ABŞ səfirliyinə məxsus “Toyota” “qırmızı”dan keçərək qəza törətdi: 2 ölü, 4 yaralı - VİDEO
Qəzaya səbəb olan sürücü polis tərəfindən saxlanılıb

Pakistanda ABŞ səfirliyinə məxsus avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, hadisə yanvarın 26-da paytaxt İslamabadda baş verib. Bu barədə “Dawn” nəşri məlumat verib.

Nəşrinin məlumatına görə, ABŞ səfirliyinə məxsus “Toyota Land Cruiser”, svetoforun qırmızı işığından keçərək hərəkətə də olan minik avtomobilinə çırpılıb.

Nəticədə biri qadın olmaqla 2 nəfər ölüb, daha 4-ü isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar. Qəzaya səbəb olan sürücü isə polis tərəfindən saxlanılaraq Marqalla Polis Bölməsinə aparılıb.

 

Qeyd edək ki, bundan əvvəl də ABŞ diplomatı Colonel Joseph Emanuel də avtomobili ilə eyni qayda pozuntusuna görə bir motosikletlinin həyatına son qoymuşdu. Toxunulmazlığı səbəbindən sərbəst buraxılmışdır.

 

 

Çində virusla bağlı narahatlıqlar fonunda neft ucuzlaşmağa davam edir.

Bu barədə REN TV xəbər yayıb.

Çində naməlum koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə bağlı neftin qiymətində azalma müşahidə edilir.

Bazar ertəsi keçirilən ticarət nəticəsində “Brent” markalı neftin qiyməti 2,26 faiz azalaraq bir bareli 59,32 dollar (təxminən 100 AZN) təşkil edib.

Çində vəziyyətin necə dəyişəcəyindən asılı olaraq, “Brent” markalı neftin qiyməti 55 dollara (təxminən 93 AZN) qədər azala bilər.

Ölkə ərazisində virusdan ölənlərin sayı 106 nəfərə, yoluxanların sayı isə 4,5 min nəfərə çatıb.

Yoluxma halları Honkonq, Makao, Tayvan, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada qeydə alınıb.     /oxu.az/

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb
Təyyarə göyərtəsində 83 nəfərin olduğu ehtimal edilir

Əfqanıstanda “Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Yol-xeber.az xəbər verir ki, hadisə yanvarın 27-də Qəzni əyalətinin Dih-Yak mahalında baş verib. Bu barədə “Ariana News” agentliyi məlumat yayıb.

“TOLOnews” kanalının məlumatına görə, hava gəmisinin göyərtəsində 83 nəfərin olduğu ehtimal edilir. Layner Herat-Kabilə reysi ilə uçurmuş.

Bildirilir ki, təyyarə "Taliban" radikal hərəkatının nəzarət etdiyi ərazidə düşüb.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

Polis bir həftədə 18 maşının təkərini deşib ikisini yandıran 4 nəfəri axtarır - FOTO
Hazırda polis şübhəlilərin yaxalanması istiqamətində axtarışlara başlayıb

Türkiyənin İstanbul şəhərində polis, bir həftədə 18 nəqliyyat vasitəsinin təkərini deşib, 2 avtomobili də yandıran 4 şəxsi axtarır. Yol-xeber.az xəbər verir ki, insident Şişli rayonunda qeydə alınıb. Məlumata görə, rayonun Paşa məhəlləsində 4 gün əvvəl şəxsiyyətləri müəyyənləşdirilməyən 3 nəfər Ortanca küçəsində 9 nəqliyyat vasitəsinin təkərini deşərək hadisə yerindən qaçıblar.

Eyni hadisə bu gün yenə həmin küçədə başqa bir naməlum şəxs tərəfindən törədilib. Bu dəfə də, park edilmiş 9 avtomobilin təkərləri deşilib və daha iki maşın yandırılıb. Vətəndaşların xəbər verməsi ilə  hadisə yerinə polis və yanğınsöndürmə briqada əməkdaşları gəlib. Yanğın söndürülüb.

Hazırda polis 4 şübhəlinin yaxalanması istiqamətində axtarışlara başlayıb.

 

İranda sərnişin təyyarəsi avtomobil yoluna eniş edib.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mahşəhr şəhərinin mərkəzində baş verib. Məlumata görə, “Caspian Airlines” şirkətinə məxsus təyyarədə 135 sərnişin olub.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Təyyarənin hansı səbəbdən eniş etdiyi hələ ki, məlum deyil.

Bahman Kalbasi
 
@BahmanKalbasi
 

Dramatic footage of a passenger plane belonging to ’s Caspian airline landing in the middle of the street in Mahshahr (same city that many were killed in Nov. protest) this happened in the last hour. Witness who got the footage didn’t know if there were any casualties.

