![]() |
|
Report xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyindən bildirilib.
Sterlitamak şəhərində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Avanqard”da neft-qaz sənayesi və Rusiyanın Müdafiə Nazirliyi üçün partlayıcı istehsal olunur. Zavodun məhsullarından hərbi sahədə reaktiv sistemlərin sursatının yayılım atəşinin utilizasiyasında istifadə edilir.
“Avanqard”ın Rusiya Ticarət Sənayesi Nazirliyinin tabeliyində olduğu bildirilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Nəşrə danışan mənbə bildirib ki, fikir ayrılıqlarının əsasında Ankaranın regionda vahid koordinasiya mərkəzindən asılı olmayan öz müşahidə məntəqəsini yaratmaq istəməsi dayanıb.
Rusiya isə Türkiyənin Qarabağda məntəqə yaratmasına qarşı çıxır. Bu mövzu ətrafında Moskvada danışıqlar davam edir. Ankara kompromislə qərarın qəbul ediləcəyinə ümid edir.
Oxu.az xəbər verir ki, “Baş nazir Benyamin Netanyahu və “MOSSAD” rəhbəri Yosi Koen Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşüb”, - deyə radiodan verilən açıqlamada qeyd olunub.
İsrail baş nazirinin administrasiyasından məlumatı şərh etmək istəməyiblər.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İlkin məlumatlara görə, Arutyunyanın Moskvaya gizli səfərə getmək üçün başqa bir səbəbi var:
“Anna Akopyanın təsiri altında olan Nikol Paşinyan Arutyunyandan qurtulmaq və onun “yeri”nə Samvel Babayanı “təyin etmək” qərarına gəlib. Anna Akopyan-Samvel Babayan cütlüyünə qarşı gücsüz olduğunu anlayan Arutyunyan mümkün “istefası”nın qarşısını almaq üçün Rusiyaya qaçmağa tələsib”.
Hətta erməni mediası Ermənistan tərəfinin Arutyunyanı könüllü olaraq rəsmi Bakıya təhvil verə biləcəyi ehtimalını da istisna etməyib.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın “Açıq Səma Sazişi”ndən çıxmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunur:
“Bu, Rusiya üçün qəbuledilməzdir. “Açıq Səma Sazişi”nin yerdə qalan üzvlərindən bütün torpaqlarının müşahidə olunması, müşahidə uçuş materiallarının müqaviləyə tərəf olmayan üçüncü ölkələrə verilməməsi ilə bağlı çətinlikləri aradan qaldırılması barədə qarantiya gözləyirik.
ABŞ müqavilənin davam etməsini, Rusiyanın buna tərəf olmasını istəyirsə, ciddi olaraq düşünməlidir. Vaşinqton öz həmləsini etdi. Nə Avropanın, nə də ABŞ və müttəfiqlərin təhlükəsizliyi buna fayda vermədi. İndi Qərbə Rusiyanın reaksiyası maraqlıdır. Cavab bəsiddir. Əvvəlcədən dediklərimizin üzərində dayanmışıq. Müqavilənin digər üzvlərinin irəli sürdükləri fikirlərlə hərəkətlərinin nə qədər uyğun olub-olmadığını diqqətlə izləyirik. Rusiya və müttəfiqlərə uyğun qərarlar alınacaq”.
Qeyd edək ki, ABŞ noyabrın 22-də rəsmən “Açıq Səma Sazişi”ndən çıxdığını bəyan edib.
Bu məqamda bildirək ki, hazırkı Prezident Donald Tramp dəfələrlə sazişdən çıxacağını bildirmişdi. ABŞ Dövlət Departamenti bu addımı təsdiqləyib və gözlənilən çıxış barədə bildirişin verilməsindən altı ay keçdiyini deyib.
Milli Təhlükəsizlik Şurası da geri çəkilməni təsdiqləyib və Rusiyanın illərdir sazişin şərtlərini kobud şəkildə pozduğunu əlavə edib.
Dövlət katibi Mayk Pompeo mayda ABŞ-ın sazişdən çıxmaq niyyətində olduğunu və müqavilənin qaydalarına əsasən Sazişin digər 34 üzvünə altı aylıq bildiriş verildiyini demişdi.
Xatırladaq ki, Rusiya və ABŞ silahsız kəşf uçuşlarının hərbi fəaliyyətdə şəffaflığı artırmağa və silahlara nəzarət və digər razılaşmaların monitorinqini asanlaşdırmağa imkan verən “Açıq Səma Sazişi”ni imzalayan 34 ölkə arasındadır.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirləri kimi nəzərdə tutulan və 1992-ci ildə imzalanan “Açıq Səma Sazişi”nin tərəfləri arasında Türkiyə də var.
Ermənistanda son sutka ərzində daha 485 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 126 min 809 nəfərə çatıb.
Daha 24 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1976-ya çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
“Suriyada İŞİD-lə savaşan yeganə NATO ölkəsiyik. Terror təhdidinin yox edilməsi, hücumların qarşısının alınması və sabitliyin gücləndirilməsi sahəsində əlimizdən gələni edirik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin Liderlər Zirvəsində deyib. O, Türkiyənin son altı ildə ən çox qaçqına ev sahibliyi edən ölkə olduğunu vurğulayıb:
“Əksəriyyəti suriyalı olmaqla 4 milyondan çox xaricini evimizdə qonaq edirik. Suriya sərhədləri daxilində, İdlibdə və daha çox yerlərdə milyonlarla ehtiyac sahibinə də yardım edirik, onları qoruyuruq. Bu rəqəmlər əksəriyyətimizin böyük şəhərlərinin əhali sayından çoxdur. Ölkəmizə sığınanların vətəndaşlarımızla uyğunlaşması üçün əlimizdən gələni edirik. Özü də bizə dəstək sözü verilib tutulmamasına baxmayaraq bu işləri görürük. Artıq hər kəsin əlini daşın altına qoyaraq ədalətli bir yük və məsuliyyətə girməsini gözləyirik”.
ABŞ Prezident seçkilərində qalib olan Co Baydenin Dövlət katibi Mayk Pompeonun yerinə təyin edəcəyi şəxsin kimliyi müəyyənləşib.
Baydenin sözügedən posta Entoni Blinkeni gətirəcəyi bildirilir.
Bu barədə Qərb KİV orqanları məlumat yayıb. Bildirilib ki, ətrafını yeniləməyə başlayan yeni Prezident özünə xarici siyasətdə köməklik göstərən Entonini daim yanında görmək istəyir.
Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obamanın prezidentliyi dövründə Amerika dövlət katibinin müavini (2015-2017-ci illər), beynəlxalq təhlükəsizlik xidmətinin köməkçisi vəzifəsində çalışıb.