə olunacaqlar.
Medicina.az xəbər verir ki, virusdan canını qurtaran 44 yaşlı şəxs xəstəliyi barədə danışıb. O, bildirib ki, bir neçə ilk öncə Uxan bölgəsinə köçüb. Tətili isə Çinin başqa əyalətin Çunçinə keçirib. Bir müddət əvvəl onun vəziyyəti dəyişilib. Buna görə də həyat yoldaşı onu xəstəxanaya çatdırıb. Müayinə olunan qadının koronovirusa yaxalandığı aşkarlanıb.
Qadının sözlərinə görə, bu ərazidə ilk virusa yoluxan o olub. Virus aşkarlandıqdan sonra həkimlər onu virus əleyhinə müalicə ediblər və bu zaman ənənəvi Çin tibb üsulundan istifadə edilib. Daha sonra səhhətində müsbət irəliləyişlər müşahidə edilib və xəstəxanadan çıxarılaraq evə göndərilib.
O, tibbi maskadan istifadə etməyi, tez-tez əlləri yumağı, hərarətin qalxması, öskürək və digər simptomlar baş verdiyi zaman həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib:
"Təcrid edilmək sizi narahat etməsin, əhval-ruhiyyəni yüksək tutmaq, həkimə qulaq asmaq və inanmaq lazımdır. Bu zaman mütləq sağalacaqsınız. Qorxmaq lazım deyil"- deyə o bildirib.
Qeyd edək ki, koronavirusdan 304 nəfər həyatını itirib, 14489 insan isə bu virusa yoluxub.
"Ölkə.Az" gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin koronavirusun Rusiyada yayılmasının qarşısını almaq məqsədilə Çinlə sərhədin bağlanması haqqında sərəncam imzalayıb.
Bundan öncə Rusiya Baş nazirinin müavini Tatyana Qlikova Pekindən başqa bütün Çin şəhərləri ilə dəmiryolu nəqliyyatını müvəqqəti olaraq dayandıracaqlarını açıqlamışdı.
Qeyd edək ki, son məlumatlara görə, koronavirus Çində 170 nəfərin ölümünə səbəb olub. Virus 18 ölkədə yayılıb.
Adanada sərnişin avtobusdan yıxılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtobus sürücüsü Mesut U. hərəkət halında olarkən qapını açıb. 77 yaşlı sərnişin Salise Güngör isə avtobusdan yerə yıxılaraq xəsarət alıb. Həmin görüntülər internetdə yayılıb.
Avtobus sürücüsü Mesut U.-ya 1 il 6 ay həbs cəzası verilməsi tələb olunub.
Türkiyənin İstanbul şəhərində yüksək sürət ağır yol qəzasına səbəb olub. Yol-xeber.az yeli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 30-da gecə saatlarında Sarıyer rayonunu ərazisində qeydə alınıb.
Məlumata görə, Ədirnə istiqamətində hərəkətdə olan 34 KZ 8594 qeydiyyat nömrə nişanlı “Audi” markalı minik avtomobili, yüksək sürət səbəbindən sürücünün idarə etməsindən çıxaraq yol ayrıcının dəmir baryerləri ilə toqquşub. Zərbənin şiddətindən təxminə 20 metrə irəliyə sürüklənən avtomobil, istiqamət bildirici lövhənin dəmir dirəyinə çırpılaraq iki hissəyə bölünüb.
Nəticədə “Audi”nin salonunda sıxışmış vəziyyətdə qalan sürücü hadisə yerində vəfat edib.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Azərtac xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.
Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində polislər sərxoş halda “Suzuki” markalı avtomobili idarə edən sürücünün arxasınca düşüblər.
REN TV xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayətindəki Baş İdarəsinin Mətbuat Xidmətinin məlumatına əsasən, polis əməkdaşları sərxoş sürücünü saxlamaq məqsədilə silahdan atəş açmağa məcbur olublar.
İdarə etdiyi avtomobillə yolda təhlükəli manevrlər edən sürücü yol polisinin əmrini icra etməkdən imtina edib. Nəticədə, sərxoş sürücünü saxlamaq məqsədilə polislər avtomobilin təkərlərinə atəş açıb.
Məlum olub ki, saxlanılan şəxs əvvəllər də oxşar hadisələr törətdiyinə görə məsuliyyətə cəlb edilib.
Koronavirusun yayılma riski artdığına görə fevralın 3-dən Ukrayna Çinlə birbaşa hava uçuşlarını dayandıracaq. Yol-xeber.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsini icra edən İqor Kuzin məlumat verib. Onun sözlərinə görə, Çində yayılan virusla bağlı vəziyyət stabilləşənə qədər Ukrayna ilə bu ölkə arasında birbaşa hava reysi həyata keçirilməyəcək.
Xatırladaq ki, Borispol hava limanında Çindən birbaşa reyslə gələn sərnişinlər koronavirusun yayılması ilə əlaqədar temperatur müayinəsindən keçirlər.
Boliviyada avtobusun və yük maşınının iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 13 nəfər dünyasını dəyişib. Yol-xeber.az xəbər verir ki, insident yanvarın 28-də yerli saatla 09.30-da La-Paso və Karabuko şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb. Bu barədə “El Deber” qəzeti məlumat verib.
Nəşrinin məlumatına görə, toqquşmada daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, faciə hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün səhvi ucbatından baş verib.
Ehtimal edilir ki, hadisəyə görmə səviyyəsinin aşağı olması da səbəb ola bilər.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb, sürücünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Rusiyanın paytaxtı Moskvada çinli turistlərin olduğu avtobusda yanğın baş verib. Yol-xeber.az xəbər verir ki, insident yanvarın 28-də səhər saatlarında Vnukova hava limanının 2-ci mərtəbəsində qeydə alınıb.
Məlumata görə, alovlar 1,5 kvadrat metr sahəni əhatə edib. Hadisə vaxtı avtobusunun salonunda 28 Çin vətəndaşı olub. Onlar avtobusu vaxtında tərk edə biliblər. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nəticədə avtobusun isitmə sisteminə, təkərinə və mühərrik hissəsinə ziyan dəyib.