 
Embedded video
 
1,114 people are talking about this
 
 

 

/Yeniavaz.com/
İçində sürücü olan avtomobil buzun altında qaldı
Bu zaman buz aralanıb və avtomobil çaya düşərək buzun altında qalıb

Rusiyanın Saratov vilayətində avtomobil buzun altında qalıb.

REN.TV-nin xəbərinə görə, sürücü idarəetməni itirərək buz bağlamış Tereşka çayı üzərinə çıxıb.

Bu zaman buz aralanıb və avtomobil çaya düşərək buzun altında qalıb.

 

Qapılar bloklandığı üçün avtomobildən çıxa bilməyən sürücü dərhal zəng edərək polisə xəbər verib və onlar gələnə qədər belinə kimi buzlu suda qalıb.

Hadisə yerinə gələn polislər avtomobilin arxa pəncərələrini sındıraraq onu xilas ediblər.

Bundan sonra həmin şəxsi xidməti avtomobillərinə qoyan polislər ona ilk yardım göstəriblər.

Sürücünün vəziyyətinin yaxşı olduğu bildirilir.

28 saat fasiləsiz işləyən taksi sürücüsü sükan arxasında öldü
Gənc taksi sürücüsünün vəfat etməsinə səbəb 28 saat fasiləsiz çalışması və bu zaman ərzində doqquz enerji içkisi qəbul etməsi olub

Rusiyada taksi xidməti ilə məşğul olan Tacikistan vətəndaşı vəfat edib.

“Region-Online” jurnalı məlumat verir ki, 29 yaşlı sürücünün Moskvanın Domodedovo aeroportu yaxınlığındakı ərazidə sükan arxasında olan zaman ürəyi dayanıb.

İlkin araşdırma zamanı məlum olub ki, gənc taksi sürücüsünün vəfat etməsinə səbəb 28 saat fasiləsiz çalışması və bu zaman ərzində doqquz enerji içkisi qəbul etməsi olub.

 

Hüquq-mühafizə orqanlarının yaydığı hesabata əsasən, son zamanlar Rusiya ərazisində taksi xidməti ilə məşğul olan şəxslərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı yüksəlib.

Yaponiyada servis avtobusu yük maşını ilə toqquşdu: 11-i uşaq, 14 yaralı
Hazırda faktla bağlı araşdırmalara başlanılıb

Yaponiyada məktəbəqədər yaş qrupu üzrə uşaqları daşıyan servis avtobusunun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident çərşənbə axşamı səhər saatlarında İbaraki prefekturasında qeydə alınıb. Bu barədə “TBS” telekanalı məlumat verib.

Məlumata görə, uşaqları uşaq bağçasına aparan avtobus yol qovşağında yük maşını ilə toqquşub. Nəticədə 14 nəfər xəsarət alıb. Onlardan 11-i uşaq, 2-si sürücü, 1-i isə tərbiyəçidir.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla və vertolyotla xəstəxanaya çatdırılıblar.

 

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Məşhur futbol klubunun qapıçısı yol qəzasına düşdü - FOTO
Serxio Romero qəzadan sonra hadisə yerini xəsarətsiz sərbəst şəkildə tərk edib

“Mançester Yunayted” futbol klubunun qapıçısı Serxio Romero yol qəzasına düşüb. Yol-xeber.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında futbolçunun məşqə gedən zaman baş verib. “Qırmızı Şeytan”ların nümayəndəsinin sözlərinə görə, 33 yaşlı argentinalı futbolçu “Lamborghini” markalı avtomobillə, trasda hərəkətdə olan zaman yolun buzlu və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirərək dəmir arakəsmələrə çırpılıb.

Serxio Romero qəzadan sonra hadisə yerini xəsarətsiz sərbəst şəkildə tərk edib. Klub rəhbərliyi qəza ilə bağlı məlumatlıdırlar.

Onlar bildiriblər ki, futbolçunun səhhətində heç bir problem yoxdur.

 

 

Вратарь «Манчестер Юнайтед» попал в ужасную аварию. Фото

Вратарь «Манчестер Юнайтед» попал в ужасную аварию. Фото

Sürətlə hərəkət edən qatarın altına düşdü, hər iki ayağı qopdu - VİDEO
Bu zaman arxadan gələn qatar çantaya ilişərək sahibini reyslərin üzərinə atıb

Rusiyanın Amur vilayətində sərnişinlərdən biri qatarın altına yuvarlanıb.

Xəbəri “ASN24” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən yayıb.

Hadisə Şirmanovka dəmir yolu stansiyasında baş verib. Sərnişinlərdən biri təhlükəsizlik qaydalarına riayət etməyərək, platformanın kənarı ilə hərəkət edib.

 

Bu zaman arxadan gələn qatar çantaya ilişərək sahibini reyslərin üzərinə atıb.

Faciə qurbanının hər iki ayağı dizdən aşağı amputasiya edilib.

 

Xəbər lenti