Ermənistan parlamentinin müxalifətdən olan deputatları ölkədə hərbi vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi məqsədilə Milli Məclisin növbədənkənar iclasının çağırışı təşəbbüsü ilə çıxış etmək niyyətindədir.
 
İclasın bu gün saat 11-də keçirilməsi planlaşdırılır.
 
Müxalifət hərbi vəziyyətin ləğvindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın istefası prosesinə təşəbbüs etməyə nail olacağını gözləyir. Hakimiyyət əleyhdarları Paşinyanı Qarabağ üzrə Bəyanatı imzalamaqda ittiham edirlər.
 
Hərbi vəziyyətin ləğvindən sonra həmçinin ölkədə qadağan olunmuş etiraz aksiyalarının keçirilməsi imkanı ortaya çıxacaq.(Report)
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 20-dən artıq erməni diaspor təşkilatı da tələb edir.

 “Report” xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Onların arasında Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin İranın şimal və cənub bölmələri, Suriyadakı Erməni Milli Komitəsi, Küveytdəki milli struktur, Livan Gənclər İttifaqı, habelə daşnakların müxtəlif ölkələrdəki komitələri də var.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 16-da müraciətində parlamentə növbədənkənar seçkilər keçirməyə çağırmışdı. Yerevanda müxalifət Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

O, qeyd edib ki, əgər rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək.

"Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT - red), nə də Avropa üçün faydalı olardı", - o deyib.

Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

"Hökumətin (Fransa - red) məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?", - o əlavə edib.

Dövlət katibi vurğulayıb ki, bu addım heç bir fayda verməyəcək.(Report)

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs toplayan ilk namizəddir. Bir çox ştatlarda sesvermənin nəticələri hələ də hesablanır.

Azvision.az məlumatına görə, NBC televiziyası bildirib ki, indiyədək azı 80 011 360 seçici Baydenə səs verib, Ağ Evin hazırkı başçısı Donald Tramp 73 881 874 nəfərin səsini qazana bilib.

"Cook Political Report" tədqiqat təşkilatının hesablamalarına görə, Bayden 80 070 466 səs toplayıb. "Fox News" isə Baydenin hələ 80 milyon həddini keçmədiyini iddia edir.

Mübahisəli ştatlarda rəqibi Co Baydenə məğlub olduğu təsdiqlənəndən sonra Donald Tramp Ağ Evdə mətbuat üçün brifinq keçirib.

Bu barədə RBK məlumat yayıb.

Qeyd olunur ki, brifinq bir dəqiqədən çox çəkməyib.

D.Tramp birjalardakı vəziyyətdən və ABŞ-ın koronavirusa qarşı hazırladığı peyvənddən danışıb.

Qısa çıxışdan sonra D.Tramp jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək, salonu tərk edib.  (oxu.az)

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərindəki mərkəzi yollardan birində Minnesota Azərbaycan Assosiasiyasının (“Azerbaijani Association of Minnesota”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə üzərinə "Qarabağda ədalət, Azərbaycanda sülhdür" yazılmış lövhələr yerləşdirilib.

Report xəbər verir ki, lövhələr şəhərin mərkəzində, gediş-gəliş yolu olmaqla, "Minneapolis−Saint Paul" beynəlxalq hava limanının önündə quraşdırılıb.

Lövhələrdə Azərbaycan bayrağı, xəritəsi, Qarabağ atları və xarı bülbül gülü təsvir olunub və "Qarabağda ədalət Azərbaycanda sülhdür", "Qaçqınlar evlərinə qayıdır" şüarları yazılıb.

Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın bir çox böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilir.

 

 
  •  

 

 
 
 
Fransanın paytaxtı Parisdə polis miqrantların çadır düşərgəsini dağıdıb.

Report xəbər verir ki, noyabrın 24-ü gecə Fransanın hüquq-mühafizə orqanları insanları Parisin Respublika meydanından sıxışdırıb. Təxliyyə edilən miqrantlar bundan sonra çadırlar qurublar.

Müxtəlif mətbu orqanlarda yayılan video və foto polis və miqrantlar arasında sərt toqquşmaları əks etdirir. Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen hüquq-mühafizə orqanlarından hesabat tələb edib.

Qeyd edək ki, beynəlxalq "Sərhədsiz Həkimlər" (MSF) təşkilatı da polisin bu hərəkətlərini pisləyib. Təşkilat Fransa polisinin zorakılığı və Paris mərkəzində miqrantların düşərgəsinin dağıdılmasının gedişatında təşkilat tərəfindən yayılan humanitar materiallara zərər vurulması ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərindən şikayət edib.

“Dağlıq Qarabağda həm Yerevan, həm də Bakının maraqlarını nəzərə alan nizamlanma üçün yeni şərait yaranır”.

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Vəziyyət ümumilikdə sabitləşir. Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, evlərinə qayıdan qaçqınları və humanitar yükləri müşayiət edir”, - o əlavə edib.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu nazirlikdə çıxışı zamanı Qarabağ məsələsinə toxunub.
Haber Global” xəbər verir ki, o, bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb:

“PKK üzvlərinin Qarabağda yerləşdirildiyini və mülki insanları hədəf aldıqlarını göstərdik. Minsk Qrupunun ətalətinə qarşı Azərbaycanın hüquqlarını müdafiə etdik.

Azərbaycanın haqlılığı və ərazi bütövlüyü qeydə alınıb. Torpaqlarını geri alır. İşğal olunmuş torpaqlardan çıxmaq məcburiyyətində qalanlar geri qayıda biləcəklər. Naxçıvanla əlaqə yaradılacaq. Bu hüquqları qorumaq üçün meydanda olacağıq”.

BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin (UNMAS) Qarabağda təcili yerləşdirməsi ilə bağlı digər bölmələrlə işləyir.

Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi ]bildirib.

Adı açıqlanmayan nümayəndə “UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına cavabında deyib:

“BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin və təşkilatın digər qurumları ilə əlaqəli olaraq, tərəflərin tələb etdiyi kömək kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal olunur ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabr ayının əvvəllərində öz işinə başlayacaq”

Xəbər lenti