Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü
Türkiyədə ötən sutka koronavirusdan daha 58 nəfər ölüb.

Report xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 952 nəfərə çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 639 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 143 114 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 826 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 101 715 nəfərə çatıb. 

Bəsrə körfəzi yaxınlığında dəniz təlimləri zamanı İrana aid hərbi gəminin ölkə donanması tərəfindən vurulması həqiqəti əks etdirmir.

Bu fikirləri İran ordusunun sözçüsü Şahin Takihani bildirib.

İran ordusuna aid aja.ir saytına danışan Şahin Takihani İran hərbi gəmisinin bu ölkənin raketi tərəfindən vurulması iddialarını yalanlayıb: “Bu və buna bənzər sözlərin hadisə ilə əlaqəsi yoxdur. Ölkədəki yerli media bu cür şayiələri əsas götürməməlidir”.

Hadisənin qəza olduğuna işarə vuran sözçü əlavə edib ki, qəzanın bütün tərəfləri araşdırılır.

Xatırladaq ki, İran mediası mayın 10-da Bəsrə körfəzi yaxınlığında hərbi təlimlər keçirən İran donanmasına aid hərbi gəminin səhvən vurulduğunu elan etmişdi. (teleqraf.com)

ABŞ Federal Təhqiqat Bürosu (FTB) 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində baş verən terror hadisəsində Əl Qaidə terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adını səhvən açıqlayıb.

Bu barədə “Yahu Nyus” nəşri məlumat yayıb.

Bildirilir ki, həmin şəxsin adı Mussaed Əhməd əl-Cərrahdır.

O, 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyində çalışıb.

Məlumata görə, Əhməd əl-Cərrah 11 sentyabr 2001-ci ildə “Əkiz qüllər”ə kamikadze hücumu edən Əl Qaidənin 2 terrorçusuna köməklik göstərməkdə şübhəli bilinir.

Həmin şəxsin hazırda harada olduğu haqda məlumat yoxdur.   /Axar.az/

Hər ölkə öz gedişatına görə normallaşma prosesini tətbiq edir. Amma karantin peyvənd tapılana qədər davam etdirilməlidir.

Bu sözləri türkiyəli həkim-professor Çağhan Qızıl deyib.

O bildirib ki, sürətli normallaşma ikinci koronavirus dalğasına səbəb ola bilər:

“Bir koronavirus xəstəsi belə ikinci dalğaya səbəb ola bilər. Qaydalara əməl edərək yeni yaşam tərzi ilə yoluxma sayını azaltmalıyıq. Ticarət mərkəzlərini açmaq hələ çox tezdir. Əks halda, ikinci dalğa çox ağır şəkildə özünü göstərə bilər”.

Qızıl ispan qripində ikinci dalğanın birinciyə nisbətən 5 dəfə çox ölümə səbəb olduğunu xatırladıb.  /axar.az/

ABŞ-ın Konnektikut ştatında həddi-buluğa çatmamış 3 nəfər iltihabi sindrom əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

 
Bu barədə ştatın qubernatoru Ned Lamont mətbuat konfransında bildirib.
 
O, qeyd edib ki, bunun koronavirusla bağlı olduğu ehtimal edilir.
 
“Üç belə hadisə Nyu-Heyven xəstəxanasında qeydə alınıb. Biz onların səhhətini diqqətlə izləyirik. Pasiyentlər 3 aylıqdan 14 yaşa qədərdir, onlarda badamcıq vəzlərinin kəskin iltihabı və başqa simptomlar müşahidə olunur. Və bu bizi çox narahat edir”, – qubernator deyib.
 
Ötən şənbə günü qonşu Nyu-York ştatının qubernatoru da bildirib ki, ağır vəziyyətdə olan üç uşaq koronavirusdan ölüb.
 
ABŞ-da yerli və federal orqanların məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin məlumatına görə, hansı ki, Birləşmiş Ştatlarda virusa 1,34 milyondan çox yoluxma qeydə alınıb, 80 239 insan ölüb.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.  /Report/
Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 139 771 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. 

O, qeyd edib ki, son gündə koronavirusdan 55 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 3 841 nəfərə çatıb. 

Ölkədə daha 1 114 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son gündə 3 089 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 95 780 nəfərə çatıb.

Son sutka ərzində koronavirusla bağlı 32 722 test aparılıb. 

Paşinyan babasının şəklini paylaşdı

Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.

 Ermənistanın “iravunk.com” saytı bildirir ki, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan bunları qeyd edib:

“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.

Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda “obd-memorial.ru” saytında axtarış edən “iravunk.com” saytı aşağıdakı məlumatları əldə edib:

Doğum tarixi: 23.12.1913

Doğum yeri: Ermənistan SSR, Yenokavan

Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub

Vəfat tarixi: 29.09.1943

Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.

“Obd-memorial.ru”nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.

Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.

Həmçinin məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.

Türkiyədə 4 gün küçəyə çıxmaq qadağan edildi

Türkiyədə 4 gün küçəyə çıxmaq qadağan edilib.

Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında deyib.

Dövlət başçısının sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar 16, 17, 18, 19 may tarixlərində küçəyə çıxmaq qadağandır.

Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.

Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəralı bir addım atıldı. (teleqraf.com)

İran HDQ-nin freqatı öz gəmisini vurdu
İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.

Oxu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter”də xəbər verib.

Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.

“Konarak”ın batdığı iddia edilir.

İran ordusu hələlik məlumatı təsdiqləməyib.

“Jamaran” - 2010-cu ildə istismara verilmiş və İran donanmasında ən müasirlərdən sayılan “Moudge” sinifinin əsas freqatıdır. Çin istehsalı olan gəmi əleyhinə raketlər, torpedalar və bir neçə silahla təchiz olunub. Heyət 140 nəfər təşkil edir.

Xəbər lenti